Roman, povestlər



Yüklə 3 Mb.
səhifə152/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   148   149   150   151   152   153   154   155   ...   158

 509 

xırdalı bütün başqa, ağır, amma dəfi mümkün hadisələri kimi 

bu ölümün də təkzibini gözləyirdi elə bil... Gümanı vardı buna 

sanki. Ölümün əbədi və sonuncu nəticəliyini qavraya bilmirdi. 

Fuad bəzi adamlar haqqında düşünəndə, öz içində onların 

yerini təyin etmək istəyəndə, onlara qiymət vermək, yaxşı 

pisliklərini ölçüb-biçmək istəyəndə qeyri-ixtiyari həmin 

adamların ölümünü gözləyirdi. Arzulamırdı, istəmirdi, əttövbə, 

allah göstərməsin, yox, sadəcə olaraq gözləyirdi. Bu, məsələn, 

pyesin, filmin sonunu bilmək intizarı kimi bir şey idi. Ölüm 

adamları  əbədiyyətə bir növ bitkin, tamamlanmış  şəkildə, 

əməllərinin yaxşılığı-pisliyi, bədliyi-xoşluğu baxımından, 

qoyduğu irsin, izin, adın müəyyənliyi baxımından — 

yekunlaşdıraraq, nəticələyərək təqdim edir. Fuad Salahlı 

haqqındasa ölümuylə tamamlanmış, bitmiş bir fərd kimi 

düşünmək mümkün deyildi. Hər halda: Balaca Fuad belə 

düşunə bilmirdi. Fuad ağlında onu da qeyd etdi ki, özü 

haqqında Böyük Fuadla əlaqədar olaraq düşünərkən istər-

istəməz özünü Balaca Fuad adlandırır. Qəribədir, nə çox Fuad 

adlı adam, amma nə  qədər ki, Fuad Salahlı vardı, Fuad 

Mehdiyev Balaca Fuad olaraq qalacaqdı. Bütün tanış-biliş 

üçün. İndi yoxdur daha Böyük Fuad. Hər halda yoxdur. 

Nəfəsli orkestr həmin melodiyanı çaldı, növbəti natiq nitqini 

bitirmişdi. 

Sədr mikrofona yaxınlaşdı, yəqin ki, mitinqi bağlı elan 

edəcəkdi. Fuad gözucu sədrin  əlindəki siyahıya, çıxışçıların 

siyahısına baxdı. Siyahıdakıların hamısı danışmışdı. Sədr 

mitinqi bağlamaq istəyirdi, amma aşağıdan, adamların içindən, 

ona  əl elədilər. Fuad boylanıb baxdı — Oqtay idi əl eləyən. 

Camaatın içindən keçib artırmaya qalxdı. Sədrə: 

—Mən də danışmaq istəyirəm, — dedi. 

Fuad: "Səfehləməsə yaxşıdır, — deyə düşündü. — Yəqin ki, 

indi affektasiya vəziyyətindədir, artıq-əskik danışa bilər". 

Fuad qeyri-ixtiyari qayınatası  tərəfə baxdı. Elə bil dünya 

Şövqünün gözündə deyildi. Elə bil hər şeydən, hamıdan təcrid 



 510 

olub dərin-dərin fikirlər aləminə qərq olmuşdu, buralardan çox-

çox uzaqlara uçmuşdu xəyalı. Külək  Şövqünün çiyinlərinə 

qədər uzanmış dümağ saçlarını dalğalandırırdı... 

Oqtay mikrofona yanaşdı: 

—Bir vaxtlar, —dedi, — Ələsgər Abdullayev adlı  məşhur 

xanəndə olub, — bunu dedi və susdu, elə bil nəfəsi kəsildi. 

Pauza xeyli uzandı. Adamlar nəzərdə tutulmamış natiqin bu 

gözlənilməz çıxışına, bu qəribə pauzaya və dəfnə heç bir dəxli 

olmayan bu əcaib sözə — xanəndə  Ələsgər söhbətinə mat-

məəttəl qalmışdılar. Görünür, Oqtay öz həyəcanını boğa 

bilmirdi, görünür, məclis möhkəm tutmuşdu onu, yazıq, haçan 

belə böyük bir izdiham qarşısında çıxış edib axı? 

Nəhayət, iradəsini toplayıb, səsi titrəsə  də sözünü davam 

elədi: 

—Bağışlayın, mən natiq deyiləm... Pis danışıram... amma 



danışmaya bilməzdim... Xanəndə  Ələsgər gözəl "Rahab" 

oxuyarmış... Hamıdan yaxşı oxuyarmış "Rahab"ı... O öləndə, 

onu basdıranda... bağışlayın... mən çox həyəcanlanıram... 

Ələsgəri dəfn edəndə Cabbar Qaryağdı deyib ki, biz bu gün... 

Ələsgəri basdırmırıq, biz bu gün "Rahab"ı basdırırıq — Oqtay 

yenə susdu, bu pauza daha da uzun çəkdi, Fuad arxa tərəfdən 

onun yanında durmuşdu və Oqtayın sağ  qıçının yarpaq kimi 

əsdiyini görürdü. Sifəti də ağappaq idi, elə bil un çəkmişdilər. 

— Sakit ol, özünü ələ al, — deyə Fuad Oqtayın qulağına 

pıçıldadı. 

Elə bil Oqtay bu sözə bənddi, elə bil tilsimi qırıldı və kəsik, 

əsəbi cümlələrlə danışmağa başladı: 

—Bəli, bu gün biz də... Fuad Salahlını basdırmırıq... 

memarlığımızın namusunu basdırırıq... professional 

vicdanımızı basdırırıq... Neçə-neçə baş tutmamış niyyətləri... 

tikilməmiş binaları... həyata keçməmiş layihələri... basdırırıq. 

Bəli, Fuad Salahlı müəllim idi, professor idi... Kitabları da 

var... Sevirdi də öz işini... amma axı... biz ki, hamımız bilirik 

bunu... axı o dünyaya başqa şey üçün gəlmişdi... Onun böyük 



 511 

istedadı... başqa sahədə idi... — O anadangəlmə proektirovşik 

idi... binalar tikməliydi o... şəhər salmalıydı... amma tikə 

bilmədi... 

Fuad düşündü: "Hə, başladı sarsaqlamağa". 

—Siz ki, bilirsiz niyə tikmədi... siz ki, hamısını bilirsiz 

yoldaşlar, bilirsiz ki, kim qoymadı onu... kim ömrü boyu ona 

hər işində mane olurdu... 

Fuad: "Əzvaylamasa olmaz", — deyə düşündü. Çevrilib 

baxmaq istəmədi, amma oğrun-oğrun qayınatasına tərəf nəzər 

saldı: Şövqü, sanki bütün bu deyilənləri eşitmirdi, əvvəlki təkin 

dərin-dərin xəyallara dalmışdı. 

—Bu gün də deməsək bu həqiqəti... Haçan deyəcəyik... Sədr 

mənalı-mənalı saatına baxdı, sonra pıçıltıyla Fuada: 

—Məsələ çox uzandı, — dedi. — 5-də iclasım var... 

Fuad da pıçıltıyla: 

—Hə, mən də yaman tələsirəm, — dedi. 

Oqtay: 


—Bilirsiz ki, Salahlını vaxtilə institutdan da çıxarmışdılar... 

— dedi. 


Fuad pıçıltıyla sədrə: 

—Cəmisi səkkiz ay, — dedi. 

Oqtay bunu eşitdi. 

—Bəli, səkkiz ay, — deyə  çılğınlıqla təkrar etdi. — Mən 

olub-keçənləri yada salmaq istəmirəm... keçənə güzəşt 

deyərlər, amma mən bircə  şeyi demək istəyirəm... Səkkiz ay 

Fuad Salahlı mübarizə etdi, haqqını tələb etdi, haqlılığını sübut 

elədi... Partiyamızın prinsipləri  əsasında  ədalət bərpa olundu, 

Fuad müəllim instituta qayıtdı. Mənim yadımdadır Fuad 

müəllimin instituta qayıtması  və qayıdandan sonra ilk 

leksiyası... O, auditoriyaya girdi, yerini tutdu, hamı gözləyirdi 

ki, Salahlı qalib gəlməsindən, haqqın sübuta yetməsindən, 

rəqiblərinin uduzmasından, day nə bilim nələrdən danışacaq... 

Amma onun ilk cümləsi bilirsinizmi nə oldu? — Sükut çökdü, 

pauza uzandıqca uzanırdı, orkestr elə bildi ki, nitq qurtarıb və 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə