Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə24/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

 
 
 
76
Nizami irsi müəyyən mənada, qədim Azərbaycan 
ədəbiyyatının, folklorun, qədim Azərbaycan bədii 
təfəkkürünün tükənməz xəzinəsidir.  
“Qədim Azərbaycan  ədəbiyyatı haqqında məlumat 
mənbələrindən biri də Nizami kimi dahi sənətkarların 
əsərləridir. Nizami şifahi  ədəbiyyatın bir çox janrlarından 
istifadə etdiyi kimi, xüsusilə  qədim eposdan da bacarıqla 
istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərcə 
kiçik, böyük əfsanələrə,  əsatirlərə  təsadüf edilir. Bunlardan 
bəzilərini o özü yaratmış, bəzilərini isə müxtəlif yazılı 
məxəzlərdən,  şifahi  ədəbi  əsərlərdən istifadə edərək yenidən 
işləmiş, təkmilləşdirmiş, xalqdan alaraq yenidən xalqa 
qaytarmışdır (14,28). Tədqiqatdan aydın olur ki, dahi şair 
özündən  əvvəlki yazılı irslə  də yaxından tanış olmuş, bəzi 
folklor məlumatı ondan da öncə yazılı  ədəbiyyata daxil 
olmuşdur. Tarixi qaynaqlara yaxından bələd olan Nizami bu 
tipli məlumatlara həssas yanaşmışdır. 
“Nizami dastanlarının başlıca mövzusunu, məlum 
olduğu üzrə, qədim hadisələr və əfsanələr təşkil edir” (2, 25). 
Bu qeydi bir qədər də  dəqiqləşdirərək S. Paşayev yazır: 
“Nizami özünə  qədərki  Şərq  ədəbiyyatında və folklorunda 
mövcud olan ədəbi növlərdən və janrlardan da bacarıqla, 
yaradıcı  şəkildə özünəməxsus tərzdə istifadə etmişdir. 
Əlbəttə, Nizami bütün başqa mənbələrlə yanaşı, öz doğma 
xalqının yaılı  və  şifahi  ədəbiyyatından daha geniş  şəkildə 
faydalanamışdır” (9, 7). 
Nizami  əsas mövzularını xalq yaradıcılığından alıb, 
yaradıcılığını həmin mənbəyə uyğun, xalqın istək və arzuları 
ilə həmahəng şəkildə inkişaf etdirən bir sənətkar olduğundan 
onun  əsərləri sonrakı  şifahi  ədəbiyyatımıza güclü təsir 
göstərmişdir. 
Şair 
əsərlərində müxtəlif folklor 
nümunələrindən, o cümlədən  əsatir və  əfsanələrdən, 
rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə etdiyi 
kimi, onun yaradıcılıq xəzinəsi də öz növbəsində yeni 
əfsanələrin, rəvayətlərin meydana gəlməyi üçün tükənməz bir 


 
 
 
77
qaynaq rolu oynamışdır. Bütün bunlar, Nizaminin 
Azərbaycan torpağı ilə, doğma xalqının bitib-tükənməyən 
folklor xəzinəsi ilə üzvi surətdə bağlı olduğunu 
müəyyənləşdirir. Nizami mövzusu bizim filologiyamızda 
müəyyən qədər işlənmişdir. Nizami və folklor istiqamətinə də 
müraciətlər olmuşdur. Sədnik Paşa Pirsultanlı problemin 
tədqiq tarixini də yaxından araşdırmış və dəyərli mülahizələri 
əsərində  məqsədyönlü  şəkildə istifadə etmişdir. Tədqiqatları 
nəzərdən keçirən alim yazır: “Nizami və folklor probleminə 
bir sıra araşdırmalar həsr edilmişdir: Nizami və Dədə Qorqud 
dastanları, Nizamidə xalq sözləri, xalq ifadələri və 
zərbməsəllər, Nizami yaradıcılığında Azərbaycan xalq 
mərasimləri və başqa məsələlər ayrı- ayrı  tədqiqatçılar 
tərəfindən işlənmişdir” (2;3;4;5;6;7;8;9 və b.). Fundamental 
araşdırma baxımında qeyd etməliyik ki, Nizaminin 
Azərbaycan əsatir və əfsanələri ilə bağlılığını ilk dəfə Sədnik 
Paşayev ayrıca bir tədqiqat mövzusu olaraq araşdırmışdır. Bu 
mövzunu incəliklərinə qədər araşdıran alim bu sahədə diqqəti 
çəkən fikir və mülahizələrə də həssas yanaşır.   
Alimin qeyd etdiyinə görə, akademik H. Araslı Nizami 
Gəncəvinin folklor əlaqələrini öyrənməyin elmi 
əhəmiyyətindən bəhs edərək yazır: “Xalq ədəbiyyatı 
xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, 
əsərlərinin süjetləri ilə  əlaqədar çox materiallar vardır ki, 
bunların elmi surətdə toplanması nizamişünaslıq işinin 
qarşısında duran mühüm vəzifədir. Bu müxtəlif variantların 
müqayisə  və  təhlili istər  şairin  şəxsiyyətini, istərsə onun 
doğma xalqı ilə münasibətini təyin etmək üçün ən mühüm 
tədqiq obyektidir”. Məsələnin aktuallığını bir daha təs-
diqləmək üçün problemlə yaxından tanış olan mütəxəssislərin 
də fikirlərini diqqətə  çəkən müəllif yazır: “Nizami 
tədqiqatçılarının çoxu, xüsusilə Azərbaycan alimləri təsdiq 
edirlər ki, “o, klassik şairlərimiz içərisində hamıdan artıq xalq 
yaradıcılığı xəzinəsindən istifadə etmişdir”. Bundan sonra alim 


 
 
 
78
problemi daha ciddi və  dəqiq araşdırmaq üçün əsas 
istiqamətləri təsnif edərək müəyyənləşdirir: 
“Nizaminin folklor əlaqələri müxtəlif  şəkildə  təzahür 
edir ki, bunları da əsasən üç qrupda tədqiq etməyi mümkün 
sayırıq: 
1. Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və və 
əfsanələr, yaxud da başqa folklor nümunələri. 
2. Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar 
kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri 
və onların folklorda izləri. 
3. Nizaminin  həyatı ilə  əlaqədar hadisələr,  əsərlərinin 
süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, 
yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər. 
Nizaminin Şərq əfsanələrindən daha çox faydalandığını 
müşahidə edən müəllif iki səbəbdən bunları xüsusi olaraq 
qeyd etmir. “Birincisi ona görə ki, əfsanələrdə lokallıq-milli 
mənsubiyyət, bir xalqa məxsusluq, çox güclü olur. Belə ki, 
əfsanələr düşdüyü yeni folklor mühitində xeyli dəyişir, milli 
zəminlə çulğaşaraq yeni keyfiyyətlər qazanır, özümləşir. 
Həm də bir qayda olaraq, əfsanələr konkret coğrafi ərazi ilə, 
xalqın tarixi və görkəmli  şəxsiyyətləri ilə bağlı olur. İkinci 
səbəb isə ondan ibarətdir ki, Şərq  əfsanələrində Azərbaycan 
xalqının da payı vardır. Məsələn, “Əshabi-kəhf”, “Nuhun 
tufanı” və başqa əfsanələr buna misal ola bilər. Bu əfsanələr 
nəinki Azərbaycan xalqına məxsusdur hətta bu əfsanələrlə 
bağlı yerlər də yurdumuzun ən qədim yaşayış guşələrindən 
biri olan Naxçıvan torpağındadır. “Əshabi-kəhf” və oradakı 
“Cənnət bağı”, Nuhla bağlı  əfsanələrdə adları  çəkilən 
İlandağ, Kəmçi və Ağrı dağları da Naxçıvanda və ona yaxın 
ərazilərdədir. 
S.Paşayevə görə, Nizami qədim folklor nümunələrindən 
istifadəni başlıca yol saymamış, yeri gələndə başqa mənbələrə 
də müraciət etmişdir. Dahi şair folklordan aldığı kiçik süjetlər 
əsasında yeni keyfiyyətli incilər yaratmışdır. Bunu şairin epik 
əsəri olan “Sirlər xəzinəsi”ndəki bir sıra hekayətlər, o 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə