Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

 
87 
 
məşğul  olur,  maqnetizm  və  optika  sahələri  üzrə 
eksperiment  və  müşahidələr  aparır,  riyaziyyatda 
differensial  hesablamalar  aparır,  fizika,  kimya,  təbii 
tarixlə,  xüsusilə  bütün  humanitar  və  ictimai  elmlərlə 
məşğul olurdu. 
Hegelin  fikirincə  bu  cür  geniş  bir  formada 
mənəvi  mədəniyyəti  ensiklopedik  cəhətdən  əhatə 
etmədən  fəlsəfəylə  məşğul  olmaq,  filosofluq  etmək 
yalnız boş söz oyunundan başqa bir şey deyildir. 
Göründüyü  kimi  Hegel  heç  də  «ensiklopedik 
zəka»  və  «birinci  müəllim»  adı  ilə  tanınan 
Aristoteldən  nəinki  geridə  qalmırdı,  hətta  onu 
müəyyən formada qabaqlayırdı.  
Hegelin  naturfəlsəfi  baxışlarının  geniş  yer 
aldığı «Təbiət fəlsəfəsi» əsərində fəlsəfi və təbii-elmi 
nailiyyətlərinin 
birləşdirilməsinin 
zəruriliyini 
vurğulamışdı.  Bu  əsərin  «Mexanika»  adlı  ilk 
bölməsində  Hegelin  söylədiyi  məkan  və  zamanın 
vəhdəti 
ideyası 
A. 
Eynşteynin 
nisbilik 
nəzəriyyəsindən tam 100 il qabaq söyləmişdi. 
Hegelin  yaratdığı  nəhəng  fəlsəfi  sistem  fəlsəfə 
tarixində  böyük  bir  iz  buraxdı,  Hegelin  yaratdığı 
fəlsəfi təlim müxtəlif mövqedən şərh edildi. XIX əsrin 
30-40-cı  illərindən  başlayaraq  Hegelin  təliminə 
əsaslanaraq  yaranan  Hegelçilk  cərəyanı  bu  dahi 
filosofun  fəlsəfi  düşüncələrinə  olan  marağı  daha  da 
artırdı.  Hegelin  davamçıları  olan  Hegelçilik  müxtəlif 
düşüncə baxımından bir neçə hissəyə bölünür: 


 
88 
 
    
1. Ortodoksal Hegelçilik ─ Hegelin təlimini heç 
bir dəyişikliyə məruz qoymadan qorumağa çalışdılar. 
J. K. Rozenkras,K. Mixelet, K. Prantl, J. E. Erdman, 
K.  Fişer,  E.  Zeller,  F.  T.  Vişer  bu  təlimin  əsas 
nümayəndələridir. 
  
2. Yeni Hegelçilik ─ Hegelin idealist fikirlərinə 
daha  çox  üstunlük  verirdilər.  «Sağcı»  Hegelçilik  də 
deyə adlandırılan bu təlim daha çox Almaniyada və 
İtaliyada özünə tərəfdar tapdı. K. Göşel, H. Hinrixs, 
H. Habler, R. Kroner, S. Mark, A. Libert bu təlimin 
əsas nümayəndələridir. 
   3.  «Solçu»  Hegelçilik  və  ya  gənc  Hegelçilər. 
Hegelin  ilahiyyatla  bağlı  olan  fikirlərini  təkzib  edir, 
tarixi  proseslərdə  subyektiv  amilin  roluna  üstünlük 
verirdilər.  Bu  təlimin  əsas  nümayəndələri  A.  Ruqe, 
B.  Bauer,  L.  von  Steyn,  M.  Hess  və  başqalarıdır. 
«Solçu»  Hegelçililər  1838-ci  ildə  A.  Ruqe  və  T. 
Eştermeyerin  rəhbərliyi  ilə  davamlı  olaraq  nəşr 
olunan 
«Halische 
Jarbücher 
für 
deutsche 
Wissenshaft  und  Kunst»  adlı  bir  jurnalda  «Sağcı» 
Hegelçililəri tənqid obyektinə çevirirdilər. 
4.  Marksizm  ─  Bu  təlimin  baniləri  olan  K. 
Marks və F. Engels Hegelçiliyin dialektik metodunu 
materialist  bir  mövqeydən  şərh  etdi.  Hətta  bir  çox 
tədqiqatçılar  Hegeli  komunizimi  ayaqda  tutan  üç 
sütundan  biri  kimi  xarakterizə  etmişlər.  Marksizm 
eyni  zamanda  Hegelin  siyasi  fikirlərindən  də 
bəhrələnmişdi.  «Siyasət  sahəsində  Hegelin  bir  çox 
ideyaları  üzrə  polemika  aparması  nəticəsində  K. 


 
89 
 
Marksın  siyasi  baxışları  formalaşmış  və  inkişaf 
etmişdir.» (30, səh. 128). 
5.  Müasir  fəlsəfi  cərəyanlar  da  dolayı  yolla 
Hegelçilikdən bəhrələndilər. Bu cərəyanlar içərisində 
fenomenologiya, 
ekzistensializm  və  Frankfurt 
məktəbinin nümayəndələri daha çox fərqlənir. Hegel 
fəlsəfəsindən  müxtəlif  yöndən  təsirlənən  bi  müasir 
fəlsəfi 
cərəyanların 
içərisində 
içərisində 
fenomenologiyanın  banisi  E.  Hüsserl  (1859-1938), 
ekzistensializmin  banisi  və  əsas  nümayəndələrindən 
biri  olan  M.  Haydegger  (1889-1976)  və  Frankfurt 
məktəbinin  banisi  M.  Horkhaymer  (1895-1973) 
Hegel fəlsəfəsinə böyük önəm verirdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
90 
 
Fikirimizcə müdrikliyə qısaca 
 olaraq belə tərif vermək olar:  
müdriklik əxlaqi cəhətdən  
icazə verilən qeyri-adi ağıldır. 
 A. G. Spirikin 
 
 
 
III F Ə S İ L 
 
Hegelin fəlsəfi dünyagörüşündə ruhun məntiqi 
 inkişaf mərhələləri 
 
 
3.1. Ruh fəlsəfəsində subyektiv ruh bölümü 
 
Georq  Vilhelm  Firidrix  Hegelin  yazdığı 
«Fəlsəfə  elmləri  ensiklopediyası»nın  (Encyklopadie 
der  Philosophischen  Wissenschaften  Grundrissede) 
377-577-ci 
paraqraflarını 
əhatə 
edən 
«Ruh 
fəlsəfəsi»nin  bölümlərində  ruhun  inkişafının  ardıcıl 
mərhələləri öz əksini tapmışdır. Hegel ruhun tədqiqinə 
subyektiv  ruhla  başlayarkən  qeyd  etmişdir  ki, 
«subyektiv  ruh» da ideyanın gerçəkləşməsi kimi dərk 
edilməlidir. 
Başlıca  mövzu  insan  olan  «Ruh  fəlsəfəsi»ndə 
ictimaiyyətin  tarixi  −  ictimaiyyətin  mənəvi  inkişaf 
tarixi  kimi  qiymətləndirilimişdi.  Fərdi  və  ictimai 
şüurun,  bəşəriyyətin  əqli  cəhətdən  inkişafı  haqqında 


 
91 
 
idealist 
nəzəriyyənin 
əsaslarını 
verən 
Hegel 
ümumdünya tarixini üç əsas dövrə bölürdü: 
1). Şərq dövrü. 
2). Antik dövr. 
3). Alman dövrü. 
Hegelə  görə  Şərq  dövründə  yanız  despot,  yəni 
bir  nəfər,  antik  dövrdə  və  ya  yunan-roma  dövründə 
bəziləri,  alman  və  ya  xristian  dövründə  isə  hamı 
azaddır.  Azadlığın  mənasını  ruhun  özünüdərkində 
görən filosof onu dərk olunmuş zərurət sayırdı. Alman 
və  ya  xristian  dünyasını  üstün  tutan  filosof  Şərq 
xalqlarına  çox  soyuq  və  etinasız  bir  münasibət 
bəsləyirdi.  Şərq  xalqlarını  Hegelə  görə  azadlığın 
mahiyyətini  başa  düşmürlər  və  elə  bu  səbədən  də 
onlar  hamısı  quldur.  Bunun  tam  əlsini  təşkil  edən 
alman  dövründə  isə  hamı  özünün  mənəvi  dünyasının 
mahiyyətini  dərk  edir  və  elə  buna  görə  də  bütün 
xristian  dünyası  azaddır.  Filosof  şərq  xalqlarını 
tərəqqisi  olmayan  və  sanki  gələcəyi  də  qaranlıq  və 
cəhalət içərisində olan xalqlar kimi təsvir edirdi. 
Haqqında  söhbət  açacağımız  «Ruh  fəlsəfəsi» 
əsərində  dialektik  inkişaf  edən  ruhun  üç  əsas  pilləsi 
göstərilir: 
subyektiv 
ruh 
(antropologiya, 
fenomologiya,  psixologiya),  obyektiv  ruh  (hüquq, 
əxlaq,  mənəviyyat)  və  mütləq  ruh  (incəsənət,  din, 
fəlsəfə).  «Fəlsəfə  elmləri  ensiklopediyası»nın  bu 
mərhələsində  («Ruh  fəlsəfəsi»)  «mütləq  ideya»  yenə 
də  öz-özünə  qayıdır,  cəmiyyətin  mədəniyyəti  və 
ictimai  şüurunda  ictimai  fəaliyyətin  müxtəlif 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə