Roman, povestlər



Yüklə 3 Mb.
səhifə148/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   144   145   146   147   148   149   150   151   ...   158

 496 

Nə deyəydi Fuad: atası  yəqin ki, düzgün hərəkət eləmişdi. 

Amma bəlkə Zəki müəllim də özünə görə haqlıymış. Hər halda 

məktəbdə müdirin dəyişməsi bu on iki nömrəli adamın 

həyatında  ən mühüm cahanşümul hadisələr qədər böyük rol 

oynayıb — sanki bütöv bir tarixi epoxa dəyişib. Kim bilir, 

bəlkə  Zəki müəllim qalsaydı, bu da elə odun, nöyüt daşıya-

daşıya on illiyi birtəhər başa vurub attestat alardı, bəlkə  hətta 

ondan sonra da bir tövrnən təhsilini davam etdirərdi, axırını bir 

yana çıxardardı. Hər halda otuz ildən sonra bu məsələnin haqq-

hesabını çəkməyə nə hacət? Fuada nə dəxli var bütün bunların? 

Amma nosilşik heç haqq-hesab çəkmək fikrində  də deyildi. 

Gözlərində  zərrəcən kin ya ədavət yox idi, əksinə köhnə 

məktəb yoldaşına rast gəldiyinə görə, onu tanımasına görə bərk 

sevinirdi...  Əlbəttə, Fuadın sonrakı  tərcümeyi-halından, indi 

kim olduğundan bixəbər idi. Onunçün Fuad — orta məktəbdəki 

həmin balaca uşaq idi. — Otuz üç il yaşı artmış həmin uşaq — 

Qurban müəllimin oğlu... 

İnstitut həyatı, hətta o bədnam məruzəylə  əlaqədar qısa 

müddətli narahatlıq da nə  qədər ilıq xatirələrlə bağlıydısa, 

məktəb illəri bir o qədər acı xatirələrlə qalmışdı Fuadın 

yaddaşında... hamısı da atasına görə. Uşaqlar ona müdirin oğlu 

kimi baxırdılar. Tündxasiyyət, acıdil, zabitəsiylə hamını 

lərzəyə salan "Topal Qurbanın" oğlu kimi. Müəllimlər də 

həmçinin. Çünki müəllimlərin özü də Qurbanın zəhmindən elə 

şagirdlər kimi qorxurdular. Çox illər sonra, artıq Fuad şəhər 

soveti sistemində işlərkən — hələ də müdir olan Qurban yeni 

məktəb binası haqqında təklif irəli sürdü və bu təklifi fəal 

surətdə müdafiə edən və keçirən Fuad oldu. Hamı elə bilirdi ki, 

atasının xətrinə belə canfəşanlıq edir. Qoy belə düşünsünlər. 

Əslində Fuadın istəyi təzə bina hazır olan kimi o köhnə məktəb 

binasını — bu qədər acı xatirələrlə bağlı o ikimərtəbəli evi — 

buldozerlər qabağına qatıb havaya sovurmaq idi. İndi, çox illər 

sonra, atasının hamıyla sərt rəftarı barəsində düşünəndə, Fuad, 

uşaqlıqda olduğu kimi, içindəki hirsindən qovrulub 



 497 

boğulmurdu, bir çox şeyləri daha dərindən dərk edirdi: başa 

düşürdü ki, bu sərtlik Qurban kişinin işinə doğrudan da 

namusla yanaşmasından, həqiqi 

ədalətçiliyindən və 

tələbkarlığından doğan bir sərtlik idi. O illərin davranış stilini 

də  nəzərə almaq lazım idi, Qurbanın davanın od-alovundan 

keçib gəlməsini də... Amma o vaxt Fuad necə də əzab çəkərdi

ilahi... Neçə  dəfə  oğlan tualetində, dəhlizin xəlvət yerlərində 

tabaşirlə yazılan yazıları öz gözüylə görmüşdü. "Qurban — 

Qaban"... Kim yazırdı bunu — heç cür tapmaq olmurdu. 

Xidmətçi qadınlar deyinə-deyinə, donquldana-donquldana yaş 

əskilərlə silir, bir neçə gündən sonra isə yazılar yenə  də ayrı-

ayrı yerlərdə peyda olurdu... Hətta məktəb ərazisindən kənarda, 

iki-üç tin aralı bağda, səkidə də görmüşdü Fuad bu yazını... Ən 

ağırı o idi ki, hədəfinə yapışan bütün ayamalar kimi, bu ayama 

da dəqiq idi: Qurbanın zahiri görünüşündə, doğrudan da 

qabana oxşarlıq vardı. Yəni elə Fuadın özünün də... Axı ona da 

dalda "bala qaban" deyirdilər... 

Yəqin şagirdlərin qoyduqları bu ayama bəzi müəllimlərə də 

bəlli idi, bəlkə  hətta bundan xoşlananlar da vardı. Hər halda 

Fuad məktəbin nifrətlə, kin və  ədavətlə  zəhərlənmiş havasını 

çox çəkmişdi ciyərlərinə, uzun illər boyu... 

Qurbanın xasiyyəti sonralar da dəyişmədi... Fuadın 

atasından aldığı  ən böyük həyat dərsi də — onun xasiyyətini, 

rəftarını  və deməli bütün bunlardan doğan səhvlərini təkrar 

etməmək dərsi idi...  

Son illər bu səhvləri atasının özünə  də deyirdi, hələ müdir 

olduğu vaxtda: "Niyə birlikdə  işlədiyin adamların heç olmasa 

adlarını dəqiq yadında saxlaya bilmirsən, ay dədə?" — deyərdi. 

— "Yadımda qalmır hamısının adı"... — "Yaz dəftərçənə. Niyə 

başa düşmürsən ki, sən birisinə yüz yaxşılıq edə bilərsən, 

amma adam içində həmin o adı Həsən olan adama dönə-dönə 

Hüseyn deyəndə, o da pərt olur, tutulur, özünü qəsdən təhqir 

edilmiş bilir və bütün sənin yaxşılıqların bir yana qalır, onun 

sənə acığı, kini, nifrəti bir yana. Adamlara ən böyük yaxşılıq 




 498 

odur ki, onların mənliklərini, qürurlarını tapdamayasan, axı, 

hərə özünə görə bir kişidir axı... Bax, Şövqüdən ibrət götür. 

Bütün işçilərinin nəinki özlərini, dədə-babalarını da yadında 

saxlayır, görürsən onlara elə fərli bir yaxşılıq da eləməz, amma 

hərəni bir dillə dindirir. Odur ki, hamı da başına and içir". 

Qurban: "Şövqüdən sən özün ibrət götür — dedi —mənimki 

day gecdir, yaşım ötüb, indən belə xasiyyətimi dəyişməyəcəm 

ki?...U 

Elə bu işdən çıxması  nə üstündə oldu? Qafur Əhmədliylə 

sözü çəp düşüb, nə var, nə var, Qafur camaatın içində buna 

"sən" deyib. Deyib, deyib də, cəhənnəmə ki! Deyir, işinin 

xətrəsinə kimə desən dayı demək olar... Deynən a kişi, indi 

sənin də işin Qafur Əhmədlinin əlindədir, "sən" deyib, toxunub 

sənə, nə olar, üstün vurma, ağartma sözü, keç üstündən. Sonra 

bir gün yeri gələr elə vurarsan ki, zıqq eləyər, hayıfını  çıxıb 

qurduvu öldürərsən də... Yoxsa dur o boyda iclasda, şappatan 

denən ki, "malçişka, mən sənin atan yerindəyəm, sənin kimi 

min nəfər şagird yetirmişəm, sənin nə həddin var ki, mənə, qırx 

ilin müəlliminə "sən" deyirsən, stoluva-zada çox arxalanma, o 

stolun dalında çoxların görmüşük..."  İndi gör Qafur Əhmədli 

neyləyib. O da insandır da, o da özündən çıxa, cavab qaytara 

bilərdi camatın yanında. Xeyr, xudanəkərda! Qafur Əhmədli 

gülə-gülə qalxıb ayağa, üzrxahlıq eləyib: "Bağışlayın, Qurban 

müəllim, — deyib, — çox üzr istəyirəm, qocaman 

müəllimsiniz, sizə hamımızın hörmətimiz var". İclasdan 

çıxanda da deyir girib Qurban kişinin qoluna, qapıya qədər 

ötürüb onu ədəb-ərkanla... 

Amma sonra altdan-altdan kişinin pıçını elə burub ki, heç 

Qurbanın tükü də  tərpənməyib.  İndi sən ki, belə  pəs düşmüsən 

rayon maarif müdiriylə, onda kərək onqat ehtiyatla dolanasan. 

Amma belə atışmadan bir həftə sonra Qurban kişi durub raykom 

iclasında ki, bəli, "rayonumuzun maarif səviyyəsi aşağıdır, 

savadsız müəllimlərə tanışlıqla məktəbə təyinat verirlər. Odur ki, 

ziyalıların da çoxu övladlarını  kəmsavad eləməmək üçün onları 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə