«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix25.07.2018
ölçüsü1,3 Mb.
#58770
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

23 



yaxud da, aktları olduqca sadə nəticələri isə dərhal gerçəkləşən qədim yunanlar 

kimi düşünməkdə deyildi, bu daha çox, o, mənbəyə qayıdışdır ki, fikir orada öz 

təkamülünü  və  nəticəsini  daha  yaxşı  dərk  etmək  üçün  şeylərin  özü  haqda 

suallar  verir.  Haydeqqer  hər  bir  sirrin  və  ya  qeyri  müəyyənliyin  qarşısında 

yunan  fikrinə  dalmaq  ehtiyacını  hiss  edir.  Onun  düşüncə  aparatı  üçün 

fundamental olan bu sağalmanı “Esse və konfranslar”da (Essais et Conférences) o 

“doğma evə qayıdış” adlandırır.  

O,  “olmaq”  haqqında  sualı  qaldırır  və  heç  də  təsadüf  deyil  ki,  varlıq 

haqqında sual ilk dəfə fəlsəfi mənasını aldığı məhz er. əv. VII əsri insan tarixinin 

başlanğıc nöqtəsini kimi qeydə alır. Poetik dildə Anaksimandr qeyri maddi və 

xəlq  edilməyən  varlıq  haqqında  bəhs  edərkən  mənşə,  sonsuzluq,  və  ilkin 

elementlər  haqqında  məsələni  qoymuşdur.  Onun  fikri  ona  görə  “ilkin” 

adlandırılmışdır ki, arxa plana istinad etmirdi o, hər hansı keçmiş təsirə və ya 

doqmatizmə məruz qalmayan kvintessensiya olan bir fəlsəfi fikirdir. 

İlkin sual bundan ibarətdir: “Niyə görə heçlik deyil, varlıq var?”. Fales və 

Pifaqorun  dövründə  mövcud  olan  bu  sual  Heraklit  və  Parmenid,  eləcə  də, 

ənənənin  digər  sələfləri  tərəfindən  yenidən  verildi.  Bu  geniş,  dərin,  əhatəli, 

məzmunca zəngin, hissələrə parçalanmamış, vahid mövzulu və qlobal xasiyyətli 

cavablara malik olan bir sualdır. O, həqiqətin axtarışına keçərək insanın dünya 

haqqında  qlobal  kontekstdə  suallar  yaratmaq  qabiliyyəti  qarşısında 

təəccübündən  doğan  “başlanğıc”  konsepsiyasını  vurğulayır.  İnsanın  təbiətlə 

inteqrasiyası  istisna  olunmur,  marjinallaşmır  və  ya  ona  qarşı  etinasızlıq 

göstərilmir,  çünki  bir  fakt  olduğundan  o,  “varlıq”  anlayışının  mənasının 

zənginliyi ilə dərk edilir. 

İlkin  element  və  ya  ilkin  səbəb  vasitəsi  ilə  həyatın  yaranışını  nəzərdə 

tutan  bu  ilkin  suallar  “Fizikanın  nəzəriyyəsi”  və  ya  “Başlanğıc  nəzəriyyəsi”nin 

yaranmasına  gətirib çıxaracaqdır. Artıq çox sonralar, bu ilkin səbəbin nəticəsi 

olan insan haqqında, və eyni şəkildə bütün mövcud olanlar haqqında düşüncə 

müstəqil  tərzdə  təqdim  olunacaqdır.  Sokrat  və  Platon  (er.  əv.  IV  əsr)  həmin 

problemi ilk dəfə dəqiqləşdirənlərdən olmuşdurlar. Sokrat sadəcə insanı özünü 

dərk etməyə çağıran  “özün  özünü dərk et”

  7


  şüarı ilə, Platon isə güclü inkişaf 

etmiş  diskursun  vasitəsi  ilə  zahiri  və  illüziya  olan  hissi  aləmi,  “həqiqət  aləmi” 

konsepsiyasını təqdim edərək insan hər şeyi bilən olduğu ideyalar və həqiqətin 

İntellegibell  aləmini,  və  hər  şeyi  unudan  olduğu  “gözə  görünən  aləmi” 

ayıracaqdır.  Öyrənərək  insan  öz  insanlığını  xatırlayır.  Hər  halda,  bu  “Bilik 

nəzəriyyəsi”nin  elementar  prinsiplərindən  biri  kimi  qəbul  edilə  bilər.  Antik 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

24 



fəlsəfənin  bu  iki  sütununun  ardınca  zəkanı  təşviq  edərək  “Məntiq 

nəzəriyyə”sinə  də  yayılmış  Aristotel

8

  surətlə  gəlib  keçdi.  Bu  dövr  həmçinin 



“Epistemologiyanın  nəzəriyyəsi”  nə  olacaqdırsa,  onun  və  hətta  antik 

Yunanıstanın  xaricində  orta  əsrlər  minilliyinin  ərzində  və  sonralar  öz  təsirini 

davam  etdirəcək  “Metafizikanın  nəzəriyyəsi”nin

9

  yaranışına  gətirib 



çıxarmışdır. 

“Təfəkkür prosesində” iştirakına görə misilsiz olan fəlsəfəni formalaşdıran 

və strukturlaşdıran yunanlardan sonra Haydeqqer onun tərəfindən, əsasən çox 

bacarıb  az  danışan  və  dinməz  dəstək  kimi  təqdim  edilən  orta  əsrlərə 

söykənməyə başlayır. Əslində, bu dövr onun ilk ilham mənbəyi olmuşdur, çünki 

dinin  həll  etmədiyi  məsələlərə  cavab  tapmaq  üçün  fəlsəfəyə  üz  tutmağından 

əvvəl o, katolik ruhunda olan teoloji təhsil almışdır. Daha sonra, Duns Skotun

10

 



baxışlarına  həsr  olunmuş  doktorluq  dissertasiyası  və  dinləyiciləri  tərəfindən 

dəyərləndirilmiş,  kütlələr  toplamış,  provokasiya  xasiyyətli  “Dini  həyatın 

fenomenologiyası”  adlanan  ilk  kursu  olmuşdur  ki,  orada  o,  “Fenomenologiya” 

ilə “Din”i yanbayan qoymağa söz verərək, sonradan onların biri birinə tam zidd 

olma məsələsini təhlil edir.       

Orta  əsrlərin  xüsusiyyəti  yunan  məsələsini  tədricən  teoloji  məsələyə 

transformasiya  edən  və  ilk  növbədə  monoteistik  dinlərin  təsiri  altında 

ontologiyanı ənənəvi və xüsusi ontologiyaya ayıran insana baxış metoduna görə 

təşkil  etdiyi  metafizikanın  çəkisinin  artmasındadır.  Ümumilikdə  mövzular 

olduğu  kimi  qalırdı,  ona  görə  ki,  orta  əsrlərdə  də,  eynilə,  mütləq varlıq,  və  ya 

kainatın, təbiətin, və maddənin ilkin səbəbi haqqında bilik axtarırdılar, eləcə də, 

xoşbəxtlik və insan azadlığı haqında suallar verirdilər. Lakin, metafizika  əbədi 

prinsip  və  ilk  mühərrik  məsələsini  modifikasiya  edən,  insan  azadlığının 

dairəsini onun öz taleyinə müdaxilə etmək imkanlarında daraldan dini tələblər 

ilə  şərtləşdirilmişdir.  Həmçinin,  varlığın  gizli  siması  və  ictimaiyyətə  açıq 

olmayan  həqiqətin  naməlum  ölçüsü  işlənib  inkişaf  etdiriləcək,  halbuki 

ümumilikdə  varlıq  haqqında  sual  getdikcə  daha  marjinallaşdırılacaq  və  sonra 

tamamilə  gizliləşdiriləcəkdir.  Əslində,  hələ  qeyri-müstəqil  olan  elmlər  onların 

                                                                                                                                                                          

7

  - Sokratın istifadə etdiyi bu cümlə Delfi məbədinin giriş qapısında yazılmış bir ifadədir. O, Appolona 



həsr olunmuş böyük fəlsəfi ifadələr panteonunun frontonu üzərində cızılmışdı.   

8

-  Məhz  Frants  Bretanonun  1862-ci  ildə  nəşr  edilmiş  “Aristotelə  görə  mövcudluğun  çoxmənalılığı 



haqqında” (De la signification multiple de l'étant chez Aristote) kitabını oxuduqdan sonra Haydeqqer 

özünə Aristoteli kəşf edir, və 1920-ci illərin kurslarının böyük hissəsi ona həsr edilmişdir.   

9

  -  Həmin  giriş  tam  metafizika  ruhunda  idarə  olunan  müasir  ərəb  dünyası  şəraitində  daha  aydın 



görmək üçün bizə köməklik edə bilər. 

10

  -  Martin  Haydeqqer:  “Duns  Skotun  kateqoriyalar  və  məna  haqqında  təlimi”  (La  doctrine  des 



catégories  et  de  la  signification  chez  Duns  Scot,  thèse  de  doctorat

,  1913


),  Pol  Natorpun  redaktəsi 

altında (Paul Natorp). 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə