Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

Mahir Həmzəyev eyni zamanda “Sayudis” hərəkatı seyminin və Litva 

hökumətinin yanında Millətlər Departamentinin üzvüdür. 1992-ci ilin 

oktyabrında o, Azərbaycan Respublikasının Litvada səlahiyyətli 

nümayəndəsi təyin olunmuşdur. Azərbaycanda demokratik qüvvələr 

hakimiyyətə  gələndən sonra iki ölkə arasında münasibətlər keyfiyyətcə 

yeni mərhələyə  qədəm qoymuşdur. Azərbaycanda Litva arasında 

diplomatik əlaqələr yaradılması sahəsində ardıcıl addımlar atılır, iqtisadi və 

siyasi əlaqələr xeyli möhkəmlənir. Bu sahədə “Odlar Yurdu” Cəmiyyəti öz 

xeyirxah fəaliyyətini davam etdirir. 

 

  



MOLDOVA 

 

“AZƏRBAYCAN MİLLİ ADƏT VƏ ƏNƏNƏLƏRİ  

MƏRKƏZİ” 

(Kişinyev) 

 

Kişinyev  şəhərində  fəaliyyət göstərən “Azərbaycan Milli adət və 



ənənələri Mərkəzi” Moldovada yaşayan soydaşlarımız arasında milli 

mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması  və  təbliğ 

olunması sahəsində  səmərəli iş aparır. Azərbaycanda baş verən hadisələr, 

xüsusən erməni təcavüzünə  məruz qalan xalqımızın mübarizəsi haqqında 

doğru-düzgün, obyektiv məlumatı yaymaqda, Azərbaycan və Moldova 

respublikaları arasında iqtisadi, siyasi və  mədəni  əlaqələrin 

möhkəmlənməsində  Mərkəzin üzvləri bütün imkanlardan və vasitələrdən 

istifadə etməyə çalışırlar. 

Mərkəz həm də özünün “Araz” adlı qəzetini nəşr etdirir. 

 

 



NORVEÇ 

 

“AZƏRBAYCAN”  ASSOSİASİYASI 

(Oslo) 

 

Norveçin Oslo şəhərindəki “Azərbaycan” Assosiasiyası Bakıda 1990-



cı il yanvar hadisələrindən sonra yaranmışdır. Belə bir Cəmiyyətin 


yaranmasını soydaşlarımız həmin günlər SSRİ  səfirliyinin qarşısında 

keçirdikləri etiraz mitinqləri zamanı  qərarlaşmışlar. Assosiasiyanın ilk 

vaxtlar 120 nəfərə kimi üzvi var idi. Onlar Azərbaycanın ictimai-siyasi 

həyatı ilə tanış olmaq və  vətəndən uzaqda yaşayan soydaşlarımıza 

respublikamızda baş verən hadisələr, erməni təcavüzkarlarının məkrli 

xülyaları barədə  həqiqəti çatdırmaq sahəsində öz fəaliyyətlərini 

genişləndirməyə çalışırlar. Bu məqsədlə Assosiasiya Azərbaycanla 

əlaqələrin möhkəmlənməsi sahəsində bir sıra  əməli tədbirlər hazırlayıb 

həyata keçirmək fikrindədir. 

 

“AZƏRBAYCAN   MƏDƏNİYYƏT   MƏRKƏZİ” 



(Oslo) 

 

Norveçdə yaşayan həmvətənlərimizin təşkil etdikləri “Azərbaycan 



Mədəniyyət Mərkəzi”  1989-cu ildə yaranmışdır. Mərkəzə Kamil Şüai 

sədrlik edir. Mərkəz ədəbiyyatımızı və incəsənətimizi Avropada tanıtmağı 

və yaymağı özünün əsas  vəzifələrindən biri hesab edir. Mərkəz mədəni-

kütləvi tədbirlər, geçələr, sərgilər təşkil edir. Mərkəzin dəvəti  ilə 1990-cı 

ilin martında Norveçdə Azərbaycan mədəniyyəti həftəsi müvəffəqiyyətlə 

keçmişdir. Mərkəzin üzvləri Azərbaycanla  əlaqələrin yaranmasına və 

möhkəmlənməsinə çalışır, milli mədəniyyətimizin təbliğinə böyük 

əhəmiyyət verirlər. 

 

 

ÖZBƏKİSTAN  

 

“AZƏRBAYCAN-ÖZBƏKİSTAN MƏDƏNİ- 

İQTİSADİ ƏLAQƏLƏR MƏRKƏZİ” 

(Səmərqənd) 

 

“Azərbaycan - Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi” 1992-



ci ilin aprelində  Səmərqənddə yaradılmışdır. Sədri Səxavət Ovçeyivdir. 

Səmərqənd vilayətində 6500 nəfərə kimi azərbaycanlı yaşayır.  

Onlar müxtəlif vəzifə  və peşə sahibləridir. Mərkəzin  əsas vəzifəsi 

Azərbaycan-Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına 

köməklik göstərmək, Özbəkistanda yaşayan həmvətənlərimizə xalqımızın 



adət-ənənələrini yaşatmaqda yardım etməkdir. Dili, dini və adət-

ənənənələri eyni olan özbək xalqı ilə azərbaycanlıların  əlaqələrinin 

möhkəmlənməsi Mərkəzin qarşısında duran əsas vəzifələrdən biridir. 

Mərkəz “Səmərqənd” qəzetinin bir səhifəsini Azərbaycan türkcəsində 

buraxmağa təşəbbüs göstərmişdir. Eyni zamanda Mərkəz türk, ərəb və fars 

dillərini öyrədən kurslar və Azərbaycan milli xörəkləri mərkəzi açmaq 

niyyətindədir. 

 

 



“QARDAŞLIQ” AZƏRBAYCAN  MƏDƏNİYYƏT  

MƏRKƏZİ 

(Daşkənd) 

 

“Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi 1989-cu ilin 

sentyabrında Daşkənddə yaradılmışdır. Mərkəzin sədri Allahverdi 

Fərhadovdur. Özbəkistanda 60 mindən çox azərbaycanlı yaşayır. Onların 

hər altı  nəfərindən biri Daşkənddə  məskunlaşmışdır. Mərkəzin  əsas 

məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx  əlaqələr 

yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək, 

milli mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və 

Özbəkistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. 

Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının 

apardıqları  işğalçılıq müharibəsi haqqında  əsil həqiqəti açıb göstərmək, 

soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisələrin 

mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə 

və toplanışlarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni 

təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan Azərbaycana 

maddi və  mənəvi kömək göstərilməsi təşkil edilir. Mərkəzdə tez-tez 

xalqımızın tarixindən, adət-ənənələrindən söhbətlər keçirilir. Mərkəz 

Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və elm 

dairələri ilə  əlaqələr yaratmışdır. Mərkəzdə teatr, musiqi, folklor-

etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər təşkil edilmişdir. 

Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də 

iştirak edirlər. Birgə  mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol 

arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan da 

nışılır. Belə  tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə