«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix25.07.2018
ölçüsü1,3 Mb.
#58770
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

27 



sualları  və  onun  izah  edilməsi  məsələlərini...  Bunlar,  zamanın  gedişi  ilə  onun 

inşa edəcəyi insan tərifinin ətrafında bir araya toplaşmış ünsürlər idi.   

Onun diqqətini iki nəhəng çəkmiş – transendent ölçüsü olan Kant və bədii 

ölçüsü olan 

16

  Nitsşe


17

. O, həmçinin, bədii və poetik ölçünün ifadəsi üçün işinin 

bir qismini Gölderlinə

 



18

  də həsr etmişdir.   

“Ontologiya.  Faktlara  uyğunluğun  qermenevtikası”  kursunda  o,  yazır: 

“Axtarışda  yol  yoldaşım  gənc  Lüter  oldu  və  tərəfindən  nifrətlə  qarşılanan 

təsəvvürümdə canlandırdığım Aristotel siması. Zərbələr – onları mənə endirən 

Kyerkeqor, və gözlər – onları mənə bəxş edən Husserl oldu 

19

”. 


Buna görə də, Haydeqqerin təşəbbüsü nəticəsində başlayan hərəkat bütün 

Avropaya, və qalan dünyanın böyük hissəsinə yayıla bilmışdır. Köhnə karkasları 

sirkələyib  əzilmiş  fəlsəfənin  qalıqları  altından  yeni  insanı  axtarıb  tapmaq 

niyyətində olan və bütün var gücü ilə yenilənməyə çalışan filosofun gəlişi böyük 

səbirsizliklə gözlənilirdi. 

Haydeqqerin ərəb ölkələrində qavranışı. 

İnsanı  yenidən  kəşf  etmək,  onun  təkamülünün  hər  bir  məqamını 

mənimsəmək  üçün  Haydeqqer  tərəfindən  başlanmış  tarixin  bu  dərk  edilməsi 

insan cəmiyyətinin inkişaf etməsi qaydalarını anlamaq, bəşəriyyəti təşkil edən 

sosial davranışlar komponentlərini müəyyən etmək istəyənlər üçün gərəkli bir 

addımdır. Ölkələr, dövlətlər, və xalqlar başa düşməlidir ki, fəlsəfənin hər hansı 

bir  ləngiməsi  elmin  və  etikanın  inkişafına  mənfi  təsir  göstərir.  Ərəb  ölkələri 

istisna  deyil.  Onlar,  həmçinin  məzmunu  tərəqqinin  və  fərdiyyətlər  haqqında 

elmin xeyrinə müsadirə edilmiş fəlsəfəni bərpa etməlidir. Muşir Aun məhz bu 

fikri çatdırmaq istəyirdi. 

Qeyd  etmək  lazımdır  ki,  məktəblər  yaratmamış  bir  neçə  müəllifi  istisna 

etsək, haydeqqerianlıq təsiri dairəsində ərəb və müsəlman ölkələri tərəfindən 

istinadlar  yoxdur.  Bəlkə,  haydeqqerian  fikri  tam  bütövlükdə,  və  yaxud  bir 

yanaşma  üsulu  kimi  bu  ölkələrin  filosoflarını  heç  də  valeh  etməmiş,  çünki  bu 

                                                           

16

  - Martin Heidegger : «Lettre à Husserl» (Письма Гуссерлю) от 22 октября 1927 г., fransız dilinə 



tərcümə:  J.-F.  Courtine,  ön  söz:  Michel  Haar :  Martin  Heidegger,  Paris :  Editions  de  l'Herne,  coll.  « 

Cahier de l'Herne », 1983, s. 67-68. 

17

  - «Kant və metafizika problemi» (Kant et le problème de la métaphysique) (1929), tərcümə: Rudolf 



Böehm və Alphonse de Waelhens, Paris : Gallimard, 1953. 

        Nietzsche I- II, tərcümə: Pierre Klossowski, Paris : Gallimard, 1971. 

 



  İoqann  Xristian  Fridrix  Gölderlin  –  /alm.:  Johann  Christian  Friedrich  Hölderlin/,  (1770-1843), 

görkəmli alman şairi.    – Tərcüməçinin (M.L.) qeydi.   

18

  -  Approche  de  Hölderlin,  Tərcümə:  Henri  Corbin,  Paris :  Gallimard,  1962 ;  Edition  augmentée, 



1973. 

19

  - Gadamer : Chemins de Heidegger, s. 5-6.    . 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

28 



növ  yanaşma  siyasi  iradə  olmadığı  halda  təcrid  olunmuş  individuumların  heç 

zaman birləşə bilməyəcəyini nəzərdə tutur? 

Onu  da  qeyd  edək  ki,  dünyanın  ən  görkəmli  haydeqqeriançıları 

Haydeqqerlə əsasən öz gənclik yaşlarında tanış olmuş, olduqca qeyri-adi gənc 

filosofun  mövcudluğu  haqqında  xəbər  tutaraq  onlar  Frayburq  im  Breisqau 

şəhərinə getmişdirlər. 

Onlar  onun  təlimini  bilavasitə  qavramışlar,  öyrənilmiş  və  assimilyasiya 

edilmiş  onun  fikri  bir  başa  ötürülmə  prosesini  daha  da  möhkəmləndirərək 

işlənilmiş  surətdə  onların  öz  tələbələrindən  ibarət  olan  auditoriyaya 

çatdırılırdı.  Bundan  başqa,  onun  fikri  yunan  və  latın

20

  dili  olmadan  çətin 



qavranılır  və  fenomenologiya,  ontologiya,  metafizika

21

  və  onları  əhatə  edən 



məsələlərə  mükəmməl  surətdə  yiyələnməmiş  dərk  edilə  bilməz...  bu 

şəxsiyyətlər  üçündür.  Biliklərin  strukturuna  gəldikdə  regionlararası  tərzdə 

düşünmək daha faydalı olardı, çünki, bütün ölkələrə aid olan tələblər və onların 

yerinə  yetirilməsi  yolları  mürəkkəbdir.  Lakin,  hər  hansı,  o  cümlədən,  xarici  iş 

qüvvəsi mövzusu ətrafında da təşkil olunmuş və kommunikasiya körpülərinin 

yaradılması  məqsədilə  həmin  miqyasda  tərcümə  işlərinə  üstünlük  verən 

universitetlərarası və ya regionlararası struktur mövcud deyil. 

Deməliyik  ki,  müqavimət  totaldır:  üstəlik,  elmi  isteblişmentin  olmaması, 

biliyin  və  idrakın,  o  cümlədən,  elmi  vasitələrin  və  istiqamətlərinin  qarşısını 

alan,  mənafelərinə  heç  bir  fayda  gətirməyən,  və  hətta  zidd  gedərək  onların 

dəyər  sistemini  məhv  edə  bilən  fikir  sisteminə  dəstək  göstərmək  istəməyən 

yerli  hakimiyyət  orqanları  mövcuddur.  Onlar  ortaq  bir  məqsəd  istiqamətində 

yaxınlaşmanı və müzakirə və təhlil yolu ilə fəlsəfi problemlərin qoyuluşu üçün 

çərçivəni  təmin  edən,  fəlsəfənin  tərəqqisinə  maneçilik  törədən  qüsurların 

aradan qaldırmasını bacaran, nəzəri və praktik həllər təklif edən homogen fikir 

üzrə təkmilləşdirilmə mərkəzinin yaranmasını qeyri-mümkün edir. Aydındır ki, 

biliyin  iplərini  əlində  saxlayanlar  Haydeqqeri  heç  xoşalmırlar,  qapalı  və  ya 

əlçatmaz  ölkələrdə  insanlar  və  biliklər  dövriyyəsinin  kanalları  tamamilə 

mühasirəyə  alınır.  Bəs  onda,  mütəfəkkirlərin  səylərini  koordinasiya  edə  bilən 

qlobal  əhatə  dairəli  müşavirələr  üzrə  strategiyaların  qurulmasını  necə 

gözləmək olar? 

                                                           

20

  -  Qədim  yunan  və  qədim  latın  dilləri  –  Haydeqqerin  anlayışına  görə  öyrənilməsi  faydalı  olan  iki 



dildir ki, ərəb ölkələrinin məktəb proqramlarında, demək olar ki, təmsil olunmayıblar. Alman dili isə, 

məktəb  proqramlarında,  ikinci  xarici  dil  kimi,  nadir  hallarda  mövcuddur.  Üçüncü  dilin  öyrənilməsi 

nəzərdə tutulmayıb. 

21

  -  Metodologiya  haqqında  sual  tədris  metodlarına  əsaslanır,  metafizika  fənni  proqramda  mövcud 



deyil, yaxud da, ondan vaz keçilir.     


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə