Roman, povestlər



Yüklə 3 Mb.
səhifə135/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   131   132   133   134   135   136   137   138   ...   158

 455 

kəlmə kəsə bilmirdi. Şövqü: 

—Fuad, bala, — deyə sözünə davam elədi, — sənin məruzənin 

hər fikrinə, hər cümləsinə iki əlimlə qol çəkirəm. Məni də bir 

balaca tənqid eləmisən, lap belə düz eləmisən, yerində eləmisən. 

Biz də burda, ponimayeş  li malenğkiy kulğt v oblasti arxitekturı 

yaradırıq: Şövqü Şəfizadənin tənqid eləmək yasaq imiş. Nə olub 

balam,  Şövqü  Şəfizadə göydən qızıl zəmbillə düşüb, allahdır, 

peyğəmbərdir, nədir, yəni heç nöqsanı ola bilməz  Şövqü 

Şəfizadənin? Fuad, mənim oğlum yoxdur, bircə  qızımın canına 

and içirəm, bir sənə deyirəm bunu: tikdiyim binaların doxsan 

faiziyçün utanıb xəcalət çəkirəm... 

Fuad: 

—Yox, elə niyə deyirsiz, Ermənikənddəki fabrika... — deyə 



sözə başladı, Şövqü onun sözünü ağzında qoydu: 

—Bilirəm, — dedi. — O işdən imtina etmirəm, otuzuncu 

illərdə tikmişəm onu. Konstruktivizm dövrüydü onda. Bir də 

Bayılda məktəb, yadındadır? Vəssalam. Amma qalanlar... bax 

indi bu oturduğumuz ev var ha, imkanım olsa, dinamit qoyub 

partladardım vallahi!.. Neyləyəsən, tələbat elə idi, zövq elə 

idi... Deyirdilər gərək vağzal keçmiş padşah saraylarını kölgədə 

buraxsın cah-cəlalıyla. Elə bilirsən başa düşmürdük? Bilmirdik 

ki, camaata bərbəzəkli fasadlar, dekorativ sütunlar, dəbdəbəli 

tağlar, meydan boyda dəhlizlər yox, sadə, yığcam,  əlverişli 

mənzillər lazımdır, mümkün qədər çox mənzil, mümkün qədər 

çox və sadə, münasib yaşayış sahəsi... Dahi Korbüze demişkən: 

"Ev — yaşayış maşınıdır" və buna da can atmaq lazımdır. Can 

atmaq lazımdır ki, bu maşın saz olsun, hər detalı düzgün 

ölçülüb-biçilsin, artıq heç nə olmasın bu maşında — nə zahiri 

bərbəzək, nə göz qamaşdıran estetik forma. Yoxsa bəs biz 

haçan həll edəcəyik mənzil problemini. Eybi yoxdur, çox şey 

dəyişəcək... Moskvadan təzəcə  gəlmişəm — çox dəyişikliklər 

olacaq, böyük tədbirlər hazırlanır.  İndi sən də görəcəksən, 

oğlum, bu qoca Şövqü kişinin qabında hələ çox şey qalıb... Sən 

də, yəqin sənin kimi düşünən başqa cavan yoldaşların da — 



 456 

xahiş edirəm onlara da de, — mənə keçmiş işlərimə görə yox, 

gələcək işlərimə görə qiymət verin. Keçmiş  işlərim elə bil 

olmayıb. 

Fuad Şövqüdən çox şey əxz etmişdi ömrü boyu, ancaq əxz 

etdiyi  ən vacib şey-dünənsiz yaşamağa öyrənməsi idi. Elə 

yaşamağa ki, guya heç dünənki gün yerindən-dibindən olmayıb 

hər şey bax, bu gün səhər başlanıb... 

Sonra o biri otağa, Şövqünün kabinetinə keçdilər. Xalçalarla 

döşənmiş geniş  işıqlı otaq döşəmədən tavana qədər kitab 

rəfləriylə  əhatə olunmuşdu. Fuad Salahlının onlara göstərdiyi 

müasir dünya memarlığının tək-tük reproduksiyaları 

müqabilində burada Korbüzenin, Raytın, Mis van der Roenin

Hropiusun, Joltovskinin iri həcmli nəfis albomları vardı. 

Fuadın, adlarını yalnız kitablardan bildiyi bir çox görkəmli rus, 

erməni, gürcü, eston memarları öz fotoşəkillərini, kitablarını, 

albomlarını xoş sözlərlə Şövqüyə hədiyyə vermişdilər. Müasir 

dünya arxitekturasının problemlərini, cərəyanlarını, imkanlarını 

Şövqü heç də Fuad Salahlıdan az bilmirdi və bütün bunlar 

haqqında ondan pis danışmırdı... 

Şövqü:  

—Fuad, bala, — deyirdi, — memarlıqda böyük dəyişikliklər 

gözlənir, mənim də böyük perspektiv planlarım var. Amma 

mənə köməkçilər lazımdır; — birini bu gün tapdım — sən, 

daha kimləri cəlb etmək olar? Sənin kimi, mənim kimi düşünən 

tələbə dostlarından kimi məsləhət bilirsən, kim bizimlə  işləyə 

bilər? 

Fuad Oqtayın və bir neçə başqa yoldaşının adını çəkdi. 



—Bəs müəllimlərinizdən? Mən yaxşı  bələd deyiləm sizin 

institutun müəllimlərinə, amma yəqin onların içində  də bizim 

əqidəmizə yaxın olanları var. Yəqin elə  sən də bu məruzəni 

yazanda hər halda müəllimlərindən kimləsə  məsləhətləşibsən, 

kimsə sənin fnkirlərini bəyənib, səni ruhlandırıb, həmi? 

Fuad: 


—Müəllimlərimizdən bizə  ən yaxın Fuad Salahlıdır, — 


 457 

dedi. 


Şövqü: 

—Fuad savadlı memardır, — dedi, — amma rus demişkən 

neudaçnikdir, heç bir vaxt dövrün nəbzini tuta bilməyib o... 

Bilqeyis xanım yenə çay gətirdi. 

Şövqü: 

—Bir də, Fuad, bala, — dedi — məndən sənə amanat — bir 



şeyi heç vaxt yaddan çıxartma. Aramızda sənin o dekanın, 

nədir onun familiyası? 

—Zülfüqarov. 

—Hə, o Zülfüqarov kimiləri də var... Və bir Zülfüqarovla 

yüz nəfər Fuad Salahlı kimisi bacarmaz, amma yüz 

Zülfüqarovun öhdəsindən bir Şövqü  Şəfizadə  gələr! — Bu 

sözləri açıqdan-açığa qürrələnərək deyirdi, özü də başa düşdü 

ki, bir az lovğalanma kimi çıxır və dərhal mülayimcəsinə əlavə 

etdi: — Bax bütün bunları  mən sənə  oğlum kimi deyirəm... 

Güclü olmaq lazımdır, bala, güclü... Mənim babam rəhmətlik 

həmişə deyərdi ki, dağ olmaq istəyirsən, dağa söykən... 

Axşam altı olardı, Fuad Şövqügildən çıxanda. Səhər 

institutda Zülfüqarov onu görən kimi gülə-gülə: 

—Eloğlu, sudan yaman quru çıxdın ha! —dedi. — 

Canından, başından muğayat ol. Kişinin kefi necədir e, Qurban 

qağanın? 

Fuad nəyi unutsa da bunu unutmadı. Bir il bundan qabaq 

pensiyaya çıxmış Zülfüqarov onun qəbuluna gəlmişdi. Xırda 

bir xahişi vardı. Fuad onu xüsusi bir nəzakətlə qarşıladı, amma 

israrla qocaya "sən" deyirdi, tez-tez "eloğlu deyirdi, arada bir 

"allahsız" da gupadı. Zülfüqarovun xahişini yerinə yetirmək 

Fuadçün su içmək kimi asan bir iş idi. Amma Fuad: 

—Canınçün eloğlu, çox zor iş üçün ağız açırsan, — dedi. — 

Əlimdən gələni edərdim sənin xətrin üçün, amma heç düzələn 

məsələyə oxşamır. 

Əli  ətəyindən uzun, suyu süzülə-süzülə  çıxıb gedən 

Zülfuqarovu kabinetinin qapısınacan ötürdü və Zülfüqarov 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə