Roman, povestlər



Yüklə 3 Mb.
səhifə156/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   150   151   152   153   154   155   156   157   158

 521 

xirtdəyinəcən çəkmişdi. Fuad əvvəlcə atasının daz başını 

gördü. Bu da irsən keçmişdi Fuada: iki-üç ildir onun da başı 

təpəsindən dazlaşmağa başlamışdı. 

Atası gözünü otağın o biri bucağında qoyulmuş iri 

akvariuma zilləmişdi. Balıq saxlamaq atasının köhnə azarı idi 

— indi belə  şeyə "xobbi" deyirlər. Davadan qayıdandan bəri, 

yəni Fuad onu xatırladığı müddətdən bəri, balıq saxlamağa 

aludə olmuşdu, otaqları  nə  qədər darısqal olsa da bu iri 

akvariumu heç cür şüşəbəndə  çıxartmağa razılıq vermirdi, 

"oranın havası düşməz balıqlara" deyirdi. 

—Xoş gördük, ay dədə, olmasın azar?! 

Qurban üzünü ona tərəf çevirdi. 

—Xoş günün olsun. Nə əcəb səndən belə? 

Doğrudan, bir ay olardı  dəyməmişdi onlara. Hərdənbir 

telefonla soruşurdu.  Əvvəllər heç olmasa həftədə, iki həftədə 

bir fasilədə atasıgilə baş  çəkərdi. Son vaxtlar buna da imkan 

qalmamışdı... 

—Yaxşı, de görək, nə olub axı sənə? 

—Nə bilim əşi, dünən oturmuşdum, qəzetlərə baxırdım, 

gördüm başım yaman ağırlıq eləyir mənə... Çərkəz də bazara 

getmişdi... 

Çərkəz sözə qarışdı:  

—Gəldim gördüm uzanıb, sifəti, iraq-iraq meyit kimidir, 

qaçdım Anaxanımgilə, gəldi, təzyiqin ölçdü. — Anaxanım tibb 

bacısı idi. — Gördük bəs bir az yuxarıdır. — Görünür, təzyiqin 

neçə olduğunu gizlətmişdilər Qurbandan. — Skorı pomoşdan 

həkim çağırdıq... 

Fuad: 

—Bəs mənə niyə zəng eləməmisiniz? — dedi. 



Çərkəz: 

—Eləmişdik, evdə yoxdun. 

Fuadın yadına düşdü ki, dünən evə gecə on ikinin yarısında 

gəldi. — Sumqayıtda, içlasda idi... Çərkəz: 

—Hə, gəldi skorı pomoşdan həkim, cavan, suyuşirin bir qız 



 522 

idi... 


Qurban dedi: 

—O da gəlib hətərən-pətərən danışıb çıxıb getdi... Görünür, 

qandığı qrafa yoxdur... 

Çərkəz: 


—Yox, niyə elə deyirsən, a kişi? — dedi, — Dava-dərman 

verdi, saldı da təzyiqini... 

—Deyir mənə ki, ürəyin möhkəmdir, yəqin əsəbiləşmisən... 

Çərkəz tələsik: 

Axı  nədən  əsəbiləşəydi ki? — deyə  xəbər aldı. — Heç elə 

bir şey olmayıb, srağagün həyətə düşmüşdü, Feyzulla kişiynən 

şirin söhbət edirdilər, axşamı da, oturub — ləzzətnən 

"Qayınana"ya baxmışıq televizornan... Kefi kök, damağı çağ 

yıxılıb yatıb, nədən əsəbiləşəcək? 

Fuadı sonsuz bir qüssə bürüdü. Fikirləşdi ki, son on-on bir 

ildə bir dəfə də olsun axşam gəlməyib atasıgilə. Elə gündüzlər 

atüstü dəyib hərdən-birdən... Onların axşam həyatı haqqında, 

iki yalqız qocanın axşamlarını necə keçirdiyi barədə heç bir 

təsəvvürü yoxdur və onu ən çox qüssələndirən anasının sözləri 

idi: bu qərib axşamların  ən böyük sevinci "Qayınana" imiş. 

Necə deyərlər, müsbət emosiyası... Axşam oturub ləzzətnən 

"Qayınana"na baxıblar — nə  səbəbdən təzyiqi qalxmalıydı 

kişinin? 

Qurban: 

—Əlqərəz, — dedi, — keçib gedib. İndi  babatam.   Sənin 

işlərin necədir? Evdə-eşikdə nə var, nə yox? 

Fuad: 


—Salamatlıqdır, — dedi. Evindən-eşiyindən, işindən-

peşəsindən nə danışa bilərdi atasına? Elə  əvvəllər də, Fuad 

uşaq olanda da, bu qaraqabaq lal-dinməz kişiylə söhbətləri heç 

tutmazdı. Çərkəz idi az-çox onların ünsiyyətini calayan. Çərkəz 

evdə olmayanda ikisi saatlarla bir yerdə qalıb, danışmağa söz 

tapmazdılar. 

Çərkəz evə  gələn kimi otaq elə bil işıqlanardı, elə bil isti 



 523 

nəfəslə, söz-söhbətlə, gülüş-zarafatla dolardı. "Nə oturmusuz 

qaramat kimi, bir-birinizin sir-sifətinə tamaşa edirsiz, — 

deyərdi, — barı durub radionu quraydız. (O vaxtlar 

televizorları yoxdu), barı bir nərd oynayaydız". Gətirib özü 

nərdi qoyardı qabaqlarına, həvəslə oynayardılar. Hər ikisi 

sevirdi bu oyunu, amma Çərkəz təşəbbüsdə olmayınca heç biri 

— nə ata, nə oğul — nərd oynamağı təklif eləməyə qərar verə 

bilmirdi... 

Fuad böyüyüb evlənəndən sonra, oğul-uşaq sahibi olub 

onlardan yalnız cismən deyil, mənən də aralanandan, 

müstəqilləşəndən sonra daha az-az görüşər, amma daha artıq 

söhbət edərdilər. Daha doğrusu, indi söhbətin təşəbbüsçüsü 

Fuad olardı — atasının xasiyyəti dəyişməmişdi, dindirməsən, 

on saat da susa bilərdi. Amma lap axır vaxtlar, lap son illər 

söhbətləri yenə tutmurdu, indi də ayrı səbəbdən. Fuadın macalı 

yoxdu, yarım saatdan, qırx dəqiqədən artıq atasıgildə qala 

bilmirdi, bu yarımsaatlıq, qırxdəqiqəlik söhbətlər isə ala-

yarımçıq, mənasız-məzmunsuz boş danışıqlar idi: "Nə var, nə 

yox? Sağlığın. Daha nə var, nə yox? Sağlığın, salamatlığım. 

Sizdə nə var, nə yox? Sağ ol, duaçıyıq", — qəbilindən. Ciddi 

bir mətləbdən söz salanda isə mütləq mübahisə edirdilər, hər 

ikisi  əsəbiləşirdi. Qurban açıq-aşkar, Fuad isə içində, üzə 

vurmadan... 

Qurban işdən çıxarılan günün sabahı Fuad vaxt eləyib onlara 

gəldi və bu dəfə iki saata yaxın qaldı atasıgildə... O, atasına 

ürək-dirək, təsəlli verməyə  gəlmişdi, amma söhbətləri çox tez 

gərginləşdi, mübahisəyə çevrildi. Söz-sözü çəkdi, Fuad özü də 

istəmədən kişinin yarasına duz basdı... Dedi ki, işdən 

getməyinin səbəbi, ancaq özündəndir, xasiyyətin tünddür, tərs 

damarın tutanda heç kəsi tanımırsan, adamlarla dil tapa 

bilmirsən, sərtsən, maksimalistsən... Qurban əvvəl-əvvəl 

dinmirdi, sakitcə qulaq asırdı oğluna... 

Fuad isə bundan daha da qızışırdı, hey danışırdı, faktlar, 

misallar, dəlillər gətirirdi, müxtəlif adamları nümunə çəkirdi. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə