«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix25.07.2018
ölçüsü1,3 Mb.
#58770
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

25 



bütün nəticələrini istiqamətləndirən, təməl prinsiplərinə zidd gedə bilən bütün 

nailiyyətlərin qarşısını alan bu    hegemoniyanın təsiri altında idi. 

Belə  bir  tendensiya  mövcuddur  ki,  metafizika  orta  əsrlərin  məhsuludur, 

halbuki  onun  əsaslarını  qoyan  Aristotel

11

  onu  “Varlığın  özü  haqqında  elm” 



adlandırmışdı.  Lakin, orta  əsrlərdə  o,  daha  çox,  varlığın  unudulmasına  kömək 

edən mövcudluğa müraciət edərkən, Aristotelin nəzərdə tutduğu mənadan çox-

çox  uzaqlarda  idi.  Və  insan  fikri  ilə  Tanrı  iradəsi  arasında  razılaşma  tapmaq 

ümidi  naminə  yaranış  haqqında  suala  giriş,  Yaradan  və  yaranan

12

  arasında 



başlıca əlaqənin mövcudluğu vurğulanaraq, dəyişdiriləcəkdir. 

Bu  eləcədə,  xaydeqqerianlığın  ixtirası  olmayan  klassik  metafizikanın 

bərpa  edilməsinə  də  aiddir.  Kant  da,  eyni  təşəbbüsü  dəstəkləyib  və  həmin 

nəticəyə  gəlmişdir,  lakin,  ola  bilsin  ki,  universal  düşüncə  daxilində  bu  cür 

uçurumun  törənməsinə  zaman  hələ  imkan  vermir.  Ona  görə  də  o,  nisbətən, 

metafizikanın yanaşmasına qayıtdı.   

Sözün  doğrusu,  metafizikanın  yenidən  baxılması  təcrid  olunmuş  surətdə 

edilə bilməz. Bu təşəbbüsün yalnız bütövlükdə geniş baş verdikdə, fəlsəfədə və 

onun  xaricində  insan  fikrini  hərəkətə  gətirəcək  dərin  dinamikanın  bir  hissəsi 

olduğu  halda  mənası  vardır.  Lakin,  Kant  dövrü  nəticələrini  dəyərləndirmək 

üçün  dünyaya  təsir  edən  dəyişikləri  hələ  hiss  etməyib.  Halbuki,  Haydeqqer 

həmin  fəaliyyətin  mərkəzində  idi.  Maarifçilik  əsri,  sənaye  inqilabı,  iki  dünya 

müharibəsi,  Almaniyanın  xüsusi  vəziyyəti,  və  ardınca  gələn  restrukturizasiya 

dövrü  onu  “insan”  məfhumu  tərifinin  yenidən  baxılması  zərurəti  haqqında 

suala gətirib çıxardı, bu həmin insan  idi ki, azadlığına  mane olan  metafizikanı 

rədd edərək, bəşəri dəyərləri müdafiə edə bilməyən humanizm nəzəriyyəsinin 

öz  mənasını  belə  şübhə  altına  qoyaraq,  Haydeqqer  onu  Dasein

13

 

adlandırmışdır,  nəticədə  isə,  onun  ekzistensializmin  tənqidində  insan  azadlığı 

nəzəriyyəsi haqqında bu olmadığı halda bəhs edilirdi. 

Buna  görə  də,  “Esse  və  konfranslar”da  müzakirələri  canlandıran 

Haydeqqer  “Metafizikanın  aşması”  haqqında  danışarkən  izah  etmişdir  ki, 

“aşmaq”  qeyri  münasib  termindir.  Ondan  o,  yalnız  ona  görə  istifadə  edir  ki, 

həmin  halda  onun  məqsədi  əvvəldən  aydın  və  aşkar  görunür,  lakin,  onun 

                                                           

11

  -  Aristotel  özündən  sonra  toplanılan  və  nəşr  olunan  monumental  əsərlər  korpusu  qoyub. 



Vəfatından  sonra  14  kitabı  kitabxanaçı  Andronik  Rodoslu  tərəfindən  toplanmış  və  “Metafizika”  adı 

almışdı. 

 

12

  - Hugo Ott: Martin Heidegger, Eléments pour une biographie, tərcümə.: J.-M. Beloeil, Paris : Payot, 



1990, s. 90-92.

 

13



  - Dasein termini fransız dilində öz son «être-là» («varlıq-orada») formasını tapmaqdan əvvəl,    ilk 

dəfə  fransız  dilinə  Anri  Korben  tərəfindən  «condition  humaine»  (insan  durumu;  insanın  vəziyyəti; 

insanın var olması şərtləri) kimi tərcümə olunmuşdur.   



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

26 



xüsusilə qeyd etmək istədiyi məsələ “öz mahiyyətinə nail olmaq üçün varlığın 

tarixinə  necə  imkan  yaradılsın”  və  ya  “təmiz  varlığın  doğuşu  və  vəhyi”

14

 

adlandırdığıdır. 



Haydeqqer,  həmçinin  özünü  fenomenologiyadan  da  uzaqlaşdırmışdır, 

halbuki,  əvvəllər  Husserlin  təsiri  altında  onu  bütövlükdə  qəbul  edirdi.  İnsan 

probleminə və varlıq məsələsinə bir neçə yanaşma tapmaq üçün o, qermenevtik 

və  ya  eksperimental,  hətta  poeziya  metodu  kimi digər  metodlara  da  müraciət 

etmişdir.  İnsan  həyatının  tərzi  və  düşüncəsi  səbəblərinin  təqdim  edilməsini 

nəzərdə  tutan  varlığın  mənası  haqqında  sualın  canlandırılması  Haydeqqerin 

ixtirası  deyildi,  çünki  varlıq  haqqında  suala  qayıtmaq  zərurəti  heç  zaman 

tamamilə  dayandırılmamışdır.  O,  tarix  boyu  davam  etmiş  və  fikri 

istiqamətləndirməyi,  yönəltməyi,  hərəkətləndirməyi  davam  etdirmişdir.  Lokk 

və  Spinoza  kimi  mütəfəkkirlər  onu  müntəzəm  olaraq  geri  qaytarmışlar,  o 

zaman ki, Dekart və Nitsşe həmin zərurətin qarşısında “düşüncə” və “varlıq” nə 

olduğunu anlamaq və söyləmək üçün bir alət icad etmişdirlər . 

Orta  əsrlərə  müraciətində  Haydeqqer  hələ  də  müqəddəs  Foma  Akvinalı, 

müqəddəs  Pol,  yaxud  Martin  Luter  kimi  teologiya,  kilsə,  və  ya  dinə  xüsusi 

aidiyyəti olan şəxslərə maraq göstərəcəkdir. Lakin, hamıdan çox onu Müqəddəs 

Avqustin  cəlb  edəcək,  çünki  o,  Haydeqqer  müraciət  etmək  istədiyi  ölümün 

yaxınlaşması,  narahatlıq,  şübhə,  insan  və  zaman  məsələləri  kimi,  və  qəti 

əminliyə  yer  saxlamayan  bütün  insan  problemlərini  aşkara  çıxarmışdır.  O, 

varlıq  həqiqəti,  hökm və ağıl,  xeyir  və şər, iman  və Tanrı  problemlərinin həlli 

yolu  ilə  xoşbəxtlik  axtarışına  çıxmaq  üçün  üzərimizdə  işləməyi  təklif  edir. 

Bütün  bu  mövzular  yenidən  “Varlıq  və  Zaman”  (Sein  und  Zeit)  əsərində  yer 

alacaqdır. Haydeqqer demişdir: “bu teoloji təhsilim olmasaydı, mən öz düşüncə 

yoluma heç vaxt nail olmazdım”

15

.   



Modern və müasirliyin gəlişi ilə o, onlara daha yaxın olacaq. O, həqiqətən 

də,  bu  iki  dövr  arasında  fərq  qoymur,  çünki  insan  həyatının  yenidən  bərpası 

üçün  onun  hər  iki  azad  edilməsi  cəhdi  tam  azadlığa  çıxış  yolu  olmadan  tam 

şəkildə  reallaşa  bilməz.  Bütün  bunlar  tamamilə  Haydeqqerin  zövqünə 

uyğundur.  Uydurulmuş  və  ya  real  dialoqlarda  o,  Husserl  ilə  əsrin  bütün 

məsələlərini  müzakirə  edəcək,  Sartr  ilə  mövcudluğun  və  ekzistensializmin 

problemlərini,  Qadamer  ilə  qermenevtik  hüdudları,  Bofre  ilə  isə,  fəlsəfi  dilin 

                                                           

14

  - Martin Heidegger : Essais et conférences, s. 80. 



15

  - Martin Heidegger: Sözlərə göstərici, «Entretien sur la parole avec un Japonais»

 (

«Yaponlunun və 



sual  verənin  arasında  baş  verən  dialoq»),  Tərcümə :  Beaufret,  Brokmeier,  Paris :  Gallimard,  1976  ( 

Haydeqqerin  həmsöhbəti  ilə  dialoqudur  ki,  burada  o,  «yol»  (der  Weg)  sözünün  mənası  üzərində 

davamlı surətdə meditasiya edir. Onun öz fikir yolunun Lao Tszınin sözləri ilə yaxınlığı ifadə olunur.

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə