Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов


“TÜRKÜSTAN VƏ AZƏRBAYCAN CƏMİYYƏTİ”



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   18   19   20   21   22   23   24   25   26

 

“TÜRKÜSTAN VƏ AZƏRBAYCAN CƏMİYYƏTİ” 

(Amsterdam) 

 

“Türküstan və Azərbaycan Cəmiyyəti” öz fəaliyyətini  əsasən Orta 



Asiya türk respublikaları  və Azərbaycan Respublikası ilə Hollandiyada 

yaşayan soydaşlarımız arasında mədəni  əlaqələrin möhkəmlənməsi 

sahəsində istiqamətləndirir. Cəmiyyət Hollandiyada Azərbaycan 

mədəniyyət günlərini keçirilməsi, rəssamlarımızın sərgilərinin təşkili ilə 

yaxından məşğul olur. Cəmiyyətin üzvlərinin yaxından iştirakı və təşkilatı 

ilə fəaliyyəti nəticəsində Xocalı faciəsini törədənlərin vəhşiliklərinə etiraz 

əlaməti olaraq Hollandiyanın müxtəlif şəhərlərində mitinqlər keçirilmişdir. 

Cəmiyyətin sədri Məhmət Tütünçü 1992-ci ilin iyun ayında Bakıda olarkən 

Azərbaycan və Hollandiyada yaşayan soydaşlarımız arasında, mədəni 

əlaqələri genişləndirmək üçün danışıqlar aparmış,  əməli tədbirlər 

müəyyənləşdirmişdir. 

 

 



“HOLLANDİYA-AZƏRBAYCAN   TÜRK   KÜLTÜR  

DAYANIŞMA  DƏRNƏYİ” 

(Amsterdam) 

 

Hollandiyanın paytaxtı Amsterdam şəhərində xeyli soydaşımız 



yaşayır. Onların içərisində doğma Azərbaycan Respublikası ilə yaxından 

ünsiyyət saxlamağa can atanlar çoxdur. Son vaxtlar bu əqidədə olan 

həmvətənlərimizin böyük bir qismi yeni ictimai birlik “Hollandiya - 

Azərbaycan Türk Kültür Dayanışma Dərnəyi” yaratmışlar. Həm  

xeyriyyəçilik, həm də milli  mədəniyyətimizin Hollandiyada təbliği 

məqsədilə  təşkil olunan Dərnəyin üzvləri arasında azərbaycanlılarla   

yanaşı, Türkiyədən və digər Şərq ölkələrindən çıxmış türklər də vardır. 

“Hollandiya Azərbaycan Türk Kültür Dayanışma Dərnəyi”nin sədri 

Fərhad Atəşdir. Amsterdamda yaşayan soydaşlarımız respublikamızın bəzi 

ictimai təşkilatları ilə  əlaqə yarada bilmişlər. Onlar Azərbaycanın indi 

düşdüyü ağır vəziyyətlə bağlı olaraq bir neçə  dəfə respublikamıza 

humanitar yardım göndərmişlər. 




Bu ilin iyul ayında isə  Dərnəyin sədri F. Atəş, onun müavini Agah 

Yoncalı Bakıda səfərdə olmuş, qaçqınlara xeyli humanitar yardım gətirmiş, 

ayrı-ayrı ailələrə, qospitallarda müalicə olunan əsgərlərə 11 milyon rubl 

məbləğində maddi yardım etmişlər. 

Amsterdamdan gələn soydaşlarımız Azərbaycanda olarkən erməni 

təcavüzkarlarının azğın əməllərini əks etdirən xeyli sənədli material, qəzet, 

jurnal və kitablar əldə edərək onları Hollandiyaya aparmış  və orada 

yaymışlar. 

 

  

 



 

 

ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİ 

 

“AZƏRBAYCAN DOSTLUQ VƏ HƏMRƏYLİK  

CƏMİYYƏTİ”  

(Lefkoşa) 

 

“Azərbayçan Dostluq və  Həmrə'ylig Cəmiyyəti”nin yara-lılması   

1993-çü   ilin   fevralında   keçirilmiş   təsis konfransında elan olunmuşdur. 

Cəmiyyətin  sədrliyinə  Şimali Kipr Türg Cümhuriyyətinin xarici işlər 

nazirliyi iiformasiya şöbəsinin rəhbəri, tanınmış jurnalist  Hakkı  Yazqan  

seçilmişlir. Cəmiyyətin  məramnaməsində qeyd edildiyi  kimi, onun  

məqsədi  türk xalqları ailəsini daha da möhkəmləndirmək, Azərbaycan 

Respublikası ilə iqtisadi, siyasi və  mədəni  əlaqələri genişləndirmək və 

inkişaf etdirməkdir. 

 

 



“AZƏRBAYCAN  KÜLTÜR DƏRNƏYİ” 

(Lefkoşa) 

 

Hal-hazırda  Şimali Kipr Türk Cümhuriyyətində  fəaliyyət göstərən 



Azərbaycan milli mədəniyyət mərkəzlərindən biri də Lefkoşa  şəhərindəki 

“Azərbaycan Kültür Dərnəyi”dir 




“Azərbaycan Kültür Dərnəyi”nin fəaliyyəti əsasən Şimali  Kipr Türk 

Respublikası  ilə Azərbaycan  arasında mədəni əlaqələrin genişləndirilməsi 

və Şimali Kiprdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasıdır. Dərnəyə 

rəssam Hüseyn Azər Ozkan rəhbərlik edir. 

H.A.Ozkan bu yaxınlarda Bakıda keçirilən “Türkiyə Cümhuriyyəti-

70” Beynalxalq elmi-praktik konfransının (25-28 X 1993-cü il) iştirakçısı 

olmuş və “Şimali Kipr-Azərbaycan mədəni əlaqələri” mövzusunda maraqlı 

məruzə ilə çıxış etmişdir. 

H.A.Ozkan respublikamıza səfəri zamanı Azərbaycan EA Milli 

Münasibətlər İnstitutunun da qonağı olmuş, İnstitutla Kiprdəki “Azərbacan 

Kültür Dərnəyi” arasında  əməkdaşlıq barədə müqavilə bağlanmışdır.  İki 

təşkilat arasında qarşılıqlı  əlaqələrin yaradılması  və möhkəmləndirilməsi 

barədə konkret tədbirlər nəzərdə tutulmuşdur. 

Milli Münasibətlər  İnstitunun  əməkdaşları H.A.Ozkan vasitəsilə 

Dərnəyin üzvülərinə müasir Azərbaycan  ədəbiyyatına, mədəniyyətinə

eləcə də ermənilərin Azərbaycan torpaqlarına təcavüzünə dair xeyli sayda 

ədəbiyyat nümunəsi, qəzet və jurnallar göndərmişlər. 

 

  



ƏLAVƏLƏR 

 

1. Xarici ölkələrdə  fəaliyyət göstərən bəzi Azərbaycan mədəniyyət 

mərkəzlərinin, cəmiyyətlərin və assosiasiyaların 

 

ÜNVANLARI 

 

“Azərbaycan-Almaniya Cəmiyyəti” 1000 Berlin 41, Leudenalle 41 a 



 

“Azərbaycan Kültür Ocağı” 1000 Berlin 30, Eyxornştrase,  5 A/515 

tel:   030/ 21617642 

 

“Azərbaycan Kültür Ocağı” 5300 Bonn - 1, Kelnştrase,   88/53 



Postfax 170355. 

 

“Alman-Azərbaycan cəmiyyəti” 4000 Lüsseldorf - 1, Furştenvall 167 



tel:0211 -   379117, faks - 0211     379117. 


 

“Azərbaycan Mədəniyyəti cəmiyyəti” Amerika  103, Elvad avenyu, 

Nyu-York, № Y 07104. 

 

“Bakılı” Assosiasiyası (ABŞ) Amerika, 8002   21   AU-3 V  



Brookluk, 4.   11204 

 

“Qobustan” Azərbaycan Mədəniyyət Cəmiyyəti 220095   Minsk, 



Yakub küç., 58. 

 

“Natəvan” Azərbaycan Mədəniyyət Mərkəzi Qazaxıstan, 417001. 



Uralsk ş. Lenin prospekti   118. 

 

“Azərbaycan Kültür Evi” (Belçika) Belçika, 1734   1000-Brüssel, 1. 



tel: 4116753, Faks 4115167. 

 

“Azərbaycan Mədəniyyət Cəmiyyəti” (Danimarka) Danimarka. 



Kopenhagen 2   D/A   V   3142100 

 

 “Estoniya-Azərbaycan Cəmiyyəti” Estoniya EE 101, Tallinn, 



Olevleyagi, 12. tel:  60-18-91, 44-08-95 

 

“OCAQ”Azərbaycan Mədəniyyət Cəmiyyəti Estoniya EE 090 



Tallinn, i.q. 3272. tel: 43-16-06, Faks(0142) 423094. 

 

“Azərbaycan Mədəniyyət Mərkəzi” (Böyük  Britaniya). Böyük 



Britaniya, Mançestr M 60, 10 OİK, Sakrvill strit. 

 

“Azərbaycan Dayaqçıları  Cəmiyyəti” (Böyük Britaniya) Böyük 



Britaniya, London SVM VOX Azərbaycan,   E Y ZXX 

 

“Azərbaycan Mədəniyyət Mərkəzi” (Şotlandiya).  Şotlandiya, 



Edinburq. E № 89.  Edinburq universiteti, Buklens plas. 

 

“Azərbaycan Mədəniyyət Cəmiyyəti” (İsveç) İsveç, Stokholm  13800 



Alta Şveden. tel: (08) 7730166 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə