Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə46/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   42   43   44   45   46   47   48   49   ...   119

Zehin və Məntiq 

Cins və onun növləri 

Mahiyyətcə  bir-birindən  fərqli  növlərin,  yaxud 

predmet- lərin müştərək mahiyyətlərini, əlamətlərini tam 

əhatə edən ümumi məfhuma cins deyilir. 

Məsələn,  birinci  sxemdə  "Kamil"  və  "şir"  haqqmda  "onlar 

nədir?"  sualınm  cavabı  hər  ikisinin  müştərək  mahiyyətini  əhatə 

etməlidir, baxmayaraq ki, onlar həqiqətcə müxtəlifdirlər. Hər ikisini 

eyni  anda  eyni  sual  altma  gətirərkən,  onlarm  müştərək-  liyinə 

uyğun  cavab  olan  "iradəli  canh"  məfhumımım  hər  ikisinə  aid 

olması aydmdır. 

Buradan  məlum  olur  ki,  harada  müxtəlif  mahiyyətlər  varsa, 

sayca  da  müxtəliflik  var.  Amma  bunun  əksi,  yəni  sayca  müxtəlif 

predmetlərin  mahiyyətlərinin  müxtəlif  olması  zəruri  de-  yU. 

Beləliklə, cins də aşağıdakı növlərə bölünür: 

Yaxın 

- Tərifini verdiyimiz "cins"in özüdür. 



Orta 

- "Yaxm" cinsdən daha əhatəli ümumi məfhuma deyilir və 

mərtəbələrə  bölünür.  Çünki  birinci  sxemi  nəzərə  alsaq  ki,  "yaxm" 

cinsdən  (iradəlidən)  daha  əhatəli  ümumi  məfhum  "canlı" 

məfhumudur  və  bu  məfhum  da  həm  say,  həm  də  mahiyyətcə 

müxtəlif predmetlərin müştərək həqiqətini, mahiyyətini tam olaraq 

əhatə edir. 

Ən uzaq 

- Ən uzaq ümumi məfhuma deyilir. 

Birinci sxemə uyğun olaraq Kamil, Aqil "insan" məfhumunun, 

şir, at, balıq isə "qeyri-insan" məfhumunun predmetləri- dir. "İnsan" 

məfhumu  həqiqi  növ,  "iradəli"  məfhumu  isə  cinsdir.  "Canlı" 

məfhumu  birinci  mərtəbə,  "cisim"  ikinci  mərtəbə  -  orta  cins, 

"cövhər" isə ən uzaq cinsdir. 

Fəsi və onun xüsusiyyətləri 

Fəsi  -  Yahuz  əlamət  və  mahiyyətcə  vahid  olan  predmetlərə 

məxsus olan mahiyyətin zatmm bir hissəsini əhatə edən məf 

165 



Məntiq ____________________________________________________________  

huma  deyilir.  Başqa  sözlə,  fəsi  müəyyən  bir  ümumi  məfhuma 

məxsus  məfhumdur  ki,  onu  başqalarmdan  ayırır.  Məsələn, 

uzaqdan  bir  obyekt  müşahidə  edilir.  Onun  iradəli  (insan,  yaxud 

heyvan) olduğu aydın olduqdan sonra bu iradəlinin hansı növdən 

olduğunu bilmək üçün, "Hansı növdəndir?" sualı ilə onun "insan", 

yaxud  "şir"  olduğunu  aydmiaşdırırıq.  Əgər  insan  olsa,  "nitqə 

malikdir",  şir  olsa,  məsələn,  "yırtıcıdır"  cavabı  ilə  növünü 

müəyyənləşdiririk. Yəni "Hansı növdəndir?" sualı- nm cavabı "fəsi" 

olur. Çünki yalnız onu başqa növlərdən ayıran həmin növə məxsus 

xüsusiyyət qeyd edilir. Fəslin aşağıdakı xüsusiyyətləri var: 

1.

 



Hər  bir  növün  (ümumi  olaraq)  mahiyyətinin  bir  hissəsini 

təşkil edən xüsusi fəsli vardır. 

2.

 

Hər bir növün fəsli onun zatmı təşkil edir. 



3.

 

Növün  fəsli,  bu  növü  onunla  eyni  cinsə  daxil  olan  başqa 



növdən ayırır. 

İzah: 

1.

 



Birinci  sxemdə  insanla  qeyri-insan  "iradəli  məfhumunun 

növləridir.  Çünki  mahiyyətlərinin  bir  hissəsi  müştərəkdir  və  bu 

müştərəklik  iradəli  olmaqdır.  Amma  hər  ikisinin  müxtəlif 

predmetləri olduğu üçün, fərqli cəhətləri olmalıdır ki, bu da onlarm 

xüsusi fəslləridir. Bu xüsusi fəsllər onlara xüsusi Kamil, Aqil şir və 

at predmetləri verir. Deməli, insanla qeyri-in- sarun fəslləri nəzərə 

almmasa,  onlar  bir-birindən  fərqlənmirlər.  Bir-birüərindən 

fərqləndiyi  üçün  mahiyyətləri  fərqlənməlidir.  Mahiyyətləri  isə 

iradəli  olmaqda  müştərək  idi.  Deməli,  bu  fəsllər  onlarm 

mahiyyətinin bir hissəsini təşkil edir. 

2.

 

Hər bir növün mahiyyəti dedikdə, onun özü, öz xüsusi zatı, 



öz  varlığı  başa  düşülür.  Əgər  yuxarıda  dediyimiz  kimi,  hər  bir 

növün  fəslini  nəzərə  almasaq,  onlarm  öz  xüsusi  zatı  eyni 

mahiyyətə, məsələn, iradəliyə bərabər olur. Bu eyniliyin ol 

166 



Zehin və Məntiq 

maması  üçün  fəsi  zatı  təşkü  etməlidir.  Yoxsa  iki  müxtəlif  zatdan 

söhbət gedə bilməz. 

3.

 



Yəni insanm fəsli insam ommia eyni cinsdən (iradəlidən) olan 

növdən  (qeyri-insandan)  ayırır.  Bu  elə  yuxaırıdakı  iki  bənddən 

aydm olur. Beləliklə, bunu aşağıdakı kimi formalaşdırmaq olar: 

Cins + Fəsi = Növ {**) 

Yəni  insanla  qeyri-insanm  fəslini  nəzərə  almasaq,  bu  zaman 

onlar  elə  iradəli canlıya bərabər olur. İradəli olmaq isə  cinsdir. Bu 

cinsin üzərinə hər bir mahiyyətə uyğun xüsusi fəsli əlavə etdikdə, o, 

növə  çevrilir  və  xüsusi  zatı,  mahiyyəti  təşkil  edir.  Bununla  da, 

insanla qeyri-insan bir-birindən fərqlənir. 

Fəslin növləri 

(**)-da  nəzərə  alsaq  ki,  cinsin  və  növün  özü  də  qisimlərə 

bölünür,  onda  fəsi  də  qisimlərə  bölünməlidir.  Məsələn,  "canlı" 

məfhumu  "orta  cins"dir.  Bu  cinsin  iki  növü  vardır:  "iradəli"  və 

"iradəsiz".  İradəli  olmaqda  bərabər  olan  insanla  qeyri-insa-  m 

bir-birindən ayıran xüsusiyyət (nitq qabiliyyəti) olduğu kimi, canlı 

olmaqda bərabər olan bitki və digər canlıları da bir- birmdən ayıran 

xüsusiyyət olmalıdır. Bu ikisini isə bir-birin- dən ayıran xüsusiyyət 

"iradə  üə  hərəkət  etmək"  dir.  Yəni  canlı  olan  hər  bir  mövcudun 

canlılığa  əlavə  olaraq  iradəsi  də  olsa,  o,  iradəli  canh  (insan  və 

heyvan) olur və  onu (iradəli canlım) bitkidən ayırır. Buna görə  də 

iradəli  olmaq  bitkidən  başqa  canlı-  larm  fəsli  sayılır.  Yuxarıda 

göstərilən  kimi,  nitq  qabiliyyəti  insanm,  iradə  və  iradə  isə, 

ümumiyyətlə,  heyvanla  insanı  əhatə  edən  canlılarm  "yaxm  fəsl"i 

adlanır. 

Yaxın  -  Bir  mahiyyəti  "yaxm  cins"  də  müştərək  olan 

mahiyyətlərdən  ayıran  ümumi  məfhuma  deylir.  Məsələn,  "nitqə 

malik olmağ"m insana nisbəti kimi. Belə ki, nitq qabiliyyəti insam 

167 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə