Redaktor: Dilsuz


Partiya Komitəsinin birinci katibi M.P.Qəribli, doğrudan da



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   20   21   22   23   24   25   26   27   ...   161

 
51
Rayon Partiya Komitəsinin birinci katibi M.P.Qəribli, doğrudan da
müşavirədə iştirak edirdi və həmişə yorğun, yuxusu olan bu altmış beş yaşlı adam, 
Əbdül Qafarzadənin sözünü kəsdi: 
– Bunları biz bilirik, yoldaş Qafarzadə, yüksək də qiymətləndiririk. Sizə də 
qabaqcıl, təcrübəli, vicdanlı bir təsərrüfat işçisi kimi, hörmətimiz var. Odur ki, 
özünüzü tərifləməyin. Onsuz da, biz sizi tərifləyirik, başqalarına nümunə göstəririk.  
Birinci katib zala baxıb yorğun gözləri ilə gülümsədi, sonra saatına baxdı: 
səhər yerindən duranda çay-çörək yeməyə vaxtı olmadı, tələsik raykoma getdi, 
günün ikinci yarısı keçirəcəyi büro iclasının gündəliyini bir də gözdən keçirdi
gündəliklə bağlı şöbələrə yeni tapşırıqlarını verdi, tələsik özünü bu müşavirəyə 
çatdırdı, saat on ikidə isə Rayon Yaşıllaşdırma Idarəsinin müşavirəsinə getməli idi 
(bu idarəni mərkəzi qəzetdə tənqid eləmişdilər), indi isə on ikiyə işləyirdi və belə 
məlum olurdu ki, birinci katib Yaşıllaşdırma Idarəsinə gedənəcən yenə də çörək 
yeməyə vaxt tapmayacaqdı; acından bu adamın qarnı quruldayırdı və o, narahat 
olurdu, rəyasət heyətində yanında oturmuş rayon rəhbərlərinə baxırdı ki, görsün, 
onlar bu qurultunu eşidirlər, yoxsa yox; rayon rəhbərləri isə, əlbəttə, özlərini 
eşitməzliyə vururdular.  
Birinci katib gözünü saatdan çəkib yenə də Əbdül Qafarzadəyə baxdı: 
– Məni düzgün başa düşün.  
Əbdül Qafarzadə də birinci katibə baxdı, başı ilə təsdiq etdi və dedi: 
– Mən sizi lap yaxşı başa düşürəm, yoldaş katib. Hörmətinizə görə də
qiymətinizə görə də çox sağ olun. Amma mən özümü tərifləmirəm, mən 
kommunistəm. Sözümün canı var. – Sonra yenə üzünü zala tutdu. – Düz iyirmi beş 
ilə yaxındır ki, yoldaşlar, mən, –  heç birinizin ora işi düşməsin, – Qəbiristanlıq 
Idarəsinin müdiriyəm. Bizim də planımız var və canımızı qoyub yenə də həmişəki 
kimi, planı artıqlaması ilə yerinə yetirəcəyik. Mən hörmətli yoldaş birinci katibin 
burada olmasından istifadə edib bu barədə sizin qarşınızda söz verirəm. Bu belə. 
Amma indi gəlin məsələyə bir az, necə deyim, insafla baxaq. Keçən il bizim 
qəbiristanlıqda inişilə nisbətən 218 nəfər az adam dəfn olunub. Neyləmək lazımdı? 
Əlbəttə, sevinmək lazımdı, çünki 218 nəfər az adam ölüb. Amma necə sevinəsən? 
Bəs plan? Axı, planı artıqlaması ilə yerinə yetirməkdən ötrü gərək çox adam dəfn 
eləyəsən...  
Bu dəfə Əbdül Qafarzadənin sözünü Rayon Icraiyyə Komitəsinin sədri Fərid 
Kazımlı kəsdi:  
– Bəs, necə olsun, yoldaş müdir, nə təklif eləyirsiniz? Plansız təsərrüfat olar? 
Zala pıçıpıçı düşdü, rəyasət heyətində oturmuş rəhbər işçilər təəccüblə Fərid 
Kazımlıya baxdılar, çünki birinci katibin iştirak etdiyi iclasda başqa rəhbər işçilərin 
replika verməsi, çıxış edənin sözünü kəsməsi əxlaqdan kənar hesab olunurdu. Fərid 
Kazımlı da bunu, əlbəttə, çox gözəl bilirdi və yəqin elə buna görə də yavaş-yavaş 
qızarırdı. Birinci katib isə yuxulu gözləri ilə zala baxa-baxa heç bir hərəkət eləmədi, 
amma ürəyində fikirləşdi ki, deyəsən, lap açıq-aşkar qocalıram... Adi etikanı da 
gözləmirlər.  
Əbdül Qafarzadə eyni təmkin və ciddiliklə: 
– Mənim xüsusi bir təklifim yoxdu, yoldaş Kazımlı, – dedi. – Amma onu 
demək istəyirəm ki, dəfn işləri ilə məşğul olan idarələrə adi iqtisadi meyarları tətbiq 
etmək olmaz. Anası, bacısı, oğlu, nə bilim, dayısı, bibisi, xalası, əmisi ölmüş 


 
52
adamların hesabına, necə deyərlər, onların göz yaşının, ürək ağrısının hesabına planı 
artırmaq nə dərəcədə bizim ideologiyamızla düz gəlir? Hansı vicdandan, hansı 
insafdandı? Axı, söhbət hamam təsərrüfatından, ya da ki, dəlləkxanalardan getmir. 
Söhbət qəbiristanlıqdan gedir. Indi mən deyim, siz də, yoldaşlar, qulaq asın. Maliyyə 
Nazirliyi qəbiristanlıqlardan gələn gəlirlərin, demək olar ki, hamısını bizdən alır və 
kommunal təsərrüfatının, məişət xidmətinin maddi ehtiyacı olan sahələrinə ayırır. 
Misal üçün, mənzillərin təmirinə. Deməli, buradan nə nəticə çıxır? Fikir verirsiz? 
Mənzillərin yaxşı təmir olunması üçün  ötrü, insanlar da çox ölməlidir ki, əzizləri 
onları plan hesabına dəfn eləsin? O biri tərəfdən də belə çıxır ki, kimsə, misal üçün, 
atasını dəfn eləyirsə, heç özünün də xəbəri yoxdur ki, eyni zamanda tanımadığı-
bilmədiyi bir kimsənin də mənzilinin təmirinə kömək eləyir. Bu heç adicə etikaya 
sığışmır. Bizim cəmiyyətimiz isə, dünyada ən humanist cəmiyyətdir və bizim 
cəmiyyətimizin göz yaşları hesabına başa gələn bir şeyə nə maddi, nə də mənəvi 
ehtiyacı var.  
Fərid Kazımlı yenə də özünü saxlaya bilmədi və yenə də Əbdül Qafarzadənin 
sözünü kəsdi: 
– Deməli, siz planın əleyhinə çıxırsınız? 
Bu, əbəttə, lap ağ oldu və birinci katib üzünü çevirib yanında oturmuş Fərid 
Kazımlıya baxdı; M.P.Qəriblinin bu baxışında qocalığın və yorğunluğun hələ 
məğlub edə bilmədiyi bir hökmranlıq, amiranəlik, qəzəb var idi. Birinci katibin 
sifətindəki bu ifadə bircə anın içində yarandı və Fərid Kazımlı kimi hündürboylu, 
enlikürəkli, əzələli idmançı bədəninə sahib olan bir adam o baxışların müqabilində 
bir göz qırpımında kiçildi, əridi, az qaldı yox olsun, ən başlıcası isə bütün zal bu 
kiçilmənin, ərimənin şahidi oldu. Sonra birinci katib üzünü Əbdül Qafarzadəyə tərəf 
çevirdi: 
– Davam edin, yoldaş Qafarzadə. 
Əbdül Qafarzadə daimi təmkini və ciddiliyi ilə:  
– Çox sağ olun, yoldaş katib, – dedi. – Yox, yoldaşlar, mən planın əleyhinə 
çıxmıram. Mən onun əleyhinə çıxıram ki, bir sıra sahələrin, idarələrin, o cümlədən, 
bizim idarənin spesifikası nəzərə alınmır. Bütün bunlar planın artırılması ilə bağlı 
məsələlərdir. Amma, bir halda ki, mən bu hörmətli xitabət kürsüsünə... 
Bəzən bu cür iclaslarda xitabət kürsüsündəcə, nitq söylədiyi yerdəcə Əbdül 
Qafarzadəyə elə gəlirdi ki, bu sözləri deyən, danışan, beləcə zala baxan, zalda tanış 
sifətlər görən, əlini düyünləyib xitabət kürsüsünə döyəcləyə-döyəcləyə özü öz 
dediklərini təsdiq eləyən adam o deyil, kimsə tamam başqa bir adamdır; eyni 
zamanda, həm bu hissi keçirir, həm də nitqinə davam edirdi, elə bil ki, beynin bir 
hissəsi nitq edirdi, o biri hissəsi isə bu nitqə, dediyi bu sözlərə təəccüb edirdi və 
dünyanın faniliyi müqabilində bütün ciddi-cəhdlərin mənasızlığını fikirləşirdi. 
–... qalxmışam, qoy başqa dərd-sərimizi də deyim. Yoldaşlar, qəbiristanlıqdakı 
yol insanı ən son mənzilə aparan yoldur, sonuncu yol. Bunun böyük rəmzi mənası 
var. Insanlar son mənzilə abad yolla getməlidirlər. Bəs bizim qəbiristanlıqdakı yol, 
cığır nə gündədir? Bərbaddan da bərbad. Kələ-kötür, çala-çuxur, palçıq, darısqal... 
Qəbiristanlığın ortasında iki maşın qabaq-qabağa gəlsə, hansı sürücünün zoru 
güclüdü, o biri gərək maşını qəbiristanlığın axırına qədər dal-dala versin. Nə qədər 
demək olar?! Nə qədər yuxarı təşkilatlara bu barədə yazmaq olar?! Heç nə istəmirik, 
elə özümüzə icazə versinlər, beş-on ştatdan ibarət kiçik bir yol təmiri sexi açaq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə