Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 
100 
 
anda  şüurlarından  gəlib  gedir.  Ali  olanı  qarşılarına 
çıxan ilk daşa keçirir, fetişləşdirir və əgər o daş onlara 
yardımçı olmursa stayiş etdikləri bu daşı atırlar» (18, 
səh.111).  Zənci  irqinin  nümayəndələri  mənəvi 
cəhətdən  əsarətdədirlər,  bu  əsarətdə  olan  yalnız 
xristian  dinini  qəbul  etdikdən  sonra  azad  ola  bilərlər. 
Zənciləri  ruhu özünə  qapılmış  haldadır  və  inkişafdan 
meyli ən aşağa səviyyədədir.  
Monqol 
irqinin 
mənəvi 
xüsusiyyətlərini 
pedantizm  və  rahatsızlıqda  günahlandıran  Hegel  bu 
irqə mənsub olanların ruhunda inkişafa doğru bir meyl 
olduğunu  göstərir.  Lakin  bu  inkişaf  öz  hədəfinə  tam 
çata  bilmir  və  nəticədə  ruh  öz  azadlığının  mütləq 
dərkinə  nail  olmur.  Azadlığın  dərk  olunmasını  dini 
dünyagörüşlə bağlayan Hegel belə bir fikir irəli sürür 
ki,  monqol  irqinə  formalaşmış  allah  predmeti  sonlu 
təbiətə  malikdir.  Buradakı  allah  anlayışı  təbiətdən 
ayrılsa  da  yenə  təbiətə  doğru  meyl  edir,  nəticədə  isə 
ruh  əsl  azadlığını  tapa  bilmir.  Elə  bu  səbəbdən  də 
monqol  irqinin  insanları  da  özünün  şəxsiyyət 
olduğunu qavraya bilmir. 
Ən ali irq olan kafkaz irqində isə ruh tərəqqiyə 
və  yaratmağa  doğru  meyl  edir.  Bu  irqin 
nümayəndələri olan insanlar - yəhudilər, müsəlmanlar 
və  xristianlar  ən  ümumi  olanı  düzgün  anlayır.  Hegel 
Şərq  xalqlarına  etinasız  münasibət  bəslədiyi  halda 
İslam  dininə  böyük  qiymət  verir.  Müsəlmanların 
xüsusilə  də  ərəblərin  Allaha  sonsuz  bir  hisslə  bağlı 
olduqlarını,  özlərinin  bütün  varlıqlarının  allah  üçün 


 
101 
 
yaranması fikri müsbət bir xarakter kimi izah olunur. 
İslam  dininin  ən  zəif  cəhəti  Hegelə  görə  allah 
anlayışının  konkret  bir  formada  olması  idi.  Kafkaz 
irqinin  digər  nümayəndələri  olan  xristianlar  isə  ən 
müəmməl bir təbəqədə yerləşirlər. Bir xristianın və ya 
avropalının  ruhunun  mahiyyəti  elə  özünüdərkdən 
ibarətdir.  «Avropa  ruhu  özünü  dünyaya  qarşı  qoyur, 
ondan  azad  olur,  ancaq  yenicə  bu  əksiliyi  bərtərəf 
edir,  özünə,  öz  sadəliyinə,  öz  başqasına,  çoxluğa 
qayıdır.  Buna  görə  də  burada  başqa  irqlərə  yad  olan 
biliyə sonsuz canatma hökm sürür. Avropalını dünya 
maraqlandırır,  o  dünyanı  anlamağa  qavramağa, 
özündə  əks  olanı  özününkü  etməyə,  dünyanın  bütün 
xüsusi hadisələrində cinsi, qanunu, ən ümumini, fikri, 
daxili məntiqi seyrə can atır» (18, səh.115). 
Malay  və  amerika  irqlərini  də  xarakterizə 
edərək  bunların  mənəvi  əsarətdə  olduqlarını,  bu 
əsarətdən  çıxış  yolununsa  yalnız  xristianlıqda  və 
avropalaşmada olduğunu vurğulayır.  
Hegel  ayrı-ayrı  xalqları  yerli  ruhlar  deyə 
adlandırır  və  yerli  ruhların  mənəvi  xarakteristikasını 
verərkən,  onların  düşüncə  səviyyələrini,  həyat 
qabiliyyətlərini  özünəməxsus  bir  tərzdə  yorumlayır. 
İnkişaf  etmiş  yerli  ruhlar  deyə  adlandırdığı  yunan, 
italyan,  ispan,  ingilis,  fransız  və  alman  xalqlarının 
eyni  ardıcıllıqla  xarakterizə  edir.  Yunanların  tarixi 
keçmişinə daha çox nəzər yetirən Hegel italyan, ispan, 
ingilis,  fransız  və  alman  xalqlarını  «Avropanın 
xristian  xalqları»  deyə  adlandırır.  Və  bu  xalqların 


 
102 
 
psixoloji,  mənəvi,  fiziki  xarakteristikasını,  dini  və 
siyasi dünyagörüşünü müzakirə edir. «Hegel deyir ki, 
Ruh özünüanlamada irəliləmək üçün bir ulusu seçir və 
onun  maddi,  mənəvi  irəliləyişində  özünü  bilmək 
yolunda irəliləyir. Həmin xalq daha ruhu irəliyə apara 
bilməyəndə,  Qut  onu  özbaşına  buraxır,  təsadüfi 
məqsədlərin  ixtiyarına  verir,  başqa  ulusu  seçir,  onun 
etdukləri,  gördükləri  və  anladıqları  ilə  irəliləyir. 
Beləcə, Şərq xalqları ilə ucalıb, sonra yunanlara, sonra 
romalılara keçir.»(22, səh.226) 
Milli  və  irqi xüsusiyyətlər  o  dərəcədə  möhkəm 
təsirə  malikdirlər  ki,  təbii  və  yerli  ruhlar  dəyişik 
mühitə düşsələr belə, bu heç bir xarakteri dəyişdirmir. 
Təbii və yerli ruhların xarakteristikasını verərkən, ilk 
öncə onların tarix səhnəsindəki çıxışları nəzərə alınır, 
ümumdünya  tarixinin  izahına  böyük  önəm  verir. 
Avropa millətlərinin, yerli ruhların psixologiyasından, 
mənəvi keyfiyyətlərindən bəhs edərkən mükəmməl və 
tamamlanmış millətin alman milləti olduğundan bəhs 
edir.  Digər  avropa  millətlərinin,  xalqlarının  mənfi 
keyfiyyətləri  olduğu  halda  almanların  heç  bir  mənfi 
xarakteri  olmadığını  iddia  edir.  Düşüncəsinin, 
təfəkkür  tərzinin  dərinliyi  ilə  seçilən  almanlar  nəinki 
avropanın,  hətta  bütün  dünyanın  yerdə  qalan  bütün 
digər  millətləri  içərisində  fərqli və üstün  xarakterlərə 
malikdir və əgər belə demək mümkünsə, ən ali və tam 
inkişaf etmiş «yerli ruh»dur. 
Hegel «yerli ruh»lar deyə adlandırdığı ayrı-ayrı 
millətlərin  xarakterini  özünəməxsus  bir  tərzdə  izah 


 
103 
 
etdikdən  sonra  insanları  temperamentinə  görə  də 
fərqləndirir.  «Təbii  ruh»,  «yerli  ruh»  anlayışlarından 
sonra  üçüncü  və  son  bölgü  «fərdi  ruh»  anlayışının 
izah  edilməsinə  başlayır.  Əgər  «təbii  ruh»  irqləri, 
«yerli  ruh»  xalqları  təmsil  edirdisə  «fərdi  ruh» 
insanların  özünəməxsus  xüsusiyyətləri,  talantı  və 
temperamenti  ilə  izah  olunurdu.  «Fərdi  ruh»un 
xarakterinin formalaşmasında təbii və yerli ruhların da 
təsiri  öz  əhəmiyyətini  göstərir.  Hegelə görə  fərdi  ruh 
öz  fərdiliyi  ilə  müxtəliflik  yaratsa  belə  buna  o  qədər 
də diqqət yetirmək lazım deyil. Fərdi ruhun yaratdığı 
fərqlər mükəmməl bir təhsilin sonunda dəyişilə bilər, 
yəni fərdi ruhun yaratdığı fərqlər müvəqqətidir. Elə bu 
səbəbdən  də  fərdi  ruhun  yaratdığı  fərqlərə  müəllim 
əhəmiyyət verməməli, bu fərqlər yalnız ailədə nəzərə 
alınmalıdır. 
Fərdi  ruhun  xarakterlərinin  fərqlənməsində 
temperament,  talant  və  düha  anlayışları  önəmli  bir 
əhəmiyyət  kəsb  edirlər.  Temperamentlərin  sanqvik, 
fleqmatik,  xolerik  və  melanxolik  deyə  dörd  hissəyə 
bölür  və  bunların  hər  birinin  psixoloji  xarakterləri 
haqqında  məlumat  verir,  onların  fərqli  və  oxşar 
cəhətlərini  müzakirə  edir.  Temperamentin  dörd  növə 
bölünməsini qədim yunan fəlsəfəsindəki dörd fəzilətlə 
bağlı olduğunu iddia edir. Hegelə görə temperamentin 
bölgüləri  arasında əsas  fərq təbii  ruhların  öz işinə nə 
dərəcədə bağlı olması zamanı ortaya çıxır. 
Hegelin  nöqteyi-nəzərindən  belə  fikir  ortaya 
çıxır 
ki, 
temperamentlər 
arasındakı 
fərqlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə