Roman, povestlər



Yüklə 3 Mb.
səhifə144/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   140   141   142   143   144   145   146   147   ...   158

 483 

rəfiqəsinin  əlindən almaq heç bilirsən qadına nə böyük zövq 

verir?! Qadın qəlbinin cığırı rəfiqəsinin qəbrinin üstündən salınıb". 

Asya belə deyirdi, əlbəttə hansı kitabdasa oxumuşdu bu sözləri, 

ya kimdənsə eşitmişdi. Amma oxuduğu, eşitdiyi fikir görünür öz 

qəlb təcrübəsiylə də uyğun gəlirdi. Odur ki, bunu öz tövsiyəsi kimi 

qələmə verirdi. 

Asyayla instituta girəndən az sonra tanış oldu. İnstitutda 

laborant-maşinistka işləyirdi Asya, özü də Fuaddan on yaş 

böyük idi. Ərə getmiş, boşanmışdı. Uşağı da vardı, amma 

uşağını Asyanın anası saxlayırdı. Asya tək yaşayırdı. Bayılda, 

köhnə ikimərtəbəli evin birinci mərtəbəsində balaca bir otağı 

vardı, qapısı həyətə açılırdı, həyətdə söyüd ağacının kölgəsində 

kiçik taxta stol və iki-üç kətil də qoyulmuşdu. Evi Bayıl 

təpələrinin hündür yerində idi; həyətin dəmir çəpərləri və 

söyüd yarpaqlarının arasından geniş bir mənzərə açılırdı — 

şəhərin böyük bir qismi və  dəniz ayağının altında idi. İyirmi 

səkkiz yaşlı Asya ağ çağ, dolu, tarım bədənli, kürən "alışdım-

yandım" saçlı bir qadın idi və  həmişə  əndamını kip tutan dar 

paltarlar geyindiyindən, bədənin mütənasib tarımlığı daha da 

aydın gözə çarpırdı... Makina stolunun arxasında ayağa 

duranda,  əyilib kağızları  yığışdıranda paltarının açıq 

yaxalığından görünən dik, hamar, iri və yumru döşləri çox 

tələbənin yuxusuna haram qatmışdı. Amma öz aralarında  ən 

açıq-saçıq söhbətlər edən, birinin də üstünə beşini qoyub 

danışan sütül cavanların heç biri Asyaya yaxın düşməsiylə 

qürrələnə bilməzdi. 

Niyə məhz Fuada qismət oldu Asyanın bu çağı? Nəylə cəlb 

etdi onu Fuad? Kim bilir? Kim baş açar qadın qəlbinin qəribə 

lağımlarından, izahsız məntiqindən, sirli, sehrli 

şıltaqlıqlarından? Bütün tələbələr kimi, Fuad da kurs işlərini 

ona yazdırırdı, pulu qurtaranda borc istəyirdi, səkkiz martda 

pul yığıb hədiyyə alırdı Asyaya, bekar vaxtlarında onun-bunun 

babalını yuyub mırt vururdular... Niyə  məhz Fuada saldı 

mehrini? Bəlkə  səbəb heç də Fuadın  şəxsiyyəti deyildi: 



 484 

sadəcəsi Asyanın ömrünün müəyyən keçid məqamı idi. 

Ərindən ayrılmışdI. Alışmadığı  təklik onu boğur, çabaladır, 

həyasız, kobud təkliflər zəhləsini tökürdü... Fuad isə elə gənc, 

elə məsum uşaq idi, ağzından süd iyi gəlirdi... 

Yaxın olduğu qadınlardan heç biri Fuada Asya qədər 

təcrübə  bəxş etməmişdi.  İnsani təcrübə, cinsi təcrübə, həyati 

təcrübə... Onlar münasibətlərini hamıdan gizlədirdilər, amma 

cüzi psixoloji müşahidə qabiliyyətinə malik olan adam hər şeyi 

— Asyanın gözlərindən oxuya bilərdi. Fuadı görər-görməz 

Asyanın elə bil gözləri işıqlanırdı  və Fuad bütün həyatı boyu 

bu işığı, özünün yandırdığı  və bir gün öz əliylə keçirdiyi bu 

çırağı başqa heç bir qadının gözlərində görmədi... 

...İki dəfə,  şəhərin müxtəlif yerlərində Fuad Ovçunu 

möhkəm dəm halda görmüşdü. Bir dəfə hətta elə sərxoş idi ki

dili söz tutmurdu, ayağı yer. Fuad qoluna girib taksiyə 

əyləşdirdi, pasportuna baxıb ünvanı dedi, hətta taksinin pulunu 

da verdi... Fuada rast gəlməsəydi küçənin bir küncündə yıxılıb 

qala bilərdi ya milisə düşərdi... Ovçu heç tanımamışdı da 

Fuadı, nə sərxoş çağında, nə də ayılandan sonra. 

"Ola bilməz ki, o cür qız belə bir əyyaşa ərə getsin" — Fuad 

belə düşünmüşdü və qərara gəlmişdi ki, nə yolla olur-olsun bu 

təhlükəni Bilqeyis xanıma və Şövqüyə çatdırmaq lazımdır... 

Amma buna ehtiyac qalmadı... Bir gün Fuad qəribə bir 

xəbər eşitdi. Ovçu yanıb ölüb... Əvvəl inanmadı  eşitdiyinə. 

Şövqügilə  gəldi. Rumiyyə için-için ağlayırdı. Fuadı görüb öz 

otağına keçdi. Şövqü evdə yox idi. Bilqeyis xanım: "Bədbəxt 

qız lap əldən düşüb — dedi, Fuadı  mətbəxə  çəkib xısın-xısın 

əhvalatı danışdı. Bilirsən də, Rumiyyə bir oğlanla gəzirdi

gəzirdi deyəndə  yəni, belə  əməlli-başlı  gəzib eləmirdilər, elə-

belə yoldaş idilər, tay-tuş idilər, hərdən görürsən kinoya-zada 

gedərdilər, ikisi, üçü" — Fuad öz-özünə qeyd elədi ki, indi, 

Ovçu yer üzündə olmayandan sonra nəyə lazımdır ki, 

Rumiyyənin üstündə müəyyən bir kölgəsi qalsın, Bilqeyis 

xanımın da cəhd elədiyi elə bu idi: "Elə-belə, dost idilər, yoldaş 



 485 

idilər, ikisi, üçü bir yerdə kinoya gedərdilər...". 

"Nə isə, sözüm onda deyil, dünən, deyir, həmin bu bədbəxt, 

küçəynən gedirmiş, bir də görüb ki, səkinin yanında bir 

avtobus dayanıb özü də avtobus od tutub yanır, içində  də 

uşaqlar. Qapısı pərçim olub açılmır, uşaqların da qışqırığı ərşə 

qalxır. Yerdən daş götürüb sındırıb avtobusun pəncərəsini, 

vurub özünü oda, salıb içəri, uşağın ikisini-üçünü qurtarıb, 

amma day özü də alışıb başdan-ayağacan yanıb, anası ölmüş, 

pojarnı  gəlib, deyir, odu söndürəndə  iş-işdən keçib. Aparıblar 

xəstəxanaya, elə yoldaca canını  təhvil verib qaragün... Bizdə 

görməmiş olmazsan, adına da bilmirəm niyə Ovçu deyərdilər 

e! Əsil adı Çingiz idi". 

Fuad indiyə  qədər bunu anlaya bilmir: əlbəttə,  şücaətdir, 

igidlikdir, hər oğulun işi deyil — özünü oda vurub uşaqları 

ölümdən qurtarasan... Amma axı Ovçu "vidindən-fasonundan" 

heç də belə fədakar adama oxşamırdı. Onunku kef-damağ idi; 

yeyib-içmək, geyinib-kecinmək, rəqs vurub göyçək qızlara 

yağlı-yağlı komplimentlər demək... heç inanmaq olardı ki, belə 

ərköyün — tanımadığı, yad uşaqların yolunda özünü bada 

versin... yəqin dəm olub, kefli-kefli gözü qızıb, cumub odun 

içinə... 

Fuad bu günə qədər həmin fikirdə idi.  

 

*** 

Nə dəliliklər etmirdi Rumiyyənin yolunda, ilahi? Allahın ver 

günü dalısınca instituta gedirdi, bəzən gecə  səhərəcən 

pəncərələrinin altında dolanırdı. Şövqünün bütün bunları bilib-

agah olmasından çəkinmirdi,  əksinə, hətta, istəyirdi ki, Şövqü 

onun bu çılğın eşqindən xəbərdar olsun. 

Fuadın bu nigaha, bu nigahın baş tutacağına, əlində heç bir 

əsası olmasa da, heç bir şəkk-şübhəsi də yox idi. Şövqünün 

yaxşı munasibətini bilirdi. Amma Şövqü etiraz da eləsəydi, 

"vaveyla" deyib göyün yeddi qatına da çıxsaydı, Fuad 

Rumiyyədən  əl çəkən deyildi. Ovçunun ölümündən sonra 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə