Şahbaz xvduoğlu tərtibçilər



Yüklə 8,8 Mb.
Pdf görüntüsü
səhifə11/390
tarix20.01.2018
ölçüsü8,8 Mb.
#21801
1   ...   7   8   9   10   11   12   13   14   ...   390

X I

 

f ə s i l  

Ətraf mühitin mühafizəsinə nəzarət 

Maddə 70. Ətraf mühitin mühafizəsi sahəsində nəzarətin məqsəd və formaları 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  nəzarət  təsərrüfat  və  başqa  fəaliyyətlərin  təsiri 

nəticəsində  ətraf  mühitin  dəyişməsinin  müşahidə  edilməsi,  onun  sağlamlaşdırılması  və 

mühafizəsi, təbii resurslann bərpası və səmərəli istifadəsi, keyfiyyət normativlərinin və ekoloji 

tələblərin yerinə yetirilməsini nəzərdə tutur. 

Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət,  müəssisə 

(istehsalat) vo ictimai nəzarət həyata keçirilir. 

Maddə 71. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarəti 

1.

 



Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları 

həyata keçirirlər. 

2.

 

Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən vəzifəli şə.xslərin 



hüquqlan; 

2.1.


 

qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asıh 

olmayanıq,  müəssisə,  idarə,  təşkilatlara  və  digər  obyektlərə,  o  cümlədən  hərbi  və  müdafiə 

obyektlərinə maneəsiz (xidməti vəsiqələri təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini 

yerinə  yetirmək  üçün  zəruri  olan  sənədlərlə,  o  cümlədən  analizlərin  nəticələri  ilə  pulsuz  tanış 

olmaq; 


2.2.

 

ətraf  mühitin  mühafizəsi  və  sağlamlaşdmiması,  təbii  resurslann  bərpası  və  istifadəsi 



sahəsində  tədbirləri  yerinə  yetinnək,  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin 

keyfiyyət  normativlərinə  və  ekoloji  tələblərinə  əməl  etmək,  təmizləyici  və  başqa  zərər- 

sizləşdirici qurğuların, onlann nəzarət vəsaitlərinin işini yoxlamaq

2.3.


 

təbii  ehtiyatlardan  istifadə  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  ayn-ayn  fəaliyyət 

növlərinin  həyata  keçirilməsi  üçün  verilən  xüsusi  icazənin,  təbiətdən  İstifadə  müqavilələrinin 

(kontraktların)  və  xüsusi  icazələrinin  şərtlərinə  əməl  edilməsini  yoxlamaq,  qanunvericiliyə 

uyğun olaraq onlara xitam vennok barədə vəsatət qaldırmaq; 

2.4.


 

dövlət ekoloji ekspertizasının nəticələrinin yerinə yetirilməsinə nəzarət etmək; 

2.5.

 

ekoloji  tələblərin  və  ətraf  mühitin  keyfiyyət  nonnativiərinin  pozulması  ilə  həyata 



keçirilən  ekoloji  cəhətdən  təhlükəli  yüklərin  (məmuİatlann),  tullantılarm  və  xammal  ehtİ- 

yatlarm  Azərbaycan  Respublikasının  ərazisinə  gətirilməsinin  və  həmçinin  onun  ərazisindən 

tranzit  yolu  ilə  aparıimasmın  qadağan  olunması  haqqında  qanunvericiliyə  uyğun  olaraq 

sərəncamlar vennək; 

2.6.

 

ətraf  mühitin  mühafizəsi  sahəsində  pozuntuların  aradan  qaldırılmasına  dair  fiziki  və 



hüquqi şəxslərə tələblər irəli sürmək

2.7.


 

ekoloji  tələblərin  pozulması  ilə  əlaqədar  müəssisələrdə  qurğu  və  obyektlərdə  həyata 

keçirilən  işlərin  mohdudlaşdıniması  və  müvəqqəti  dayandın  iması,  o  cümlədən 

maliyyələşdirilməsinin  dayandınlması,  onlann  istismara  verilməsinin  qadağan  edilməsi, 

təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya fəaliyyətinə xitam verilməsi haqqında 

vəsatət qaldırmaq; 

2.8.

 

Qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsi sahəsində inzibati 



xatalar  (3)  haqqmda  işlərə  baxmaq,  təqsirkarlann  inzibati  və  ya  cinayət  məsuliyyətinə  cəlb 

edilməsi barədə materiallan müvafiq orqanlara göndərmək; 

 -------------------------------------------- 23 

 --------------------------------------------  




2.9.

 

ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunvericiliyin  pozulması  nəticəsində  vurulmuş 



zərərin  həcmlərini  müəyyən  etmək  (müəyyən  edilməsində  iştirak  etmək)  və  bunun  əsasında 

təqsirkar olan şəxslər bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddialan 

məhkəməyə təqdim etmək

2.10.


 

ətraf  mühitin  mühafizəsi  sahəsində  müəssisə  (istehsalat)  nəzarəti  qaydalarının  və 

normalannm gözlənilməsini yoxlamaq; 

2.11.


 

qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək; 

3,

 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini  həyata  keçirən  vəzifəli  şəxslərin 



qərarlarının  icrası  bütün  hüquqi  və  vəzifəli  şəxslər,  vətəndaşlar  üçün  məcburidir  və  onlardan 

tabeçilik və ya məhkəmə qaydasında şikayət edilə bilər. 

Maddə 72. Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti 

Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti müvafiq icra hakimiyyəti 

orqanları tərəfindən təsdiq edilən əsasnamələrə uyğun həyata keçirilir. 

Maddə 73. Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  ictimai  nəzarət'təbiətdən  istifadəçilərlə  müvafiq  icra 

hakimiyyəti orqanları arasında müqavilələr üzrə ictimai birliklər tərəfindən onlann təşəbbüsü ilə 

həyata keçirilir. 

İctimai  nəzarətin  apaniması  qaydaları  ictimai  birliklər  tərəfindən  onların  nizamnaməsinə 

uyğun müəyyən edilir. 

Maddə 74. Ətraf mühitin mühafizəsi sahəsində nəzarəti həyata keçirən şəxslərin 

müdafiəsi 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini  həyata  keçirən  vəzifəli  şəxslərin 

sığortalanması  dövlət  tərəfindən  təmin  edilir.  Belə  icbari  sığortalanma,  o  cümlədən  zərərin 

ödənilməsi qaydası qanunvericiliklə müəyyən edilir. 

Ətraf mühitin mühafizəsi sahəsində nəzarəti heyata keçirən şəxslərin xüsusi vasitələr və odlu 

silah  saxlaması,  gəzdirməsi,  onlardan  istifadə  hüququ  və  qaydaları  müvafiq  qanunvericiliklə 

müəyyən edilir. 

X I I

 

f ə s i l  

Ekoloji audit və onun həyata keçirilməsi 

Maddə 7S, Ekoloji audit 

1.

 

Ekoloji audit-təbii resursların İstifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi 

də  daxil  olmaqla,  təbiətdən  istifadəçi  tərəfindən  ekoloji  tələblərin,  ətraf  mühitin  mühafizəsi 

normalarının  və  qaydalarmm  gözlənilməsi  məqsədilə  onların  tesoniifat  və  digər  fəaliyyətinin 

müstəqil yoxlanılmasıdır. 

2.

 

Ekoloji  audit  təbiətdən  istifadəçi  ilə  ekoloji  auditor  arasmda  bağlanılmış  müqaviləyə 

əsasən apanlur. Qanunvericiliklə müəyyən edilmiş hallarda ekoloji audit məcburidir. 

3.

 

Ekoloji  auditor  məsbhəti  -  ekoloji  auditorun  ətraf  mühitin  mühafizəsi  və  omm 

keyfiyyətinin yaxşılaşdırılması, təbii resursların səmərəli və qənaətlə istifadəsi, bərpası, təbiətdən 

istifadəçi tərəfindən ekoloji tələblərə, ətraf mühitin mühafizəsi normalarma və qaydalarına riayət 

edilməsi üzrə məsləhətlərin verilməsidir. 

 -------------------------------------- 

 



24 

 --------------------------------------------  




Yüklə 8,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   390




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə