Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Göstərilən istiqamətdə hərəkət etmək bacarığının öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə36/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   32   33   34   35   36   37   38   39   ...   106
SRTFM

Göstərilən istiqamətdə hərəkət etmək bacarığının öyrədilməsi.

Uşaqlar fəzada əsas istiqamətləri fərqləndirməyi və adlandırmaq bacarığına yiyələndikdən sonra onlara göstərilən istiqamətdə hərəkət etməyi öyrədirlər. Bunun üçün “Hara getsən nə taparsan?” oyunundan istifadə rtmək olar. Oyunun məqsədi uşaqları fəzada əsa istiqamətləri hərəkətlə fərqləndirmək və işarə etməkdir.

Oyuna hazırlıq: Tərbiyəçi uşaqlar olmayan vaxtda qrup otağının müxtəlif yerlərində oyuncaqlar gizlədir. Məs. Qabaqda şirmanın arxasında ayını, arxada rəfdə isə gəlinciyi qoyur.

Oyunun gedişi: Tərbiyəçi tapşırığı izah edir: “Bu gün siz gizlədilmiş oyuncaqları tapacaqsınız. O, bir uşaq çağırıb deyir : Qabağa getsən ayını taparsan, arxaya getsən gəinciyi taparsan. Bəs sən hara getmək istəyirsən, oradan nə taparsan?”

Uşaq istiqamət seçməli, onun adını deməli və həmin istiqamətə getməlidir. O, oyuncağı tapıb, hansı oyuncağı və haradan tapdığını deyir. (Mən arxaya getdim və rəfdə gəlinciyi tapdım)

Bundan əlavə uşaqlara istiqaməti öyrətmək məqsədilə tərbuyəçi müxtəlif şəkillərin üzərində onlara tapşırıq verə bilər. Məsələn. Göstər, hansı balıqlar aşağı,hansılar yuxarı üzür?

Daha yaxın”, “daha uzaq”, “yaxın”, “uzaq” təsəvvürlərinin formalaşdırılması.

“Daha yaxın”, “daha uzaq”, “yaxın”, “uzaq” anlayışlarını uşaqlar oyuncaqlarla yarış xarakterli oyunlarda daha yaxşı mənimsəyirlər. Məs. “Kimin topu daha uzağa diyirləndi?”, “Kim qum kisəsini daha uzağa atdı?”və s. Beləliklə, uşaqlar tədriclə daha yaxın, daha uzaq, yaxın, uzaq sözlərinin mənasını anlayırlar.

Məşğələdə tərbiyəçi uşaqlara “Qırmizi papaq” nağılı üzrə şəkil göstərə bilər: “Qırmizi papaq hansı yol ilə getsə nənənin evinə daha tez çatar? “ Onun qarşısında 2 yol var, biri qısa, o biri isə uzun. Qısa-yaxın yoldur, uzun isə-uzaq yol. Tərbiyəçi uşaqlara tapşırıq verir: Uzaq yolu qırmızı, yaxın yolu isə yaşıl rəngdə rəngləyin.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə