«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L



Yüklə 236,97 Kb.

səhifə1/8
tarix25.07.2018
ölçüsü236,97 Kb.
  1   2   3   4   5   6   7   8


 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

19 



U İ Z A    Q A L L E Z 



 



  “HAYDEQQER VƏ ƏRƏB FİKRİ” 



 



Muşir Aunun «Haydeqqer irsinin ərəb və müsəlman məkanlarına 

təsiri» adlı kitabının təqdimatı 



 



Açar sözlər: Haydeqqer,  ərəb fikri,  Muşir Aun,  müsəlman bölgəsi, müasir 

ərəb mədəniyyəti. 

Keywords:  Heıdegger,  Arab  Thought,  Mushir  Aoun,  Muslim  region, 

contemporary Arabic Culture. 

Ключевые  слова:  Хайдеггер,  арабская  мысль,  Мушир  Аун, 

мусульманский регион, современная арабская культура. 

Haydeqqerin mətnlərini gözdən keçirərkən, 1927 ildə nəşr edilən “Zaman 

və varlıq” (Sein und Zeit), “Le Tordа seminarlar”dan (1969)  başlayaraq, “Kant 

və  metafizika  məsələsi”  (1929),  “Humanizm  haqqında  məktub”  kimi  əsərlərə 

nəzər  salarkən,  biri  birindən  fərqli  olan  iki  tövsiyə  aşkarlanır.  Günümüzün 

mövcud problemlərini anlamaq üçün, ilk başda bəşəri fikrin yaranış mənşəyini, 

ümumiyyətlə, varlıq haqqında sual qoyulduğu andan izləmək vacibdir və sonra 

filosof  hər  bir  anlamaq  istədiyimiz  əşyanın  və  ya  həll  etmək  istədiyimiz 

problemin dekonstruksiyasına başlayaraq şeylərin mahiyyətinin dərk edilməsi 

üçün bir yanaşma üsulu təklif edir.       

Müasir insan üçün aktual olan məsələlər ilə Haydeqqer hazırda əsrimizin 

real problemlərinə çevrilən məqamlar çərçivəsində maraqlanmağa başlamışdı. 

Texnologiya  və  reklamlar  bəlasının  etirafından  sonra  tikinti  və  betonun 

hücumuna,  “qara  meşənin”

  turistlər  üçün  abadlaşdırılmasına  və  yaxud  da 



                                                           

  Əlcəzair,  Fəlsəfə  doktoru,  3  Rue  F.  D.  Roosevelt-  Alger,  Web: www.cnrpah.org,  06.61.95.12.58, 



galleze@yahoo.fr 

  Məqalədə  Haydeqqer  irsinin  ərəb  və  müsəlman  fikrinə  təsiri  məsələsinə  dair  iki  müəllifin  –  Uiza 



Qallez  və  Muşir  Aunun  mövqeləri  təqdim  olunub.  Jurnalın  redaksiyası  belə  hesab  edir  ki,  tarixən 

varlıq  və  idrak  məsələlərini  geniş  miqyasda  həll  edən  ərəb  və  islam  dünyası  fəlsəfə  tarixinin  adı 

çəkilən məkanlara təsiri məqalədə nəzərə alınmadığı üçün, onun bir çox məsələlər üzrə irəli sürdüyü 

müddəaları  mübahisəlidir.  Məqalənin  mövzusunun  elmi  və  mənəvi-etik  nöqteyi-nəzərindən  aktual 

olmasını,  müəlliflərin  peşəkarlığını,  və  mövqelərində  möhkəm  dayanmalarını  nəzərə  alaraq  onu 

oxucuların diqqətinə təqdim edirik və məqalədə qaldırılan məsələlər haqqında tədqiqatçıların fikir və 

rəylərini gözləyirik. 

 Məqalənin fransız dilindən Azərbaycan və rus dillərinə tərcüməsi: f. ü. fəls. d. Leyla Məlikova, AMEA 



akad.  Z.M.Bünyadov  adına  Şərqşünaslıq  İnstitutu,  “Din  və  İctimai  fikir  tarixi”  şöbəsi, 

leyla_melikova2004@yahoo.com

     



 Şvartsvald (alm.: Schwarzwald – «qara meşə») – Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq 



torpağında  dağlıq  massiv.  Martin  Haydeqqer  (Martin  Heidegger)  orada  yerləşən  Messkirş 

şəhərciyində dünyaya göz açmışdır. – Tərcüməçinin qeydi: M.L.   




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

20 



hidravlika  və mexanika  ilə zəbt olunmuş  Reynə

 

diqqət yetirərək.., daha  qlobal 



götürdükdə  Haydeqqeri  insanın  müasir  dövrdə  gələcəyi  haqqında  sual  və 

fəlsəfə  ilə  fikir  istiqamətlərinin  taleyi  narahat  etmişdir.  Onun  sözlərinə  görə, 

problem  zamanda  deyil,  fəlsəfə  varlıq  haqqında  sualı  qoymaqdan  əl  çəkdiyi 

andan tənəzzül dövrünü yaşayır. Bir neçə əsr sürən metafizikanın hökmranlığı 

dövrü  ərzində  varlıq  həqiqəti  üstü  örtülü  qalmışdır.  Onun  yenidən  aşkar 

edilməsinə  başlamaq  üçün  Haydeqqer  metafizikanı  dekonstruksiya  etməyi 

təklif edir. Bunun üçün o, tarixi yenidən gözdən keçirir ki, həlledici məqamların 

təhlili vasitəsi ilə insanı dəyişiklərə məruz edən təkamülü müəyyən etsin, çünki 

təhlükə  məhz  varlığı  dəyişdirən  və  zəiflədən  mutasiyalar  zamanı  yaranır. 

Metafizikanın  gəlişi  fikir  dövrünün  sonuna  dəlalət  edən  ən  başlıca  məqamdır. 

Antik  Yunanıstan  ilkin  fikri  təmsil  etdiyi  zaman  ilkin  suallar  məhz  orada 

yaranmış, şeylər hələ vəhdətdə, fəlsəfi sual isə qlobal və mərkəzi idi. Yalnız bu 

dövrün  sonu  və  orta  əsrlərin  gəlişi  ilə  hələ  gənc  olan  metafizika  özünün 

genişlənməsi ilə insan simasını, onun rol və statusunu kiçiltməklə, o cümlədən 

fəlsəfənin  də  intellektual  strukturunu  və  məqsədini  dəyişdirərək  öz  ərazisini 

işarələməyə başlayacaq.   

Bu  yanaşma  vasitəsilə  Haydeqqer  dövriyyəyə  yeni  düşünmə  üslubu,  XX 

əsrin fəlsəfi dairələrini silkələyən bir fəlsəfi mövzu gətirmişdir.   

Müəllifin  vəfatından  azı  40  il  keçdikdən  sonra  buna  nəyə  görə 

qayıtmalıyıq?  Məhz  ona  görə  ki,  ərəb  ölkələrinin  aktual  problemləri  üzrə 

mümkün həll yollarını, nəhayət, tapmaq üçün ədəbiyyat Haydeqqerə qayıtmağı 

tövsiyə  edən  Muşir  Aunun  “Haydeqqer  və  ərəb  fikri”

1

  adlı  yeni  əsəri  ilə 



zənginləşdi.  Müxtəlif  sahələrdə  həyata  keçirilən  əsaslı  axtarışlarında  o, 

özlərinin  müvafiq  ərazilərinə  lokal  təhlillər  həsr  etmiş  və  Haydeqqerin 

metodunu  ölkələrinin  dərk  edilməsi  üçün  təsirli  bir  alət  kimi  işlətməyə  cəhd 

göstərmiş  az  və  ya  çox  dərəcədə  haydeqqeriançı  olan  ərəb  və  ya  müsəlman 

müəlliflərini təqdim edir.     

Haydeqqer (1889-1976) – sələflərinin biliklərindən faydalanmağı bacaran 

və bir çox şəxsiyyətlərə təsir göstərən alman mütəfəkkiridir. Beləliklə, sosial və 

ya siyası seçim məsələlərində bu nə qədər də mübahisəli olsa da, onun adı hər 

halda  dövrün  böyük  şəxsiyyətləri  sırasında  qalacaqdır.  Onun  düşüncə  yolu 

təkamül  prosesində  insanın  inkişafını  mərhələli  şəkildə  izləməyə  və  hələ  ki, 

təzahürünə  yenicə  başlayan  həqiqətlər  olan  və  bəşəri  fikrin  dayaq  sütununa 

çevrilən  məsələlər  üzrə  müzakirə  açaraq  gələcək  üçün  plan  tərtib  etməyə 

                                                           

1

  - Aoun Mouchir Basile: Heidegger et la pensée arabe, Paris : L’Harmattan, 2006.



 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə