Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Multikulturalizm - fəlsəfi lüğət



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə123/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   119   120   121   122   123   124   125   126   ...   144

Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Əgər  bu  cür  mötəbər  beynəlxalq  tədbirlər  Azərbaycanda 

keçirilirsə,  bunu  böyük  tarixi  hadisələrdən  biri  kimi 

dəyərləndirmək lazımdır. 

-

 



Regionda  ardıcıl  olaraq  belə  beynəlxalq  əhəmiyyətli 

tədbirlərə ev sahibliyi etməyimiz Azərbaycan dövlətinin gücünü 

və çəkisini bir daha nümayiş etdirir. 

-

 



2013-cü ildə 70-dən çox ölkədən 800  yaxın  rəsmi  şəxsin, 

tanınmış  elm,  mədəniyyət  xadiminin,  Nobel  mükafatı 

laureatlarının toplaşdığı III Bakı Beynəlxalq Humanitar Forumu 

narahatedici  bütün  məsələlərin  müzakirəsi  üçün  unikal  tribuna, 

platforma imkanı yaratdı. 

-

 



Dünya  alimlərinin  fikirləri  ilə  yanaşı,  multikulturalizmi 

nümunəsi  olan  Azərbaycan  ziyalılarının  mülahizələri  də 

mətbuatın diqqət mərkəzində idi. 

-

 



Ümumiyyətlə,  ölkəmizdə  keçirilmiş  çoxsaylı  beynəlxalq 

tədbirlərdə: 

*

 

dünyada milli və dini tolerantlığın gücləndirilməsi, 



*

 

multikulturalist dəyərlərin təbliği



*

 

dini  zəmində  ekstremizmə  və  ayn-seçkiliyə  qarşı  birgə 



mübarizə yollannın araşdınlması, 

*

 



fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar 

arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi

*

 

digər aktual problemlər - geniş müzakirə olunmuşdur. 



-

 

Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət 



siyasəti  hər  zaman  müvafiq  beynəlxalq  qurumlar  tərəfindən 

yüksək qiymətləndirilmişdir. 

-

 

Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi 



təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. 

-

 



Bakı  Beynəlxalq  Humanitar  Forumu  niyə  məhz 

Azərbaycanda  keçirilir,  dünyanın  bizə  bu  cür  etimad 

göstərməsinin səbəbləri nədir? - Qeyd edək ki: 

*

 



Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa 

etdikdən bü günə kimi heç bir təcavüzkarlıq aktında və ya işğal 

prosesində adı hallanmamışdır; 

369 



Yaşar Əhmədov AzərHətəmov 

*

 



Azərbaycan  Respublikası  heç  bir  dövlətin  ərazd 

bütövlüyünə təhlükə törətməmiş və bu iddia ilə çıxış etməmişdir

*

 

əksinə,  ərazi  bütövlüyü  pozulmuş,  1  milyondan  artıq 



qaçqın  və  məcburi  köçkünü  olmuş,  terrora  məruz  qalmış, 

iqtisadiyyatı tamam dağılmış, dövlətçiliyini itirmək təhlükəsi ilə 

üzləşmişdir; 

*

 



bütün  bu  siyasi-iqtisadi  və  mənəvi  problemləri  yaşayan 

Azərbaycan  özündə  güc  toplamağı  bacarmış,  dünyanın  sürətlə 

inkişaf edən ölkələri sırasına daxil olmuşdur. 

-

 



Ölkəmizdə olan siyasi sabitlik və unikal tolerantlıq mühiti, 

təbii ki, dünyanın diqqətindən yayınmır: 

*

 

bəşəriyyət  üçün  Azərbaycanın  əlverişli  coğrafi  mövqedə 



yerləşməsi, zəngin təbii sərvətlərə malik olması, 

*

 



dünya  dövlətləri  və  beynəlxalq  təşkilatlarla  sıx  əlaqələr 

qurması nə qədər maraqlıdırsa, 

*

 

bu  ölkənin  daxili  stabilliyi,  xalqın  özünün  monoetnik 



olmaması  və  multikulturalizm  anlayışına  dərindən  hörmət 

bəsləməsi bir o qədər vacib və əhəmiyyətlidir. 

-

 

Azərbaycan  bütün  sahələrdə  inkişaf  mərhələlərini  uğurla 



keçir  və  beynəlxalq  təsisatlarla  hər  gün  daha  sürətli  olmaqla 

əlaqələrini genişləndirir. 

-

 

Bu gün Azərbaycanda həyata keçirilən: 



*

 

böyük  neft  -  qaz  layihələri,  inşaat  planları,  dövlət  və 



hökumət  strukturlarında  qlobal  standartlara  inteqrasiya,  elm  və 

təhsil, səhiyyə, əmək - sosial bazası sahələrində Avropaya uyğun 

yeniləşmə nəzərdən qaçmır; 

*

 



ölkədə vətəndaş cəmiyyətini quruculuğu prosesinin uğurla 

getməsi, 

*

 

irqindən,  dinindən,  cinsindən,  sosial  mənşəyindən,  milli 



mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın bu prosesdə 

yaxından iştirak etməsi

*

 

xarici  sərmayədarlar  üçün  davamlı  şəraitin  yaradılması 



Azərbaycan  dövlətinin  hüquqi  prinsiplərə  sadiq  siyasət 

yürütdüyünün əyani göstəricisidir. 



370 


Multikulturalizm - fəlsəfi lüğət 

-

 



Dünya  ictimaiyyəti  bəzi  haqlı  məsələlərimizdə  susmağa 

üstünlük  versə  də,  qiymətləndirmək  keyfiyyətini  hələ 

itirməmişdir. 

-

 



Demokratiyanın, siyasi sabitliyin mövcudluğunda maraqlı 

dövlətlər yaxşı anlayırlar ki, Azərbaycana bütün parametrlərdən 

yanaşdıqda onlar üçün sərfəli tərəfdaşdır. 

-

 



Beynəlxalq  təşkilatlar  yaxşı  anlayırlar  ki,  Ermənistan 

tərəfindən  terrora  və  işğala  məruz  qalmasına  baxmayaraq, 

Azərbaycan təmkinini hələ də pozmur, milli münaqişəni sülh yolu 

ilə  çözməyə  üstünlük  verir  və  əcnəbi  sərmayəçilər  üçün 

təhlükəsiz şərait yaradır. 

-

 



Azərbaycan  polietnik  ölkədir  -  burada  onlarca  etnik 

azlıqların və müxtəlif dini konfessiyaların təmsilçiləri yaşayırlar - 

adətən, bəzi analitiklər polietnik dövlətlərdə stabilliyin daha çox 

pozulmasını  iddia  etsələr  də  bu  fikir  heç  də  həmişə  özünü 

doğrultmur. 

-

 



Bu  gün  monoetnik  Ermənistanın  düşmüş  olduğu  dərin 

böhran həmin fikrin nə qədər yanlış olduğunu təsdiqləyir, çünki 

daxili sabitliyi olmayan ölkə beynəlxalq səviyyədə əməkdaşlığını 

yüksək səviyyədə qura bilməz. 

-

 

Hansı  dövlət  terrora  dəstək  verirsə,  işğalçıdırsa  və 



cəmiyyətini  başqa  xalqlara  nifrət  ruhunda  düşünməyə  vadar 

edirsə  dünyanın  həmin  ölkə  ilə  əməkdaşlığının  ləngiməsi 

anlaşılandır,  çünki  həmin  dövlət  etibarını  itirmişdir  -  orada 

vətəndaş  anlayışına  deyil,  şovinizmə,  dini  radikalizmə, 

separatizmə dəstək verilir - bu baxımdan qonşu Ermənistanın belə 

tədbirlərdən kənarda qalması təbiidir. 

-

 

Azərbaycanda  milli-mənəvi  dəyərlərə  nə  qədər  hörmət 



qoyulsa  da,  dövlət  səviyyəsində  mədəni  irsimizin  qorunmasına 

qayğı göstərilsə də bu digər mədəniyyətləri üstələmək və ya onlan 

kiçiltmək mahiyyəti daşımır -bütün bunlar multikultu- razlizmdir, 

Azərbaycan cəmiyyətinin qədimdən sadiq qaldığı yaşam tərzidir. 

371 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə