«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix25.07.2018
ölçüsü1,3 Mb.
#58770
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

29 



Texniki çətinliklər ilə yanaşı, elmi çətinliklər də var. Bəziləri fikirləşir ki, 

Haydeqqerin dilini ərəb dilinin quruluşuna uyğunlaşdırmaq qeyri-mümkündür 

və  bu  da  səhv  deyil,  çünki  məsələ  olduqca  çətindir

22

.  Haydeqqer  gizlətmir  ki, 



onun  fikri  və  bu  fikrin  ifadəsi  üçün  istifadə  etdiyi  dil  müəmmalı  təşbehlər  ilə 

dolu  məcazi  bir  dildir.  Onlar  o,  dərəcədə  çətindir  ki,  onların  əziyyətli  axtarışı 

prosesinə  heç  olmazsa  bir  qədər  güc  qoymaq  istəməyən  xalqların  rifahının 

bərpasına yol tapmaq olmaz. Lakin, bu qeyri-mümkün deyil, bu sadəcə bir neçə 

təcrübəni  birgə  işlətmək  bacarığını  tələb  edən  bir  işdir.  Elmin  iradəsini  iman 

təşkil  etdiyi  bir  dövrdə,  islamın  “qızıl  əsr”i  ərzində  yunan  əsərlərinin  ərəb 

dilinə  tərcüməsi  xatırlatma  və  inandırıcı  nümunə  kimi  çıxış  edir.  Lakin,  nə 

qədər ki, Haydeqqerin və digər fundamental müəlliflərin şax  əsərləri tərcümə 

edilməyib

23

, və fəlsəfələrinin universitet korpusu tamamilə ərəbləşdirilmiş olan 



ölkələrin  intellektual  dinamikasına  daxil  edilməyib  onların  dürüst  izahına 

keçmək  və  dəyişiklərə  aid  hər  hansı  bir  mövzu  ətrafında  məktəb  yaratmaq 

mümkün deyil.   

Bu,  doğrudur  ki,  tarixdə  yaxın  keçmişə  qədər  ərəb  ziyalıları  marksizmlə 

maraqlanmışlar, 

çünki 


müstəmləkələşdirilmiş 

ölkələrin 

bir 

çoxu 


müstəmləkəçilik  boyunduruğunu  atmağa  çağırırdılar  və  Marksın  irsi  «təlim 

kitabçası»nı  təşkil  etdiyi  sovet  sosialist  meylli  oriyentasiyanı  sonradan  qəbul 

etmişlər. Bu marağın kontekstində onlar müstəmləkəçilik üzrə xüsusi mövqeyi 

olan  Sartr  ilə  qarşılaşmışlar.  Filosofun  siyasətə  göründüyündən  daha  çox  cəlb 

edilməsi aydın məsələdir, lakin getdikcə hər şey çətinləşəcək. Xüsusən də, ona 

görə  ki,  bu  ölkələrin  ümidləri  dəyişib,  elə  həmin  marksizm  və  ya  Sartr 

məktəbləri  artıq  populyar  deyil  və  hazırki  böhran  intellektual  fəaliyyətlərinin 

digər  formalarını  tələb  edir.  Bu  onların  haydeqqerian  fikrə  müraciət  etmələri 

üçün  həlledici  bir  məqamdır,  çünki  onların  məruz  qaldıqları  hadisələr  öz 

köklərindən kəsilib və baş verən bu inkoherensiyanın mənşəyi və səbəbini başa 

düşmək üçün, o cümlədən, fəlsəfəyə də, müraciət etmək lazımdır. 

Söhbət  hansı  inkoherensiyadan  gedir?  Ədalətsizlik  indi  də  orada  baş 

verməkdədir,  identiklik  qəsb  olunub,  fikir  müsadirə  edilib  və  insanı 

dezinteqrasiya  edən,  onun  individuallığını  kiçildən,  şəxsi  azadlığına,  kollektiv 

xoşbəxtliyə,  maddi  rifahının  yaxşılaşmasına,  daxili  aləminə,  iqtisadi  inkişafa, 

tarixi  təsdiqə,  müasir  dünyaya  aidiyyətinə,  insanlar  iştirak  etdiyi  inkişaf 

proqramlarına  artıq  yer  saxlamayan  kütləvi  ideologizm  pərdəsi  altında 

                                                           

22

  - Fəthi Miskininin Sein und Zeit tərcüməsi, bu mənada, bir igidlikdir.   



23

  -  «Varlıq  və  zaman»  (Sein  und  Zeit)  bu  yaxınlarda,  2012-ci  ildə  Tunisdə  ərəb  dilinə  Fəthi  Miskini 

tərəfindən tərcümə edilmişdi, lakin Kantın, Nitsşenin kitabları, və Sualları (Questions) (I, II, III, IV) Sein 

und Zeit-in dərk edilməsi üçün ilk növbədə əhəmiyyət daşıyırlar.   



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

30 



gizlədilib.  Bütün  bunlar  ontoloji  narahatçılıq,  özgələşmə,  və  şəxsi  “mən”in 

annihilyasiyasını törədərək ciddi fəsadlara malik olan ekzistensial əzaba gətirib 

çıxarır. Buna, siyasi məqsədlərlə meydana gətirilmiş və sosial cəhətdən kortəbii 

olaraq yüksək sürətlə yayılan islamlaşmanı da, əlavə edək. O, texnika ilə idarə 

olunan  dünyada  rasionallığı  pisləyir,  və  uzun  müddət  ərzində  müsbət  olan 

məkanlarda  sakrallığı  oyadır.  Metafizikaya  bu  qayıdış  ərəb  insanını  onun 

universal  ölçüsü  ilə  parçalanmasında  ayırarkən,  iki  əsr  ərzində  bəşəriyyətin 

qoruyub  saxladığı  səyləri  dəstəksiz  qoyur.  Dünyanın  Haydeqqerin 

təşəbbüsündən tam azad olmamasını bilərək, metafizikanın dekonstruksiyasına 

başlamaq  lazımdırmı?  Yoxsa,  XXI-ci  əsrin  neo-teologiyasına  qarşı  müvafiq 

mübarizə  aləti  yaratmaq  üçün  lokal    tanıma  vasitəsi  ilə  Haydeqqerin 

metoduna müraciət etmək lazımdır? 

Ümumiyyətlə,  fəlsəfi fikrin, və xüsusilə də, haydeqqerian  fikrin inkişafını 

görmək  istəyində  olarkən  bu  yadda  olmalıdır  ki,  insan  və  cəmiyyət  islahatı 

məsələsi  ilə  bağlı  olan  bugünkü  ərəb  fikrinin  mübarizə  apardığı  mühit  XX-ci 

əsrin  əvvəlində  mövcud  olmuş  və  Qərb  fikrinin  yüksəlişinə  zəmin  yaratmış 

mühitdən  olduqca  fərqlənir.  Haydeqqerin  Avropasında  ideyalar  mübadiləsini 

dəstəkləyən  və  yeni  fəlsəfi  cərəyanların  yaranmasına  kömək  edən  müasirlik 

üstünlük təşkil edirdi. Bugünkü ərəb dünyasında çətinliklər içində böyük əzabla 

başını qaldırmağa çalışan müasirlik mövcuddur, ərəb və müsəlman ölkələrinin 

əksəriyyətində  şəxslərin  və  onların  əsərləri  dövriyyəsinin  tamamilə  olmadığı 

bir halda, filosofu digər bir filosof ilə təcrid olunma  və  tənhalıqdan  başqa  heç 

bir şey əlaqələndirmir. 

Lakin bu, o demək deyil ki, fikir dayandırılıb, və yaxud da, bütün ziyalılar 

vahid bir fikir istiqamətinə yönəlib. Bu dezinteqrasiyanın səbəblərini anlamaq 

və  ərəb  dünyasında  vəziyyəti  təhlil  etmək  üçün  bir  neçə  ilkin  yanaşma 

sınanmışdır.  Muşir  Aun  ümumi  səviyyədə  müasir  ərəb  fikrində  ən  azı  üç 

intellektual istiqaməti ayırır: fəlsəfi ənənəçiliyə gətirib çıxaran sırf teoloji yönlü 

cərəyanları, sərt mövqesiz razılaşma təmayülünü yaradan barışıqlıq fikrini, və 

Qərb  düşüncəsinə  yaxın  olan  modernist  fəlsəfi  təmayülünü  yaratmış 

dünyəviliyə üzvlülük haqqında fikri. 

Halbuki,  Yusif  bin  ‘Adi  2009-cu  ildə  apardığı  təhlildə  dörd  mühüm  sırf 

fəlsəfi istiqaməti müəyyən edir: onlardan birincisi, ərəb fikrinin islahatı prosesi 

zamanı dini islahatı yeritməyə təklif edir, ikincisi, ənənəvi islam fikrini yenidən, 

yeni  tənqidi  assimilyasiya

24

  istiqaməti  çərçivəsində  şərh  etməyi  təklif  edir, 



üçüncüsü, müasir məntiqin ərəb ağlının analitik sistemləşdirilməsi prosesində 

                                                           

24

  - Bunlar Məhəmməd əl-Cəbirinin və Məhəmməd Arkunun təsvir etdikləridi. 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə