Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

və texnikası ilə dinc əhaliyə divan tutulması, Xocalı faciəsinin törədilməsi

Azərbaycanın sərhədlərində edilən təcavüz və ümumiyyətlə 

respublikamızda baş verən ictimai-siyasi hadisələr barədə  həqiqəti 

krasnoyarlılara çatdırmağa, informasiya blokadasını yarmağa çalışır. 

Cəmiyyətin üzvləri müxtəlif mədəni tədbirlərlə yanaşı, respublikamıza, 

xüsusən milli ordumuza maddi yardım etmiş  və bu işi davam etdirmək 

sahəsində geniş fəaliyyət göstərirlər. 

 

 



“AZƏRİ” CƏMİYYƏTİ 

(Tomsk) 

 

“Azəri” Cəmiyyəti 1990-cı ilin mayında uzaq Sibirin Tomsk 



şəhərində yaranmışdır. Sədri Elman Yusifovdur. Vilayətdə on minə yaxın 

azərbaycanlı yaşayır. Onlar əsasən tələbələr, fəhlələr, biznesmenlər, 

həkimlər və  hərbçilərdir. Tomskdakı azərbaycanlıların bir-biri ilə 

əlaqələrinin möhkəmlənməsində Bakıda 1990-cı il qanlı yanvar hadisələri 

güclü təsir göstərmişdir. Cəmiyyətin üzvləri vilayətdə Azərbaycan 

haqqında həqiqəti yaymağa çalışır. Televiziyada ayda bir dəfə 

“Musulmanskiy vestnik” adlı verilişdən istifadə edərək Azərbaycanda 

demokratik prosesləri işıqlandırır, Qarabağ hadisələri ilə bağlı  mətbuat 

orqanlarında məqalələr çap etdirir, erməni təcavüzkarlarının haqsız torpaq 

iddialarına düşdüklərini tarixi dəlillərlə, tutarlı faktlarla göstərməyə çalışır, 

ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri ifşa edirlər. 

Azərbaycan xalqının apardığı müharibəyə, xüsusən Qarabağ el yardımının 

təşkilində Cəmiyyət xeyli iş görür. 

Cəmiyyət vilayətdə yaşayan azərbaycanlıların vətən torpağı ilə 

əlaqələrinin möhkəmlənməsinə çalışır. Bu məqsədlə milli mənliyin, 

mənəvi varlığın qorunub saxlanılması, yeniyetmələrin vətənə  məhəbbət 

ruhunda tərbiyəsi ilə  əlaqədar tədbirlərin keçirilməsində  fəallıq göstərir, 

Milli bayramlar, xüsusən Novruz bayramı  hər il lazımınca qeyd olunur

poeziya axşamları keçirilir, görüşlər təşkil olunur. 

 

 



“BABƏK” AZƏRBAYCAN CƏMİYYƏTİ 

(İvanovo) 


 

Rusiya Federasiyasının vilayət mərkəzi İvanovo şəhərində fəaliyyətə 

başlayan “Babək” Azərbaycan Cəmiyyəti 1988-ci ildə yaranmışdır. 

Cəmiyyətin ilk yaradıcıları İvanovo mühəndis inşaat institutunun tələbələri 

olmuşlar. Cəmiyyət öz fəaliyyətinə  İvanovo  şəhərində Azərbaycan 

günlərinin keçirilməsi ilə başlamışdır. Ermənistandan öz torpaqlarını  tərk 

etməyə  məcbur olan azərbaycanlı qaçqınların ilk dəstələri gəlməyə 

başladığı günlərdə Cəmiyyət qaçqınlar fonduna pul vəsaiti toplanılmasında, 

həmin vəsaitin Bakıya çatdırılmasında fəal iştirak etmişdir. Bakıda 1990-cı 

il faciəli yanvar hadisələri baş verən zaman Cəmiyyətin üzvləri bu barədə 

əhaliyə obyektiv informasiyanın çatdırılması üçün mümkün olan bütün 

vasitələrdən istifadə etmişlər. Cəmiyyət öz fəaliyyətində iki respublika 

arasında iqtisadi, siyasi və  mədəni  əlaqələrin genişlənməsinə, milli 

mədəniyyətimizin həmvətənlərimiz arasında təbliğinə çalışır. 

  

 

“DOSTLUQ” CƏMİYYƏTİ  



(Koqalım) 

 

Tümen vilayətinin Koqalım  şəhərində yaşayan azərbaycanlıların 

“Dostluq” Cəmiyyəti 1991-ci ilin fevralında qeydiyyatdan keçərək 

fəaliyyətə başlamışdır. Sədri Faiq  Ağayevdir. Cəmiyyət öz əsas məqsədini 

vətəndə uzaqda yaşayan soydaşlarımız arasında sıx əlaqə yaratmaqda,  

azərbaycanlılarla başqa millətlərin dostluğunu, qarşılıqlı    münasibətlərini  

möhkəmləndirməkdə görür.  Cəmiyyətin   əsas  bir  məqsədidə 

Azərbaycanla hərtərəfli mədəni və  mənəvi  əlaqələr yaratmaqdır. 

Cəmiyyətin üzvləri Azərbaycandakı hadisələr, ermənilərin torpaqlarımıza    

təcavüzü, vəhşilikləri barədə koqalımlılara məlumat vermək üçün 

videofilimlər, kassetlər, fotosənədlər nümayiş etdirirlər. Eyni zamanda 

“Koqalımski raboçi” və “Neftyanik Koqalıma”  qəzetlərində çıxış edirlər. 

Cəmiyyətin üzvləri Xocalıda, Laçında baş verən hadisələrə  həsr edilmiş 

etiraz mitinqləri keçirmiş, Azərbaycan Milli Müdafiə Nazirliyinin fonduna 

xeyli məbləğdə pul köçürmüşlər. Cəmiyyət Qarabağ torpağında gedən   

müharibə barədə müntəzəm, etibarlı  məlumat almaq üçün Azərbaycanın 

“Qarabağ Nicat Cəmiyyəti” ilə əlaqə yaratmışdır. 

 



 

“NİZAMİ” AZƏRBAYCAN MƏDƏNİYYƏT 

CƏMİYYƏTİ  

(Yekaterinburq) 

 

“Nizami” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1990-cı ildə 

yaranmışdır. Cəmiyyətin yeddi minə kimi üzvü vardır. Yeddi nəfərdən 

ibarət idarə heyəti Cəmiyyətin fəaliyyətinə  rəhbərlik edir. Sədri Malik 

Nağıyevdir. Cəmiyyətin əsas fəalları müxtəlif istehsal sahələrinin, müxtəlif 

ixtisasların, sənət və peşə sahiblərinin, tələbələrin nümayəndələridir. 

Cəmiyyətin üzvlərini bir amal birləşdirir: milli mədəniyyətimizi, irsimizi, 

tariximizi, adət-ənənəmizi tanıtmaq, qoruyub saxlamaq və  təbliğ etmək. 

Cəmiyyət “Qarabağ” ansamblı yaratmış, futbol komandası təşkil etmişdir. 

Cəmiyyət Azərbaycan Mədəniyyət Nazirliyi Respublika Mədəniyyət 

Fondu, Xalq Təhsili Nazirliyi ilə  əlaqə yaratmışdır. Cəmiyyətin nəzdində 

Azərbaycan xalq mədəniyyəti universiteti təşkil edilmişdir.  Şəhər 

qəzetlərində  Cəmiyyətin üzvlərinin məqalələri dərc edilir. Cəmiyyət 

Azərbaycanda gedən ictimai-siyasi proseslər, demokratik dəyişikliklər

erməni təcavüzünə qarşı mübarizə haqqında həqiqəti yaymaq sahəsində öz 

işini istiqamətləndirir. 

 

 

“OZAN” MƏDƏNİYYƏT MƏRKƏZİ 



(Samara) 

 

Samara  şəhərində  fəaliyyət göstərən “Ozan” mədəniyyət Mərkəzi 

1990-cı ildə yaradılmışdır. Sədri Elmar Rəsulovdur. Samara vilayətində 40 

mindən artıq soydaşımız yaşayır. Mərkəzin  əsas vəzifələrindən biri 

həmvətənlərimizi bir təşkilat  ətrafında birləşdirmək, onların ictimai-siyasi 

fəallığını artırmaq, milli mədəniyyətimiz və adət-ənənələrimizi qoruyub 

saxlamaq, siyasi və  mədəni həyatında baş verən dəyişikliklərə Samara 

şəhərində və vilayətin digər yerlərində yaşayan azərbaycanlıları müntəzəm 

olaraq tanış etməyi, erməni təcavüzünə  məruz qalan xalqımıza maddi və 

mənəvi kömək göstərməyi də öz əsas vəzifəsi hesab edir. Mərkəzin ayrıca 

kitabxanası var və Azərbaycandan müxtəlif qəzet və jurnallar alır. 

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə