Roman, povestlər



Yüklə 3 Mb.
səhifə157/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   150   151   152   153   154   155   156   157   158

 524 

Nəhayət, Qurban qəmli-qəmli gülümsünüb: 

—Gör dünya nə yaman dəyişib, ay aman?!. — dedi. — Bir 

vaxtlar atalar oğullara öyüd verərdi, deyərdilər, bala, 

kəmhövsələ olma, cavanlığına, dəliqanlılığına salma... İndi 

tərsinə olub. Oğul ataya məsləhət verir ki, təmkinli ol, qızışma, 

sözünü ürəyində saxla... 

Fuad: 


—Çünki mən səndən böyüyəm, — dedi və  dərhal  əlavə 

elədi: — Yaşca böyüyəm səndən... 

Qurban mat-mat baxırdı. 

—Orasını  əməlli qanmadım,—dedi, — necə  yəni məndən 

yaşca böyüksən? 

—Bəli. Yaş elə illərin sayıyla ölçülmür ha! Vaxtın özünün 

də yaşı var. Mən səndən bir nəsil böyüyəm yaşca, çünki mənim 

həyat təcrübəmə  sənin həyat təcrübən də daxildir və  mənə 

sənin ömrünün nəticələri də məlumdur. 

Qurban: 


—Bir az qəliz qırıldadırsan, — dedi. Güldü, xeyli susandan 

sonra dilləndi. — Mən bir şeyi bilirəm, cilddən-cildə düşən 

adamlar həmişə olub və yəqin hələ uzun müddət də qalacaqlar 

yer üzündə, çünki onlar da doğub-törəyirlər. Amma axı bunun 

müqabilində cilddən-cildə girə bilməyənlərin də varisləri var. 

Olmalıdır, hər halda — Fuadın düz gözlərinin içinə baxıb əlavə 

etdi: — Mənəvi varislərini deyirəm... 

Fuad onun baxışlarından ürkdü elə bil, gözünü çəkdi, amma 

yenidən fikrini toplayıb: 

—Cilddən-cildə girmək niyə? — dedi. — Amma ifrat 

tərslik, ifrat qururla iş  aşmır axı... Bax, tutalım elə  sən... Nə 

qədər can qoymusan o məktəbin yolunda, həyatını, 

sağlamlığını vermisən bu işə, kim bilməsə də, mən ki, bilirəm. 

Nə sayaq əlləşib-vuruşurdun o təzə binanı tikdirmək üçün... 

İndi sentyabrda bina hazır olacaq, amma sən... 

—Görünür, qismət deyildi. 

—Qismət adamın öz əlindədir. Bir az tədbirli olmaq lazım 



 525 

idi, vəssalam. Podumaeş "sən" deyib Qafur Əhmədli. Bir 

qoduğun qanacaqsızlığına bu cür vacib işi, səninçün bu qədər 

əziz olan işi qurban verəsən? Qulaqardına vuraydın, guya heç 

eşitməmişdin... 

Qurban: 


—Eşitmişdim axı, — dedi. 

Fuad: 


—Deyirəm ki, guya heç eşitməmişdin, — deyə təkrar elədi 

— o vaxt eyninə almayaydın bunu. Madam ki, sənə belə təsir 

edib, dinməyəydin, amma yadında saxlayaydın,  əlbət məqamı 

düşərdi, elə vurardın Qafur Əhmədlini ki, qiyamətəcən 

ombasından yapışıb gəzərdi... 

Fuad danışdıqca Qurban zəndlə, diqqətlə, çox böyük 

diqqətlə  oğluna baxırdı, sanki onu birinci dəfə görürdü. Fuad 

sözünə ara verəndə isə Qurban qeyri-adi bir həlimliklə, ondan 

çıxmayan bir yumşaqlıqla: 

—Bacarmadım, oğul, — dedi, — udmağı bacarmadım. 

Fuad bilmədi, atası "udmaq" sözünü nə  mənada işlətdi — 

"udmaq"— təhqiri həzm etmək, susmaq, dinməmək mənasında, 

ya da "udmaq" — qalib gəlmək, zəfər çalmaq mənasında... 

Qurban bir də təkrar etdi: 

—Bacarmadım, udmağı bacarmadım...  

Fuad: 


—Zato — dedi, — Qafur Əhmədli istədiyini elədi. Ayının, 

deyir, yeddi oyunu vardı... 

—Zato, — deyə Qurban kəskin bir şəkildə oğlunun sözünü 

yarımçıq qoydu, Fuadın "zato"sunu eynilə  oğlunun 

intonasiyasıyla təkrar etdi: — Zato Qafur Əhmədli ömrünün 

axırınacan heç vədə, heç yerdə bir də mənə "sən" deməz... 

Ata-bala bir daha heç vaxt bu söhbətə qayıtmadılar... 

Amma bu gün Qurban birdən: 

—Binanı haçan təhvil verirlər? — deyə  xəbər aldı. — 

Məktəbi deyirəm. 

—Aaa... avqustun on beşinə komissiya qəbul edəsidir. 



 526 

Qurban: 


—Gözün üstündə olsun, — dedi, — tezbazar eləməsinlər. 

Mən ora Riqadan təzə avadanlıq sifariş vermişdim. Bilməzlər, 

əldən çıxardarlar... 

O, hələ də məktəbin fikriylə yaşayırdı. Hələ də heç bir şey 

dərs olmamışdı ona... 

Fuad: 


—Arxayın ol, — dedi. 

Yenə susdular. Fuad saatına baxdı. On dəqiqə otura bilərdi 

hələ. 

Qurban: 


—O gün, Qafur Əhmədli zəng vurmuşdu, — dedi. Fuadın 

təəccübləndiyini görüb güldü. — Kefimi soruşdu. Olmaya səni 

böyüdüb-eləyirlər, qulağına səs dəyib yoxsa? Deyir, Qurban 

müəllim, mənə görə nə qulluğuvuz var? 

—Bəs sən nə dedin? 

—Nə deyəcəm? Dedim ki, həlləm-qəlləm adamlarla 

mənimki tutmaz, asdım trubkanı... 

—Niyə? 


—Necə niyə? Kefim belə istədi, vəssalam. 

—Adam həmişə hər istədiyini eləyər? 

—Bəs adam həmişə ondan nə istəyirlərsə onu eləyər?  

Fuad gördü ki, atasının qırımı başqadı. Susdu, mübahisə 

eləmədi. Çərkəz otağa girdi, əlində tava vardı. 

—Ay Fuad, qurban olum, bilirəm tələsirsən, ayrı şey çatdıra 

bilmədim, bir bu qayğanağı ye, yenə ürəyində durum olar, 

yəqin səhərdən acsan, anan ölsün? 

Fuad başını buladı, — yemişəm ana, ac deyiləm, — dedi, — 

aeroportda, banketdə yemişəm... 

—Neynək, bir bu qayğanağın da dadına bax. 

—Vallah, könlüm istəmir. 

Çərkəz məyus-məyus tavanı otaqdan apardı. Fuad ayağa 

durdu və birdən gözləri divara sataşdı. Birinci dəfə fikir verirdi 

buna. Ya bəlkə  təzə  şey idi, ona görə ilk dəfə görürdü: 



 527 

Qurbanın çarpayısının yanından Ceyhunla Pərvizin iri 

fotoşəkilləri vurulmuşdu... 

Fuadın içindən buğum-buğum qalxan, boğazını  qəhərlə 

tıxayan, gözlərini dumanlandırıb dolduran duyğu-peşmançılıq, 

günahlılıq, nisgil idimi bu, qəribə, izahsız, dolaşıq dünyada 

qəribə, izahsız, dolaşıq insan münasibətlərinin, ata-oğul, ailə, 

nəsil  əlaqələrinin pırtdaşıq kələfiydimi — bilmirdi, nə idi bu 

bağrını çatladan — nə idi axı?!. Bircə macal olaydı bunu 

əməlli-başlı düşünüb aydınlaşdırmağa... 

—7-də vacib tədbirim var, — dedi, — getməliyəm. Sabah 

leçkomissiyadan həkim götürüb gələrəm yanına. 

—Lazım deyil, day yaxşıyam. 

Çərkəz: 


—Fuadı ötürüb qayıdıram, — dedi. 

—Fuad yolu-zadı tanımır? — Yenə dilini dinc qoymadı 

Qurban. 

Şüşəbəndə çıxdılar. Çərkəz pıçıltıyla:  

—Ceyhunu yaman könlü istəyir, — dedi,  

—Elə  Pərvizi də istəyir, amma Ceyhunçün lap burnunun 

ucu göynəyib. Bərk-bərk tapşırıb ki, məbada sizə deyim. Özləri 

haçan istəsələr onda gələrlər deyir. Dünən gedib qonşudan 

zəng eləmişəm ki, xəbəri olmasın. Rima dedi bu gün 

göndərərəm, amma gəlmədilər.  

Fuad: 

—Yəqin dərsləri çox olub, gələ bilməyiblər... — dedi. 



Pilləkənə  çıxdılar. Çərkəz nə isə sözlü adama oxşayırdı, 

amma elə bil deməyə dili gəlmirdi. 

Axır ki: 

—Fuad, bala, qurbanın olum, incimə, — dedi, — bu ev 

məsələsindən bir xəbər çıxmadı ki? 

Fuadın yadına düşdü ki, anası neçə  dəfə söz salıb, burdan 

təzə evə köçmələri üçün kömək istəyib. Fuad da boyun 

olmuşdu ki, kömək edər.  Şövqüylə  məsləhətləşmişdi.  Şövqü 

demişdi ki, özün bil, ancaq məndən məsləhət soruşursansa, 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə