Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   18   19   20   21   22   23   24   25   26

birliyi, yazıçılar birliyi, elm, ədəbiyyat, sənət əsərləri, məslək birliyi və b. 

daxildir. Bütünlükdə  “Azad Azərbaycan”   həmrəylik qrupu 43 dərnək, 

cəmiyyət və fondu birləşdirir. 

Türkiyənin  demək  olar  ki,  bir çox tanınmış  elm, mədəniyyət, sənət 

xadimləri və  işgüzar adamları Azərbaycan həmrəylik qrupunun üzvü 

olmuşlar. 

 

 

TÜRKMƏNİSTAN 



 

“BALIQÇI” CƏMİYYƏTİ 

(Krasnovodsk) 

 

Türmənistanda xeyli azərbaycanlı yaşayır. Yalnıız Krasnovodsk 



şəhərində üç minə yaxın soydaşımız məskunlaşmışdır. Krasnovodsk 

şəhərində yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə  şəhərin balıq 

kombinatında işləyən soydaşlarımız 1992-ci ilin əvvəllərində “Balıqçı” 

Çəmiyyətini yaratmışlar. Cəmiyyətin  məqsədi Azərbaycandakı qaçqınlara, 

yaralılara, müharibə zonasında vuruşan döyüşçülərə yardım etmək, 

Azərbaycanda baş verən hadisələrlə bağlı doğru, düzgün məlumatı 

Türkmənistanda yaşayan həmvətənlərimizə çatdırmaqdır. 

 

UKRAYNA 



“AZƏRBAYCAN  MƏDƏNİYYƏT  MƏRKƏZİ” 

(Kiyev) 

 

Kiyevdəki “Azərbaycan Mədəniyyət Mərkəzi” 1991-ci ildə 



yaranmışdır. Mərkəzdə Kiyevdə yaşayan azərbaycanlı  fəhlələr, tələbələr, 

alimlər, hüquqşünaslar birləşmişlər. Sədri Səməd Yusifovdur. Mərkəzin 

içərisində soydaşlarımızdan başqa digər millətlərin - avarların, tatarların, 

yəhudilərin, rusların nümayəndələri də vardır. Mərkəz öz əsas məqsədini 

müstəqil, demokratik quruluş yaratmaq uğrunda mübarizə aparan 

Azərbaycan və Ukrayna respublikaları arasında iqtisadi, siyasi və  mədəni 

əlaqələri daha da möhkəmləndirməkdə  və inkişaf etdirməkdə görür. 

Mərkəzin üzvləri radio, televiziya və  mətbuat vasitəsilə Azərbaycan 

Respublikasında baş verən demokratik prosesləri, Ermənistanın 



respublikamıza qarşı apardığı elan olunmamış müharibə haqqında həqiqəti 

çatdırmağa çalışırlar. Mərkəzin vaxtaşırı keçirdiyi ictimai-siyasi və mədəni 

tədbirlərdə soydaşlarımızdan başqa Kiyevdə yaşayan digər millətlərin 

nümayəndələri də fəal iştirak edirlər. 

 

 

“Y.V. ÇƏMƏNZƏMİNLİ ADINA AZƏRBAYCAN  



MƏDƏNİ MƏRKƏZİ” 

(Kiyev) 

 

“Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəni Mərkəzi” Bakıda 

1990-cı il yanvar hadisələrinin təsiri altında yaranmışdır. Mərkəz “Ukrayna 

Mədəniyyət Fondu”nun nəzdində  fəaliyyət göstərir. Mərkəzin sədri Nadir 

Əlişovdur. Mərkəz Ukraynanın ictimai-siyasi həyatında yaxından iştirak 

edir, Azərbaycana erməni təcavüzü barədə ukraynalılara obyektiv məlumat 

verməyə çalışır. Mərkəz “Ukrayna Milli Assambleyası”, “Rux” hərəkatı, 

kənarda yaşayan  ukraynalı zabitlərin ittifaqi və başqaları ilə  sıx  əlaqələr 

yaratmışdır. Mərkəzin  əsas vəzifələrindən biri Azərbaycan-Ukrayna 

dostluq  əlaqələrinin möhkəmləndirilməsidir. Mərkəzin fəaliyyətində 

ukraynalılar da iştirak edirlər. Onlardan ən fəalı, Azərbaycanda yaxşı 

tanınan  şair-tərcüməçi Mikola Miroşniçenkodur. Xüsusən ermənilərin 

xalqımıza qarşı yaydığı  qərəzli  məlumatların  əleyhinə  təbliğat  işində 

onun fəaliyyəti olduqca qiymətlidir. Mərkəz Kiyevdə  çıxan “Veçernaya 

Kiyev”, “Qolos Ukrainı” və digər mətbuat orqanları ilə  sıx  əlaqə 

yaratmışdır. Ukraynanın kütləvi informasiya vasitələrinin nümayəndələri 

ilə Mərkəzdə vaxtaşırı maraqlı görüşlər keçirilir. 

Bu ilin aprel ayının 15-də “Y.V.Çəmənzəmənli adına Azərbaycan 

Mədəniyyət Mərkəzi” Kiyevdəki Rusiya Səfirliyinin binası qarşısında 

Azərbaycanın Kəlbəcər – rayonunun Ermənistan tərəfindən işğal olunması 

ilə bağlı böyük mitinq təşkil etmişdir. 

Rusiyanın Kiyevdəki konsulu mitinq iştirakçılarını  qəbul etmişdir.  

Kəlbəcərdə Ermənistanın təcavüzü ilə əlaqədar olaraq bu şəhərdə yaşayan 

soydaşlarımız adından ona Mərkəzin etiraz notası təqdim edilmişdir. 

 

 

“SAFLIQ”   MƏDƏNİYYƏT   MƏRKƏZİ 




(Xarkov) 

 

“Saflıq” Mədəniyyət Mərkəzi 1991 -ci ilin iyun ayından rəsmi 



qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. 

Sədri Hicran Abdullayevdir. Mərkəzin təşkilatca formalaşması 

müəyyən mərhələlərdən keçmişdir. 1990-cı ilin martında “Oğuz” 

həvəskarlar Klubu şəklində  təşkil olunmuş, iyun ayından isə “Saflıq” adı 

altında təsis olunmuşdur. Həmin müddət ərzində bir sıra mədəni tədbirlər 

hazırlayıb keçirmiş, Xarkovda Azərbaycan  incəsənət ustalarının çıxışlarını 

təşkil etmişdir. “Saflıq” Mədəniyyət Mərkəzi indi oz fəaliyyətini durmadan  

təkmilləşdirməyə çalışır, Xarkov şəhəri ilə Azərbaycanın müxtəlif bölgələri 

arasında iqtisadi və 

mədəni 


əlaqələrin genişlənməsinə 

və 


möhkəmlənməsinə çalışır 

 

 

“XƏTAİ” AZƏRBAYCAN MƏDƏNİYYƏT 

 CƏMİYYƏTİ 

(Xarkov) 

 

“Xətai” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1990-cı il martın 12-də 

yaradılmışdır. Həmin gün Cəmiyyətin təsis iclası keçirilmiş onun 

nizamnaməsi qəbul olunmuş, rəsmən qeydiyyata alınmışdır. Cəmiyyət 

Ukrayna Mədəniyyət Fondunun nəzdində  fəaliyyətə başlamışdır. 

Cəmiyyətin sədri Eldar Vəliyevdir. Cəmiyyətin məqsədi Ukraynanın  ən 

böyük  şəhəri olan Xarkovda yaşayan 35 minə yaxın azərbaycanlının 

mənəvi zənginləşməsi ilə daha yaxından məşğul olmaq, gənc nəslə, 

yeniyetmələrə milli şüur aşılamaq, tariximizlə bağlı hadisələri Ukrayna 

torpağında yaşayan həmyerlilərimizə çatdırmaqdır. Xarkovda yaşayan 

başqa millətləri Azərbaycan incəsənəti və  ədəbiyyatı ilə tanış etmək, 

Azərbaycanda gedən demokratik gedişatlar barədə düzgün məlumat 

çatdırmaqdır. Cəmiyyətin üzvləri Azərbaycana qarşı ermoni 

təcavüzkarlarını, apardıqları qanlı müharibənin  əsil səbəbkarlarını, onun 

çirkin məqsədlərini acıqlanmasında, Qarabağa maddi və  mənəvi yardım 

göstərilməsində yaxından iştirak edirlər. 

Cəmiyyətin fəal iştirakı ilə ana dilini mükəmməl öyrənmək üçün 

Bazar günü məktəbi açılmış, “Azərbaycan” bədii özfəaliyyət dərnəyi 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə