«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix25.07.2018
ölçüsü1,3 Mb.
#58770
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

21 



imkan  verir.  Onun  tələbələrindən  biri  olan  Qadamer

2

  onu  “yeni  Aristotel,  və 



daha  bir  Heqel”  adlandırmışdı.  O,  deyir  ki,  Haydeqqer  şagirdin  özünün 

düşünməyə  necə  öyrədilməsini  yaxşı  bilən  bir  ustaddır

3

.  Həqiqətən  də,  o, 



oxucusuna  baş  verən  vəziyyət  dəyişmələri  və  dönümlər  zamanı  bir  neçə  yol 

istiqamətindən  eyni  vaxtda  faydalanaraq  əsas  məqsəddən    yayınmamağı 

öyrətmişdi. Bu mənada o, Haydeqqeri “insanla onun öz taleyi arasında dialoqun 

təşəbbüskarı”

4

  adlandırmışdı, universal olan bir dialoqun. 



Haydeqqeri gələcək haqqında sual narahat edirdi. Çox erkən zamanlardan, 

Husserlin  təsiri  altında,  elmi,  texnoloji,  iqtisadi,  və  hətta  geosiyasi  tərəqqinin 

qarşısında  fəlsəfi  fikrin  köhnəlməsini  anlayarkən  özü  üçün  maraqlı  olan 

mövzulara təsir göstərərək, bəşəri fikrin əbədi hərəkətini və transformasiyasını 

nəzərə  almaqla  o,  bəşəriyyətin  azarını  şərh  edir.  Elmin  gur  inkişafında  ilk 

növbədə  fəlsəfə  əziyyət  çəkir,  ona  görə  ki,  onun  maraq  dairəsi  o  qədər  tez 

dəyişir və transformasiya edir ki, o, özü bu inkişafı çətinliklə izləməyə bacarır.   

Elmin  təkamülü,  onun  yayılması  və  ixtisaslaşması  elmi  fikirdə  və  onun 

dilində  metamorfoz  yaradır.  Bu  da,  yaranmış  ehtiyaclar  qarşısında  fəlsəfədən 

hər  dəfə  yeni  dil  və  yeni  baxış    hasil  edərək  səviyyəsinin  yüksəltməsini, 

vəhdətliyinin qorunması zamanı çevik və birləşdirici qabiliyyətə malik olmasını 

tələb edir. Beləliklə, insan    tərifi haqqında sual hər dəfə yeni, və hər halda, həll 

edilməmiş məsələ kimi meydana çıxır.   

Varlıq  haqqında  axtarışlarını  davam  etdirən  Haydeqqer  tezliklə  başa 

düşür  ki,  varlığın  ilkin  mənasının  unudulması  antik  dövrün  sonundan 

başlayaraq  fikrin  üzərində  hökmranlıq  edir,  və  metafizika  həmin  bu 

unudulmadan  qaynaqlanır,  ona  görə  ki,  o,  dünyada  şeylər  haqqında 

düşünməyin  səbəbidir,  və  Haydeqqer  bunu  “mövcudluq”  adlandırır.  Müasir 

dünya həm də ona görə qurbandır ki, qlobal səviyyədə onu işğal edən, ləngidib 

yatızdıran    texniki  ölçüyə  özünü  düçar  etmişdir.  Belə  ki,  bizim  hamımız 

insanın inkişafına mane törədən özgələşmə dünyasında yaşayırıq. Bu mürəkkəb 

bir problemdir. Unudulma təsadüfən, qəflətən, insan həyatının bir anında onun 

başına  gəlməmişdi.  O,  bir  neçə  əsr  ərzində  onu  müşayiət  edən  kvazi-təbii 

təkamülün  nəticəsidir.  Həmin  mutasiya  komfort  və  praktiki  həyatın 

asanlaşması tələbatının da nəticəsidir.   

Bütün  bunlar,  hələ  ki,  müəyyən  sualları  vermək  üçündür.  Lakin,  insan 

istər elm, istərsə də metafizika vasitəsilə, həyat tərəfindən ona hazır cavabların 

                                                           

2

  - Georq Hans Qadamer 60 il ərzində Haydeqqerin ardınca gedib. “Haydeqqerin yolları” (1983) («Les 



chemins de Heidegger») əsərində o, bu davamlı dostluğu bütün təfsilatı ilə xatırlayır. 

3

  - Georq Hans Qadamer: “Haydeqqerin yolları” («Les chemins de 



Heidegger»

), s. 10. 

 

4

  - Yenə orada, s. 25.



 


 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

22 



verilməsi  ilə  razılaşan  kimi,  o,  özü  düşünməkdən  uzaqlaşır  və  varlığı  təhlil 

etmək  qabiliyyətini  unudur.  “Varlıq  haqqında  sualı  yenidən  mənimsəmək” 

lazımdır,  bu  da  ki,  Parmenid  və  ya  Sokrat  dövründə  artıq  mövcud  olan 

fundamental həqiqətə tərəf üz tutmaq üçün dünyaya baxmaq, onu seyr etmək, 

şeylərə  baxarkən  onların  həqiqi  mahiyyətini  görmək  bacarığını,  elmi-texniki 

nəticələrin çərçivəsindən çıxaraq, şeylərin özünə qayıtmağı da nəzərdə tutur.   



Haydeqqerin fikri necə təkamül etmişdir ki, o cümlədən, insanın yeri 

də müəyyən edilsin? 

Haydeqqer  fəlsəfi  fikrin  vəhdətini,  bütövlüyünü,  və  birləşdirici  rolunu   

qoruyub  saxlayaraq  eyni  zamanda  onu  elmin  təsiri  altında  dəqiqləşdirmə  və 

ixtisaslaşma  həvəsindən  çəkindirmək  istəyir,  çünki  onun  donub  parçalanması 

təhlükəsi mövcuddur. Həqiqətən də, onun ətrafında səhvlər riskini minimuma 

endirmək  üçün  fəlsəfə  ilə  dəqiq  elmlər  metodunun  yaxınlaşdırılmasının 

tərəfdarı  olan  Husserl

5

  kimi  mütəfəkkirlər  var  idi.  Daha  sonra  o,  “varlıq” 



anlayışını  bütövlükdə  onun  bütün  tamlığı  və  zənginliyi  ilə  birlikdə  bərpa 

edilməsi  üçün,  “Bütün  –  Birdir”

6

  dedikdə:  insanı,  fikri,  və  dünyanı  nəzərdə 



tutan erkən dövrün mütəfəkkirlərinə qayıtmağı təklif edir. Fikri, ümumiyyətlə, 

dünya  qarşısına  çıxaran  müasir  elmlərin  böhranına  düşməyin  qarşısını  almaq 

üçün  o,  fəlsəfi  fikrin  doğuşuna  təkan  verən  və  onu  mənalandıran  ilkin 

səbəblərin gözdən keçirilməsinə qayıtmaq istəyir. Tam bütövlükdə götürülmüş 

fikrə  qayıdaraq  insan  dünyanı  problemlərinin  bir  qismi  kimi  görmək  əvəzinə 

problemlərinin həll edilməsi üçün öz bütövlüyünü və dünya ilə əlaqəsini bərpa 

edə  bilər.  Qədim  Yunan  fəlsəfəsində  təmsil  olunmuş  şəklində  olan  varlıq 

haqqında sual onun əsas mövzusu olacaq. 

Lakin, yunan fikrinə qayıdış müasirliyin problemlərinin həllini necə təmin 

edə  bilər?  Bu  cür  həllin  yəqinliyi  tam  bəlli  deyil,  xüsusilə  də,  əgər  “Varlıq  və 

zaman”da  (Sein  und  Zeit)  Haydeqqerin  “varlıq”  haqqında  müzakirə  açdığını 

nəzərə alsaq, halbuki daha çox bu “aktın” nəticəsidir. Əslində, onun niyyəti heç 

də  müasirliyi  inkar  etməkdə  və  ya  o,  dövrün  ənənələrinə  bağlanıb  qalmaqda, 

                                                           

5

  -  Edmund  Husserl  «Məntiqi  araşdırmalar»  (Recherches  logiques)  (1900),  İdeyalar  I  –  «Təmiz 



fenomenologiyaya ümumi giriş» (Ideen ou Idées directrices pour une phénoménologie) (1913), eləcə 

də  «Arifmetikanın  fəlsəfəsi»  (Philosophie  de  l'Arithmétique)  (1891),  «Fəlsəfə  -  ciddi  elm  kimi»  (La 



philosophie comme science rigoureuse) (1955), «Zamanın daxili dərk etmə şüuru üzrə mühazirələr» 

(Leçons  pour  une  phénoménologie  de  la  conscience  intime  du  temps)  (1928),  «Geometriyanın 

yaranması»  (L'origine  de  la  géométrie)  (1968),  «Avropa  elmlərinin  böhranı  və  transsedental 

fenomenologiya»  (La  Crise  des  sciences  européennes)(1961),  (Phénoménologie  transcendantale) 

(1935).

 

6



  -  Heraklitin  poemasının  bir  parçasında  o,  belə  deyir:  Məgər  bu  mən  deyiləm,  lakin  siz  eşitdiyiniz 

mənayam  /  Sonra,  həmin  mənada  belə  demək  müdrik  olardı:  Bütün  –  Birdir.  Martin  Haydeqqer



Essais et conférences, s. 250.

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə