Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə19/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

 
 
 
60
guya Qeys, Lilakes isə Leylidir) böyük kəşf zənn edir, o 
səbəbdən də hər dəfə mötərizədə qarşılığını göstərirlər. Lakin 
«Qeys»də «Kis»in bir, «Leyli»də «Lilakes»in iki-üç səsinin 
üst-üstə düşməsi heç də mövzunun işlənməsi zamanını 
qədimləşdirməyə  əsas vermir və T.Xalisbəylinin «Leyli və 
Məcnun»u «şübhə etmədən,  ən azı iki min beş yüz il 
əvvələ»
57
 aparması ilə razılaşmaq mümkün deyil. Faktiki 
olaraq o, özü də təsdiqləyir ki, IX əsrdə yaşamış İbn-Kütayb 
və  Əbü-l-Fəracın belə  aşiq obrazları  hələ Nizami 
Məcnunundan çox uzaq idi. Ərəb rəvayətlərinə söykənən 
qəhrəman gördüyü hər gözələ  aşiq olur və eləcə  də çox 
qısqancdır. «İbn Kütayba görə, Məcnun bir neçə qadına rast 
gəlir, onu məftun edən Kərimət adlı  qız da bunların 
arasındaymış. Məcnun bunlara dəvə  kəsir, qonaq edir. 
Gözlənilmədən bura gözəl bir oğlan da gəlib çıxır. Kərimət 
həmin oğlanı görən kimi Məcnunu unudur. Məcnun hirslənib 
yola düşür. Yolda təsadüfən Leyliyə rast gəlir. Leyli 
Məcnunu çox nəvazişlə qarşılayır. Hətta başqa birisi ilə əlaqə 
saxlayırsa da, Məcnun məyus olduğuna görə onun yanına 
qayıdır və onu sevdiyini bildirir».
58
 Bu epizodlardan aydın 
görünür ki, əsil eşqi nəinki cəmiyyət, seçilib-sayılan iki gənc 
də  hələ tam dərk etmirdi. Nizamiyə  qədərki bütün «Leyli-
Məcnun» əhvalatlarında məhəbbət ehtiras, maraq və həvəslə 
bünövrəsi qoyulan, daha doğrusu, asanlıqla nifrətə çevrilən 
keçici hal kimi təqdim edilir. Əsil məcnunluq məhz dünyaya 
Nizamidən miras qalmışdı. Təsadüfi deyil ki, ancaq ondan 
sonra  Şərqdə «Leyli-Məcnun» mövzusu xüsusi əhəmiyyət 
kəsb etmiş, çox qüdrətli qələm sahibləri belə Nizami 
qəlibindən kənara çıxmağı bacarmamışlar. 
X.Yusifovun fikirləri ilə razılaşmaq olar ki, «Leyli və 
Məcnun» poeması  məlum ərəb əfsanəsinin məharətlə nəzmə 
çəkilməsi yox, zaman və insan haqqında ürək qanı ilə 
yazılmış son dərəcədə müasir bir əsərdir.  Şair Məcnunun 
                                                 
57
 Yenə orada, s. 106 
58
 Xalisbəyli T. Göstərilən əsəri, s. 103 


 
 
 
61
faciəsini göydəndüşmə, təsadüfi və  fərdi bir hal kimi yox, 
qanunauyğun, zamanın ziddiyyətlərindən, həyatın 
uğursuzluğundan törəyən bir nəticə kimi qələmə alır».
59
 
Məcnunluq ədəbi hadisə olmaqla yanaşı, həm də ictimai 
şüur formasıdır, dünyanı dərkə doğru açılan ilkin cığırlardan 
biridir. Bu cığır  ərəb orağıyla Azərbaycan türkü tərəfindən 
açılmışdır. Ona görə də akademik Y.M.Marrın yazdığı kimi, 
Nizaminin şeirləri iranlıya aydın deyildir, lakin Qafqaz üçün 
o, dahidir. Y.Krımski məsələni başqa istiqamətə yönəldib 
daha kəskin  şəkildə qoyurdu: Nizaminin «Leyli və 
Məcnun»unun qəhrəmanları  ərəb yox, türk romantik 
qəhrəmanlarıdır.
60
  Əgər  şair farsdan və  ərəbdən aldığı 
mövzuları onların öz ədəbi dilində türk xəmiri ilə yoğurmağı 
bacarmışdısa, deməli, xalqının böyüklüyünü göstərə bilmişdi.  
 
Y.M.Lotman  şeirin struktur təhlilini aparanda 
mifoloji amillərin hətta müasir poeziyanın da ən sirli 
cəhətlərinin, görünməyən tərəflərinin  əlaqələndiricisi 
rolunu yerinə yetirdiyini göstərir. Poetik fiqurların 
dünyanın quruluşuna uyğun verilməsi bir tərəfdən 
ənənədən gəlir, digər tərəfdən «Arxetiplər» təliminə 
uyğun olaraq alimin yaradıcılığına üz tütduğu söz 
sənətkarının (N.A.Zabolotskiy) həyatda çətinliklərlə 
qarşılaşıb psixoloji hallar keçirməsindən doğur. «Yuxa-
rı/aşağı» (verx/niz) modelinin cəmiyyətdəki  əksliklərə 
şamil edilməsindən danışanda M.Lotman bildirir ki, 
«yuxarı» həmişə «uzaq», «aşağı» isə «yaxın» sözlərinə 
sinonim anlamında da işlədilir
61
. Bədii  əsərin poetik 
strukturunun, xüsusilə bütünlüklə ilkin təsəvvürlərdən, 
xalq inanclarından qidalanan Nizami kimi şairin 
yaradıcılığının mifoloji modellərə uyğunluğu ilk baxışda 
                                                 
59
 Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, s. 109 
60
 Крымский А.Е. Низами и его современники. – Баку, 1981, с. 27 вя 79 
61
Лотман  Ю.М.  Анализ  поэтического  текста.  Издательства  «Просвещение». 
Ленинградское отделение. – Л., 1972, с. 257 


 
 
 
62
təəccüb doğursa da, əslində  əsas mənəvi sərvət sayılan 
ölçülü-biçimli poeziyanın ilhamdan – dünyanı idarə edən 
qüvvədən, kənar enerjidən doğduğunu sübuta yetirir. 
Çünki  şeir adi informasiyanın ruhun dərin qatlarından 
keçirilməsi, xəyali dünyalarda obrazlaşması  və kodlarla, 
işarələrlə, simvollarla əksidir. Nizamidə  
 
a) yüksəklik, kamillik, haqq (ədalət), xeyir, yaradıcılıq 
vüsəti, işıq, istilik, gerçəklik, uzaq, genişlik, 
inkişaf//fəaliyyət, metamorfoza, azadlıq//müstəqillik, 
müxtəlif məzmunlu dolğun informasiya, fikir//düşüncə 
(mədəniyyət), yaradıcılıq potensialı (yeni formalar yaratmaq), 
harmoniya//tarazlıq, əbədiyyət, yaşarlığın mənbəyi yuxarıda,  
b) alçaqlıq, nadanlıq, zülm, şər, mütilik, zülmət, 
soyuqluq, yalan (uydyrma), yaxın, sıxlıq, fəaliyyətsizlik, 
mexaniki hərəkət,  əsarət//köləlik, məddahlıq, təbiət, 
qabiliyyətin yoxluğu, qarışıqlıq, durğunluq, ölüm isə aşağıda 
yerləşir.  
Onların arasında eşq durub tarazlıq yaratmasaydı, 
dünya məhvərindən çıxar,  yüksəklik-alçaqlıq, kamillik-
nadanlıq, haqq (ədalət)-zülm, xeyir-şər, istedad-mütilik, işıq-
zülmət, istilik-soyuqluq, uzaq-yaxın, genişlik-sıxlıq, inkişaf 
(fəaliyyət)-fəaliyyətsizlik (tənbəllik), metamorfoza-mexaniki 
hərəkət, azadlıq (müstəqillik)-əsarət (köləlik), informasiya-
məddahlıq, fikir // düşüncə (mədəniyyət)-təbiət, yaradıcılıq 
(yeni formalar tapmaq) – qabiliyyətin yoxluğu, harmoniya 
(tarazlıq)-qarışıqlıq,  əbədiyyat-durğunluq, gerçəklik-yalan 
(uydurma), həyat-ölüm qarşıdurması təzədən xaos yaradardı. 
Məhəbbətin atəşi aşağıdan yuxarıya doğru uzanan düz ox 
boyu çoxaldıqca pisliklərin, mənfiliklərin gücü tükənir, 
fəallığı sönür. 
 
 
 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə