Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

Çalışmalar
1.  Qüvvətlərin kəsr şəklində doğru və ya səhv göstərildiyini təyin edin. Səhvləri
düzəldərək izah edin:
2.  Kəsrləri qüvvət şəklində göstərin:
3.  Elə ifadələrin nisbətini yazın ki, onları hər hansı kəsrin kvadratı şəklində
göstərmək mümkün olsun.
4.  Elə ifadələrin nisbətini yazın ki, onları hər hansı kəsrin kubu şəklində göstərmək
mümkün olsun.
5. 
Elə ifadələrin nisbətini yazın ki, onu hər hansı kəsrin kvadratı və kubu şəklində
göstərmək mümkün olsun.
6.  Əməllər sırasının alqoritmini yazaraq Z-in qiymətini hesablayın:
7.  Hesablayın. Hansı əməlin birinci yerinə yetirildiyini söyləyin:
8.  Tənlikləri həll edin.



2.8. Natural üstlü qüvvət daxil olan ifadələr
1.  Verilmiş ifadələrin qiymətini tapmaq üçün qüvvətin hansı xassələrindən istifadə
etdiyinizi əsaslandırın:
2.  İfadənin qiymətini tapmaq üçün alqoritm yazın və qiymətini tapın:
3.  Hesablayın:
4.  Verilmiş ifadənin qiymətini tapmaq üçün yerinə yetirdiyiniz əməlləri cədvəldə
yazın:
5.  Verilmiş ifadələri əsası a olan qüvvət şəklində yazın:
6.  İfadənin qiymətini tapın:
7.  a natural ədədi hansı rəqəmlə qurtarmalıdır ki, onun ixtiyari natural üstlü qüvvəti
də həmin rəqəmlə qurtarsın? Cavabınızı nümunə ilə əsaslandırın.


2.9. Sadə faiz artımı düsturu
Fəaliyyət
Nümunə
Məsələ: Yazıçı yazdığı əsərə görə 50 000 manat qonorar aldı. O, pulunu qoyulan
məbləğin 12% gəliri ilə 3 il müddətinə dövlət bankına qoydu. Sonda bankın yazıçıya
nə qədər pul ödəyəcəyini təyin edin.
Həlli : Məsələni həll etmək üçün 50 000 manatın 12%-ni tapaq:
50000 . 12 
100 = 6000 (man).
Bu ədədi 3 dəfə artıraq: 6000 ∙ 3 = 18 000 (man). Alınmış məbləği başlanğıc məbləğlə
toplayaq: 50 000 + 18 000 = 68 000 (man). Cavab: 68 000 man
Fəaliyyət
Əhməd 10 000 manat pulu banka depozit qoyaraq 1 ildən sonra 20% artımla geri
aldı. Əhmədin 1 ildən sonra nə qədər pul aldığını təyin edin:
1.  10 000 manatın 20%-ni tapın.
2.  Aldığınız məbləğlə 10 000 manatı toplayın.
3.  haqqında fikirlərinizi söyləyin.
Məmməd 10 000 manat pulu banka qoyaraq 2 ildən sonra hər il qoyulan məbləğin
15%-i qədər artımla geri aldı. Məmmədin bankdan nə qədər pul aldığını
hesablayın.
1.  10 000 manatın 15%-ni tapın.
2.  Bu ədədi 2-yə vurun.
3.  Aldığınız məbləğlə 10 000 manatı toplayın.
4.  Nəticə haqqında fikirlərinizi söyləyin. Kimin daha çox pul aldığını izah edin.
Nümunədə verilən alqoritmi ifadə şəklində yazaq: 
50000 + 50000 . 12 
100 . 3 Bu ifadədə 50000-ni mötərizə xaricinə çıxaraq: 
50000 .  1 + 12 . 3 
100  . Beləliklə, son məbləği S hərfi ilə işarə etsək, aşağıdakı düsturu alarıq: S=
50000  1 + 12 . 3 
100 .


Fəaliyyətdə alınan düsturu ümumi şəkildə yazaq: 
 
düsturuna sadə faiz artımı düsturu deyilir. 
Burada, S – son məbləğ,  – başlanğıc məbləğ, r – illik faiz artımını göstərən ədəd, n
– məbləğin qoyulduğu müddətdir.
Qeyd: son məbləğ (S) başlanğıc məbləğdən (S ) kiçik olarsa, düstur
 
şəklində yazılır.
Nümunə
Məsələ: Sevil müəyyən xidmətin göstərilməsi üçün hesabına 500 manat qoydu.
Göstərilən xidmət müqabilində bu məbləğ hər ay qoyulan pulun 10 %-i qədər azaldı.
Sevilin hesabında 3 aydan sonra nə qədər pul qalar?
Həlli: S  = 500, n = 3, r = 10. Məbləğ azaldığına görə qeyddəki düsturdan istifadə
edək:
 
       Cavab: 350 man.
Çalışmalar
1. 
 
düsturlarından n-i, r-i və S -ı digər kəmiyyətlərlə ifadə
edin.
2.  Aytən banka qoyulan 300 manatın 5 ildən sonra illik 30% gəlirlə 750 manat
olduğunu iddia edir. Sizcə, o doğrumu deyir? Fikrinizi izah edin.
3. 
1.  Akif 8 ildən sonra 2 000 manat məbləğ əldə etmək üçün 1 000 manat
məbləği neçə faiz artımı olan banka qoymalıdır?
2.  İllik 18% artımla bir il ərzində banka qoyulan hansı məbləğ artaraq 7316
manat olar? Həmin məbləğ illik 20% artımı olan banka qoyularsa, iki il
ərzində nə qədər pul əldə etmək olar?
4.  Sadə faiz artımı düsturundan istifadə edərək cədvəli tamamlayın:
Cədvələ əsasən aşağıdakı sualları araşdırın. Hesablama zamanı kalkulyatordan istifadə
edin: 
a) I banka qoyulan 3 000 manat 1 ildən sonra hansı məbləğə çevrilər? 
b) III bank qoyulan 7 000 manat pul üçün 6 aya nə qədər pul ödəyər?
0
0
0
0


1.  II bank cədvəldə göstərilən başlanğıc məbləğə əsasən illik 20% artımı ilə 4 il
müddətinə nə qədər pul ödəməlidir?
5.  Süleyman bizneslə məşğul olmaq üçün illik 10% artım faizi olan bankdan 5 il
müddətinə 20 000 manat pul götürdü. Süleyman bu müddətdən sonra banka nə
qədər pul qaytarmalıdır?
6. 
Praktik iş
: Nağı qiyməti 642 manat olan mobil telefonu kreditlə almaq qərarına
gəlir. O, 200 manat ilkin ödəniş etdikdən sonra qalan məbləği hər ay ödəməyə
başladı. Bank işçisi ona aşağıdakı formada ödəniş cədvəli verdi: 
 
Cədvələ əsasən müəyyən edin: 
1.  Nağı hər ay banka nə qədər pul ödədi?
2.  Kalkulyatordan istifadə edərək oktyabrın 17-də, noyabrın 17-də, martın 17-də
ödəmə zamanı fərq sütunundakı ədədin əsas məbləğin neçə faizini təşkil
etdiyini təqribi müəyyən edin.
3.  Oktyabrın sonu, noyabr ayının əvvəlinə Nağının banka nə qədər borcu qaldı?
4.  Nağı sonda telefon üçün banka nə qədər pul ödədi?
5.  Ödənən məbləğ Nağının telefonu nağd pulla alacağı halda ödəyəcəyi
məbləğdən nə qədər artıq oldu?
7.  Samir bankdan 4500 manat kredit götürdü və hər ay 800 manat pul ödəməklə 6
ay müddətinə geri qaytardı. Samirin ödəniş cədvəlini çəkin. Onun banka nə qədər
pul ödədiyini və bankın illik faizini müəyyən edin.
8.  S = S  (1 + r%⋅n) və S = S  (1 – r%⋅n) düsturlarında n məbləğin qoyulduğu
müddəti ifadə edir. (r% = r 
100). Bu bərabərliklərdən n-i müəyyən etmək üçün düstur yazın.
a) S = 500, S  = 2500, r % = 10% = 0,1; 
b) S = 2500, S  = 500, r % = 25% = 0,25 olarsa, n-i tapın.
9.  Müştəri müəyyən xidmətin göstərilməsi üçün hesabına 1000 manat qoydu.
Göstərilən xidmətin müqabilində bu məbləğ hər ay 5% azalır. Neçə aydan sonra
hesabdakı məbləğ:
a) 800 manat;          b) 700 manat;          c) 400 manat;          ç) 100 manat olar?
0
0
0
0


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə