Roman, povestlər



Yüklə 3 Mb.
səhifə143/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   139   140   141   142   143   144   145   146   ...   158

 480 

bütün günü qulağı  səsdə idi. Doğrudan da Şövqü Fuadı 

tapdırdı, sifariş göndərdi ki, axşam mütləq onlara gəlsin. 

Necə uğursuz bir axşam idi o axşam... Fuad özünü necə da 

alçaldılmış,  əzilmiş hiss edirdi. Yenə  də Asyadan pul aldı, 

gümüş qaşıqlar gətirmişdi Rumiyyəyə  hədiyyə. Rumiyyə xoş 

təbəssümlə gülümsünüb: "Bu nə  xəcalətdir", — demişdi, 

gözlərində isə ancaq soyuq bir biganəlik vardı. — "Hədiyyənizi 

səhər liftlə göndərdiniz də". — Bu Fuadın qeyri-adi hərəkətinə 

verilən birinci və sonuncu qiymət oldu. Fuad elə zənn etmişdi 

ki, Rumiyyə bütün axşamı bu qəribə  hərəkətdən söz salacaq, 

qonaqlarına da bu barədə danışacaq. Amma Rumiyyə bir daha 

bu söhbətə qayıtmadı, guya heç belə bir iş olmamışdı. Onun 

fikri, diqqəti, marağı Ovçuda idi, butün başqa qonaqlarda idi, 

hamıda idi, bircə Fuaddan başqa. Yığışanlar cavanlar idi — 

deyib-gülürdülər, rəqs edirdilər. Hamısı. Bircə Fuaddan başqa. 

Fuad sıxılırdı, dinib-danışmırdı və buna görə daha da sıxılırdı. 

Ona elə gəlirdi ki, hamının baxışlarından — "bu çuşka hardan 

gəlib çıxıb bura" ifadəsini oxuyur. Bəlkə onun dinib-

danışmamasının səbəbini rus dilini bilməməsində görürdülər, 

halbuki Fuad rus dilini də bütün burda danışıb-gülənlərdən pis 

bilmirdi. Ürəyində Allaha yalvarırdı ki, ona müraciət 

etməsinlər, o da cavab verməli olmasın, birdən dili dolaşar, 

səhv danışar, biabırçılıq... Amma ona müraciət edən, ona 

məhəl qoyan yox idi. Bir dəfə Fuad cəsarətini toplayıb özü 

söhbətə qarışmaq istədi, amma sözünü elə yavaş səslə dedi ki, 

heç kəs eşitmədi, bircə Ovçu: — Nə? — deyə soruşdu, amma 

Fuadın təkrarını gözləmədən durub rəqs eləməyə başladı. 

Bundan belə Fuad söhbətə girişmək təşəbbüsündə bulunmadı. 

Tərs kimi rəqs etməyi də bacarmırdı, hamı durub rəqs edəndə 

masanın başında tək-tənha qalıb daha da sıxılırdı, bircə siqaret 

idi dadına çatan — siqareti siqaretə calayırdı. (0 axşamdan 

sonra institutlarında rəqs dərnəyinə yazıldı, səliqəylə düz üç ay 

məşğələlərə getdi, babat oynamaq öyrəndi). Fuada elə  gəlirdi 

ki, rəqs etməməsi, danışmaması, sıxılması hamının diqqətini 



 481 

çəkir, onun burada yersizliyini hamının nəzərinə çatdırır. Hətta 

bütün başqa oğlanların geyimindən o qədər də  fərqlənməyən 

kostyumu, köynəyi, ala-bəzək qalstuku da onun özünə indi son 

dərəçə yöndəmsiz, zövqsüz görünürdü. Fuada elə gəlirdi ki heç 

kəs ona fikir verməsə də, hamı arabir oğrun-oğrun nəzər salıb 

xısın-xısın gülür, işarələrlə, göz-qaş eyhamlarıyla onu lağa 

qoyur. Belə deyildi, şübhəsiz, — onun burda olmasının fərqinə 

varan, ona diqqət yetirən yox idi; sadəcə, heç kəsin vecinə 

deyildi o, çünki burada hamı birbirini çoxdan tanıyırdı və hamı 

bir-biriylə məşğul idi... 

Rəqslərə ara verib masaya yanaşdılar, hamının sağlığına bir-

bir tost dedilər.  İlahi, Fuad necə istəyirdi ki, onu da yada 

salsınlar, onun da sağlığına tost desinlər və heç olmasa onun 

haqqında xoş sözlər danışılan müddətdə hamının diqqəti ona 

cəlb olsun... Sonralar çox-çox məclislərdə Fuadın şərəfinə çox-

çox təmtəraqlı badələr qaldırıldı, ancaq bütün bu nitqlərin cana 

yayılan şirinliyi o gecəki intizarın — öz sağlığına tost eşitmək 

intizarının — hafizədə  həmişəlik qalmış  təlx təmini dəyişdirə 

bilmədi. Yəqin ki, Şövqü burda olsaydı, mütləq Fuadı yada 

salardı, sağlığına bir-iki kəlmə xoş söz deyərdi, amma Şövqü 

də, Bilqeyis xanım da o biri otaqlarda idilər, bura gəlmirdilər, 

burda ancaq cavanlar idi, onların da ki, nə Fuad borclarına idi, 

nə də onun qəlb iztirabları... 

Rumiyyə hamıyla rəqs edirdi, amma ən çox Ovçuyla 

oynayırdı... Ovçu məzəli  əhalatlar danışır, hamını güldürürdü, 

diqqət mərkəzində idi bütün axşam... Fuad durub gedə bilərdi, 

üzr istəyib, "bağışlayın, getməliyəm, səhər tezdən duracam"— 

deyə bilərdi və heç kəs də rəncidə olmazdı, heç duymazlardı da 

onun getdiyini. Amma Fuad getmirdi, əzilsə  də, sıxılsa da, 

mıxlanıb qalmışdı yerində, tərpənmirdi və ta axıracan, səhər 

üzü qonaqlar dağılışmağa başladığı vaxta qədər, dözdü bu 

işgəncəyə... Və bu gecə ikinci dəfə  qəti inandı ki, Rumiyyə 

mütləq onun olacaq... 

Bir neçə gün sonra Fuad yenə  də  Şövqügildəydi. Rumiyyə 



 482 

də evdəydi. Arada Şövqü otaqdan çıxanda Fuad qəfilcən 

soruşdu: 

—O gün sizin ad gününüzdə bir qız vardı, çəhrayı paltarlı, 

pianinoda çalırdı... 

—Elya?.. 

—Hə, deyəsən adı Elya idi. 

—Necə bəyəm? 

—Heç, — dedi, amma elə dedi ki, Rumiyyənin  şəkki-

şübhəsi qalmasın: burda nəsə bir iş var... 

Bir qədər sükutdan sonra Rumiyyə özü bu söhbətə qayıtdı: 

—Qardaşı bizimlə yoldaşdır, Ovçunun dostudur. Bacısı heç 

bilmirəm nə münasibətlə gəlmişdi, mən onu çağırmamışdım. 

Fuad hiss elədi ki, Rumiyyə  nə isə  ağız büzür Elyaya. 

Deməli, hədəfi düz seçmişdi. Elya o məclisdə hamıdan gözəl, 

hamıdan cazibəli idi. Rumiyyənin özündən də... — Deməli, 

tilovu düz atmışdı.... . 

Rumiyyə  nə isə daxili tərəddüd keçirirdi, desin, deməsin, 

axır ki, dözə bilməyib, rişxəndlə: 

—Nədi, tanış olmaq istəyirsiz Elyayla? — dedi. 

—Yox, tanış olduq, — tanış olmamışdılar, amma kimdir bunu 

bilən — hətta telefonunu da verdi mənə — bu da yalan idi, amma 

kim idi yalanını çıxardan-bilmirəm heç harda itirdim... 

Rumiyyə açıq-aydın tutuldu, amma dərhal da özünü ələ alıb 

daha artıq bir istehzayla: 

—İstəsəz verə bilərəm telefonunu, — dedi. 

—Əgər sizə zəhmət olmasa, çox xahiş edirəm... 

Əlbəttə, nə Rumiyyə Elyanın telefonunu verdi, nə Fuad 

təkrar bu söhbətə qayıtdı, amma hər halda məqsədinə nail 

olmuşdu: Rumiyyə olan yerdə başqa bir qıza maraq göstərən 

adam özü də maraq doğurmalıydı. 

Bu da Asyanın dərslərindən idi: "Bir qadında maraq 

oyatmaq istəyirsənsə, ona göstərdiyin yüngülcə marağın 

müqabilində, rəfiqəsinə onqat artıq maraq göstər. 

Səni, ona etinasızlıq göstərən adamı guya ki, aludə olduğun 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə