Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   2   3   4   5   6   7   8   9   ...   48

4 - (-0,25)        c) -21 
44 + 7 
22;
ç) – 12,4 ∙ 0,2;        d) 5 
6 :   -1 
2 + 1 
3          e) -4,6 +   -9,2 - 4 2 
3  


ə) 1 3 
11 : -1 
11;        f) 1,5 . 8 
9 : -5 
12;
g) -3 1 
2 + 4 4 
5 - 6,7;        h) 8 - 15 6 
7 + 0 .  -55 
201 .
7.  İfadələrin qiymətini hesablayın:
a) 0,15 - 0,15 • 6,4 
-3 
8 + 0,175        b) 0,45 - 0,45 • 3,4 
1 1 
2 - 1,1        c) 0,47 • 3,5 - 3,5 

8 - 1,125
Cavabda alınmış nəticələrin yazılışını izah edin və onların hansı ədədlər çoxluğuna aid
olduğunu əsaslandırın.
8.  İfadələrin qiymətini tapın:
 
A
B
C
a)
-9
 
8 • A + 121
b)
15 
16
 
15 
16 -   A - 3 
4  


c)
1,45
– 0,32
2A – 3B
ç)

7

7
(2A + 5B) : (4A – 2B)
d)
0,12
-0,2
(5A – 3B) : (3A + 2B)
9.  İfadələrin qiymətini hesablayın:
10.  Dəyişəni olan ifadələr qurun və dəyişənin hər hansı rasional qiymətində hər
ifadənin qiymətini tapın.
11.  Cədvəldə sətir və sütunda verilmiş ədədlərin cəmini riyazi ifadə şəklində yazın.
Alınmış ədədləri boş xanalara yazaraq cədvəli tamamlayın. Nəticələrin hansı
çoxluğa aid olması haqqında fikirlərinizi söyləyin.
12.  6 sütun və 6 sətirdən ibarət vurma cədvəli tərtib edin: Birinci sətirdə: × (vurma);
-7 
12 ; 0,25; 2; 3 5 
11; 0,7 ədədlərini, birinci sütunda isə: × (vurma); 11 
7; -3 1 
2; 0,2; –3; - 5 
9 ədədlərini yazın. Cədvəli tamamlayın.


1.2. Ədəd oxu. İki nöqtə arasındakı məsafə
Ədəd oxu Fəaliyyət
Nümunə
Misal: –3,6; −23 
4; – 0,5 ədədlərinə uyğun nöqtələri ədəd oxu üzərində qeyd edin. 
Həlli: Verilmiş ədədlərə uyğun nöqtələri A, B və C ilə işarə edək: 
Göründüyü kimi, – 3,6 ədədi – 4 və – 3 ədədləri arasında, −2 3 
4 ədədi – 3 və – 2 arasında, – 0,5 ədədi isə –1 və 0 ədədləri arasında yerləşir.
Ədəd oxu üzərində verilmiş hər hansı A və B nöqtələri arasındakı məsafəni təyin edək.
MəsafəFəaliyyət
1.  Dəftərinizdə ədəd oxu çəkin.
2.  – 3 və 3 arasında olan tam ədədləri ədəd oxu üzərində yerləşdirin.
3.  Ədəd oxu üzərində 2 ədədinin yerini göstərin. –2 ədədi harada yerləşir?
Fikirlərinizi söyləyin.
4.  1 
2 kəsrini ədəd oxu üzərində göstərin. - 1 
2 kəsrinin ədəd oxu üzərində harada yerləşdiyini müəyyən edin.
5.  2 1 
2 ədədini ədəd oxu üzərində göstərin. -2 1 
2 dədi ədəd oxu üzərində harada yerləşir? Fikirlərinizi söyləyin.
A(–3) və B(21 
5) nöqtələri arasındakı məsafəni tapın. 
1.  Dəftərinizdə hesablama başlanğıcı O olan ədəd oxu çəkin.
2.  A(– 3) və B(21 
5) nöqtələrini bu ədəd oxu üzərində qeyd edin.
3.  Ədədin modulunun tərifini yadınıza salın. OA və OB məsafələrini tapın.
4.  AB məsafəsini təyin edin. Fikirlərinizi söyləyin.
5.  21 
2 – (–3) fərqini tapın. Hansı nəticəyə gəldiniz?
AB məsafəsi ilə 21 
5 – (–3) fərqi arasında nə kimi əlaqə var?


Nümunə
Misal: 
a) A(–2,8) və B(3,1);          b) C(1,3) və D(6,7) 
nöqtələri arasındakı məsafəni təyin edin. Həlli: 
1.  A və B nöqtələrini ədəd oxu üzərində qeyd edək: A və B nöqtələri arasındakı
məsafə AB parçasının uzunluğuna bərabərdir. Şəklə əsasən AB = OA + OB
olduğunu yaza bilərik. Bilirik ki, OA = |–2,8| = 2,8 və OB = |3,1| = 3,1. Onda AB
= 2,8 + 3,1 = 5,9 olar. Digər tərəfdən bilirik ki, 3,1 – (–2,8) = 5,9-dur. Deməli, A
və B nöqtələri arasındakı məsafəni taparkən B və A nöqtələrinin koordinatlarının
fərqini hesabladıq.
2.  C və D nöqtələrini ədəd oxu üzərində qeyd edək. Şəklə əsasən: 
CD = OD – OC = 6,7 – 1,3 = 5,4.
Cavab: a) 5,9; b) 5,4.
Ədəd oxu üzərində iki nöqtə arasındakı məsafə bu nöqtələrin koordinatlarının fərqinin
moduluna bərabərdir.
A(x) və B(y) nöqtələri üçün AB = | x – y |
Çalışmalar
1.  Verilmiş ədədlərə uyğun nöqtələri ədəd oxu üzərində qeyd edin:
-41 
2;       – 3,5;       – 1,2;       – 0,8;       13 
5;       4,5;       0,5. 
Bir neçə ədədə uyğun nöqtəni özünüz qeyd edin.
2.  Ədəd oxu üzərində (şəkil 1) verilmiş nöqtələrin koordinatını təxmini müəyyən
edin:
3.  a) A(–3) və B(2,5);         b) A(-3 
4) və B(-21 
4);         c) A(10,5) və B(22,7) olarsa, 
AB məsafəsini təyin edin. ç) Hər hansı iki nöqtənin koordinatını yazın və
aralarındakı məsafəni təyin edin.
4.  a) MN = 3,54 və M(–2,9) olarsa, N nöqtəsinin koordinatını təyin edin; 
b) MN = 6,8 və N(4,35) olarsa, M nöqtəsinin koordinatını təyin edin.


5.  Ədəd oxu üzərində koordinatları əks ədədlər olan iki nöqtə qeyd edin. Onların
arasındakı məsafənin sıfıra bərabər olması fikri doğrudurmu?
6.  Şəkil 2-yə əsasən AB məsafəsini necə təyin etmək olar?
Bu ədəd oxu üzərində koordinatı tam ədəd olan hər hansı C nöqtəsi qeyd edin. AC
və BC parçalarının uzunluğunu tapın.
7.  Şəkil 3-ə əsasən K nöqtəsinin koordinatını tapmaq üçün hansı əməldən istifadə
edilməlidir? K-nın koordinatını tapın.
8.  Hesablama başlanğıcı O nöqtəsi olan ədəd oxu üzərində A, B, M və N nöqtələri
verilmişdir.
1.  AB = OA – OB olarsa, A və B nöqtələri ədəd oxu üzərində hansı vəziyyətdə
yerləşmiş olar?
2.  MN = OM + ON olarsa, M və N nöqtələri hesablama başlanğıcına nəzərən
hansı tərəfdə yerləşər? Cavabınızı əsaslandırın.
9.  OB = 3,5 sm, OA = 4 ∙ OB olarsa, AB məsafəsini təyin edin (bütün hallara baxın).
Hər bir hal üçün A və B nöqtələrinin O hesablama başlanğıcına nəzərən vəziyyətini
müəyyən edin və koordinatlarını tapın.
10.  Ədəd oxu üzərində ixtiyari iki nöqtə qeyd edin və onlar arasındakı məsafəni tapın.
11.  Aşağıdakı model hansı ədədlərin hasilini təsvir edir?
–3 ∙ 2; –5 ∙ 2; –2 ∙ 2 hasillərini modelləşdirin.
12.  Hər bir xanadakı ədəd özünün altında yerləşən iki xanadakı ədədin hasilinə
bərabərdir. Boş xanadakı ədədləri tapın (şəkil 5).


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə