Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

1.  İtibucaqlı üçbucaq çəkin. Onun hər hansı bir təpəsindən:
1.  medianını;
2.  tənbölənini;
3.  hündürlüyünü çəkin.
Alınmış hündürlük, tənbölən və medianın uzunluqlarını müqayisə edin.
2.  Düzbucaqlı üçbucaq çəkin. Onun düz bucaq təpəsindən çıxan medianını,
hündürlüyünü və tənbölənini çəkin.


1.  Sevil korbucaqlı üçbucağın kor bucaq təpəsindəki medianını, tənbölənini və
hündürlüyünü çəkərək şəkildəki kimi təsvir etdi (şəkil 5). O, nəticə olaraq qeyd
etdi ki, AM median, AH hündürlük, AT tənböləndir. Onun səhvini müəyyən edin.
Doğru cavabı şəkil vasitəsilə təsvir edin.
2.  Bucaqlarından biri 150  olan üçbucaq çəkin. Onun iti bucaqlarının hündürlüyünü
təsvir edin.
3.  ABC üçbucağında AT tənböləni, BH hündürlüyü və CM medianı çəkilmişdir. 
Cümlələri tamamlayın: 
a) AT tənböləndirsə, ∠BAT = ... 
b) CM mediandırsa, BM ... 
c) BH hündürlükdürsə, ... perpendikulyardır. 
Hər bənddə alınan təklifdə şərtlə hökmün yerini dəyişin. Alınan təkliflərin doğru
olub-olmadığını müəyyən edin.
4.  Şəkil 6-ya əsasən təyin edin: 
a) ∠BAT = 150 olarsa, ∠BAC =? 
b) BM = 2,45 sm olarsa, AB = ? 
c) BH ⊥ AC olarsa, ∠BHC=?
5.  ABC düzbucaqlı üçbucağının B düzbucaq təpəsindən BK hündürlüyünü çəkin.
Alınmış ABK və CBK üçbucaqlarının növünü müəyyən edin.
6.  Şəkil 7-də AM, AP və AK parçalarının hansının median, hündürlük və tənbölən
olduğunu gözəyarı təxmin edin. Təxminlərinizin doğruluğunu xətkeş, günyə və
transportirlə lazımi ölçmələr apararaq təsdiqləyin. Üçbucağın bir təpəsindən
çəkilmiş median, hündürlük və tənbölənin necə yerləşməsi haqqında fikirlərinizi
söyləyin.
o


Özünüzü yoxlayın
1.  –3; 0,8; –2,3; 4,7; –6,02 ədədlərini
adi kəsr şəklində yazaraq cəmini
tapın.
2.  Ədəd oxu üzərində -33 
4; 2,5; 0,3; –2,3; 7,8 ədədlərinə
uyğun nöqtələri qeyd edin.
3.  A(–0,365) və B(–2,99) nöqtələri
arasındakı məsafəni təyin edin.
4.  MN=14,3 sm olarsa, M nöqtəsinin
koordinatını təyin edin.
5.  a və b düz xətləri O nöqtəsində
kəsişir. Əmələ gələn bucaqlardan
biri 310 olarsa, digər bucaqları
təyin edin.
6.  Verilmiş ifadələrin qiymətini
hesablayın:
a) 3,(6) + 4,12(3) – 0,5(7); 
b) –1,(72) ∙ 0,2(6) – 5,(123); 
c) 0,5(43) – 1,7(54) + 2,19(2).
7.  1 
7; 2 
7; 3 
7; 4 
7; 5 
7; 6 
7 kəsrlərini dövri onluq kəsr
şəklində yazın və dövr edən
rəqəmlər qrupu haqqında
fikirlərinizi söyləyin.
8.  a və b ədədləri ədəd oxu üzərində
şəkildə təsvir edildiyi kimi
yerləşmişdir.
Aşağıdakı ifadələri müqayisə edin:
a) a və b; b) –a və –b; c) a və –b; 
9.  Ədədləri artan sıra ilə düzün:
a) 0,3; 4,(2); –1,3; 4,2; 0,(3); 3. 
b) -5 
6; 1 
2; -1 
3; -3 
4; 2 
5; 5 
12; 0.
10.  50 , 124 , 66 -li bucaqların
tənbölənini qurun.
11.  Verilmiş bərabərsizliklərin tam həllər
çoxluğunu tapın:
a) –3,5 < x ≤ 4;             b) 0 ≤ y <
8,3; 
c) –10 < m < –6,1;        ç) −7 
2 ≤ a < -3,1.
12.  Dəyişəni modul işarəsi daxilində olan
bərabərsizliklərin ən böyük tam
həllini göstərin:
a) |x| < 7,2;        b) |2a| ≤ 1;
13.  n(A) = 16; n(B) = 3; n(A∪B) = 25
olarsa, n(A∩B) = ? Bu çoxluqları
Eyler-Venn diaqramları ilə təsvir
edin.
14.  ABC üçbucağının A bucağı 130 -dir.
Bu bucağın tənbölənini qurun.
15.  3-ə, 6-ya, 15-ə bölünmə
əlamətlərində şərt və hökmün yerini
dəyişərək tərs təklifi yazın və doğru
olubolmadığını müəyyən edin.
16.  ABC üçbucağında AM, BN, CK
medianlardır. CM = 38 mm, CN =
3,5 sm, BK = 0,24 dm olarsa, ABC
uçbucağının perimetrinin yarısı neçə
metr olar?
17.  MNK üçbucağının bir təpədən çəkilən
tənböləni, medianı və
o
o
o
o


ç) 1 
2a və 2a; d) 1 
6b və 5b.
hündürlüyündən hansının 16 sm, 1,7
dm, 0,18 m oldugunu araşdırın.


II FƏSİL. NATURAL ÜSTLÜ QÜVVƏT. 
ÜÇBUCAQLARIN KONQRUYENTLİYİ
2.1. Natural üstlü qüvvət
Qüvvət, əsas – a Fəaliyyət
Fəaliyyət
Hər biri a-ya bərabər olan n sayda vuruğun hasilinə a ədədinin n ( n > 1) natural üstlü
qüvvəti deyilir.
Üstü 1 olan a ədədinin qüvvəti a-ya bərabərdir: a  = a.
 
a  ifadəsinin oxunuşu: “a üstü n və ya a-nın n-ci qüvvəti”.
Qüvvətin qiymətinin hesablanması qüvvətə yüksəltmə əməli adlanır.
Nümunə
Misal: 3   2 
5   (−1) ; 0 ; (−7)  qüvvətlərinin qiymətini hesablayın:
n
1.  Tərəfi 4 uzunluq vahidi olan kvadrat çəkin.
2.  Bu kvadratı tərəfi 1 uzunluq vahidi olan kvadratlara ayırın.
3.  Alınmış eyni kvadratların sayını müəyyən edin. Kvadratın sahəsini tapın.
4.  Tili 4 uzunluq vahidi olan kub çəkin.
5.  Bu kubu tili 1 uzunluq vahidi olan kublara ayırın.
6.  Alınmış eyni kubların sayını müəyyən edin. Kubun həcmini tapın.
7.  Nəticə haqqında fikirlərinizi söyləyin.
9, 16, 64, 81, 125 
343 ədədləri verilib.
1.  Verilmiş ədədləri sadə vuruqlarına ayırın (9 = 3 ∙ 3).
2.  Eyni vuruqların sayını vuruğun üstündə yazın (9 = 3 ).
3.  Alınmış ifadə haqqında fikirlərinizi söyləyin və nəticə çıxarın.
2
1
n
5
3
9
4
4


 
Həlli:


Qüvvətə yüksəltmə əməli üçüncü pillə əməli adlanır. Mötərizə olmayan ifadələrdə
əvvəlcə üçüncü pillə əməlləri (qüvvətə yüksəltmə), sonra ikinci pillə əməlləri (vurma,
bölmə), daha sonra isə birinci pillə əməlləri (toplama, çıxma) yerinə yetirilir.
a  qüvvətində əsas (a) müsbət ədəd olarsa, an qüvvəti müsbət ədəddir.
a  qüvvətində əsas (a) mənfi ədəd olarsa, n cüt ədəd olduqda, an müsbət ədəd, n tək
ədəd olduqda, a  mənfi ədəd olur. Yəni cüt sayda mənfi ədədlərin hasili müsbət ədəd,
tək sayda mənfi ədədlərin hasili mənfi ədəddir: (−3)  = 81; (−3)  = −27.
a ∙ 10 Fəaliyyət
10-dan kiçik olmayan hər bir tam ədədi a ∙ 10  (n ∈ N) şəklində yazmaq mümkündür.
Belə yazılışa ədədin standart şəkli deyilir. Burada 1≤ a < 10.
a-ya ədədin qiymətli hissəsi, n-ə isə onun tərtibi deyilir. Ədədin standart şəkildə
yazılışından, əsasən, böyük ədədlərin yazılışında istifadə edilir.
Nümunə
Misal: 2937000; 7364; 6253,64 ədədlərini standart şəkildə göstərin. 
Həlli: Ədədi standart şəkildə göstərmək üçün onu iki vuruğun hasili şəklində göstəririk.
Birinci vuruq 1 və 10 arasında yerləşməli, ikinci vuruq isə birinci vuruğu
 
əvvəlki ədədə çevirən mərtəbə vahidi olmalıdir. 
1) 2937000 = 2,937 ∙ 1000000 = 2,937 ∙ 10 ; 
2) 7364 = 7,364 ∙ 1000 = 7,364 ∙ 10 .
Çalışmalar
1.  Verilmiş hasilləri qüvvət şəklində göstərin:
n
n
n
4
3
n
Ədədi standart şəkildə göstərilməsi:
1.  43672 ədədini mərtəbə toplananlarının cəmi şəklində göstərin: 
43672= 4 ∙ 10000 + 3 ∙ 1000 + 6 ∙ 100 + 7 ∙ 10 + 2
2.  Alınmış mərtəbə vahidlərini 10-un qüvvəti şəklində göstərin. 
43672= 4 ∙ 104 + 3 ∙ 103 + 6 ∙ 102 + 7 ∙ 101 + 2
3.  Hər toplananı oxuyun və onların yazılışı haqqında fikirlərinizi deyin.
n
6
3


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə