Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   15   16   17   18   19   20   21   22   ...   161

 
41
Və həmin aprel günü tələbə Murad İldırımlı ilə Xosrov müəllim Tülkü Gəldi 
Qəbiristanlığına getdilər ki, yazıq Xədicə arvadı orada dəfn eləməkdən ötrü yer 
alsınlar.  
 

 
ƏBDÜL QAFARZADƏ 
 
Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və 
o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha 
doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün 
gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və 
elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi 
emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, 
ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər 
halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun 
üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.  
Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir 
çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə 
gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə 
görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, 
dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç 
yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi 
mənasız görünürdü.  
Əbdül Qafarzadə hər gecə yerinə girib yuxuya getməzdən əvvəl, içindən bir 
filosof baş qaldırırdı, dünyaya baxırdı, dünyanın bütün mənasızlığını görürdü, «– 
Yat, – deyirdi. – Başını yorma. Sənin kimi milyard-milyard insanlar gəlib bu 
dünyaya, milyard-milyard da insanlar köçüb. Sən nə birinci, nə də sonuncusan... 
Yat!», amma yata bilmirdi və çox zaman həmin gecə filosofu açırdı sandığı, tökürdü 
pambığı; bəzən Əbdül Qafarzadəyə elə gəlirdi ki, hamamdadı və o filosof da onu 
soyundurur, bir-birinin üstündən geydiyi paltarları bir-birinin üstündən də onun 
əynindən çıxarır, tamam soyundurub çılpaq eləyir. O gecə filosofu əməllərə qiymət 
verirdi, sözlərə, hərəkətlərə qiymət verirdi, sonra yavaş-yavaş mürgü içində əriyib 
yox olurdu; sonra da pəncərədən görünən rəngdə bir səhər açılırdı, gün başlayırdı və 
həmin filosof unudulurdu, yaddan çıxırdı, bir də gecə yatmaq üçün yerinə girəndə 
qayıdıb gəlirdi, səhər ilə gecə arasındakı ömür isə həmişəki minvalı ilə davam 
edirdi.  
Həmin aprel günü sübh tezdən gözlərini açanda Əbdül Qafarzadə qışdan 
sonra ilk dəfə günəşin istisini hiss etdi və pəncərənin şüşəsindən süzülüb gələn və 
lap güclə duyulan o günəş istisi bütün içinə incə, xəfif bir hərarət gətirdi; o hərarətin 
həmin incəliyində, xəfifliyində elə bil ki, bir uşaq təbəssümü var idi və Əbdül 
Qafarzadəyə elə gəldi ki, elə bil, bütün içini, bütün bədən üzvlərini tərtəmiz 
yuyublar, tamam təmizlik, paklıq və sağlamlıq içindədi, elə təmizdi ki, şüşə kimi bu 
tərəfdən baxsan, o biri tərəf görünəcək, qollarını geniş açıb, sinəsini qabartdı, ciyər 
dolusu nəfəs aldı, elə bil, dünyada heç bir dərd-sər yox idi, qayğı yox idi, sonra 
gözlərini qıyıb yenə də bayırın o təmiz, o ilıq işığına baxmaq istədi, amma bu dəfə 


 
42
birdən-birə idarədəki kabineti yadına düşdü və o kabinetin pəncərələrindən görünən 
qəbir daşları gözünün qabağına gəldi və tanış bir sarsıntı ilə Əbdül Qafarzadənin 
bütün varlığı üşüdü; o xəfif hərarət çirkab içində boğulub yox oldu. 
Əbdül Qafarzadə özü də bilirdi ki, dünyanın ən qəmli, kədərli yerində işləyir; 
neçə illər idi ki, Qəbiristanlıq Idarəsinin müdiri idi. Həmin qəbiristanlığa camaat 
arasında Tülkü Gəldi Qəbiristanlığı deyirdilər və Əbdül Qafarzadə həmişə 
fikirləşirdi ki, camaat bu qəbiristanlığa niyə belə bir ad qoyub? Qəbiristanlıq Sulu 
dərə deyilən yerin yuxarısındakı dikdirdə idi. Deyirdilər ki, guya, qədim 
qəbiristanlıqdır, amma Əbdül Qafarzadə burada bir dənə də olsun qədim qəbir daşı 
tapmamışdı. Ən qədim qəbir 1913-cü ildə rəhmətə getmiş Məşədi Mirzə Mir 
Abdulla Məşədi Mir Məmmədhüseyn oğlunun qəbri idi, Allah o kişiyə rəhmət 
eləsin, deyəsən, bu Tülkü Gəldi Qəbiristanlığında dəfn edilmiş ilk şəxs də elə o 
rəhmətlik imiş. Əlbəttə, bəlkə ondan da əvvəl dəfn olunmuş şəxslər olub, qəbirləri 
itib-batıb, çünki, əslində, müsəlman dininə görə, qəbir gərək itib yox olsun, torpağa 
qarışsın. Indiki kimi deyil ki, kimin pulu var, ölüsünün qəbrinin üstünü təmtəraqla 
götürdür, heykəl də qoydurur. Amma heykələ layiq adam olub? Baxıb görəcəksən 
ki, yox... Qədimdə piranə bir adam olurdu, alim olurdu, şair olurdu, dünyanı bilib-
tanımış bir nurlu insan olurdu, Şeyx Nizami kimi, camaat məqbərə tikirdi, pirə 
çevirirdi o alicənab şəxsin qəbrini. Amma indi o adamın qəbri başdan-başa mərmər 
içindədi ki, raykom katibi olub, dükan müdiri olub, ya qəssab olub, hər kim olubsa, 
pullu olub; bəxtləri də onda gətirib ki, haqq dünyasına köçəndən sonra pullarına yiyə 
duranların qeyrəti çatıb, heç olmasa, o rəhmətliklərə bir abidə qoyublar. Əbdül 
Qafarzadə nə raykom katibinin, nə dükan müdirinin, nə də qəssabın əleyhinə idi, bu 
nahaq dünyada hərə özünə bir gün qazanmalı idi, raykom katibi də, dükan müdiri də, 
qəssab da insan idi və uşaqlarını dolandırmalı idi, amma Əbdül Qafarzadə bunu 
daxilən qəbul edə bilmirdi ki, bütün həyatında misal üçün, bir dənə də kitab 
oxumayan bir qəssab, qəbrinin üstündəki heykəldə əlində kitab xəyala dalıb.  
Görəsən, haçansa Əbdül Qafarzadənin də qəbrinin üstündə bir şey olacaqdı? 
Uşaq qalsaydı, əlbəttə, olardı. Ya da ki, Qaratel əvvəlki Qaratel olaydı, onda hə. 
Ömər qəbir daşı düzəltdirəndi? Yenə Sevil sağ olsun...  
Əbdül Qafarzadə həmişə çalışırdı ki, bu fikri başından tez çıxarsın; bu fikir, 
əlbəttə, adamı əsəbiləşdirirdi, hətta bəzən sarsıdırdı, amma, əslində, nə mənası var 
idi? O rəhmətlik Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu ki, 
1913-cü ildə dünyanı tərk etmişdi və indi onun üçün nə fərqi var ki, qəbrinin 
üstündə yazılı daş qalıb? O rəhmətliyin indi sümükləri də çürüyüb... Düzdür, bu 
fikirdə təzə bir şey yoxdu, məlum məsələdir, amma həqiqət nədir? Bir şey ki, məlum 
məsələdir, deməli, həqiqətdir də. 
Əbdül Qafarzadənin beyni iti işləyirdi və hərgah insanlar iki yerə 
ayrılırdılarsa – ürəklə yaşayan adamlar və beyinlə yaşayan adamlar – Əbdül 
Qafarzadə daha artıq dərəcədə beyinlə yaşayan bir adam idi və belə bədbin 
məqamlarda da beyin sövq-təbii onun köməyinə çatırdı.  
O rəhmətlik Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn 
oğlunun sümükləri çürüsə də, çürüməsə də, bütün bunların mənası olsa da, olmasa 
da, hər halda, qəbiristanlıqların tarixi layiqincə öyrənilməlidir. Əbdül Qafarzadə bu 
barədə yuxarı təşkilatlara, hətta Elmlər Akademiyasına da məktub yazmışdı. Düzdü, 
ayrı-ayrı tarixi qəbir daşları, xüsusən, məqbərələr təmir olunurdu. Mədəniyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə