Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

2.  ABCD düzbucaqlısının sahəsini ifadə edən çoxhədlini yazın. Şəklə əsasən bu
çoxhədlinin hansı ikihədlilərin hasilinə bərabər olduğunu müəyyən edin.
3.  Verilmiş çoxhədliyə uyğun düzbucaqlı modeli qurun. Düzbucaqlının tərəflərinin
hansı ikihədlilərlə ifadə edildiyini müəyyən edin.
4.  Cədvəldə çoxhədlilərin vuruqlarından biri verilmişdir. Naməlum vuruğun hansı
ikihədli olduğunu təyin edin.
6.  Samir a  + 7a + 12 üçhədlisində 7a birhədlisini 3a və 4a birhədlilərinin cəmi
şəklində göstərərək qruplaşdırma yolu ilə vuruqlarına ayırdı. Sizcə, Samir bunu nə
üçün etdi? Namiq isə 7a birhədlisini 2a + 5a cəmi şəklində göstərdi, lakin
çoxhədlini vuruqlarına ayıra bilmədi. Nə üçün? Fikirlərinizi izah edin.
7.  x  + 6x + 5 üçhədlisini vuruqlarına ayırmaq üçün aşağıdakı alqoritmi yerinə
yetirin:
1.  Hasili 5, cəmi 6 olan iki natural ədəd tapın.
2.  6x birhədlisini elə iki birhədlinin cəmi şəklində göstərin ki, onların əmsalları
birinci əmrin nəticəsində tapılan natural ədədlər olsun.
3.  Qruplaşdırma aparmaqla çoxhədlini vuruqlarına ayırın.
4.  Alınmış ikihədlilərin hasilini taparaq nəticənin doğruluğunu yoxlayın.
5.  Çoxhədlini vuruqlara ayırın:
2
2


1.  Bundan əvvəlki tapşırıqda verilmiş alqoritmdən istifadə etməklə aşağıdakı
çoxhədliləri vuruqlara ayırın:
2.  Gülnar 2am + 2an – 3bn – 3bm üçhədlisində (2am + 2an) – (3bn +3bm)
qruplaşması apardı və vuruqlara ayırdı. Əli isə həmin çoxhədlini (2am – 3bm) +
(2an – 3bn) kimi qruplaşdırdı və vuruqlara ayırdı. Uşaqlardan hansı qruplaşmanı
düzgün aparmışdır? Onların aldıqları nəticələr haqqında fikirlərinizi söyləyin.
3.  İfadələri vuruqlara ayırın və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini
hesablayın:
4.  Hesablayın:
5.  Bir neçə vuruğun hasili sıfıra bərabərdirsə, bu vuruqlar haqqında nə demək olar?
Sizcə, vuruqların hər biri sıfıra bərabərdirmi? Heç bir vuruq sıfıra bərabər olmazsa,
hasilin sıfıra bərabər olmasını söyləmək olarmı?
6.  Hasilin sıfıra bərabər olması şərtindən istifadə edərək tənlikləri həll edin:
7.  Nöqtələrin yerinə elə birhədli yazın ki, bərabərlik doğru olsun:
8.  Verilmiş ifadələri vuruqlara ayırın:


3.7. Parçanın yarıya bölünməsi
Pərgar, xətkeşFəaliyyət
Parçanın orta nöqtəsinin tapılması:
4.  Xətkeşin köməyi ilə çevrələrin kəsişmə nöqtələrindən (C və D nöqtələri) keçən
düz xətt çəkin. Bu düz xəttin AB parçası ilə kəsişmə nöqtəsini O hərfi ilə işarə
edin. O nöqtəsi AB parçasının orta nöqtəsidir və onu yarıya bölür.
5.  OA və OB parçalarının bərabər
olduğunu necə əsaslandı
Pərgarın qollarını AB parçası qədər
açın. Onun iti ucunu A nöqtəsinə
qoyaraq radiusu AB-yə bərabər olan
çevrə çəkin.
1.  Uzunluğu 4 sm olan AB parçası çəkin
Pərgarın qolları arasındakı məsafəni
dəyişmədən iti ucunu B nöqtəsində
yerləşdirin və çevrə çəkin.


6.  ADC və BDC üçbucaqlarının növü haqqında nə demək olar? Bu üçbucaqlar
bərabərdirmi? CO parçası ABC üçbucağının tənbölənidirmi? CO parçasına ABC
üçbucağının medianı deyə bilərikmi? Nə üçün? Əgər CO mediandırsa, onda O
nöqtəsi AB parçasının orta nöqtəsidirmi?


Çalışmalar
1.  Şaquli vəziyyətdə çəkilmiş hər hansı uzunluğa malik MN parçası çəkin. Onun orta
nöqtəsini qurun.
2.  Verilmiş iki a və b parçalarının cəminə (fərqinə) bərabər parça qurun və alınan
parçanı yarıya bölün.
3. 
Praktik iş.
 Sinif şagirdləri 3 qrupa bölünür. Birinci qrup şəkil 1-də verilmiş ABC
üçbucağının, ikinci qrup ABCD düzbucaqlısının, üçüncü qrup isə MNPK kvadratının
tərəflərinin orta nöqtələrini pərgar vasitəsilə taparaq alınmış nöqtələri ardıcıl
birləşdirir. Hər qrup alınmış fiquru rəngləyir.
4.  Korbucaqlı MNK üçbucağı çəkin. Pərgar vasitəsilə onun medianlarını qurun.
5.  Uzunluğu 9,6 sm olan parçanı dörd bərabər yerə bölün. Bunun üçün əvvəlcə
həmin parçanı neçə yerə bölmək lazımdır? Bölgünü bitirdikdən sonra alınmış
parçaların uzunluqlarını ölçməklə qurmanı düzgün yerinə yetirdiyinizi
dəqiqləşdirin.
6.  Verilmiş parçanı 3 bərabər yerə necə bölmək olar? AB = 12 sm olan parçanı 3
bərabər yerə bölün.
7. 
Damalı dəftər vərəqi üzərində bütün tərəfləri bərabər olan altıbucaqlı fiquru (şəkil
2) çəkin. Onun tərəflərini hər dəfə yarıya bölərək alınmış nöqtələri birləşdirin. Bu
qurmanı 5 dəfə davam etdirin. Alınmış naxışı rəngləyin. Başqa bir fiqur çəkərək
hər hansı naxış çəkin.
8.  Verilmiş          a) AB parçasını;         b) düzbucaqlını 2, 4, 8, 16, ..., 2n bərabər
hissələrə bölün.


3.8. Parçanın orta perpendikulyarı
Fəaliyyət
Çalışmalar
1.  m düz xəttinin üzərində qeyd edilmiş K nöqtəsindən həmin düz xəttə
perpendikulyar düz xətt qurmaq üçün alqoritmi tamamlayın və qurmanı yerinə
yetirin.
1.  Pərgarın iynə ucunu K nöqtəsinin üzərinə qoyun və m düz xətti üzərində
K nöqtəsindən müxtəlif tərəflərdə bərabər parçalar ayırın (şəkil 1).
2.  Parçaların uc nöqtələrini M və N hərfləri ilə işarə edin.
3.  ...
2.  a düz xətti üzərində verilmiş A, B və C nöqtələrindən a düz xəttinə perpendikulyar
düz xətlər qurun. Qurmanın dəqiqliyini günyənin köməyi ilə yoxlayın. Alınmış düz
xətlərin qarşılıqlı vəziyyətləri haqqında fikirlərinizi söyləyin.
1. 
Hər hansı uzunluğa malik AB parçası çəkin.
2.  Əvvəlki mövzuda parçanın orta nöqtəsini qurmağı öyrəndiniz. Həmin alqoritmi
yerinə yetirməklə AB parçasının orta nöqtəsini qurun.
3. 
ADC və BDC üçbucaqları haqqında nə demək olar? CO parçası ABC üçbucağının
tənbölənidirmi? CO parçasının ABC üçbucağının hündürlüyü olduğunu deyə
bilərsinizmi? Nə üçün? Əgər CO hündürlükdürsə, CD düz xətti və AB parçası
haqqında nə demək olar? CD ⊥ AB olduğu doğrudurmu?


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə