Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

Çalışmalar
1.  30 , 60 , 90 , 120 , 160 -li bucaqların tənbölənlərini pərgar və xətkeşin köməyilə
qurun. Qurmanı necə yerinə yetirdiyinizi izah edin. Tənbölənlərin əmələ gətirdiyi
bucaqları transportir vasitəsilə ölçün. Qurmanın dəqiq aparıldığını araşdırın.
2.  58 , 75 , 96 , 145 -li bucaqların tənbölənlərini pərgar və xətkeşin köməyilə qurun.
Qurmanın nəticəsini araşdırın.
3.  Hər hansı bucaq çəkin və onun tənbölənini xətkeş, pərgar və transportirlə qurun.
Hansı halda tənbölən daha dəqiq quruldu?
3. Radiusu bir qədər kiçildərək
pərgarın iti ucunu birinci çevrənin OA
tərəfi ilə kəsişmə nöqtəsinə qoyaraq
çevrə çəkin. 
5. Yaşıl çevrələrin kəsişdiyi
nöqtələrdən xətkeş vasitəsilə düz xətt
keçirin. Bu düz xətt O nöqtəsindən də
keçər. 
4. Radiusu dəyişmədən pərgarın iti
ucunu birinci çevrənin OB tərəfi ilə
kəsişmə nöqtəsinə qoyaraq çevrə
çəkin. 
6. Çevrələri pozan vasitəsilə silin.
Alınan OC şüası AOB bucağının
tənbölənidir. 
o
o
o
o
o
o
o
o
o


1.12. Üçbucağın tənbölənləri
TənbölənFəaliyyət
Üçbucağın hər hansı bucağının tənböləni qarşı tərəflə birləşdirən parçaya üçbucağın
tənböləni deyilir.
Üçbucağın üç tənböləni var (AM, BN, CK) və onlar bir nöqtədə (O nöqtəsi) kəsişirlər
(şəkil 1). Verilmiş parçaların tənbölən olduğunu göstərmək üçün ∠BAM = ∠CAM, ∠ABN
= ∠CBN, ∠BCK = ∠ACK olduğunu göstərmək kifayətdir.
Çalışmalar
1.  Pərgar və xətkeş vasitəsilə itibucaqlı üçbucaqın bucaqlarının tənbölənini qurun.
Tənbölənlərin kəsişmə nöqtəsinin daxildə və ya xaricdə yerləşdiyini müəyyən edin
2.  Pərgar və xətkeş vasitəsilə korbucaqlı üçbucaqın bucaqlarının tənbölənini qurun.
Tənbölənlərin kəsişmə nöqtəsinin daxildə və ya xaricdə yerləşdiyini müəyyən
edin.
3.  Pərgar və xətkeş vasitəsilə düzbucaqlı üçbucaqın bucaqlarının tənbölənini qurun.
Tənbölənlərin kəsişmə nöqtəsinin daxildə və ya xaricdə yerləşdiyini müəyyən
edin.
4.  ABC üçbucağının BK tənböləni çəkilmişdir. ∠B = 140 . ABK və CBK bucaqlarının
neçə dərəcə olduğunu tapın.
5.  MON iti bucağı və onun OP tənböləni verilmişdir. ∠MOP = 25  olarsa, MON və NOP
bucaqlarının dərəcə ölçülərini müəyyən edin.
6.  Şəkil 2-yə əsasən ABK, BCM, CAN bucaqlarını transportir vasitəsilə təyin edin.
Onlara bərabər bucaqları göstərin. Tənbölənləri yazın.
1.  Hər hansı ABC üçbucağını çəkin.
2.  Transportir və ya pərgarla ∠A, ∠B və ∠C-nin tənbölənini qurun.
3.  Alınmış tənbölənlərin qarşı tərəflə kəsişmə nöqtələrini uyğun olaraq M, N və K
ilə işarə edin.
4.  AM, BN və CK parçaları haqqında fikirlərinizi söyləyin. Onların kəsişmə
nöqtəsini O hərfi ilə işarə edin.
5.  Üçbucağın təpələrində alınmış bucaqlar haqqında fikirlərinizi söyləyin.
o
o



1.13. Üçbucağın medianları
MedianFəaliyyət
Üçbucağın hər hansı təpəsi ilə bu təpənin qarşısındakı tərəfin ortasını birləşdirən
parçaya üçbucağın medianı deyilir (şəkil 1). Üçbucağın üç medianı var (AT, BP, CF) və
onlar bir nöqtədə (O nöqtəsi) kəsişir (şəkil 2).
Çalışmalar
1.  Hər hansı itibucaqlı, korbucaqlı, düzbucaqlı üçbucaqlar götürün. Xətkeşdən istifadə
etməklə hər üçbucağın medianlarını çəkin.
2.  ABC üçbucağında AK, CM, BN medianlardır. AN = 3 sm, BK = 2,5 sm, BM = 3,2 sm
olarsa, ABC uçbucağının perimetrini tapın.
3.  ABC üçbucağında AK, CM, BN medianlardır. AM + CK + NC = 34,5 sm olarsa, ABC
uçbucağının perimetrini tapın.
4.  MNK bərabəryanlı üçbucağının perimetri 56 dm-dır. MN oturacağının üzünlüğü
18,4 dm olarsa, yan tərəflərə çəkilən medianlar həmin tərəfləri neçə santimetrlik
parçalara bölür.
1.  ABC üçbucağını çəkin.
2.  Xətkeş vasitəsilə AB tərəfinin uzunluğunu ölçün. Onun orta nöqtəsini qeyd
edin. Bu nöqtəni K hərfi ilə işarə edin.
3.  C təpəsi ilə K nöqtəsini parça ilə birləşdirin.
4.  AC tərəfinin uzunluğunu ölçün və orta nöqtəsini qeyd edin. Bu nöqtəni M hərfi
ilə işarə edin. B və M nöqtələrini parça ilə birləşdirin (şəkil 1).
5.  BC tərəfinin uzunluğunu ölçün və orta nöqtəsini qeyd edin. Bu nöqtəni N hərfi
ilə işarə edin. A və N nöqtələrini parça ilə birləşdirin.
6.  AN, BM və CK parçaları haqqında fikirlərinizi söyləyin.


1.14. Üçbucağın hündürlükləri
HündürlükFəaliyyət
Üçbucağın təpəsindən qarşıdakı tərəfi üzərində saxlayan düz xəttə çəkilmiş
perpendikulyara bu üçbucağın hündürlüyü deyilir (şəkil 1).
Üçbucağın üç hündürlüyü var və onlar bir nöqtədə kəsişirlər (şəkil 1).
Üçbucağın hündürlüklərinin və ya uzantılarının kəsişmə nöqtəsi bu üçbucağın daxilində,
üzərində və ya xaricində yerləşə bilər.
Fəaliyyət
1.  ABC itibucaqlı üçbucağını çəkin.
2.  Günyəni şəkildəki kimi yerləşdirərək A təpəsindən BC tərəfinə AK parçasını
çəkin.
3.  AK və BC parçalarının qarşılıqlı vəziyyətini müəyyən edin.
4.  ∠AKB və ∠AKC necə bucaqlardır?
5.  Günyənin kiçik tərəfləri arasındakı bucaq neçə dərəcədir?
İtibucaqlı üçbucağın hündürlükləri harada kəsişir? 
1.  ABC itibucaqlı üçbucağını çəkin (şəkil 2);
2.  Günyə vasitəsilə A təpəsindən BC tərəfinə perpendikulyar çəkin;


3.  Günyə vasitəsilə B təpəsindən AC tərəfinə perpendikulyar çəkin;
4.  Günyə vasitəsilə C təpəsindən AB tərəfinə perpendikulyar çəkin;
5.  Hündürlüklərin hansı nöqtədə kəsişdiyini təyin edin.


Fəaliyyət
Fəaliyyət
1. İtibucaqlı üçbucaqda hündürlüklərin kəsişmə nöqtəsi üçbucağın daxilində (O
nöqtəsi) yerləşir (şəkil 2).
2. Düzbucaqlı üçbucaqda hündürlüklərin kəsişmə nöqtəsi üçbucağın düz bucaq
təpəsinə (A nöqtəsi) düşür (şəkil 3).
3. Korbucaqlı üçbucaqda hündürlüklərin uzantısının kəsişmə nöqtəsi üçbucağın
xaricində (O nöqtəsi) yerləşir (şəkil 4).
Çalışmalar
Düzbucaqlı üçbucağın hündürlükləri harada kəsişir?
1.  ABC düzbucaqlı üçbucağını çəkin (şəkil 3);
2.  Günyə vasitəsilə A təpəsindən BC tərəfinə perpendikulyar çəkin;
3.  Günyə vasitəsilə B təpəsindən AC tərəfinə perpendikulyar çəkin;
4.  Günyə vasitəsilə C təpəsindən AB tərəfinə perpendikulyar çəkin;
5.  Hündürlüklərin harada kəsişdiyini təyin edin.
Korbucaqlı üçbucağın hündürlükləri harada kəsişir?
1.  ABC korbucaqlı üçbucağını çəkin (şəkil 4);
2.  Günyə vasitəsilə A təpəsindən BC tərəfini üzərində saxlayan düz xəttə
perpendikulyar çəkin;
3.  Günyə vasitəsilə B təpəsindən AC tərəfini üzərində saxlayan düz xəttə
perpendikulyar çəkin;
4.  Günyə vasitəsilə C təpəsindən AB tərəfinə perpendikulyar çəkin;
5.  Hündürlüklərin harada kəsişdiyini təyin edin.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə