Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Kağız vərəqi üstündə,stolun üstündə səmtləşmənin inkişaf etdirilməsi



Yüklə 2,56 Mb.
səhifə37/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   33   34   35   36   37   38   39   40   ...   106
SRTFM

Kağız vərəqi üstündə,stolun üstündə səmtləşmənin inkişaf etdirilməsi.

Orta qrupda riyaziyyat məşğələlərində kağız vərəqi üstündə, stolun üstündə uşaqların səmtləşməsinə daha böyük diqqət verirlər. İlk məşğələlərdən say kartlarının üst və alt zolağına hər hansı əşyaların qoyulması , müəyyən miqdarda əşyanı yuxarı və ya aşağı zolağa soldan sağa doğru düzmək və s.

Uşaqlara cədvəldə həndəsi fiqurların fəzadakı yerini təyin və işarə etməyi öyrətmək məqsədilə xüsusi çalışmalar aparılır.Uşaqlar əvvəlcə mərkəzdə qoyulmuş fiqurun,sonra isə ondan yuxarıda və aşağıda, yaxud solda və sağda qoyulmuş fiqurun adını deyirlər və uyğun qaydada mənzərəni fikirlərində canlandırırlar. Üzərində üçdən beşə qədər həndəsi fiqur təsvir olunmuş kartlardan istifadə edilir. Belə tapşırıqlar həm frontal,həm də fərdi aparıla bilər.

Müstəvi üzərində səmtləşmək bacarığını möhkəmləndirmək məqsədilə “Cüt şəkillər” tipində oyunlardan istifadə etmək olar. Bundan əlavə rəsm, kəsib yapışdırma məşğələlərində uşaqların aldıqları bilik və bacarıqlar möhkəmləndirilir.



Fəzada səmtləşmə bacarığını inkişaf etdirmək üçün həyati situasiyalardan istifadə edilməsi. Uşaqların fəzada səmtləşmə bacarığı təkcə məşğələlərdə deyil, onların gündəlik fəaliyyətlərində də möhkəmləndirilir və inkişaf etdirilir. Gün ərzində tərbiyəçi uşaqlara belə tapşırıqlar verir: karandaşı sağ əlinə götür, yemək vaxtı-qaşığı sağ əlinlə tut, çörəyi isə sol əllə, geyinmə vaxtı- ayaqqabılarını düz geyin (sağı sağ ayağına, solu sol ayağına geyin) və s.

Bundan əlavə fiziki mədəniyyət və musiqi məşğələləri, səhər gimnastikası və hərəkətli oyunlar fəzada səmtləşmə bacarığının inkişafı üçün böyük imkanlar yaradır.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə