Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   22   23   24   25   26   27   28   29   ...   161

 
55
masştabla. Sizin çoxunuz danışdı burda, lakin əlinizdə kağız olmayanda adam başa 
düşmür ki, nə deyirsiniz. Amma Qafarzadənin danışığında dəmir məntiqə fikir 
verdiniz? Niyə belədir? Ona görə ki, işlə yaşayır, işə canı yanır, ona görə ki, işdən 
başı çıxır, bilir nə edir və kiminçün edir. Sizin çoxunuzu qoymuşuq rəhbər işə, lakin 
çoxunuzun öz işinizdən xəbəriniz yoxdur. Elə bilirsiniz mən bilmirəm? Bilirəm. 
Bütün siqnallar gəlib çatır mənə. Cavanlar çoxdu bu zalda, bax, öyrənin bu təcrübəli 
təsərrüfat işçisindən, öyrənin Qafarzadədən. Sən də, Kazımlı, – birinci katib üzünü 
Fərid Kazımlıya tutdu və yenə də bircə anın içində birinci katibin sifətinin ifadəsi 
dəyişdi, bayaqdan nəsihətlər verən, xeyirxah tərzdə danışan ağsaqqal adamın 
əvəzinə indi Fərid Kazımlıya tamam qəddar bir adam baxırdı, – onun sözünü 
kəsmə!..  
Fərid Kazımlı yenə göz-görəti kiçildi, əridi, az qaldı tamam yox olsun, amma, 
buna baxmayaraq, bu zalda oturanların demək olar ki, hamısı yaxşı bilirdi, Fərid 
Kazımlı nə qədər kiçilsə də, ərisə də bu, müvəqqəti balacalaşmadı – zalda 
əyləşənlərin işi dolanıb, fırlanıb, yenə də gəlib Fərid Kazımlıdan keçirdi.  
– Lakin, yoldaş Qafarzadə, – birinci katib bu dəfə də üzünü zalda oturmuş 
Əbdül Qafarzadəyə tutdu, – məntiq məntiq yerində, plan isə plan yerində. – Birinci 
katib bu sözlərin təsirini daha da artırmaqdan ötrü barmağını üç-dörd dəfə xitabət 
kürsüsünə vurdu və əvvəlcə rəyasət heyətində oturanlar, sonra da onlara baxan 
zaldakılar əl çalmağa başladılar.  
Birinci katib planın vacibliyi barədə danışdı, zala toplaşmış bütün təsərrüfat 
rəhbərlərinə planların artıqlaması ilə yerinə yetiriməsi üçün var qüvvələrini 
səfərbərliyə almaqlarını tapşırdı, lazım bildiyi göstərişlər verdi, tez-tez saatına baxa-
baxa (və qarnı quruldaya-quruldaya...) geridə qalanlara xəbərdarlıq etdi və çıxışını 
bu sözlərlə qurtardı ki, bütün planlar (bu sözləri də deyəndə barmağını üç-dörd dəfə 
xitabət kürsüsünə vurdu və təkrar etdi: «–Bütün planlar!») artıqlaması ilə yerinə 
yetirilməlidir ki, rayon bütün göstəricilər üzrə sosializm yarışının qalibi olsun. 
Axırda da lap gül elədi: 
– Yoldaş Qafarzadə düz deyir, müdrik deyir. Gələcək naminə hər birimiz 
əlimizdən gələni əsirgəməməliyik.  
Bax beləcə... Bu da sənin gələcəyin.  
Iclas qurtaran kimi, Əbdül Qafarzadə elə Rayon Icraiyyə Komitəsinin 
binasının birinci mərtəbəsindən evə zəng elədi ki, görsün Qaratel necədir. Dəstəyi 
Qaratel özü götürdü, dedi ki, yaxşıdır, Sevil də gedib konservatoriyaya, sonra da 
soruşdu ki, günortaya nə bişirsin, Əbdül Qafarzadə acıqlandı ki, heç nə bişirmək 
lazım deyil, uzan, istirahət elə, özüm gəlib bir şey düzəldərəm.  
Əbdül Qafarzadənin Rayon Icraiyyə Komitəsindən çıxıb Qəbiristanlıq 
Idarəsinə gəlməyi heç qırx dəqiqə çəkmədi, amma kabinetinə girən kimi (gözləmə 
otağında da tösmərək bir oğlanla arıq və əcaib bir kişi, deyəsən, onu gözləyirdi...), 
katibə qız (Idarədə katibə ştatı yox idi, bu qızı fəhlə ştatı ilə – guya, qəbirqazandı – 
işə götürmüşdü) xəbər verdi ki, Rayon Icraiyyə Komitəsinin sədri Fərid Kazımlı 
yoldaşın katibəsi Ayna xanım zəng eləyib, sədr sizi çağırır. 
Əbdül Qafarzadə yazı mizinin üstündəki təzə qəzetlərə baxdı. Bu adam siqaret 
çəkmirdi, içkiyə aludə deyildi – hərdənbir kefinə düşəndə yüz-yüz əlli, uzaq başı iki 
yüz qram araq içərdi, amma bircə gün də qəzetsiz dayana bilməzdi (bir də ki, tarixi 
kitabları çox xoşlayırdı). Qəzet, elə bil ki, narkotik bir maddə kimi, Əbdül 


 
56
Qafarzadənin gündəlik həyatına daxil olmuşdu və qəzetlərin oxunuşu da xüsusi bir 
rituala çevrilmişdi: günorta təxminən on iki ilə bir arası – yəni indiki vaxt – yazı 
mizinin arxasına keçirdi, çeşməyini dəyişirdi, həmişə eyni bir ardıcıllıqla düzdüyü 
qəzetləri – əvvəlcə Azərbaycan dilində, sonra rus dilində – bir-bir götürüb oxumağa 
başlayırdı, özü də birinci səhifədən yox, sonuncu səhifədən oxumağa başlayırdı və 
bütün sahələrə həsr olunmuş yazıları oxuyurdu və bu vaxt Qəbiristanlıq Idarəsində 
işləyənlərin, ora gəlib-gedənlərin hamısı bilirdi ki, kişi məşğuldur, qəzet oxuyur və 
ona mane olmaq olmaz.  
Nə isə, həmin günəşli aprel günü Əbdül Qafarzadənin qəzetinin vaxtı keçirdi, 
amma buna baxmayaraq, gözlərini mizin üstündəki təzə qəzetlərdən çəkib katibə 
qıza baxdı, gülümsədi və o cavan katibə qız Əbdül Qafarzadənin təbəssümünü özü 
bildiyi kimi yozdu və qızardı: o cavan katibə cəmi on gün idi ki, Qəbiristanlıq 
Idarəsində işə başlamışdı və bu on gün müddətində qızı yaxşı başa salmışdılar ki, 
Əbdül Qafarzadə kimdir və əlbəttə, çalışıb onun rəğbətini qazanmalıdır; qız artıq 
bilirdi ki, Əbdül Qafarzadə istəsə, Tülkü Gəldi Qəbiristanlığının yanındakı Sulu 
dərənin suyunu bir günün içində boşaldar, əgər istəsə, Bakının girəcəyindəki o Qurd 
qapısı dikdiri ki var, bircə günün içində yerlə yeksan elətdirər. Məktəbi bitirdikdən 
sonra bir neçə il instituta girə bilməmiş və gəlib qəbiristanlıqda katibə işləməyə 
məcbur olmuş bu gözəl cavan qız ürəyində Əbdül Qafarzadədən həm qorxurdu, həm 
də bütün içinə qəribə bir maraq çökmüşdü: baxırsan, adi adamdı, işə avtobusla gəlib-
gedir, heç kimlə işi yoxdur, geyim-keçimi də, düzdü, səliqəlidi, amma on gündü 
əynində elə eyni kostyumdu... Iyirmi ildən artıq bu idarədə makinaçı işləyən Bədurə 
xanım isə üç gün bundan əvvəl Əbdül Qafarzadənin kabinetinə işarə edərək «– 
Çalış... – demişdi. – Instituta da qoyar səni, aspiranturaya da düzəldər, sonra da lap 
professor eləyər...» Düzdü, Bədurə xanım bu sözləri deyib gülmüşdü, amma o 
gülüşdə gizli bir kin-küdurət var idi...  
Amma o gözəl katibə qız nahaq qızarırdı, çünki o dəm Əbdül Qafarzadənin 
təbəssümünün bu qıza heç bir dəxli yox idi və ümumiyyətlə, Əbdül Qafarzadənin on 
gündə bu qıza heç əməlli-başlı baxmağa vaxtı olmamışdı.  
Əbdül Qafarzadə yenə də avtobusa minib əvvəlcə evə getdi, pencəyinin döş 
cibinə zərf qoydu, sonra Rayon Icraiyyə Komitəsinə getdi. Beş-altı nəfər sədrin 
qəbulunu gözləyirdi, amma Ayna xanım – ömrünün son on beş ilini yalnız Fərid 
Kazımlı ilə işləyən, Fərid Kazımlı bir-bir rəhbər vəzifələri dəyişdikcə o da öz işini 
dəyişib (Fərid Kazımlının idarə maşınının sürücüsü də belə idi) hər yerdə ona 
katibəlik eləyən bu yaşlı və təcrübəli qadın Əbdül Qafarzadəni görən kimi: 
– Bir dəqiqə dayanın, Qafarzadə (bu qadın da sədr kimi tabelikdə işləyən 
adamları yalnız famili ilə çağırırdı), indi. – Və Ayna xanımın sədrin kabinetinə 
girməyi ilə çıxmağı bir oldu. – Gözləyir sizi, Qafarzadə, keçin.  
Əbdül Qafarzadə içəri girəndə sədr geniş mizin arxasında oturmuşdu və 
«Azərbaycan gəncləri» qəzetini iki səhifə boyu açıb qarşısında tutmuşdu; mizin 
arxasında yalnız geniş açılmış qəzet və Fərid Kazımlının qəzeti hər iki tərəfindən 
tutmuş iri və ətli barmaqları görünürdü.  
Bəzən qəzetlərdə gülməli, əcaib-qəraib fotolar çap edib altında yazırlar: 
«Bunun mənası nədi?» Xüsusən, «Literaturnaya qazeta»da. Indi Əbdül Qafarzadə də 
fikirləşdi ki, bax mizin arxasındakı o geniş açılmış qəzeti və o barmaqları beləcə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə