Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

3. 
b düz xətti çəkin və onun üzərində olmayan A nöqtəsi qeyd edin. Bu nöqtədən b
düz xəttinə perpendikulyar olan düz xətt qurun.
Qeyd.
Pərgar vasitəsilə mərkəzi A nöqtəsində olan və b düz xəttini iki nöqtədə
kəsən çevrə çəkin.


3.9. Perpendikulyar və maillər
a düz xətti və onun üzərində olmayan A nöqtəsi verilib. A nöqtəsindən a düz xəttinə
AH perpendikulyarı və AB parçası çəkilib. AB parçasına A nöqtəsindən a düz xəttinə
çəkilmiş mail deyilir və B nöqtəsi AB mailinin oturacağı adlanır.
AH parçası A nöqtəsindən a düz xəttinə qədər olan məsafədir. H nöqtəsi AH
perpendikulyarının oturacağıdır.
Mailin oturacağı ilə perpendikulyarın oturacağını birləşdirən parça mailin a düz xətti
üzərindəki proyeksiyası adlanır. BH parçası AB mailinin a düz xətti üzərindəki
proyeksiyasıdır.
A nöqtəsindən a düz xəttinə çəkilən perpendikulyar parçanın uzunluğuna A
nöqtəsindən a düz xəttinə qədər olan məsafə deyilir. AH parçası A nöqtəsində a düz
xəttinə çəkilən parçaların ən kiçiyidir: AH < AB.
Çalışmalar
1.  m düz xətti çəkin və onun üzərində olmayan M nöqtəsi qeyd edin. M nöqtəsindən
m düz xəttinə perpendikulyar və maillər çəkin. Bu parçalardan hansı M nöqtəsi ilə
 
m düz xətti arasındakı məsafədir?
2.  Şəkil 2-yə əsasən aşağıdakıları göstərin:
a) mailləri; 
b) maillərin oturacağını; 
c) perpendikulyarı; 
ç) perpendikulyarın oturacağını; 
d) maillərin proyeksiyalarını; 
e) A nöqtəsindən a düz xəttinə qədər məsafəni.
3.  a) itibucaqlı; b) düzbucaqlı; c) korbucaqlı üçbucaq çəkin. Bu üçbucaqların hər
təpəsindən qarşı tərəfə qədər olan məsafəni göstərin.
4.  Düzbucaqlının eni 3 sm 4 mm, uzunluğu isə bundan 3 dəfə çoxdur. Düzbucaqlının


hər təpəsindən qarşı tərəfə qədər olan məsafəni tapın.
5.  Düzbucaqlı paralelepipedin ölçüləri 12 sm, 15 sm və 16,2 sm-dir. Onun hər
təpəsindən tillərə qədər olan məsafəni müəyyən edin (mümkün olanı).
6.  Düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə aralarındakı bucaq 600 olan iki
eyni uzunluqlu mail çəkilmişdir. Mailin uzunluğu 8 sm olarsa, maillərin oturacaqları
arasındakı məsafəni təyin edin.


3.10. Mərkəzi simmetriya
Fəaliyyət
Əgər O nöqtəsi AA1 parçasının orta nöqtəsidirsə, A və A1 nöqtələrinə O nöqtəsinə
nəzərən simmetrik nöqtələr deyilir.
O nöqtəsi simmetriya mərkəzi adlanır və öz-özünə simmetrik nöqtə hesab edilir.
Fəaliyyət
Əgər fiqurun üzərində götürülmüş hər bir nöqtəyə O nöqtəsinə nəzərən simmetrik
nöqtə də fiqurun üzərində yerləşirsə, bu fiqura O nöqtəsinə nəzərən simmetrik fiqur
deyilir. O nöqtəsi fiqurun simmetriya mərkəzi adlanır.
Simmetriyaya incəsənətdə, memarlıqda, texnikada, məişətdə tez-tez rast gəlinir.
Xalçalarda, divar kağızlarında, parçalarda olan naxışların əksəriyyəti simmetriya
mərkəzinə malik olan fiqurlardır.
1.  Dəftərinizdə A və O nöqtələrini qeyd edin. Bu nöqtələri düz xətt vasitəsilə
birləşdirin.
2.  Pərgarın uclarını OA parçası qədər açın, iti ucunu O nöqtəsində yerləşdirərək A
nöqtəsindən əks tərəfdə eyni ölçüdə parça ayırın.
3.  OA və OA1 parçaları haqqında nə demək olar? O nöqtəsi haqqında fikrinizi
söyləyin. A və A  nöqtələri O nöqtəsinə nəzərən necə yerləşir?
1
1.  Şəkildə verilmiş hər fiqurun üzərində olan A nöqtəsinə O-ya nəzərən simmetrik
nöqtəni qurun.
2.  Hər bir fiqur üçün A nöqtəsinə O-ya nəzərən simmetrik olan nöqtənin yeri
haqqında nə deyə bilərsiniz? Hansı fiqurda O nöqtəsinə nəzərən A-ya
simmetrik olan nöqtə fiqura aid deyil?


Nümunə
Misal:
Şəkildə verilmiş fiqura O nöqtəsinə nəzərən simmetrik fiquru qurun.
Həlli:
Verilmiş ABCD fiquruna O nöqtəsinə nəzərən simmetrik olan fiquru qurmaq üçün
həmin fiqurun təpə nöqtələrinə O nöqtəsinə nəzərən simmetrik olan nöqtələri
qurmaq kifayətdir.
Alınan A B C D  fiquru O nöqtəsinə nəzərən ABCD fiquruna simmetrik fiqurdur.
Çalışmalar
1.  a düz xətti üzərində olan nöqtələrdən (şəkil 1) hansıların O nöqtəsinə nəzərən
simmetrik olduğunu gözəyarı təxmin edin. Lazımi ölçmələr aparmaqla təxmininizin
doğruluğunu yoxlayın.
2.  Uşaqlar O nöqtəsinə nəzərən verilmiş AB parçasına simmetrik olan parça qurdular.
Lakin onların hər birində müxtəlif parçalar alındı. Uşaqların hansının yerinə
yetirdiyi qurmanın düzgün olduğunu araşdırın və dəftərinizdə O nöqtəsinə nəzərən
AB parçasına simmetrik olan MN parçasını qurun.
1 1 1 1


6.  Şəkil 2-də verilmiş nöqtələrə A nöqtəsinə nəzərən simmetrik olan nöqtələri qurun.
Bütün nöqtələri ardıcıl olaraq birləşdirin. Alınan fiqur haqqında nə demək olar?
7.  c düz xətti AB parçasını O nöqtəsində kəsir və OA ≠ OB. A və B nöqtələri O
nöqtəsinə nəzərən simmetrikdirmi? Nə üçün?
8.  a) şüa; b) düz xətt; c) iki kəsişən düz xətt; c) kvadrat; ç) üçbucaq fiqurları
simmetriya mərkəzinə malikdirlərmi? Onların simmetriya mərkəzini göstərin.
9.  O nöqtəsinə nəzərən verilmiş fiqurlara (şəkil 3 a, b) simmetrik olan fiqurları qurun.
10.  O nöqtəsinə nəzərən verilmiş fiqurlara (şəkil 4 a, b, c) simmetrik olan fiqurları
qurun.
11.  ABC korbucaqlı üçbucağına onun hündürlüklərinin kəsişmə nöqtəsinə nəzərən
simmetrik olan MNP üçbucağını qurun.
12. 
AB və A B  parçaları hər hansı O nöqtəsinə nəzərən simmetrik parçalardır. Bu
simmetriyada P nöqtəsinə simmetrik olan nöqtənin yerini müəyyən edin (şəkil 5).
1 1


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə