Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə21/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

 
 
 
66
7. Filоsоfiə löbvi, T. 1, s. 25 (Sm: Marks K., Gnqеlğs F. 
Sоç. T. 21, s. 79) 
8. Kitabi-Dədə Qorqud. – Bakı, Yazıçı, 1988, s. 83 
9. Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116 
10.
 
 Kraçkоvskiy I.Ö. Rannaə istоriə  pоvеsti  о 
Mеdjnunе i Lеyli v arabskоy litеraturе. Izb. sоçinеniə., tоm 
II, M.-L., 1956, s. 591-596; Е.G.Bеrtеlğs. Istоçniki “Lеyli i 
Mеdjnun” Nizami. – V kn. Izbranniе trudi. Nizami i Fizuli. – 
M., 1962, s. 266-275 
11.
 
Bеrtеlğs Е.G. Istоçniki “Lеyli i Mеdjnun” Nizami. – V 
kn. Izbranniе trudi. Nizami i Fizuli. – M., 1962, s. 268 
12.
 
 Aliеv Q.Ö. Akadеmik A.Е.Krimskiy i еqо sоçinеniе 
«Nizami i еqо  sоvrеmеnniki». – Vvеdеniе v kn. A.Е.Krim-
skiy. Nizami i еqо sоvrеmеnniki, Baku, 1981, s. 11 
13.
 
 Aliеv R.M. Nizami i еqо  pоgma «Lеyli i Mеdj-
nun». – Prеdislоviе k kn.: Nizami Qəndjеvi. Lеyli i Mеdjnun. 
Pеrеvоd s farsi, prеdislоviе i kоmmеntariе Rustama Aliеva, 
Baku, 1981, s. 11 
14.
 
 Şirvani Ö.Z. Еще raz оb istоçnikaх pоgmi «Lеyli i 
Mеdjnun» Nizami /Оpit istоrikо-sravnitеlğnоqо izuçеniе 
litеraturniх vzaimоsvəzеy/. – jurnal «Uçеniе zapisi 
Azеrbaydjanskоqо Univеrsitеta»,sеriə: əzik i litеratura, 1966, 
№ 6 
15.
 
 Sasani H. Nizaminin «Leyli və Məcnun» poeması. 
Namizədlik dissertasiyası. – Bakı, 1970 (Azərbaycan EA-nın 
kitabxanasında sxlanır). 
16.
 
 Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qay-
naqları. – Bakı, 1991, s 108 
17.
 
Baхşaliеva Q.B. Prеdislоviе k kn. Abu-l-Faradj Al-
Isfaхani. Kniqa pеsеn. Filоlоqiçеskiy pеrеvоd s arabskоqо, 
prеdislоviе, isslеdоvaniе, kоmmеntarii i ukazatеli 
Q.B.Baхşaliеvоy. – Baku, 1994, s. 20 
18.
 
Bertels Y.E. Nizaminin «Leyli və Məcnun» əsərinin 
mənbələri. – Bax:. «Nizami» almanaxı, Birinci kitab, Bakı, 
1940, s. 181 


 
 
 
67
19.
 
Sm.:  İbn Xalikan. Kitab vafaət…, I-IV, al-Kaxira, 
1948 
20.
 
Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qay-
naqları. – Bakı, 1991, s 103 
21.
 
Rоzanоv V.V. Lödi lunnоqо svеta. Mеtafizika 
хristianstva. Vtоrое izdaniе– S.Pеtеrburqğ, 1913 
22.
 
Qеrеdоt. Istоriə. V dеvəti tоmaх. – M., 1999, s. 87-
88 
23.
 
Şirvani Yusif Ziya. «Leyli və  Məcnun»  əsərinin 
meydana gəlməsi məsələsinə dair. «Nizami» almanaxı, 
Üçüncü kitab – Bakı, 1941, s. 120-126 
24.
 
Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbay-
can ədəbiyyatı, s. 109 
25.
 
Krimskiy A.Е. Nizami i еqо sоvrеmеnniki. – Baku, 
1981, s. 27 və 79 
26.
 
Hacılı A.Bayatı poetikası. – Bakı, 2000 
27.
 
Tоdоrоv Uvеtan. Pоgtika. V kn. «Strukturalizm: 
«za» i «prоtiv». – M., 1975, s. 37 
28.
 
Lоtman Ö.M. Analiz pоgtiçеskоqо tеksta. Izdatеlğ-
stva «Prоsvещеniе». Lеninqradskое оtdеlеniе. – L., 1972, s. 
257 
 
 
 
 
 
 
 
 
 
 
 
Ağaverdi XƏLİL 
aqaverdi@yandex.ru                   
                     


 
 
 
68
NİZAMİ VƏ FOLKLOR: ŞİFAHİ VƏ YAZILI  
ƏNƏNƏ ƏLAQƏSİ KONTEKSTİNDƏ  
 
Dahi Azərbaycan  şairi Nizami Gəncəvinin  əsərləri 
özündə  qədim mədəniyyətin incilərini qoruyub saxlayan və 
əsrlər keçərək bu möhtəşəm mənəvi mirasın günümüzə qədər 
itki və  zədə görmədən gəlib çıxa bilməsini təmin edən 
mühüm mənbədir. Vaxtilə ulu öndər Heydər  Əliyev Nizami 
irsini çox yüksək qiymətləndirərək onun adı ilə bağlı elmi və 
mədəni tədbirlərin daha intensiv keçirilməsinin zəruriliyini 
qeyd etmişdi. “Azərbaycanda Nizami Gəncəvinin xatirəsinin 
əbədiləşdirilməsi,  əsərlərinin nəşri, təbliği, tədqiqi və 
dünyada yayılması  işinin mükəmməl  şəkildə  rəsmi təşkili 
Heydər  Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasi xadim 
Heydər  Əliyev istər sovet dönəmində, istərsə  də milli 
müstəqillik qazandıqdan sonrakı dövrdə Nizami Gəncəvi 
şəxsiyyətinə və irsinə son dərəcə böyük ehtiramla yanaşmış, 
ciddi diqqət və qayğı göstərmiş, geniş  və çoxistiqamətli 
tədbirlər proqramı həyata keçirmişdir” (1, 13).  
Çünki mədəniyyəti dərindən bilən, onun incəliklərinə 
bələd olan, onun tarixi-mədəni əhəmiyyətini müəyyənləşdirə 
bilən  şəxsiyyətlər Nizami irsinin nə  qədər milli və  nə  qədər 
bəşəri bir dəyər daşıdığını aydın təsəvvür edirlər. Nizami 
dünyada yaşadığı bölgəsinə görə tanınan insanlardan deyil, o 
elə dahi şəxsiyyətdir ki, ona görə onun ölkəsini tanıyırlar. 
Yeni dövrdə isə belə bir dahi şəxsiyyətimiz ulu öndər Heydər 
Əliyev oldu. Ulu öndər dahiliyin dəyərini bildiyindən 
Nizamiyə həmişə və hər zaman həssas yanaşdı, onun irsinin 
öyrənilməsi və təbliği üçün zəruri olan bütün rəsmi tədbirləri 
həyata keçirdi. Məhz ulu öndərin yaratdığı  şərait sayəsində 
tədqiqatçılarımız Nizami irsinə yenidən müraciət etdilər və 
onu  ən müxtəlif istiqamətlərdən araşdırmaya cəlb etdilər. 
Bunun nəticəsidir ki, indi Nizamini dahi Azərbaycan  şairi 
kimi, filosofu və şeyxi kimi mükəmməl şəkildə təqdim edən 
onlarla tədqiqat əsərləri mövcuddur. 


 
 
 
69
Nizaminin dünya şöhrətli bir şəxsiyyət olması, onun za-
manın sərhədlərini sındıran  əsərlərinin  əzəməti və 
möhtəşəmliyi onu başqaları üçün də cazibədar edir. Dünyanın 
bir çox xalqları onu öz şairləri kimi sevirlər. Bəziləri isə onun 
milli mənsubiyyətini özlərinə bağlamağa cəhd edirlər.  
Məlumdur ki, Nizami Azərbaycanda doğulub, 
Azərbaycan türküdür, əsərlərini isə o dövrün bir çox türk 
şairləri kimi türklərin bir dönəm  şeir dili olaraq istifadə 
etdikləri fars dilində yazıb. Dil tədqiqatçılarımız Nizaminin 
dilində çoxlu türk sözləri aşkarladılar. Tarixçilərimiz onun 
yurdunun Azərbaycan olduğunu bir daha təsdiqlədilər. Dahi 
şairin milli mənsubiyyətini müəyyənləşdirən  əsas istiqamət 
isə folklor idi ki, bu məsələ ilə ardıcıl olaraq Sədnik Paşa 
Pirsultanlı məşğul olmuşdur. 
Qeyd edim ki, milli düşüncənin gerçəkləşdiyi folklor 
mətnləri  əslində “zahirən tərcümə” olunur. Onun ifadə etdiyi 
sxem, kod və  məlumat isə yerində qalır. Azərbaycan düşün-
cəsinə məxsus olan və ya düşüncənin Azərbaycan modelindəki 
sxemlər, kodlar və  məlumatlar bir milli sistemin elementləri 
olduğundan onlar invariant xarakterlidir və dil tərcüməsi 
zamanı da dəyişmirlər. Çünki onlar dillə ifadə olunan dildən 
böyük vahidlərdir. 
Araşdırmalardan məlum olur ki, Nizami Gəncəvi xalq 
yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor 
nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq 
üçün ustalıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası 
Bertles yazır: “Əgər Nizami bəlli olmayan başqa yazılı 
mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox 
geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material 
olmuşdur”. Nizami xalq hikmətini, zəkasını, xalq 
müdrikliyini hər  şeydən üstün tuturdu. Onun əsərləri bunun 
ən yaxşı isbatıdır. Nizaminin dahi bir sənətkar kimi 
yetişməsində bir çox amillərlə yanaşı, zəngin Azərbaycan 
xalq yaradıcılığı mühüm rol oynamışdır. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə