42
sevginin kökləri mifik görüşlərə bağlanır. Yaradıcıya
vurğunluğun – haqq aşiqliyinin bünövrəsi əski çağlardan
şüurun meydana gəlməsi ilə qoyulmuş, tarixin sonrakı
mərhələrində isə eşqlə başlanğıca qayıdışın mümkünlüyü
haqqındakı təsəvvürlər müxtəlif dini təriqətlərin əsasasında
duran mühüm amillərdən birinə çevrilmişdir.
Məhəbbət duyğuları müəyyən dövrlərdə - dünyəvi və
ilahi eşq deyə iki anlamda anılmış, lakin eşqin mayasında
insanın elə duyğuları dayanmışdır ki, həmişə saflığa,
sədaqətə, haqqa, ədalətə, düzlüyə söykənmişdir. Xalqımızın
əqidəsində iki sevən gənci bir-birindən ayırmaq haqqı
tapdamaq, günaha batmaq sayılmışdır. «Sevgiyə zaval
yoxdur» – deyən ulularımız üçün eşq Allahın insanlara bəxş
etdiyi ən böyük qüdrət idi. Ona tutulanlar Məcnun tək bu
dünyada əzab-əziyyət çəksələr də, son anda insanlıqdan çıxıb
başqa cildə girməklə, tanrının yaratdığı təbiət varlıqlarına
dönməklə onun ülviliyinə qovuşurlar. Əfsanələrdə sevən
gənclərin arasına qara tikan olub girənlər lənətlənir, qızlarını
istədikləri oğlanlardan ayırıb pula, var-dövlətə satanlar – saf
eşqi qurban verənlər nifrətlə qarşılanırlar. Belə söyləyirlər ki,
«Keçmişlərdən bir oğlan bir qızı sevirmiş. Qız da ondan ötrü
dəli-divanə imiş. Gecələri xəlvətə salıb ay işığında,
yaxınlıqdakı dağın döşündə görüşərmişlər. Lakin dövlətli ata
qızını kasıb oğlana verməyi belə ağlına gətirməz, acığından
dil-dodağını gəmirər, dəmir yeyib göyə püskürərmiş. Qızın
göz yaşları, yalvarışları da onun daşa dönmüş ürəyini
yumuşalda bilmirdi ki, bilmirdi. Az keçmir ki, ata qızını
özünə tay hesab etdiyi dövlətli oğlana nişanlayır. Toy günü
qız evdən qaçıb görüş yerinə gedir. Sevgilisinin boynuna
sarılıb məzlum-məzlum deyir:
– Əzizim, məni başqasına verirlər. Bu gün toyumuzdur.
Mən ona getməyəcəyəm. Sənə də mümkün deyil. Onsuz da
atam razı olmayacaq. Qaçsaq da tapdırar, səni də, məni də
öldürər.
Sevgilisindən bu xəbəri eşidən oğlan dərindən ah çəkir:
43
– Sənsiz yaşamaqdansa, daş olmaq yaxşıdır, – deyir.
Söz ağzından qurtarmamış yerindəcə donub daşa
çevrilir. Qız isə söyüd olur, kölgəsini daşa salır. Deyirlər,
söyüdə dönmüş qızın göz yaşları o qədər axır ki, onun
dibində bulaq əmələ gəlir. Hər il bahar gələndə söyüd
yarpaqlayır, budaqlarını suya sallayır. Bu budaqlarla axıb
tökülən göz yaşları onun suyunu acılaşdırır. Ona görə də o
bulaqdan heç kim su içə bilmir.
Adamlar burdan gəlib keçəndə söyüdün kölgəsində
əyləşib dincələr, nakam aşiqlərin əhvalatını yad edib
kədərlənər, varlı ataya nifrət edərlər. Gedəndə isə özləri ilə
bulağın suyundan götürməyi unutmazlar. Deyirlər, qızın göz
yaşlarından əmələ gəlmiş bu bulaq xəstə üçün dərmandır».
30
Məhəbbət əfsanələri xalq fantaziyasının elə boyaları ilə
işlənir ki, dinləyənlərdə ancaq rəğbət oyadır. Eşq odunu
söndürməyə çalışanlar Allahın qəzəbinə keçirlər. Sonralar
dastanlaşan «Əsli və Kərəm», bir neçə silsilədən ibarət
«Bülbül və Qızılgül», «Lalə» əfsanələrini Azərbaycan
türklərinin arxaik epik ənənəsinin şah əsərləri hesab etmək
olar.
İnanc sistemlərini qarşılaşdırmaqla birinin digərindən
üstünlüyünü göstərən əlamətlərin qabardılmasının tarixi çox
qədimdir. Mifik görüşlərdə kultlardan hansının birincilik
qazanması uğrunda mübarizə aparılmasının köklərinə
bağlanır. Bu motiv sonralar islamla xristianlığın müqayisəsi
şəklinə salınmışdır. «Şeyx Sənan», «Əsli və Kərəm»
əfsanələrinin mayasında da məhz müsəlman aşiqlə xristian
məşuqənin eşq macəraları durur... «Leyli və Məcnun»,
«Yusif və Züleyxa», «Fərhad və Şirin», yaxud «Xosrov və
Şirin», «Tahir və Zöhrə» və digər eşq hekayətləri onlardan
törəmişdir. Əgər mifologiyada Günəşlə Ayın, Yerlə Göyün
sevgisi işıqla qaranlığın, istiylə soyuğun, xeyirlə şərin
vəhdətindən yaranmışdısa, bu əfsanədə Qızılgüllə Bülbülün
30
Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116
44
fədakarlığı ilə əvəzlənmiş və dünyanın bütün əzab-
əziyyətinin gözəllik qarşısında heçliyinə insanları
inandırmışdır.
Ərəb folklorunun məhsulu olan «Şeyx Sənan»ın
yaranma tarixi islamın meydana gəlməsindən uzağa getmir.
Türk təfəkküründən doğan «Əsli və Kərəm»in kökləri isə
daha dərindədir. Eşq ahından hər iki gənc od tutub yanır.
Xeyiri təmsil edən qəhrəmanların külü basdırılan torpaqda
qızılgül kolu bitir. Qızılgül Günəşin simvoludur. Şərin – keşiş
dəfn olunan yerdə isə qara tikan yetişir. Azərbaycan
türklərinin qədim inanclarında qara tikan divlərin
dırnaqlarıdır.
Əfsanədə göstərilir ki, müsəlman xanın ölkəsini xristian
vəzir idarə edir. Bu, islamın (ola bilsin ki, daha əski çağların
inancında Göy tanrısının) tək allaha söykənən başqa din siste-
minə hörmətlə yanaşmasına işarədir. Tarixdə də belə
olmuşudur. Hunlar, Göy türklər müsəlmanlaşandan sonra da
qonşu xristian ölkələrinə sülh və dostluq şəraitində yaşamağı
təklif etmişdilər. Onlarla hər cür iqtisadi-mədəni əlaqəni
razılıqla qarşılamışdılar. Lakin qara keşiş ölkəsini ona etibar
edən xanın oğluna qızını ərə verməyi özünə sığışdırmır.
Dini baxışlar arasındakı fərq ortaya çıxanda islamın
təmsilçisi güzəştə getməyə hazır olduğunu nümayiş etdirir.
Xristian qara keşiş isə mühafizəkardır. Qəribə orasıdır ki,
xanın süfrəsinin ətrafında oturub onun çörəyini yeyəndə, kef
məclislərində əylənəndə onların allahları arasında fərqi
görməməzliyə vururdu. Elə ki, qanın qarışması məsələsi
ortaya çıxır, onda qara keşiş üçün baxışlar da ayrılır, allahlar
da.
Əslində Kərəmin sevgisi də islamla bir araya sığmır. O,
Məcnun kimi öz zamanının əksər ölkələrini qarış-qarış gəzib
dolaşmaqla həm istəklisinə qovuşmağa can atır, həm də
insanlara eşqin ülviliyini nümayiş etdirir. Məcnunun
atasından fərqli olaraq xan insanlıq naminə ehkamları pozur.
Qara keşişin hərəkətləri isə heç bir xristian ölkəsinin adətləri
Dostları ilə paylaş: |