Roman, povestlər



Yüklə 3 Mb.
səhifə149/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   145   146   147   148   149   150   151   152   ...   158

 499 

ayrı  məktəblərə qoyur". Dəsgah burda başladı.  Əhmədli bayraq 

elədi Qurbanın bu çıxışını, demoqoqluğa saldı o saat, nə bilim 

böhtançılıq, daha nə bilim nə... Üç günün içində  məsələni həll 

etdilər, qurtardı getdi...  

—Qasım, bir öyrən gör nə oldu bu təyyarə, on beş  dəqiqə 

keçdi ki... 

Qasım getdi. Nosilşik: 

—Moskva samalyotun qarşılıyırsan? — dedi. — Mən də 

onu gözləyirəm. Bir müddət də matdım-matdım Fuadın üzünə 

baxdı. — İşə bax e... Elə o vaxtdan səni görmək istəyirdim... 

Gör neçə il keçib e... Bir iş olmuşdu o vədə, uşaq idik, axmaq 

idik, bir qələtdi eləmişdik, gərək day məndən inciməyəsən... 

Fuad: 


—Nə iş? — deyə laqeydliklə soruşdu və həmin andaca qəfil 

amansız bir xatirə qırmanc kimi yaddaşını qamçıladı. 

...və birdən-birə otuz ilin arxasında qalmış, tamamilə 

dəyişmiş sifəti — on iki nömrəli adamın sifətini tanıdı və onun 

adı da dərhal yadına düşdü — Zeydulla... 

Otuz il keçir o gündən, otuzdan da çox, amma yaddaşından 

qovmaq istədiyi o xatirə, ildə-ayda bir dəfə  də olsa gözərib 

yandırır hafizəsini, bütün içini dolaşır, varlığını alt-üst edir. 

O vaxt Fuad bilmirdi ki, Zeydullanı  məktəbdən nə üstə 

qovublar, heç qovulmasından da xəbəri yox idi. Amma bu 

yekəpər, ayıya oxşayan oğlanı  məktəbdən tanıyırdı, Zeydulla 

iki sinif Fuaddan yuxarı idi. 

Bir gün — dekabr ayı idi, günü də yadındadır, dekabrın 17-

si, adamın gözünü göynədən acı küləkli, rəngi solmuş boz

tutqun, soyuq bir gün idi. Külək zibil qutularını çevirmişdi, 

əzik-üzük, çirkli kağızlar səkilərə  səpələnmişdi. Günlər 

qısalmışdı, Fuadgil ikinci növbədə oxuyurdu, məktəbdən 

çıxanda hava qaralmış olurdu. 

O gün məktəbdən çıxıb tinə çatanda Fuadın qabağını üç 

oğlan kəsdi. Zeydulla idi biri, o biri ikisini tanımırdı, onların 

məktəbində oxumurdular, yəqin. 



 500 

—Bura gəl! 

—Hara? 

Bərk-bərk qollarından yapışdılar: 



—Bax, bura! — məktəbin dalındakı yarıuçuq divarı 

göstərdilər. Ətrafda heç kəs yox idi. 

—Niyə? 

—Çox danışma, gəl bura! 



Fuad dartınıb qaçmaq istədi. Amma yaşlı iki,  oğlan, sağdan 

və soldan bərk-bərk onun qollarından yapışdı. Zeydulla arxada 

dayanıb ora-bura boylanırdı — görsün gələn yoxdur ki. Divara 

yanaşdılar. Zeydullanın  əlində tabaşir vardı. Tabaşiri Fuada 

uzatdı və divarı göstərdi. 

—Yaz! — dedi. 

Fuad anlamadı. 

—Nə yazım? 

—Götür meli! 

Fuad tabaşiri əlinə aldı. 

—Yaz: "Qurban — qaban". 

Fuad çırpınıb çıxmaq istədi. Oğlanlar onun qollarını daha da 

bərk sıxdılar. Zeydulla: 

—Yaz, — dedi — özü də böyük hərflərnən yaz! 

Fuad: 

—Yox! — dedi. 



Oğlanlardan biri: 

—Bilirsən sənə neylərik? — dedi. 

Arxadan Zeydulla yaxınlaşdı: 

—Bax, oxartana çəkərik ki, ömrünün axırıneycən invalid 

qalarsan. Aton kimi!.. 

Elə belə dedi: "oxartana". Necə oldu ki, bayaq bu "oxartana" 

sözündən tanımadı onu. Bəlkə  də "səni öldürərik" desəydilər, 

Fuad elə qorxmazdı. Amma məhz "invalid qalarsan" hədəsi 

onu qorxutdu. Bu, real hədə idi. Fuad ömründə öldürülmüş 

adam görməmişdi, amma invalid görmüşdü. Atasının taxta 

protezi gəldi durdu gözünün qabağında. Atası gecələr yatanda 



 501 

protezini çıxarıb qapının ağzında qoyardı. Gecənin bir 

yarısında durar, ağır nəfəs ala-ala protezi təzədən geyər, ikinci 

mərtəbədən aşağı, həyətə, tualetə düşərdi. Sonra qayıdıb yenə 

protezi çıxarar, bir ayağının üstündə tullana-tullana çarpayısına 

yanaşardı.  

—Di uzatma, yaz görək. 

Yazdı Fuad. Özü də boyu çatınca iri hərflərlə yazdı: 

QURBAN —QABAN. 

Əlbəttə, bəlkə  gərək  şikəst qalmağa razı olaydı, amma 

yazmayaydı. Amma cəmi-cümlətanı  səkkiz yaşı vardı, ikinci 

sinifdə oxuyurdu və ürəyində fikirləşmişdi ki, yazıdır da, 

yazıdan nə olsun, bir bu yazı üçün bütün ömrünü protez taxsın? 

Nə biləydi ki, bu kiçicik yazı, iki sözdən ibarət, tabaşirlə 

yazılmış xətt — onunçün dünyada ən pozulmaz yazı olacaq. O 

yazılan ki, ona pozu yoxdur və bu yazı həmişə onun mənliyini, 

kişiliyini, heysiyyətini didib tökəcək, uçurub dağıdacaq, 

ömrünün ən xoş dəqiqələrində belə yaddaşına qəfilcən qayıdıb 

bu xoş  dəqiqələri  əzaba, ağrıya çevirəcəkdir və otuz il belə 

olub, otuz il də, ya bundan sonra neçə il həyatı qalıbsa — beş 

gün, beş ya iyirmi beş il — belə olacaqdı. İnsan ömründə bəzən 

elə sözlər, ya elə işlər olur ki, vaxt, hər şeyə məlhəm olan vaxt 

belə, onların qarşısında acizdir, onlar hər yaranı sağaldan, hətta 

ölüm itkisinin ağrısını belə keyləşdirən vaxta üstün gəlirlər. 

Belə sözlərdən, belə  işlərdən sonra insan əbədiyyən tam 

xoşbəxt olmaq imkanından qısır olur. Haçansa, hardasa, özünü 

tam bəxtiyar və arxayın bildiyin anların birində elə bil yaddaşın 

qanayır, qayıdır o söz qulağına, o hərəkət gözlərinə  və tam 

səadətin səninçün həmişəlik mümkünsüzlüyünü anlayırsan... 

Zeydulla: 

—Nöqtə  də qoy! — dedi. — Sonra nə fikirləşdisə — yox, 

nöqtə yox, nida işarəsi... — deyə əlavə etdi. 

Fuad nida işarəsi də qoydu: 

QURBAN — QABAN! 

Qollarını buraxdılar, çıxıb getdilər. Tində dayandılar, Fuada 



 502 

tərəf çevrildilər. Zeydulla barmaqlarını  ağzının içinə salıb 

bərkdən fit çaldı, dişlərinin arasından yelpicvarı tüpürdü və 

Fuada "şiş" göstərdi. Getdilər. 

Addımları,  şaqqanaq çalıb bərkdən gülmələri, zarafatları 

uzun zaman eşidilirdi... Elə bərkdən deyib-gülürdülər ki... 

Evlərinə necə  gəldiyi yadında deyil. Ancaq qapılarının 

yanında dayandı, nə isə düşündü, evə girmədi, geri döndü, 

hardansa  əski tapdı, nohurda islatdı, gedib divardakı yazını 

sildi — sabah görüb-bilən olardı. Lap elə atasının özü görüb 

Fuadın xəttini tanıya bilərdi. Fuad özünü öldürmək istəyirdi o 

gecə, ancaq bilmirdi ki, bunu nə sayaq etmək olar... Sonra 

fikirləşdi ki, özünü öldürməyəcək, amma mütləq çox güclü bir 

adam olacaq və  təkbaşına heç kəsə demədən, heç kəsi agah 

etmədən bu üçündən dəhşətli intiqam alacaq... Nə atasına, nə 

anasına, nə  də başqa heç bir kəsə heç bir vaxt deməmişdi bu 

hadisəni... Amma neçə vaxt, neçə ay atasından gözlərini 

gizlədirdi, baxa bilmirdi atasının üzünə... 

O vaxt and içmişdi ki, intiqam alacaq, amma keçən bu otuz 

ildə bir dəfə də olsun, həmin uşaqlara rast gəlməmişdi və hətta 

bəzən Fuada elə  gəlirdi ki, o üçü konkret, real simaları olan 

fərdlər deyilmiş, nə isə mücərrəd bir Şər, Zor, Qəddarlıq və 

Yamanlıq rəmzləri imiş. Və... budur bax, bu rəmz, on iki 

nömrəli nosilşik… Otuz ildən sonra elə bil yaddaş zindanının 

ən qaranlıq, zülmət hücrəsindən çıxıb gəlib bu mücərrəd  Şər, 

Zor, Yamanlıq elçisi — sallaqdodaqlı, bulanıqgözlü nosilşik, 

düz onun qənşərində oturub və deyəsən, aman allah, o vaxtkı 

günahı üçün üzrxahlıq eləmək niyyətindədir... Bu üzrxahlıq 

daha da ağır bir işgəncə idi, çünki belə məlum olurdu ki, otuz il 

keçməsinə baxmayaraq həmin səhnə  tək Fuadın yox, 

Zeydullanın da yadındadır. Deməli, Fuad kimi Zeydullayçün 

da bu adi, keçəri, ötəri bir epizod deyilmiş, vaçib, əsaslı, 

unudulmayan bir hərəkət imiş. O qədər  əhəmiyyətli bir şey 

imiş ki, otuz il ərzində Zeydulla da onun günahını içində 

daşıyıb, bağışlanmaq istəyib və nəhayət bu gün niyyətinə çatıb 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə