Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   19   20   21   22   23   24   25   26   ...   161

 
49
da artırdı. Misal üçün – Əbdül Qafarzadə bütün bu rəqəmlərin hamısını əzbər bilirdi 
və ümumiyyətlə, haqq-hesab işlərində Əbdül Qafarzadənin beyni kompüter kimi 
işləyirdi: öz şəxsi gəliri ayrıca, dövlət gəliri ayrıca – 1980-cı ildə illik plan 430 min 
manat idi, 1981-ci ildə 28 min də üstünə gəldi, plan oldu 458 min manat, 1982-ci il 
üçün illik plan birdən-birə 140 min artırıldı və oldu düz 598 min manat, uzun sözün 
qısası, 1984-cü il üçün illik plan qalxmışdı 770 min manata.  
Tülkü Gəldi Qəbiristanlığı bir o qədər də böyük qəbiristanlıq deyildi və bu 
qədər planı vermək, əlbəttə, ağır idi. Qəbirin birinin qazılması 4 manat 42 qəpik idi, 
yer almaq üçün vəsiqə 44 qəpik, qəbirin üstündə yazı lövhəsi 1 manat 87 qəpik idi, 
tabutla dəfn eləmək 41 manat 50 qəpik, bəzədilmiş tabutla 46 manat 92 qəpik idi. 
Istifadəyə verilən maşının (katafalkın) saatı 3 manat 15 qəpiyə, mafə 27 manat 42 
qəpiyə, orkestr isə 54 manat 78 qəpiyə idi. Adət-ənənəyə görə tabutdan, demək olar 
ki, istifadə edilmirdi, camaat ölüsünü mafə ilə aparıb dəfn elətdirirdi, orkestri də, 
əslində, heç kim dəvət etmirdi, imkanı olan öz ölüsünü basdırmaq mərasiminə 
məşhur sənətkarları dəvət edirdi, imkanı olmayanlar isə dəfn mərasimini musiqisiz 
keçirirdi (Qəbiristanlıq Idarəsinin orkestri isə – tarçı, kamançaçı, dəf çalan, 
klarnetçi, zurnaçı və iki nəfər də xanəndə – əsas etibarilə Bakı yaxınlığındakı 
Abşeron kəndlərində toylara gedirdi və hər toydan da Əbdül Qafarzadəyə çatacaq 
məbləği gətirib ya Vasiliyə, ya Mirzəibiyə, ya da Ağakərimə verirdi).  
Tülkü Gəldi Qəbiristanlığında hər gün orta hesabla 8 ilə 15 arası ölü dəfn 
edilirdi və hökumətin qoyduğu o ucuz qiymətlə o boyda planı doldurmaq mümkün 
deyildi. Əbdül Qafarzadə planı doldurmaqdan ötrü ölü sahiblərinə satmaq üçün 
nazik dəmirdən əklillər qayıran kiçik bir sex açmışdı və həmin rəngli dəmir əklilləri 
məcburi olaraq ölü yiyələrinə satırdı. Düzdü, o sex indi, əslində, daha əklil 
düzəltmirdi, çünki dəmir əklil alan ölü yiyələri o əklilləri heç bilmirdilər ki, 
qəbiristanlıqda hara atırdılar və Qəbiristanlıq Idarəsinin işçiləri də onları təzədən 
yığıb sexə gətirirdi, yağışın, küləyin altında çox qalanları ayda bir dəfə təzədən 
rəngləyirdilər və təzə əklillər kimi camaata satırdılar; sex, sənədlərə görə, gündə 8-
15 arası (dəfn olunanların sayı qədər) əklil istehsal edirdi və bu qədər də əklil satırdı, 
amma, əslində, bütün il boyu 30-40 əklil tamam kifayət edirdi – dəmir dözümlü 
material idi.  
Indi sex əklil əvəzinə çamadan, diş fırçası, sabunqabı, ayaqqabı geyinmək 
üçün dabançəkən, qapı dəstəyi, asılqan, vanna asılqanı, iri palto düymələri, cürbəcür 
daraqlar istehsal edirdi, bir sözlə, Əbdül Qafarzadə o sexi əməlli-başlı fabrikə 
çevirmişdi, müasir avadanlıq, Pribaltikadan gətirtdiyi texnika və s. Əbdül Qafarzadə 
bu məhsulların da bəzisini qeydiyyatdan keçirmişdi, guya, çamadanı, diş fırçasını və 
palto düymələrini əklillərdən qənaət edilmiş qalıqların hesabına buraxır və bu 
məmulatın kiçik bir qismini (rəsmi sənədlərdə göstərilən material qalıqlarının 
verdiyi imkan müqabilində) rəsmi müqavilə bağladığı ticarət müəssisəsinin 
vasitəsilə plan hesabına dövlət kassasına keçirirdi.  
Lakin planı doldurmaq üçün bunlar da azlıq edirdi və Əbdül Qafarzadə 
məcbur olurdu ki, dəfn mərasimləri ilə bağlı rəqəmləri şişirtsin. Xüsusən, ilin sonuna 
yaxın bəzən elə olurdu ki, bir gündə cəmi beş dəfn mərasimi keçirilirdi, amma 
Əbdül Qafarzadə bunu hesabatda 25 dəfn mərasimi kimi qeyd elətdirirdi, özündən 
ölü adları, ölü ünvanları yazdırırdı və dövlətin də kassasına pulu öz cibindən 
keçirirdi, illik planı da həmişə 4-5 min manat artıqlaması ilə yerinə yetirirdi, hər il 


 
50
keçici Qırmızı Bayraq, cürbəcür Fəxri fərmanlar alırdı, kommunal-məişət 
müəssisələrinin yarışında mükafata layiq birinci, ikinci, üçüncü yerləri tuturdu 
(təkcə elə həmkarlar təşkilatından iyirmidən çox təşəkkürnamə almışdı) və 
Qəbiristanlıq Idarəsində bütün bu keçici Qırmızı Bayraqlar, Fəxri fərmanlar, 
Təşəkkürnamələr üçün ayrıca bir guşə yaratmışdı. Fəxri fərmanları, 
Təşəkkürnamələri öz əklil sexində düzəldilmiş, gümüş suyuna çəkilmiş haşiyələrə 
saldırmışdı, divardan asdırmışdı.  
Sexdə düzəldilən həmin haşiyələr Əbdül Qafarzadənin xoşuna gəlirdi və o, 
yaxın gələcəkdə bu cür haşiyələri kütləvi surətdə istehsal etmək istəyirdi; xüsusən, 
kənd yerlərində elə haşiyələr yaxşı gedəcəkdi; böyüdülmüş ailəvi fotoşəkilləri, ailə 
başçısının böyüdülmüş fotoşəklini, ailələrdəki cavanların əsgərlikdən göndərdikləri 
fotoşəkilləri o haşiyələrə salıb evin divarından asmaq üçün. Əbdül Qafarzadənin 
belə işlərdə xüsusi duyumu var idi və indi də duyumu ona deyirdi ki, iri rayonlardan, 
heç olmasa, onunun ticarət rəhbərliyi ilə sövdələşə bilsə, bu haşiyələr yaxşı gəlir 
gətirəcək. Sonralar o haşiyələrin də satışını çamadanlar, diş fırçaları, daraqlar kimi 
daha da genişləndirmək olardı: Dağıstanda, başqa Qafqaz əyalətlərində, Rostov 
vilayətində ticarətlə bağlı Əbdül Qafarzadənin nüfuzlu və işgüzar tanışları var idi 
(Gürcüstanla Ermənistana isə elə Azərbaycan kimi baxırdı).  
Əbdül Qafarzadə bu cür danışıqları işin başında duran adamlarla aparırdı, 
dükan müdirləri, hətta univermaq müdirləri səviyyəsinə enmirdi və bütün 
əməliyyatın təşkilini də öz üzərinə götürürdü, çünki bütün yer üzündə ən çox etibar 
elədiyi bir adam var idisə, o da özü idi. Sövdə tuturdu, çox yaxşı, tutmurdu, əvəzinə 
ortaya başqa bir xeyirli iş çıxırdı. Haşiyələri də gizli istehsal etməyəcəkdi, 
zavodlarla, fabriklərlə, məktəblərlə müqavilə bağlayacaqdı. Fəxri Fərmanlardan, 
qruppa ilə çəkilmiş fotoşəkillərdən ötrü müxtəlif ölçülü ayrıca (yəni dövlət üçün 
nəzərdə tutduğunu) haşiyələr düzəltdirib, pulunu köçürmə yolu ilə ucuz qiymətə 
onlara satacaqdı və bu rəsmi pul da, əlbəttə, plan hesabına dövlət kassasına 
keçiriləcəkdi, üstəlik də Qəbiristanlıq Idarəsi qənaət etdiyi üçün 
mükafatlandırılacaqdı, iclaslarda, yuxarı təşkilatlara verilən hesabatlarda qabaqcıllar 
arasında nümunə göstəriləcəkdi.  
Düzdü, hər dəfə illik plan artırılanda Əbdül Qafarzadənin düşünüb gördüyü 
tədbirlər nəticəsində onun öz şəxsi qazancı da qat-qat artıq dərəcədə artırdı, planın 
artırılması onun üçün, əslində, şəxsi bir təşəbbüskarlıq, işgüzarlıq amilinə çevrilirdi, 
amma buna baxmayaraq, hər dəfə Qəbiristanlıq Idarəsinin illik planı artırılanda əsl 
təsərrüfatçı bir adam kimi, pulun qiymətini və qədrini bilən bir nəfər kimi, Əbdül 
Qafarzadədə sövq-təbii bir etiraz baş qaldırırdı və yeri gələndə özünü saxlaya 
bilmirdi, xitabət kürsüsünə qalxıb fikirlərini söyləyirdi (hərçənd yaxşı bilirdi ki, heç 
kim planı azaltmayacaqdı və əslində, dediyi fikirləri havaya püfləyir – elə yaxşısı da 
bu idi!).  
Həmin günəşli aprel səhəri Rayon Icraiyyə Komitəsindəki müşavirədə də 
Əbdül Qafarzadə söz istəyib xitabət kürsüsünə qalxdı.  
– Yoldaşlar! Planları yerinə yetirmək bizim hər birimizin təxirəsalınmaz 
vəzifəsidir. Müəyyən olunmuş planlar yerinə yetirilməlidir və bu barədə heç bir 
söhbət ola bilməz. Mən, az qala, otuz ildir ki, rəhbər təsərrüfat işlərində işləyirəm, 
bir dəfə də olmayıb ki, planı artıqlaması ilə yerinə yetirməyim...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə