Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   18   19   20   21   22   23   24   25   ...   161

 
47
Mürşüd Gülcahani gizlətməyə çalışdığı bir həsədlə Əbdül Qafarzadəyə baxdı 
və Əbdül Qafarzadə qudasının gözlərindəki o gizli həsədi o saat gördü, dünən həkim 
Bronşteynin yanına getdiyi vaxtdan bəri birinci dəfə gülümsədi: otuz il idi ki, 
Mürşüd Gülcahaninin mədəsində yara var idi və otuz il idi ki, bu bədbəxt oğlu 
bədbəxt, adam kimi yeyib-içmək üzünə həsrət idi.  
Gödəkboylu professor Mürsəlbəyli təkcə pencəyini yox, köynəyini də çıxarıb 
əyninə ağappaq nişastalı xalat geymişdi və xalatın yaxasından tüklü sinəsi 
görünürdü. Əbdül Qafarzadə həmin ağappaq nişastalı xalatın döş cibinə üç dənə şax-
şax yüzlük basdı, professor Mürsəlbəyli: 
– Bay... Bu nəyə lazımdı? – dedi və bu sözləri elə ifadə ilə dedi ki, əslində, 
təşəkkür edirdi.  
Əbdül Qafarzadə: 
– Sənin üçün halaldı, professor, – dedi və birdən-birə həkim Bronşteynin 
şəvə kimi qapqara rəng qoyulmuş, bəzən də dibinin ağı görünən saçını, bığını 
gözünün qabağına gətirib yenə də gülümsədi: yazıq həkim Bronşteyn...  
Axşam Əbdül Qafarzadə professor Mürsəlbəylinin evinə böyük bir ağ balıq 
da göndərdi və alverçilərin Xəzərdən gizlin tutub gətirdikləri o böyük ağ balıq 
professor Mürsəlbəylinin evinə gedəndə, elə bil ki, Əbdül Qafarzadənin ürəyindəki o 
nigarançılığı də birdəfəlik özü ilə götürüb apardı...  
Qaratel divanın aşağısında yanpörtü oturub onun ayaqlarını ovxalayan ərinə 
baxdı: 
– Əbdül... 
– Nədi?  
– Istəyirəm o mücrümü elə indidən verim Sevilə...Nəyimə lazımdı e, mənim? 
Bir ayağım burdadı, bir ayağım orda, balamın yanında. Az qalıb day balamın yanına 
köçməyimə, gedib o qara torpaqda onun yanında olmağıma... Lap az qalıb e, 
Əbdül...  
– Ağzını xeyirliyə aç... – Əbdül Qafarzadə bunu dedi, amma üzünü tələsik 
yana çevirdi, çünki düzdü, Əbdül Qafarzadə beyinlə yaşayan adamlardandı, amma 
ürək də ürəkdi və bu dəm birdən-birə Əbdül Qafarzadənin gözləri əməlli-başlı 
doldu.  
– Əbdül... 
– Nədi? 
– Nə deyirsən? 
– Nəyə nə deyirəm? – O kövrəklik keçib getdi və Əbdül Qafarzadə yenə də 
arvadına baxdı. 
– Mücrünü bağışlayım Sevilə...  
– Qoy qalsın evdə.  
Otuz iki ilə yaxın idi ki, Qaratel ilə Əbdül Qafarzadə bir yerdə yaşayırdılar və 
bu otuz iki ildə Qaratel ərinin səsinin də bütün çalarlarını öyrənmişdi və bu dəfə də 
başa düşdü ki, o üç söz «Qoy qalsın evdə», əslində, söz deyil, dəmir kimi bir şeydir, 
deyildi, qurtardı.  
Əbdül Qafarzadə evdə, açıq-aşkarda var-dövlət saxlamağın əleyhinə idi, ona 
görə yox ki, qorxurdu birdən işi çətinə düşər, gəlib yoxlayarlar, görərlər; yox, Əbdül 
Qafarzadədə bu qorxu hissi demək olar ki, yox idi (əvvəllər var idi, amma illər bir-
birini əvəz etdikcə, Qəbiristanlıq Idarəsində Qırmızı Bayraqlar, Fəxri Fərmanlar, 


 
48
Təşəkkürnamələr artdıqca o qorxu hissi də yox olub gedirdi); ona görə ki, buna 
ehtiyac yox idi. Təkcə Qaratelin o mücrüsü evdə idi, bir az da nağd pul var idi. O 
mücrüyə Əbdül Qafarzadənin uzun illərdən bəri Qaratelə aldığı üzüklər, sırğalar, 
boyunbağılar, bilərziklər yığılmışdı və haçansa, uzaqbaşı, demək olardı ki, bütün bu 
ləl-cəvahir Qaratelə atası Axund Məhəmmədəli Ağadan qalıb. Axund Məhəmmədəli 
Ağa vaxtilə bütün Bakıda məşhur seyid, mükəmməl təhsil görmüş ruhani bir adam 
idi və elə bir şəxsdən bu cürə ləl-cəvahiratın miras qalmasında təəccüblü bir şey yox 
idi, hərçənd, Allah o kişiyə rəhmət eləsin, özündən sonra təkcə qədim əlyazmaları, 
bir də ki, müxtəlif xətlərlə yazılmış əlyazmalarında yeddi Quran qalmışdı. Əbdül 
Qafarzadə özündə yalnız bir nüsxə Quran saxladı, qalan altı Quranı da, başqa qədim 
əlyazmalarını da Respublika Əlyazmaları Fonduna bağışladı. Əbdül Qafarzadə o 
vaxt– iyirmi il əvvəl bunu həm o rəhmətliyin xətrinə elədi, çünki çox təmiz
alicənab, elmli bir adam idi, həm də Qaratelin və uşaqların xətrinə elədi: qoy, heç 
olmasa, hansı bir jurnaldasa, hansı bir tədqiqatdasa uşaqların babasının, ulu 
babasının adı çəkilsin, filan əlyazması Axund Məhəmmədəli Ağadan qalıb, 
yazsınlar.  
O mücrüdəki ləl-cəvahirat isə, doğrudan da, antikvar idi, bircə dənə də olsun 
müasir zinət yox idi. Əbdül Qafarzadə onların hamısını ayrı-ayrı zərgərlərdən, 
alverçilərdən, dəllallardan almışdı və ümumiyyətlə, Əbdül Qafarzadə öz təbiəti 
etibarilə müasir adam deyildi, təyyarə ilə, video ilə, maqnitafonla arası yox idi, hətta 
elektrik çaynikindən də zəhləsi gedirdi; cavanların ədası, geyimi, musiqisi, xüsusən, 
qızların şalvar geyib siqaret çəkməsi bu adamı tamam əsəbiləşdirib özündən 
çıxarırdı...  
Sevil gəlib çıxanda daha saat 10-a işləyirdi və Əbdül Qafarzadə evdən çıxıb 
avtobus dayanacağına gəldi ki, avtobusa minib elə birbaşa Rayon Icraiyyə 
Komitəsinə getsin. Onun öz şəxsi maşını yox idi və Bakıda heç vaxt taksiyə 
minmirdi, çünki Əbdül Qafarzadə bu fikirdə idi ki, 135 manat aylıq maaş alan ailə 
başçısının camaatın gözü qabağında taksiyə minməyinə heç bir ehtiyac yoxdur. 
Sevilgil ayrı məsələ. Onlar sənətkar idilər. Bundan başqa, Ömərin atası Mürşüd 
Gülcahani hər nə idi, adı yazıçı idi, kolxoz həyatından romanlar yazırdı; düzdü, özü 
əfəlin biri idi, amma Əbdül Qafarzadə hər il Mürşüd Gülcahaninin bir kitabını nəşr 
elətdirirdi (hər halda, quda idi!). Sevilə bağışladığı «Qaz-24»ü də Mürşüd 
Gülcahaninin adına almışdı. Sovet hökumətində yazıçıya kim nə deyəcəkdi? 
Əbdül Qafarzadə təmiz, səliqəli geyinməyi xoşlayırdı,buna görə də eyni 
rəngli, eyni biçimli bir kostyumdan dördünü-beşini birdən alırdı ki, dəyişik geysin
amma hamı elə bilirdi ki, kişinin cəmi bircə kostyumu var, hər gün də o bircə 
kostyumda gəzir, hətta bəziləri buna fikir verib təəccüb də edirdilər ki, Əbdül 
Qafarzadənin kostyumu heç köhnəlmir, bir il hər gün əynində olur, amma təptəzə 
qalır.  
Əbdül Qafarzadə avtobus gözləyə-gözləyə o gözəl yaz günəşinin hərarətini 
təzədən hiss etməyə başladı və hətta birdən-birə Rozanı xatırladı, Rozanın balıq kimi 
sürüşkən bədənini, ağappaq dolu baldırlarını, döşlərini gözünün qabağına gətirdi, 
amma bu vaxt avtobus gəldi və o avtobus Əbdül Qafarzadəni yenə də həyatın, necə 
deyərlər, cariliyinə qaytardı.  
Əhaliyə xidmət edən hər bir müəssisə kimi, Tülkü Gəldi Qəbiristanlığındakı 
Qəbiristanlıq Idarəsinin də illik planı var idi və illər bir-birini əvəz etdikcə bu plan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə