«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix25.07.2018
ölçüsü1,3 Mb.
#58770
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

31 



işlədilməsi  məqsədilə  tədqiqinə  yönəlibdir,  və  nəhayət,  dördüncüsü,  müasir 

qermenevtikanın nailiyyətlərini nəzərdə tutur, və ərəb dini mətnini dolayı yolla 

yeni  konseptuallığın  vasitəsilə  bu  fənnin  təqdimatında  investisiya  etməyə 

çalışır


25

.   


Əvvəlcədən  görünür  ki,  üçüncü  təmayül,  əsasən,  mətnin  ərəb  dilində 

müasir  oxunuşu  üçün  açıqdır,  lakin,  dördüncüsü  qermenevtik  oxunuş  üçün 

daha çox yarayır, və haydeqqerian fəlsəfənin ərəb fikrinə uyğunlaşdırılmasında 

tətbiq edilə bilər. 

Məktəb  yarada  bilməsə  də,  Şərqdə  və  Məğribdə  (Şimali  Afrika)  yaxşı 

tanınmış, məşhur filosof Əbdürrəhman Bədəvinin

26

  ərəb ölkələrində vəziyyəti 



hamıdan  yaxşı  müəyyən  etməsi,  eləcədə    mənəvi  cəhətdən  Haydeqqerə  ən 

yaxın  olması  barədə  tarixçilər  yekdildirlər. Onun  yanaşması  ekzistensialistdir, 

“islam fikrinin tənəzzülü” haqqında əsərləri isə həmin fikrin xilas etmə yolunda 

olan vasitələri hərəkətə gətirmək istəyini və zərurətini nümayiş etdirir.   

Taleyin  istehzası  bundadır  ki,  islam  bölgəsində  yeganə  haydeqqerian 

məktəb  Haydeqqerin  və  iki  Şirazinin  –  Fars  dövlətinin  “qızıl  əsri”nin  iki 

mütəfəkkiri,  sufi  şairləri  Qütb  əd-Din  əş-Şirazi

27

  və  Hafiz  əş-Şirazinin



28

 

fikirlərinin oxşarlığı barədə iddianı irəli sürən, müsəlman, lakin, ərəb olmayan, 



“Haydeqqerian islamşünaslar” İran qrupunun təsisçisi Əhməd Fərdidin (1912-

1994)  məktəbidir.  Lakin,  bu  iddia  vaxtında  onun  təhrifedici  strategiyasının 

düşüncəsizliyini   pisləyən  və  müsəlman  fikrinin  Qərb  fikri  ilə  fərqliliyi,  hətta, 

radikal  surətdə  bir  araya  sığmazlığı,  bu  iki  model  arasında  heç  bir 

yaxınlaşmanın mümkün olmaması

29

  faktının gizlədilməsində onu ittiham edən 



Şayeqan  tərəfindən  tənqid  edilmişdir.  O,  həmçinin  Haydeqqerin  dilini 

cəmiyyətləri  yayındırmaq  və  onların  məqsədlərini  dəyişdirmək  üçün  onun 

zahiri  mürəkkəbliyi  pərdəsi  altında  dolam-dolaşıq  yolları  gizlətməkdə 

günahlandırır. 

                                                           

25

  -    Youcef  b.  ‘Adi :  As’ilat  al-Tanwir  wa-l-aqlaniyya  fi-l-fikr  al-‘arabi  al-mu’asir,  (Questions  des 



Lumières et de la Rationalité dans la pensée arabe contemporaine) (Müasir  ərəb fikrində maarif və 

rasionallığa dair suallar), Edition : al-Dar al-‘Arabiyya lil ‘Ulum, p. 2009 ; in: Moushir Aoun : Heidegger 



et la pensée arabe, s. 19-20. 

26

  -  Əbdürrəhman  Bədəvi  (1917-2002)  –  ərəb  fikrini  ifadə  edən  ən  böyük  filosoflardan  biri, 



ekzıstensialist-haydeqqeriançi,  aktivində  150  əsəri  mövcuddur  ki,  onlardan  bir  çoxu  peyğəmbərin 

həyatı, islam filosofları, müsəlman fikrinin tarixi və tənəzzülü mövzularına həsr olunubdur. 

 

27

  -    Qütb  əd-Din  Şirazi  (Şiraz,  1236  –  Təbriz,  1311)  –  fars  mənşəli  təbib,  astronom,  riyaziyyatçı, 



filosof, ilahiyyatçı, və sufi şairi. 

 

28



  - Şəms  əd-Din Məhəmməd  Hafiz Şirazi (1310  -  1379) – fars şairi,  filosof və təsəvvüf  mütəfəkkiri, 

Bəha-üd-Dinin  oğlu,  öz  dövrünün  ən  yaxşı  Quran  bilicisi  və  qiraətçisi  olduğuna  görə,  Hafiz  adını 

qazanmışdır.

 

29



  - D. Shayegan : « Heidegger  en Iran », Le Portique,  Revue de philosophie  et  de science humaine

2006, n° 18.   




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

32 



Obyektiv  və  rasional  təhlil  üçün  Muşir  Aun  çox  bir  qısa  coğrafi  tədqiqat 

aparmışdır.  O,  müxtəlif  ölkələrdə  Haydeqqer  fikrinin  təmsilçilərinin  etibarlı 

siyahısını təqdim edir. Onun sözlərinə görə, Məğrib ölkələri (Əlcəzair, Mərakeş, 

Tunis)  ənənəvi  cəmiyyət  məsələsinin  qoyuluşunda  Haydeqqerin  fikri  işığında 

metafizik  irsi  təkrar  oxumaq  üçün  daha  açıqdırlar.  Səriştəlilik  nöqteyi-

nəzərindən,  onlar,  həmçinin  haydeqqeriançılığın  fəlsəfi  dilinin  real 

assimilyasiyasını  nümayiş  etdirilər  baxmayaraq  ki,  üzərilərinə  götürdükləri 

vəzifə  üçün  ərəb  dilində  ifadə  imkanları  geniş  deyil.  O,  Əlcəzairdə  İbrahim 

Əhməd  və  Abu-l-Aid  Dududan,  Mərakeşdən  Abdüssələm  bin  Əbdüləli, 

Əbdürrəzzəak Düvey Məhəmməd Səbildən və Məhəmməd əş-Şeyxdən, Tunisdə 

Əli  əl-Həbib  əl-Frivi,  Məhəmməd  əl-Muzqi,  Fəthi  Miskinidən  və  Züheyr  əl-

Hvaylididən sitatlar gətirir. Ərəb Şərqində yalnız Livan və Misir ona cüzi şəkildə 

bağlılıq nümayiş etdirirlər. Bütün adları çəkilən şəxslərin ərəb dili sənətkarları 

olduqlarına  görə  üstünlüyü  var,  onlar  orta  əsr  və  müasir  ərəb  fəlsəfi  ənənə 

sahəsində güclü biliklərə malikdir, lakin, Qərb fikrinə xas olan məsələlərin dərk 

edilməsində və haydeqqerianlığın

30

  fəlsəfi məğzinin mənimsənilməsi nöqteyi-



nəzərindən  onlar  açıq-aydın  qusurlar  nümayiş  etdirilər.  O,  Misirdə  təqdimata 

artıq ehtiyacı olmayan Bədəvidən savayı, Livanda Musa Vəhbi, Əli Hərb, və Eli 

Nəcmdən, filosof İsmayıl Musaddak və Fuad Kamil, Mahmud Rahhab, və Əbd əl-

Qaffar Məkkavi kimi tərcüməçilərdən sitatlar gətirir 

31

*. Aydındır ki, bütün bu 



adamlar  eyni  tərzdə  düşünmürlər.  Bəziləri,  Əli  əl-Həbib  əl-Frivi  kimi,  belə 

hesab edirlər ki, əgər ərəb ziyalıları fikir məsələlərinə yiyələnməyə istəyirlərsə 

fəlsəfəyə  yanaşmada  özlərinin  oxunuş  üsulunu  tətbiq  etməkdə  maraqlı 

olmalıdırlar.  Fəthi  Miskini  ərəb  ağılını  Haydeqqerin  mətnləri  üzərində 

düşünməyə  dəvət  edir,  Züheyr  əl-Hvaylidi  isə,  ərəb  fəlsəfi  ənənəsində  dərk 

edilməmişi dərk etmək üçün Haydeqqerin ardınca getməyi təklif edir

32



Lakin, Haydeqqer, həmçinin, metodu da təklif edir. Bu metodun istifadəsi 

ilə  neçə  əsərin  yazılığını  biz  bilmirik,  lakin  nümunə  kimi  fəlsəfə  məntiqinin 

oxunuşu  üçün  ondan  istifadə  edən  Fəhmi  Hüveydini  göstərmək  olar,  habelə, 

                                                           

30

  -  Məğrib  filosoflarının  bu  qabiliyyəti  fransız  müstəmləkəçiliyinin  təbiətindən  irəli  gəlir  ki, 



kontinental fəlsəfə ilə qarşılaşmaya gətirib çıxarmışdır, o zaman ki, ingilis müstəmləkəçiliyini yaşamış 

Yaxın Şərq ölkələri Anglo-Sakson analitik fikri ilə rastlaşmışlar.   

31

  - Moushir Aoun: Heidegger et la pensée arabe, s. 25-26. 



*  Biz  burada  ərəb  tələffüzünün  üsuluna  riayət  etməmişik,  çünki  şəxsi  adlara  gəldikdə,  hər  ölkənin 

özünə məxsus oxunma tərzi var, və bu bizim mövzumuzdan kənarda olan məsələdir. 

32

  - Moushir Aoun : Heidegger et la pensée arabe,    s. 25-26. 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə