Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

 
96 
 
Hegel  gənclərə  gerçəkilik,  həyat  nə  qədər 
dəyişkən  və  acı  olsa  da  ona  uyğunlaşmağı  məsləhət 
görürüdü. Gənc nəsillərə itaət etməninin vacibliyindən 
söhbət  açan  filosof  uşaqların  təhsil  və  tərbiyə 
sisteminə, intizamına böyük diqqət yetirirdi. 
Təkəbbürlü  və  lovğa  gənclərdə  olan  ziddiyyət 
yaşlı  nənəsildə  özünü  biruzə  vermirdi.  Dünyanı  tam 
dəyişdirmək  istəyən  gənclərdən  fərqli  olaraq,  tərəqqi 
və  təkmilləşmə  gedən  yaşlı  nəslin  yaradıcılıq 
imkanları  geniş  olduğundan  onlar  inqilaba  meyl 
etmirlər.  Filosof    bununla  göstərmək  istəyirdi  ki, 
ibtidaidən  aliyə,  sadədən  mürəkkəbə  doğru  gedən 
inkişafın qabağında heç bir qüvvə dayana bilməz. 
Hegel  oyaqlığı  «ruhun  birbaşa  formasını 
yaradan  subyektivlik  şimşəyi»  yuxunu  isə  ruhun 
heyvani  halı  adlandırırdı.  Ruhun  antropoloji 
inkişafının  sonuncu  forması  olan  xalis  təbii  ruhun 
sonuncu forması kimi yuxu və oyaqlıq veeilmişdi. O, 
hesab edidi ki, özünü ətraf maddi aləmdən ayıran ruh 
məhz oyaq ruhdur. Oyaqlığı ruhun sadə vəhdətdə əks 
olan  halı,  yuxunu  isə  ruhun  neytral  vəhdətə  salınmış 
vəziyyəti  kimi  dəyərləndirən  filosofoyaq  ruhu  yuxu 
ilə müqayisədə tərəqqi kimi qələmə verirdi. 
Subyektiv   ruhun təhlili ilə ruhun özinkişafının 
araşdırmalarına başlayan Hegel qeyd edirdi ki, «təkcə 
mütləq  ruh  deyil,  subyektiv    ruh  da  ideyanın 
gerçəkləşməsi kimi dərk edilməlidir.» İnsanın şərhinə 
geniş  yer  verilən bu fəlsəfədə  ruh  fəaliyyətdə  olaraq, 


 
97 
 
göydə,  yerdə  −  ümumiyyətlə  mövcud  olan  hər  şeydə 
özünü dərk edən qüvvə kimi göstərilir. 
Ruh  insanın  mahiyyəti,  azadlıq,  heç  bir 
zorakılığı qəbul etməyən düşüncə ruhun fəaliyyəti, bu 
fəaliyyət  isə  ruhun  mahiyyətidir.  Hegel  ümumbəşəri 
ruhun  tarixi  inkişafında  hər  bir  insanın  inkişafının 
səbəblərini  idealist  fəlsəfi  sistemə  uyğun  olaraq 
ictimai şüurda, mənəvi istehsalda görən filosof maddi 
istehsalın bu sahədəki rolunu inkar edirdi.   
Hegelin yaratdığı fəlsəfi sistemin ən ali forması 
olan  ruh  fəlsəfəsi  «mütləq  ideya»nın  inkişafında 
üçüncü və sonuncu mərhələni yaradır. «Mütləq ideya» 
təbiəti  dərk  edərək  ruhun  özgələşmiş  formasından 
özünə  qayıdır.  «Mütləq  ideya»  insan  şüurunun  və 
fəaliyyətinin müxtəlif növlərində öz mahiyyətini dərk 
edir və «mütləq ruh» zirvəsinə ucalır. Ruh fəlsəfəsinin 
«subyektiv 
ruh» 
bölümündə 
antropologiya 
məsələlərinin  şərhinə  toxunulur,  bu  mövzunun  izahı 
zamanı  da  Hegel  öz  idealist  fikirlərindən  əl  çəkmir. 
Hegelin 
antropologiya 
mövzusunu 
«Təbiət 
fəlsəfəsi»ndə  izah  etməməsi  təsadüfi  bir  xarakter 
deyildi. Antropologiyanı insanın ruhi həyatını öyrənən 
elm  kimi  qiymətləndirən  Hegel  ruhun  bütün 
fəaliyyətinin  təbiətlə  bağlı  olduğunu  da  inkar  etmir, 
ruhu və bədəni vəhdətdə götürürdü. 
Elə  bu  səbəbdən  də  ayrı-ayrı  coğrafi  regionda 
yaşayan  insanlar  bir-birindən  fərqli  xüsusiyyətlərə 
malikdirlər. «Ruh öz substansiyasında, təbiət ruhunda 
ümumi  planetar  həyatla,  iqlim  fərqlərilə,  fəsillərin, 


 
98 
 
sutkaların və s. dəyişməsi ilə - onda bir qədər tutqun 
ovqatda  olan  təbii  həyatla  yaşayır»  (18,  səh.103). 
Hegelə görə insanın ətraf mühitdən, coğrafi regiondan 
asılılığının qarşısını yalnız bir  yolla  - savad və təhsil 
əldə  etməklə  almaq  olar.  Hegelə  görə  ruh  təbiətin 
həqiqətlərini  özündə  əks  etdirir  və  təbiətlə 
münasibətdə  mütləq  birinci  kimi  çıxış  edir.  İdeyanın 
təsvirindən  ibarət  olan  xarici  təbiət  ruhdan  öncə 
mövcud  olmuşdur.  Ən  ümuminin  və  ya  məntiqi 
ideyanınsa  hər  ikisindən  əvvəl  mövcud  olması 
dialektik  inkişaf  nəzəriyyəsini  ortaya  çıxarırdı.  Hegel 
bu  qənaətə  gəlir  ki,  ruh  özü-özünü  anlayan  ideyadan 
başqa  bir  şey  deyildir.  Hegelə  görə  ruh  təbiətin  bir 
hissəsi  olan  heyvanlara  da  məxsusdur,  lakin  heyvan 
ruhu  azadlıq  duyğusundan  mərhumdur,  heyvanın 
duyduğu,  hiss  etdiyi  anlayış,  predmet  haqqında  sadə 
təsəvvürləri belə yoxdur. Şüurun və mənlik şüurunun 
düşüncədə  yaranan  vəhdəti,  praktik  və  nəzəri 
fəaliyyətin  vəhdəti  olan  ruh  ümumdünya  tarixini 
yaradır. Ruhun varlığının əsas xüsusiyyəti idrak üçün 
fəaliyyətdə olmasıdır. Bu fəaliyyət zamanı ruh özündə 
təbii  və  hissi  olan  hər  bir  şeyi  ortadan  qaldırır,  dərk 
etmə  prosesində  özünə  qədər  yüksəlir.  Mütləq  olan 
hər bir şeyin ən yüksək, ən ali forması ruhdur. 
Hegel  ruh  anlayışının  izahını  verdikdən  sonra 
«təbii  ruh»un  izahını  verməyə  başlayır.  Subyektiv 
ruhun  üç  forması  olduğunu  söyləyərək,  buraya  «təbii 
ruh»,  «şüur»  və  «ruh»  anlayışlarını  aid  edir.  «Təbii 
ruh»un 
əsas 
fərqləndirici 
xüsusiyyəti 
onun 


 
99 
 
cismanilikdə  irqi  fərqlər  kimi  ortaya  çıxmasıdır.  Elə 
antropologiyanın  izahı  da  buradan  başlayır.  Hegel 
antropologiyanın  izahına  astrologiyanın  inkarı  ilə 
başlayır,  planetlərin  və  ulduzların  canlıların 
fəaliyyətin  heç  bir  təsir  göstərə  bilmədiyini  sübut 
etməyə çalışır. İnsan ruhu özünü təbiətə hökmran bir 
qüvvə  kimi  göstərməli,  astronomik  və  kosmik 
dəyişikliklərə əhəmiyyət verməməlidir. 
Yerin  öz  təkində  baş  verən  metroloji  təsirlərə 
gəldikdə  isə  bunun  bütün  canlılara  təsirinin 
əhəmiyyətli  olduğundan  söhbət  açır,  yunanların  və 
romalıların  antik  dövrdə  təbiət  hadisələrinə  nə  qədər 
bağlı  olduğunun  yersiz  olmadığı  vurğulanır.  Bu 
zaman  Hegel  belə  bir  qənaətə  gəlir  ki,  tarixdə  baş 
verən  bütün  hadisələr,  məğlubiyyət  və  qələbələr  belə 
yer, atmosfer, fəsil və iqlim dəyişiklikləri ilə bağlıdır. 
Yerdə  baş  verən  metroloji  dəyişikliklər  ordunun  və 
sərkərdənin  fiziki  və  mənəvi  cəhətdən  təsir  edir,  hər 
iki tərəfin taleyi də elə bu təsirdən asılıdır. 
İnsan  irqlərinin  müxtəlifliyi,  fiziki  və  zahiri 
görünüşdəki  fərqin  yaranmasına  xüsusi  təbii  ruhlar 
səbəb  olmuşdur.  Kafkaz,  həbəş  və  monqol  irqlərinə 
bölünən insanların foziologiyasından olan fərq onların 
psixologiyasına  da  təsir  etmiş,  mənəvi  baxımdan  da 
fərqə  səbəb  olmuşdur.  Hegelə  görə  həbəş  irqinin 
insanları  ruh  cəhətdən  aşağı  təbəqəni  təşkil  edirlər. 
Dünyanın ən gənc irqi olan zəncilərdə fetişləşdirilmə 
daha çox yayılmışdır. «Onların dinində də bir uşaqlıq 
var, onların duyduğu ali bir şeyi saxlaya bilmirlər, bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə