S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə45/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
68 
rinə qoyulur, azca açılır və qaldırıcıının köməyi ilə yuxarı 
qaldırılır, ehtiyatla qurğuya tökülür, orada sürətlə işlləyən 
sirkələyicinini köməyi ilə qarışdırıcıya tökülür və burada 
üzərinə arası kəsilmədən isti su tökülür. Qarışdırılmış süd 
nasos vasitəsi ilə soyuducuya örtülür və 6-8
0
C-yə qədər 
soyudulur. Bərpa edilib soyudulmuş süd 3-4 saat tutumlar-
da saxlanılır ki, südün zülalları öz daxilində su çəkib şişsin 
və bəzi həll olmayan hissəciklər və tam həll olosun. Bərpa 
edilmiş süd mütləq homogenləşdirilir. 
Yağsız quru süddən də bərpa edilmiş süd hazırlanır. Bu 
məqsədlə tez həll olan yağsız quru süd bərpa olunub qay-
maq və ya kərə yağla normallaşdırılır.Yüksək yağlı süd 
hazırlamaq üçün qəbul edilən üzlü südə yüksək keyfiyyətli 
qaymaq qarışdırıb onun yağlılığı 6%-ə çatdırır. Bu südün 
texnologiyasıda adi pasterizə edilmiş südün texnologiyası 
kimidir, ancaq 40-50
0
C temperaturda 12 Mpa təzyiqdə ho-
mogenləşdirilməsi vacibdir. Qalan əməliyyatlar eynilə ox-
şardır. 
Ərgin süd – aydın hiss olunan pasterizə dadına və iyinə, 
qəhvəyi rənginə görə adi içməli süddən fərqlənir. Bu orqa-
noleptik göstəricilərə südü yüksək temperaturda uzun 
müddət emal etməklə nail olurlar.
Ərgin südün istehsalı üçün südü təzə qaymaqla qarışdı-
rıb onun yağlılığını 3,9% və 5,8%-ə çatdırılır. Normallığı 
3,9% olan qarışıqdan isə yağlılığı 4%, normallığı 5,8% 
olan qarışıqdan isə yağlılığı 65 olan ərgin süd alınır. 
Normallaşdırılmış qarışıq əvəlcə homogenləşdirilir, 
sonra borulu pasterizatorda 95-99
0
C-yə qədər qızdırıb tu-
tumlara örtülür və bu temperaturda qapalı tutumlarda 3-4 
saat saxlanılır. Bu südün səthində yağ laylarının yığılması-
nın qarşısını almaq məqsədilə homogenləşdirmə əməliy-
yatı yerinə yetirilir. 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə