Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

 
 
 
51
keçmişdir, müəyyən epizodların təsvirində isə müraciət etdiyi 
kitablara ancaq dolayı yollarla işarələr vurmuşdur. 
Nizami əsərin yazılma səbəblərindən bəhs açanda hətta 
material azlığından,  əlinin təkcə xalq söyləmələrinə 
çatmasından şikayətlənərək deyirdi ki: 
Həddindən artıq bəzək vurmaq da,  
Rəvayətin üzünü korlayır.
35
 
Və  eşitdiyi  əfsanələri xalqın yaratdığı  şəkildə  nəzmə 
çəkməyi özündən yersiz əlavələr uydurmaqdan üstün tuturdu.  
Böyük sənətkar Şirvan hökmdarı Axsitandan “Leyli və 
Məcnun” mövzusunda əsər yazmaq sifarişini bir neçə 
səbəbdən tərəddüdlə qarşılamışdı. Onlardan ən mühümü 
qədim  əfsanə haqqında özündən  əvvəl tutarlı söz 
deyilməməsi, daha doğrusu, yazılı  mənbələrdən istədiyi 
materialları tapa bilməməsi idi. İlk baxışda düşünürsən ki, 
tədqiqatçıların poemanın qida mənbəyi kimi göstərdikləri 
çoxsaylı kitablardan Nizami xəbərdar olsaydı, bu misraları 
dilinə gətirməzdi: 
Heç kəs bu kədərli [mövzunun] ətrafına 
dolanmamışdır. 
Şair, onu nəzmə çəkməkdən qaçmış, 
(Ona görə də) nəhayət, dastan deyilməmiş qalmış.
36
 
Belə  qənaət oyanır ki, Nizami “Leyli və  Məcnun” 
rəvayətinin ancaq ona qədər poemalaşmamasından danışır. 
Lakin bir qədər sonra öz gücünə inandığını etiraf edəndə 
bildirir ki: 
Bütün imkanların yoxluğu ilə 
Əsərin lətafətini o yerə çatdıram ki,  
Şah həzrətləri onu oxuyarkən
Yoluna saf gövhər səpsin...
37
 
Şair doğrudanmı “imkanların yoxluğu”na baxmayaraq 
qəmli eşq dastanını  təkcə  ağızlarda gəzib-dolaşan  şifahi 
                                                 
35
 Nizami. Leyli və Məcnun, s. 36.  
36
Yenə orada, s. 37. 
37
Nizami. Leyli və Məcnun, s. 37. 


 
 
 
52
rəvayətlərə  əsaslanmaqla  ərsəyə  gətirmək istəyirdi? Adamın 
inanmağı gəlmir ki, o, yaşının cavanlıq və müdriklik çağında 
seçdiyi mövzu ilə bağlı yazılı materialları  əldə edib 
faydalanmaqdan boyun qaçırsın. Axı Nizami qocalanda, 
sağlamlığını itirəndə belə  “İsgəndərnamə” kimi nəhəng 
əsərinə dair çoxsaylı kitabları diqqətlə  nəzərdən keçirdiyini 
etiraf edirdi. Deməli,  şair Məcnun haqqındakı  əlyazmalarla 
tanış idi – sadəcə olaraq eşitdiyi  şifahi məlumatlarla orada 
yazılanlar üst-üstə düşdüyündən ya onları tutarlı  mənbə 
saymır; ya da həmin kitablardakı baş obrazla öz aləmində 
yaratdığı  Məcnun arasında böyük fərq görürdü, ona görə  də 
başlanğıcda xatırlamağa lüzum bilmirdi. Ola bilsin ki, ərəb 
dilli mənbələrlə birbaşa deyil, dolayı yolla – dostlarının 
söyləmələri vasitəsiylə tanış olmuşdu. Hər halda şairin 
həyatının məlum məqamları öz əsərlərinə  əsasən üzə 
çıxarıldığını nəzərə alıb bütün yazdıqlarına inansaq, “Leyli və 
Məcnun”un bir neçə yerində adını  çəkmədiyi söz 
sənətkarlarının  əsərlərinə istinad etdiyinə eyham vurduğu 
görünür. Ümumiyyətlə, Nizaminin süjetqurma ustalığından 
xüsusi danışmaq lazım gəlir. Ona qədərki epik şeirdə daha 
çox didaktik hekayəçilikdən və ayrıca götürülmüş bir 
qəhrəmanın həyatının düzxətli təsvirindən istifadə olunurdu. 
Nizami süjeti qollu-budaqlı verməklə, bir-birindən seçilən 
obrazlar silsiləsini vahid əsər içərisində əritməklə yanaşı təh-
kiyəçilik funksiyasını üçüncü şəxslə (özü ilə) 
məhdudlaşdırmır, yeri gələndə  əhvalatları  qəhrəmanlarının 
dilindən təsvir edir, eləcə  də öz təsvirçilik rolunu çoxsaylı 
informatorlarla – kənar nağılçılarla bölüşürdü. Onun 
dövründə epik ənənədə  ən geniş yayılmış forma müxtəlif 
əhvalatları süni yolla bir süjet daxilində birləşdirmək idi. 
Şərqin “1001 gecə” kitabında “Şəhriyar-Şəhrizad”  əhvalatı 
məhz  ərəb mühitində uydurularaq hind, İran,  ərəb və türk 
xalqlarının müstəqil nağılları bir mətn, daha doğrusu, vahid 
süjet məkanında birləşdirilmişdi. “1001 gecə”nin sınaqdan 
çıxmış  təcrübəsindən bütün sənətkarlar istifadə edirdi. O 


 
 
 
53
cümlədən Nizami də “Yeddi gözəl”də  həmin strukturdan 
daha yaradıcı  şəkildə faydalanacaqdı.  Şair “Leyli və 
Məcnun”da özunəməxsus yolla gedir və süjet ardıcıllığını 
poemadakı müəyyən  əhvalatları  kənar infarmatorların adına 
çıxırdı. “Leyli və  Məcnun”u diqqətlə  nəzərdən keçirdikdə 
aydın görünür ki, o, əvvəlinci fəsilləri bir ozan, dastançı kimi 
özü təsvir edir, Məcnunu tam yetişdirib  ərsəyə  gətirəndən 
sonra isə bir neçə səbəbdən kənar nağılçıları köməyə çağırır. 
Birincisi, ona görə ki, oxucular əsərin hamıya tanış 
hekayətlərdən törədiyini görsünlər.  İkincisi, reallığına, 
gerçəkliyinə inansınlar. Üçüncüsü, epizodlararası rabitə, 
bağlantı  təmin edilsin. Bu səbəbdən də Nizaminin təsvirçi 
köməkçilərini bir neçə qrupa ayırmaq olar:  
a) ümumiyyətlə, şair söz sənətkarını, o cümlədən özünü 
nəzərdə tutub məcazi nağılçı, söyləyici obrazı yaradır; 
b) istifadə etdiyi konkret yazılı mənbəni nişan verir; 
v) nəhayət, şifahi söyləmələrə əsanlandığını bildirir. 
Bəzən  şair hadisənin mənbəyini obrazlı  şəklə salıb 
naməlum kənar  şəxsə ünvanlayır, konkretlikdən çox uzaq 
olur və  həmin nəqletmə formasından bədii priyom kimi 
istifadə edir: 
Bu xəzinənin xəzinə açanı 
Sinə xəzinəsinin qapısını belə açır.
38
 –  
 
deyərkən Nizaminin heç kimi nəzərdə tutmadığı, öz təxəyyü-
lünün məhsulu olan müxtəlif səpkili epizodları poemanın 
ümumi axarına qatmaqla bütöv sturuktur qurmaq məqsədi 
daşıdığı göz qabağındadır. Bölmədən bölməyə (epizoddan 
epizoda) keçdikcə onun xəyali nağılçıları, daha doğrusu
infarmatorları, təsvirçiləri də  dəyişir.  Şair sanki sehirli bir 
aləmin sakinlərini dilə gətirir: 
Bu sazın ərğənununu (orqanını) çalan 
Pərdədən belə ahəng çıxarır.
39
 
                                                 
38
 Nizami. Leyli və Məcnun, s. 113. 
39
 Nizami. Leyli və Məcnun, s. 118. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə