S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə25/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   21   22   23   24   25   26   27   28   ...   145

tromboemboliya, travm  v
ə  sair  hallar  xordaların  cırılmasına, 
m
əməcikvari  əzələlərin  disfunskiyasına  səbəb  ola bilər. Mitral 
requrgitasiya küyü ür
əyin zirvəsi üzərində  daha  yaxşı  eşidilir  və  o, 
qoltuqaltı  nahiyəsinə  və  sol kürəkaltı  sahəyə  irradiasiya olunur.  Yanaşı 
olaraq mitral stenoz olduğu, piylənmə, ağciyərin emfizemi zamanı mitral 
requrgitasiya küyü z
əif eşidilir. Maraqlıdır ki, mitral requrgitasiya böyük 
h
əcmdə  olduğu  təsadüflərdə  paroksizmal gecə  tövşüməsi, seyrici 
aritmiya,  ikinci  tonun  parçalanması,  sol  qulaqcığın  və  sol mədəciyin 
genişlənməsi, yəni  dilatasiyası  qeyd  edilir.  Bəzən  miokardın  kəskin 
işemiyası, stenokardiya tutması mitral requrgitasiyanın  ağırlaşmasını və 
h
ətta  ağciyərin kəskin ödemini törədə  bilər. Amilnitrit periferik damar 
müqavim
ətini  azaldır  və  bunun nəticəsində  sistola  zamanı  aorta  qapağı 
üz
ərindən keçən qanın sürəti artır. Sonuncu aortal küyü gücləndirir. Eyni 
zamanda mitral requrgit
asiya küyü, qanın sol mədəcikdən sistola zamanı 
asanlıqla  və  çox miqdarda, böyük sürətlə  keçməsi  hesabına,  zəifləyir. 
Amilnitriti x
əstəyə  uzanmış  vəziyyətdə  vermək  lazımdır, çunki o, 
sinkopal hal yarada bil
ər. 
 
Mitral  qapağın  prolapsı,  qapağın  miksomatoz  degenirasiyası 
n
əticəsində və çox vaxt trikuspidal qapağın prolapsı ilə birgə rast gəlinir. 
Onun Marfan v
ə  ya Elers-Danlo  sindromları  ilə  birlikdə  müşahidə 
edilm
əsi  mümkündür.  Trikuspidal  qapağın  prolapsı,  sağ  mədəciyin 
hipertrofiyası və dilatasiyası, pulmonal hipertenziya ilə müşayiət olunan 
hallar  az  deyildir.  Mitral  qapağın  prolapsı  çox  vaxt  qulaqcıqlararası 
ç
əpərin defekti ilə müşayiət olunur. 
 
Mitral qapağın prolapsı aşağıdakı səbəblərdən irəli gəlir: 

mitral  qapağın  anadangəlmə  miksomatoz  transformasiyası 
v
ə xordaların uzun olması; 
- m
əməcikvari əzələlərin disfunksiyası, infarkt və ya işemiya 
n
əticəsində mədəciklərin asinergik yığılması; 
-  miokard infarkti v
ə  ya  sol  dolayı  koronar  arteriyanın 
anadang
əlmə  yoxluğu  zamanı,  mitral  qapağın  arxa  tayının 
birl
əşdiyi yerdə miokardın disfunksiyası; 

xordların  müxtəlif  uzunluğunda  (aparılan  cərrahi 
əməliyyatın nəticələri kimi); 

hipertrofik 
obstruktiv kardiomiopatiya, asimmetrik 
hipertrofiya; 
- revmatik k
əskinləşmə, yəni revmatik hücüm
-  miokarditl
ər və  birləşdirici  toxumanın  diffuz  xəstəlikləri 
(kollagenozlar). 
 
Mitral qapağın prolapsı  çox vaxt qulaqcıqarası çəpərin defekti ilə 
birlikd
ə rast gəlinir. O, həm də 80% hallarda sol mədəciyin asinergiyası 
il
ə  müşayiət  edilir.  Endokardit,  xordaların  qopması,  requrgitasiyanın 
 
59 


proqressivl
əşməsi, valvulit onun ürək  çatışmazlığı  ilə  ağırlaşmasına 
s
əbəb ola bilər. 
 
Mitral qapağın prolapsı zamanı meydana çıxan sistolik və ya daha 
doğrusu  mezosistolik  çıqqıltı  sol  tərəfli pnevmotoraks, visseral və 
pariyetal plevra s
əhifələri  arasına  hava  qabarcıqlarının  daxil  olması, 
plevroperikardial bitişmələr, adgeziv plevrit, ürəyin sağ mədəciyinə ucu 
ballonlu  kateterin  salınması,  perikardın  yoxluğu  anomaliyası,  ağciyər 
arteriyası  qapağının  ikitaylı  olması  və  sonuncunun His dəstəsinin  sağ 
ayaqcığının  blokadası  ilə  müşayiət  olunması,  qulaqcıqlararası  çəpərin 
anevrizması,  kardiostimulyatorun  qoyulması,  sağ  və  ya  sol  qulaqcıq 
mik
soması,  tam  AV-blokada, mədəcik anevrizması  və  bəzən aortal 
requrgit
asiya hallarında ekstrakardial mənşəli ola bilər. 
 
Ür
əyin  üçtaylı  qapağın  disfunksiyası  və  patalogiyası  zamanı  baş 
ver
ən  requrgitasiya  küyü,  döş  sümüyünün  sol  kənarında,  epiqastral 
nahiy
ədə,  döş  sümüyünün  sağ  kənarında,  ürəyin zirvəsi  sağ  mədəciklə 
əhatə  olunmuş  hallarda  isə  zirvə  vurğusu  yerində  eşidilir.  Trikuspidal 
requrgit
asiya  küyü  pansistolik  xarakter  daşıyır,  döş  sümüyünün  sol 
k
ənarında  yaxşı  eşidilir,  nəfəsalma  zamanı  güclənir və  Korvallo 
simptomu  adlanır.  Onu da qeyd edək ki, nəfəsalmadan  başqa, fiziki 
yükl
ənmədə,  ayaqları  yuxarı  qaldırdıqda,  qaraciyərin üzərinə  təzyiq 
edildikd
ə  və  sonuncu halda dərindən nəfəs  aldıqda,  sözügedən küy 
gücl
ənir. Trikuspidal requrgitasiya travma, Ebşteyn anomaliyası, qapağın 
prolapsı,  infeksiya  mənşəli endokardit (çox  vaxt heroin 
narkomanlarında),  karsinoid  sindromu  hallarında  və  kardiostimulyator 
elektrodu n
əticəsində  baş  verə  bilər.  Trikuspidal  qapağın  fibroz 
h
əlqəsinin  70  yaşdan  yuxarı  şəxslərdə, hamilə  qadınlarda  genişlənməsi, 
sağ  mədəcikdaxili həcmin və  təzyiqin  artması,  pulmonal  hipertenziya 
hallarında, trikuspidal requrgitasiya müxətlif dərəcələrdə müəyyən oluna 
bil
ər.  
 
Qeyd etm
ək  lazımdır  ki,  ürəyin  sistolası  zamanı  baş  verən 
yerd
əyişmə  nəticəsində,  ağciyərin perikard ilə  plevra  arasında 
sıxılmasında kardiorespirator və  ya kardiopulmonal küylər eşidilə bilər. 
Bel
ə  küylər nəfəsalma  zamanı  güclənir.  Onların  mitral,  trikuspidal  və 
aortal  requrgitasiya  m
ənşəli küylərdən  ayırd  olunması  gərəkdir. 
Kardiopulmonal küyl
ər həmişə yumşaq, sakit olub, üfürücü və ya xışıltı 
xarakteri daşıyır, sistolada eşidilir. Bəzən kardiopulmonal küyləri, ürəyin 
sistolası  zamanı  onun,  sol  tərəfdə  7-ci  qabırğanın  qığırdağına  dəyməsi 
n
əticəsində  meydana  çıxan  və  xəncərvari  çıxıntının  solunda  eşidilən 
xışıltı ilə səhv salırlar.  
 
M
ədəciklərarası  çəpərin defekti çox vaxt onun membranoz 
hiss
əsində  lokalizə  olunur.  Üçtaylı  qapağın  septal  tayı,  mədəciklərarası 
ç
əpərin membranoz hissəsinə  elə  bitişmişdir  ki,  onu  iki  yerə  ayırır. 
 
60 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə