Roman, povestlər



Yüklə 3 Mb.
səhifə145/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   141   142   143   144   145   146   147   148   ...   158

 486 

dünyada elə bir qüvvə yox idi ki, Rumiyyəni onun əlindən ala 

bilsin. 

Qüvvə yox idi, amma müəyyən bir maneə vardı  və bu 

maneənin adı Asya idi... Doğrudur, Fuad onu çox da elə ciddi 

maneə saymırdı. Onların əlaqələri dörd il idi ki, davam edirdi 

və  məntiqi sonuna çatmaq üzrə idi. Əfsus ki, Asya bunu hələ 

dərk etmirdi. Ona həyat təcrübəsindən dərs deyən bu qadın ən 

adi bir həqiqəti anlamamışdı ki, Fuad heç vaxt onunla 

evlənməz, "institutu qurtarmağı gözləmək" və s. bu qəbildən 

sözlər ancaq bəhanədir. Fuad bəzən elə düşünürdü ki, bu 

bəhanələrin məhz bəhanə olduğunu Asya özü də  dərk edir və 

onunla, Fuadla bunu dərk edə-edə yaşayır. Yox, əgər dərk 

etmirdisə, müəyyən xülyalara qapılırdısa, Fuadın bir təqsirimi 

vardı bunda? Yəni doğrudanmı Asya ciddi inana bilərdi ki, 

iyirmi iki yaşlı Fuad özündən on yaş böyük qadınla, ərdə olub 

boşanmış bir qadınla, altı yaşlı  qızı olan bir qadınla, Fuadla 

dörd il yaşayan bir qadınla, dörd il yaşayandan sonra rəsmən 

evlənəcək? Asya idarədən qayıdandan sonra evində  də, elə 

idarənin özündə də boş vaxt tapan kimi makinada kiminçünsə 

yazılar yazırdı, bununçün muzd alırdı, azdan-çoxdan pulu vardı 

və bu pulları da qoca anasına, körpə  qızına və Fuada 

xərcləyirdi. Özü əyin-başına fikir verməzdi, amma Fuadın hər 

imtahanından, hər zaçotundan sonra ona köynəkdən

qalstukdan, çəkmədən alardı. Bir dəfə  hələ çox bahalı zamş 

əlcəklər də almışdı, indiyəcən durur bu əlcəklər, qızıl saat da 

almaq istəyirdi. Fuad hər dəfə belə hədiyyələrdən sonra Asyanı 

danlayırdı, "neylirsən axı, nəyimə lazımdır mənim, özünün o 

qədər xərcin var ki" — deyərdi, həm də  məni pis vəziyyətdə 

qoyursan, axı bilirsən ki, mənim sənə  hədiyyə eləməyə 

imkanım yoxdur, bir də belə  şey eləsən götürməyəcəm 

hədiyyəni" — deyərdi və hər dəfə də götürürdü və hər dəfə də 

Asya uğunub özündən gedirdi, Fuadı qamarlayıb bağrına 

basırdı, o üzündən, bu üzündən öpürdü: "Sənə qurban olum, — 

deyirdi, — elə  sən də  mənim bir balamsan da — deyirdi, — 



 487 

gicəm, dəliyəm, vallah, amma sevirəm səni", — deyirdi... İlk 

vaxtlar bu ehtiras Fuadın da başını dumanlandırdı, 

qarşısıalınmaz bir qüvvə onu hey Asyanın yanına çəkirdi, 

amma illər keçdikcə bu görüşlər get—gedə seyrəlir və hər cür 

təravətdən, bayramdan uzaq bir məcburiyyətə çevrilirdi 

Fuadçün. Bıqdırıcı, darıxdırıcı, sevincsiz bir məcburiyyətə... 

Rumiyyə peyda olandan sonra, Asyayla görüşləri  əsil mənəvi 

işgəncə idi. Ancaq Fuad bu əlaqəni birdəfəlik pozmağa da 

tələsmirdi nədənsə; hər halda Rumiyyəylə  məsələni 

rəsmiləşdirməyincə Asyanı heç bir şeydən agah etmək 

istəmirdi. Onu da düşünürdü ki, üzülüşmələrinin səbəbləri 

Şövqü  Şəfizadənin "mamlı-matan", cavan qızı olduğunu 

biləndə Asya lap özündən çıxacaq... Qorxurdu ki, hətta 

əsəbiliyinin, hövsələsizliyinin dar vaxtında, Asya hikkəsindən 

qisasa da əl ata bilər. Xoşbəxtlikdən heç bir məktubu-sənədi 

yox idi Asyada və onların  əlaqələri barədə  də adamlar yalnız 

güman, fərziyyə edə bilərdilər; güman, fərziyyə — sübut-dəlil 

ki deyil... Birdən Asya lap dəli olsa, dekanlığa müraciət eləsə

Fuad bunun da fəndini tapmışdı; "Eloğlusu" Zülfüqarovun 

yanına girib lotuyana cəyil söhbət eləyəcəkdi. "Dünya dağılsa 

da mən Şövqü Şəfizadənin qızını alasıyam, — deyəcəkdi — və 

ondan sonra Şövqünün əliylə bütün məni istəməyənləri, bütün 

mənə badalaq gələnlərin, bütün məni incidənlərin dədəsinə od 

qoyacağam". Zülfüqarov kimilər məhz bu dili başa düşürlər. 

Görüm onda Zülfüqarov mənim qabağıma nəynən çıxacaq. 

Şövqü demişkən "yüz elə Zülfüqarov tək bir Şövqünün əlində 

heç nədir" ...Amma allah eləsin, buna ehtiyac qalmasın, məsələ 

yoğunlamasın, Asyayla da halallıqla, xoşluqla ayrılaq, hər 

halda neçə ildir bağlıyıq onunla, yaxşılı-yamanlı günlərimiz 

olub, çox çətin dəqiqələrdə Asya kişi qızı kimi ona arxa, dayaq 

olub; allah kərimdir, o da münasib bir adama rast gələr

yenidən ailə qurar, xoşbəxt olar. Otuz iki yaş  nə yaşdır ki!.. 

Heç cür istəməzdi ki, Asyanın könlünü qırsın, axı dörd il 

bağlılığın o qədər xatirəsi var, zarafat deyil axı!.. Amma bu 



 488 

xatirələrə, minnətdarlıq hissinə cavan ömrünü də qurban verəsi 

deyildi ha!.. Olan olub, keçən keçib, vida məqamı  gəlmişdi, 

Asyayla onun yolları haçalanıb ayrılmalı idi... 

Çox naz-qəmzədən, çox əzilib-büzülmədən sonra, Fuadın, 

necə deyərlər, ürəyinin yağını  əridəndən sonra axır ki, 

Rumiyyə bir gün: "yaxşı"— dedi, evlənmələrinə razılıq verdi. 

Şövqü də məsələni biləndə "yox" demədi. Ən çox etiraz edən 

Bilqeyis xanım oldu. "Tayımız deyil, əslin-nəslin tanımırıq və 

s. və i. a. mızıldanmalardan sonra nəhayət, o da ipə-sapa yatdı, 

imana gəldi. Yanvarın dördündə Qurbangil Şövqünün yanına 

elçi gəldilər. Elçilər dəstəsinə Zülfüqarov da özünü zornan 

dürtüşdürdü. — Ömründə ilk və  bəlkə  də axırıncı  dəfə 

Şövqünün evinə girmək fürsətini Zülfüqarov heç fövtə verərdi. 

Şövqü elçiləri təmkinlə qarşıladı, özünü çox ağır aparırdı. 

Dedi, yaxşı madam ki, gəlmisiz, fikirləşərik, məsləhətləşərik, 

cavabınızı sonra deyərik. Elçiləri nəticəsiz geri qaytardı, "bir 

həftədən sonra gəlin" — dedi... Bu bir həftədə Fuad bir az da 

saralıb-soldu,  şam kimi əridi və bir həftə sonra elçilər (o 

cümlədən  əlbəttə ki, Zülfüqarov) Şövqügilə  təşrif gətirəndə 

Şövqü "Nə deyirəm ki, xoşbəxt olsunlar" — dedi və Bilqeyis 

xanım hamıya  şirin çay gətirdi.  Şadlığından lap başını itirmiş 

Zülfüqarov "dəbdir, qaydası belədir deyə qaşığını stəkanında 

ora-bura hərlətməyə, cingildətməyə başladı, amma Şövqü 

qaşqabağını töküb: "bir az yavaş, sən allah, — dedi, — baş-

beynimiz getdi...". 

Yanvar ayının onu idi o gün, amma Fuad, Asyaya o gün də 

heç nə demədi. (O gün gecəni Asyanın yanında qalmışdı). 

Düşünürdü: "on dördünə nə qalıb ki?.." Güman edirdi ki, bu üç 

gün ərzində xəbər Asyanın qulağına çatmaz. Məsələni Asyaya 

on dördündə açmaq istəyirdi. Çünki yanvarın 13-ü köhnə 

təqvimlə yeni il günü — Asyanın da ad günü idi, həmişə bu 

günü xüsusi qeyd edərdilər. Fuad bu səfər də — birgə olduqları 

bu son ildə  də —Asyanın bayramına zəhər qatmaq istəmirdi. 

"Qoy ad günü keçsin, deyərəm". Amma Asya məsələdən ikinci 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə