Roman, povestlər



Yüklə 3 Mb.
səhifə151/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   147   148   149   150   151   152   153   154   ...   158

 506 

mikrofonu burdu, xırıltı kəsildi... 

Fuad mərhumun elmi işlərindən, maraqlı mühazirələrindən 

danışırdı, onun xatirəsinin qəlblərimizdə  əbədi yaşayacağına 

əmin olduğunu bildirirdi... 

Birdən adamlar içində  Şövqünü gördü... Görünür, Şövqü 

gecikmişdi: çünki yuxarıda, artırmada deyil, aşağıda idi, özü də 

lap arxada dayanmışdı. Fuad düşündü ki, Şövqü yaxşı eləyib 

gəlib, Fuad Salahlının ömrünün axırınacan küsülü 

qalmışdılarsa da, ölüm hər halda hər  şeyi unutdurur. Ölümün 

böyük gerçəkliyi qarşısında bütün olub-keçən  ədavətlərin kin-

küdurətin, mübahisə və mülahizələrin puçluğu, heçliyi, yalançı 

"əhəmiyyəti" çox aydın görünür. Fuadın ağlından bir fikir də 

keçdi: görəsən,  Şövqü qanlıbıçaq düşməni, barışmaz rəqibi 

haqqında öz kürəkəninin bu cür ağızdolusu danışmasına necə 

baxacaq, həddən-ziyadə  şişirtmə hesab etməyəcək ki bu 

sözləri? Hər halda Fuad mərhuma verdiyi yüksək qiymətlərdən 

heç birini azaldası deyildi. Bu gün axır ki, Fuad Salahlı layiq 

olduğu sözləri eşitməyə haqq qazanmışdı. Əgər eşidə bilsəydi. 

Fuad: 


—Əziz müəllimimiz Fuad Salahlını heç bir zaman 

unutmayacağıq! — deyə nitqini bitirdi. 

Nəfəsli orkestr kədərli bir musiqi cümləsi çaldı, dayandı. 

Sədrlik eləyən rektor mikrofona yanaşdı: 

—Söz verilir mərhumun dostlarından və  həmkarlarından 

görkəmli sənətkarımız Şövqü Şəfizadəyə... 

Fuada elə  gəldi ki, yer ayağının altından qaçır.  Şövqü 

aramla artırmaya tərəf addımladı. Milçək uçsaydı  eşidilərdi. 

Şövqü sanki nə onu dördgözlə izləyən adamları görür, nə  hər 

tərəfdən şəklənmiş, qulaqların fərqinə varırdı. O, dərin fikirlər, 

xəyallar aləminə qərq olmuşdu. Yavaş-yavaş artırmaya qalxdı, 

təmkinlə mikrofona yanaşdı, bir müddət susdu, danışmadı. 

Sonra: 

—Yoldaşlar! — dedi — hörmətli sədr mənə söz verəndə 



məni Fuad Salahlının dostu adlandırdı. Qırx ildən artıq bir 


 507 

müddətdə  mən bu dostluqla fəxr etmişəm. Doğrudur-bilənlər 

bilir — mübahisələrimiz, bir-birimizdən giley-güzarımız, 

incikliyimiz də olub, küsüb-barışmışıq da, rəhmətliklə... Amma 

mən həmişə onun mərdliyini, kişiliyini, professional 

namusunu, partiyaya, xalqa sədaqətini gənclərimiz üçün, elə 

hamımız üçün örnək bilmişəm. Burda Fuad Salahlının 

əməyinə, işinə yüksək qiymət verdilər. Mən deməliyəm ki, 

yoldaşlar, nə qədər yüksək qiymət verildisə də, bu azdır, Fuad 

Salahlı daha böyük sözlərə, daha yüksək təriflərə layiq bir 

adam idi... 

Qadın hönkürtüsü eşidildi. Solmaz dözə bilməyib bərkdən 

hönkürürdü. Şövqü ona tərəf çevrildi: 

—Əziz bacımız, Fuad Salahlının vəfalı  rəfiqəsi... Solmaz 

xanım, inanın ki, sizin bu böyük dərdinizə sizin qədər biz də 

yanırıq. — Solmaz daha da bərkdən hönkürdü, Şövqünün də 

səsi titrədi! — Heç vaxt... heç vaxt, — dedi — biz Fuad Salahlı 

qardaşımızı unutmarıq. Rahat yat, qardaşım, qoy ana vətən 

torpağı səninçün pərqu döşək olsun... 

Solmazı kənara çəkdilər, su verdilər içməyə. 

Fuadın yadına düşdü ki, Salahlını işdən çıxardanda, deyirlər 

səkkiz ay Solmazın puluna dolanıblar. Dədə-babadan az-çox 

nəyi qalıbmışsa satıb... 

Şövqü susdu, dəsmal çıxardıb gözlərini sildi: 

—Bizim Fuad Salahlı, — deyə sözünə davam elədi, — lakin 

bu zaman mikrofon nədənsə ulamağa başladı — qulaqbatıran, 

aramsız, uzun, cingiltili bir səs yüksəldikcə yüksəldi. Vızbaş 

oğlan sıçrayıb mikrofonun yanına çıxdı, onu ora-bura hərlədi, 

qurdaladı, aşağı-yuxarı dartdı. Uğultu kəsildi,  Şövqü nitqini 

davam elədi, amma indi də mikrofon onun sözlərini  əks-səda 

kimi iki-üç dəfə təkrar edirdi: 

—Yoldaşlar... yoldaşlar... yoldaşlar... Fuad... Fuad... Fuad... 

Salahlının... Salahlının... Salahlının... xatirəsi... xatirəsi… 

xatirəsi... qəlbimizdə... qəlbimizdə... qəlbimizdə... həmişə... 

həmişə... həmişə... yaşayacaq... yaşayacaq... yacaq... yacaq... 



 508 

caq...caq. 

Şövqü eyni təmkinlə  ağır-ağır mikrofondan aralandı, keçib 

artırmanın bir küncündə dayandı. Nəfəsli orkestr qəmli musiqi 

cümləsini bir dəfə də çaldı. 

Vızbaş oğlan mikrofonu bir az da qurdaladı və deyəsən axır 

ki, sahmana saldı, çünki rektor növbəti natiqə söz verəndə  nə 

əks-səda vardı, nə xırıltı, nə uğultu... Növbəti natiq danışırdı və 

Fuada elə gəlirdi ki, bütün bu hadisələr qeyri-adi bir reallıqda 

cərəyan edir, sadəcə mistifikasiyadır, vəssalam... Bütün bu 

mitinq, bu dəfn mərasimi, çıxışlar — hamısı... Fuad Salahlı da 

ölüb-eləməyib... 

Və bütün bu illər arasında ötüb keçənlər də olmayıb heç bir 

vaxt. Fuad Salahlı institutda ilk gün gördüyü Fuad Salahlıdır, 

Oqtayla onu — Balaca Fuadı  mənzillərinə  dəvət edən — 

dəhlizdə  ağac kötüyü, xərəkdə gil, otaqda gips, yarımçıq 

büstlər,  şifonerin altında boruşəkilli "Aleksandr kağızları — 

layihələr, Motsart, Bax, çit paltarlı arıq Solmaz, 

konstruktivizm, Korbüze, memarlığın estetik və funksional 

mahiyyəti haqqında söhbətlər, konyak, limon qabıqları — Fuad 

Salahlı  qırmızı darağını  çıxarıb başını darayır, "Kazbek" 

papirosunu  əzib damağına qoyur. Solmaz, çit paltarlı arıq 

Solmaz biləyinin ardıyla  şəvə kimi qara saçlarını gözünün 

üstündən atır, Fuad Mehdiyev, Fuad — "Balaca Fuad", 

"adaşım" da o vaxtkı Fuaddır. Keçmişdə dayanıb, durub, donub 

qalmış Fuad və bu ölüm də yalandır, onun son qətiliyinə 

inanılası deyil; bu nə isə müvəqqəti, ötəri, keçəri ölümdür — 

müvəqqəti, keçəri, ötəri nigarançılıq, azar-bezar, dərd-sər olan 

kimi, bu ölüm də axır-aqibət deyil, dəyişiləsi bir haldır, davamı 

yenə də həyat olacaq bir aldanışdır... Əlbəttə Fuad, Mehdiyev 

Fuad axirət aləminə, o dünyaya-filan inanmırdı, amma adaşı 

Fuadla, Salahlı Fuadla bir daha görüşməyəcəyinə, nahaq olmuş 

bütün qəbahətləri təshih edə bilməyəcəyinə, danışıb, dərdləşib, 

anlaşıb arada olan bütün bu hisi-pası birdəfəlik 

təmizləməyəcəyinə  də heç cür inana bilmirdi. Həyatın irili-



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə