Roman, povestlər



Yüklə 3 Mb.
səhifə147/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   143   144   145   146   147   148   149   150   ...   158

 492 

xasiyyətlə sən çətin xoşbəxt olasan. A. 

Əlbəttə, məktub yaralanmış qadın mənliyinin fəryadı idi, 

ittihamlarının heç biri düz deyildi... Amma bu məktubu yada 

salanda Fuad həmişə bir şeyi fikirləşirdi: görəsən, doğrudanmı 

Asyanın falı, ya bəlkə qarğış idi bu, — düz çıxmışdı. Görəsən, 

doğrudanmı Fuad xoşbəxt deyildi və  əgər deyildisə, 

doğrudanmı heç bir vaxt xoşbəxt olmayacaqdı da? Və onda 

doğrudan belədirsə, nədir xoşbəxtlik, nə deməkdir xoşbəxt 

olmaq? O düşünürdü ki, əksər insanların — elə Fuad özü də o 

cümlədən — təsəvvüründə xoşbəxt olmaqçün lazım olan hər 

şey var onda — ailə, sevdiyi arvadı, iki oğlu, evi, özü seçdiyi 

peşəsi, vəzifəsi, pulu, hörməti, gələcəyi... Və xoşbəxt idimi o? 

Bilmirdi, qəti bir şey deyə bilməzdi bu barədə, bircə onu bilirdi 

ki, bu haqda düşünməyə macalı yoxdur, vəssalam. Bəzən də 

düşürürdü ki, xoşbəxtlik bəlkə  sənin duyduqların deyil, sənin 

haqqında başqalarının təsəvvürüdür — sənə "bəxtəvər" 

deyənlərin sənin haqqında rəyi, fikri, təsəvvürü. Öz içində  nə 

duyursan duy, əgər başqaları  səni öz arşınlarıyla ölçürlərsə, o 

arşınlarla ki, sən özün də elə başqalarını  həmin arşınlarla 

ölçürsən, — və bu arşınlara görə, onların təsəvvüründə  sən 

mütləq xoşbəxtsən, onda deməli, elə  sənin bəxtiyarlığın da 

bundadır — özgələrə bəxtəvər görünməkdə, özgələrin həsədinə 

səbəb olmaqda... Bunu daha gözəl, daha qısa və daha dəqiq 

ifadə edib kimsə, haçansa: "Çölüm özgəni yandırır, içim 

özümü". — Bəlkə elə doğrudan da insanın xoşbəxtliyi çölünün 

özgələri yandırmasıdır və əgər belədirsə, onda deməli, Asyanın 

falı çin çıxmayıb... 

Mayın ortalarında Rumiyyəylə evləndilər. Qiyamət toyları 

oldu. Bütün Bakı danışırdı bu toydan. Həmin gecə Moskvaya 

uçdular. Bir aya qədər "Rossiya" otelində qaldılar. Sonra 

Şövqügilin bağlarına qayıtdılar. Sentyabrda Şövqü Fuadı şəhər 

soveti sistemində işə keçirtdi. Rütbəsi də elə pillə-pillə buradan 

qalxmağa başladı... 

O vaxtdan Asyanı görməmişdi, amma inişil teatrda 



 493 

təsadüfən qarşı-qarşıya çıxdılar. Yanında cavan göyçək bir qız 

da vardı. — Yəqin qızıdır, ancaq özünün başı-o kürən saçları-

ağappaq idi Asyanın. Qəribədir, Asyanın yazdığı o gülməli, 

kəmsavad, vəzni pozuq, qafiyəsi axsaq şer indiyə  qədər 

yadında qalıb Fuadın... 

"Nə olar, təki sən xoşbəxt ol, qoy ağlar qalım mən". 

 

 



Doqquzuncu fəsil 

 

Təyyarə on beş  dəqiqə gecikirdi. Fuad fikirləşdi ki, bəlkə 



cənazənin götürülməsinə çata bilmədi, amma dəfnə  hər halda 

özünü yetirər.  Əslində elə  çıxışı da orada, qəbir üstündəydi... 

Axır vaxtlar tez-tez müxtəlif dəfn mərasimlərində nitq deməli 

olurdu. Şövqü zarafatla ona: "Molla Fuad" — deyirdi. 

—Çay içirsiz, Fuad qədəş? 

Fuad cibindən manatlıq çıxartdı: 

—Al gətir. 

—Eyib sözdür ki, Fuad qədəş. — Qasım pulu almadı, iki 

stəkan çay süzdürüb balaca masanın üstünə  gətirdi. — Gedib 

bir siqaret də alım. 

Fuad cibindəi "Apollon—Soyuz" qutusunu çıxartdı, Qasıma 

uzatdı. 


Qasım: 

—Yox, sağ olun, — dedi, — bunu çəkə bilmirəm, öysürdür 

məni. Mənimki "Avrora"dı... — Sonra Fuadın damağına 

qoyduğu siqareti göstərib: — Qəmbər gətirmişdi bundan 

mənimçün Moskvadan, bir blok, çəkə bilmədim, Kül ağlıma, 

gərək sizə gətirəydim e... siz xoşlayırsız... 

Fuad gülümsündü:  

—Sağ ol, varımdı, — dedi. 

Qasım: 

—Qəmbər Moskvadan gələndə otuz-qırx blok gətirir 



bundan... Qəribə adamdır e... deyirəm, adam da tüstüyə bir ətək 


 494 

pul verər? Deyir, bəs sən gündə "Avrora" almırsan, o da 

tüstüdür də... Bir yandan baxanda düz deyir elə... Vərdişdir, 

allah kəssin bu vərdişi... Amma Qəmbər özü postoyannı 

bundan çəkər, bir də o bir başqası var e, amerkanski, qırmızı 

qutusu olur... bax ondan... Hər dəfə Moskvadan gətirər — 

iyirmi, iyirmi beş blok. 

"Allahu  əkbər — deyə Fuad düşündü, — sən də, sənin 

Qəmbərin də"... 

—Yubanma, Qasım, get siqaretini al, — dedi — indicə 

təyyarə enəsidir. 

Qasım bufetə tərəf getdi. Fuad qara eynəyini çıxartdı, ətrafa 

göz gəzdirdi; bufetin qabağında Qasım növbəyə dayanmışdı... 

Yumşaq kreslolarda adamlar oturmuş, uzanmışdılar, hətta şirin-

şirin yatanlar da vardı. Arabir reproduktorlardan, düşüb-qalxan 

təyyarələr haqqında elanlar eşidilirdi. 

— Bağışdöyüz... 

Fuad başını qaldırdı. Qarşısında dayanmış adama baxdı — 

sallaq dodaqları, bulanıq gözləri vardı, sifəti saqqallıydı, əyin-başı 

da elə bil üstündən tökülürdü. Çərkəz "şulum" deyərdi belə 

adamlara. Döşündə nosilşik nömrəsi asılmışdı: 12. 

—Bağışdöyüz a, — deyə on iki nömrə yenə təkrar elədi. — 

Siz gavar Qurban müəllimin oğlusuz? 

Fuad: 


—Bəli, — dedi, — təəccübləndi; çoxdan bəri onu Qurban 

müəllimin oğlu kimi tanıyan olmazdı;  əksinə, Qurbanı Fuada, 

Şövqüyə görə tanıyardılar. 

On iki nömrə  şaqqanaq çəkib güldü, gülüşündə  də bir 

əcaiblik vardı. 

—Gör ha!.. O saat tanıdım... Gör bir neçə il görməmişəm 

səni, amma tanıdım. Bir kərəm səni televizorda görəndə  də 

tanımışdım... 

Fuad qeyri-müəyyən bir şey mızıldadı. 

—Məni tanımadun? 

—Xeyr. 



 495 

—Səninnən bir məktəbdə oxuyurdum da... Fuad nə  qədər 

cəhd etsə də, bu sifət hafizəsində heç cür canlanmırdı. 

—Sora Qurban kişi qovdurdu məni o məktəbdən. Bu fakt da 

Fuadın yadına heç nə salmırdı. Qasım qayıtdı, nosilşikə  tərs-

tərs baxıb: 

—Ə, çıx get işivə, ə, — dedi — nə durmusan burda, di yeri, 

yeri!.. 


Fuad:  

—Dayan, Qasım, — dedi, — tanış çıxmışıq. 

On iki nömrə bu sözdən ürəklənib stula oturdu. 

—Qurban müəllimdən əvvəl direktor Zəki müəllim idi də... 

Oxartana məni nöyüt almağa göndərib ki, Zəki müəllim. 

Yadında, məktəbimizin tinində nöyüt dükanı vardı... 

Bu Fuadın yadına gəlirdi, özünün nöyüt növbələrində 

dayandığı günlər, evlərini qızdıran, xörəklərini bişirən 

kerosinkaları da yadında idi. 

—Oxartana odun daşımışam ki, Zəki müəllimin evinə. 

"Oxartana" sözü də Fuadın yaddaşını nə isə cırmaqladı. 

—Bəs atam səni niyə çıxartdı ki? 

Nosilşik güldü: 

—Başdan bir az xərəb idim də. Nə oxuyurdum, başımda 

qalmırdı. Nəxartana ki, Zəki müəllim direktor idi, mənə 

deyirdi, sən elə nöyüt gətir, odun daşı, ev-eşikdə bizə  əl-ayaq 

elə, dalısıynan işün yoxdu, qiymətdərüvi mən özüm 

yazdıracam. Elə yazdırırdı da, gəlib dördüncüyə çatdım. 

Dörddən Qurban müəllim başladı bizə  dərs oxumağa, özü də 

ki, direktor oldu. Day mənə göz verdi, işıq vermədi. Kütsən 

deyirdi, həm də tənbəlsən... Səninki deyir lap dvoynoy olub, — 

deyirdi — həm kütsən, həm tənbəl. — Nosilşik yenə 

şaqqıldayıb güldü. — Düz deməyinə düz deyirdi e, oxumağnan 

heç aram yoxdu, kitab-dəftər görəndə elə bil qara basırdı 

məni... Nəysə, qovdurdu da kişi məni day ondan sonra əməlli-

başlı oxumadım heç. Bir az o məktəb, bir az bu məktəb — 

oxumağın daşın atdım getdi... 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə