Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

 
 
 
36
17.
 
 Baхşaliеva Q.B. Prеdislоviе k kn. Abu-l-Faradj 
Al-Isfaхani. Kniqa pеsеn. Filоlоqiçеskiy pеrеvоd s 
arabskоqо, prеdislоviе, isslеdоvaniе, kоmmеntarii i ukazatеli 
Q.B.Baхşaliеvоy. – Baku, 1994, s. 20 
18.
 
 
Bertels Y.E. Nizaminin «Leyli və  Məcnun» 
əsərinin mənbələri. – Bax:. «Nizami» almanaxı, Birinci kitab, 
Bakı, 1940, s. 181 
19.
 
Sm.:  İbn Xalikan. Kitab vafaət…, I-IV, al-Kaxira, 
1948 
20.
 
 Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan 
qaynaqları. – Bakı, 1991, s 103 
21.
 
 Rоzanоv V.V. Lödi lunnоqо svеta. Mеtafizika 
хristianstva. Vtоrое izdaniе– S.Pеtеrburqğ, 1913 
22.
 
 Qеrеdоt. Istоriə. V dеvəti tоmaх. – M., 1999, s. 
87-88 
23.
 
 Şirvani Yusif Ziya. «Leyli və  Məcnun»  əsərinin 
meydana gəlməsi məsələsinə dair. «Nizami» almanaxı, 
Üçüncü kitab – Bakı, 1941, s. 120-126 
24.
 
 Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azər-
baycan ədəbiyyatı, s. 109 
25.
 
 Krimskiy  A.Е. Nizami i еqо  sоvrеmеnniki. – 
Baku, 1981, s. 27 və 79 
26.
 
 Hacılı A.Bayatı poetikası. – Bakı, 2000 
27.
 
 Tоdоrоv Uvеtan. Pоgtika. V kn. «Strukturalizm: 
«za» i «prоtiv». – M., 1975, s. 37 
28.
 
 Lоtman Ö.M. Analiz pоgtiçеskоqо  tеksta. Izda-
tеlğstva «Prоsvещеniе». Lеninqradskое оtdеlеniе. – L., 1972, 
s. 257 
 
 
 
 
 
 
 


 
 
 
37
Ramazan QAFARLI, 
filologiya üzrə elmlər doktoru, 
AMEA Folklor İnstitutu 
 
NİZAMİNİN MƏHƏBBƏT İDEALI: 
MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK? 
 
Məhəbbətin mənşəyindən danışanlar ilk-əvvəl belə bir 
sorğuya cavab axtarmışlar: ulu əcdad onu barbarlığın 
içərisindən keçirib gətirmişdir, yoxsa bünövrəsi mədəniyyətlə 
qoyulmuşdur? Çoxları belə hesab edir ki, eşq duyğusu məkr, 
nifrət, paxıllıq, dostluqdan və ana-övlad bağlılığından sonra 
meydana gəlmişdir. Y.B.Ryurikov sadalananları sevginin 
«böyük qardaşları» kimi götürüb bildirir ki, toplum halındakı 
mağara insanları kütləvi nikahla yaşayırdılar və  yəqin eşq 
duyğusundan tamam məhrum idilər. «Qədim dövrün 
tədqiqatçıları deyirlər ki, heç təknikahlıq yarananda da 
məhəbbət mövcud olmamışdır. Morqan və Bahofen kimi 
araşdırıcılara istinad edən Engels yazırdı: «Orta əsrlərədək 
fərdi cinsi məhəbbətdən söhbət açmaq həqiqətə uyğun deyil. 
Özlüyündə bu hal ağlabatandır ki, əvvəlki çağlarda da fiziki 
gözəllik, dostluq münasibətləri, maraq eyniliyi və s. ayrı-ayrı 
insanlarda cinsi yaxınlığa meyl oyadırdı. Həm kişi, həm də 
qadın üçün kiminlə intim əlaqəyə girməsi müəyyən 
əhəmiyyət kəsb edirdi. Lakin bu, müasir cinsi məhəbbətdən 
hələ çox uzaq idi».
28
 Bu qənaətlərdə  məsələnin prinsipial 
şəkildə bütün dünya xalqları üçün xarakterik hal kimi təqdimi 
ilə razılaşmaq mümkün deyil. Çoxsaylı yazılı  mənbələrə, o 
cümlədən Nizaminin «Leyli və  Məcnun» poemasına  əsasən 
yalnız bir cəhətə haqq qazandırmaq olar ki, orta əsrlərin 
başlanğıcında  İslam  Ərəbistanında doğrudan da cəmiyyət 
məhəbbətin nə olduğunu anlamırdı. Lakin «Kitabi-Dədə 
Qorqud» oğuznaməsinin eramızdan əvvəlki çağlarda yaranan 
                                                 
28
Философия любви, Т. 1, с. 25 (См: Маркс К., Энгельс Ф. Соч. Т. 21, с. 79) 


 
 
 
38
«Duxa qoca oğlu Dəli Domrul» boyunda F.Engelsin «Orta 
əsrlərədək fərdi cinsi məhəbbətdən söhbət açmaq həqiqətə 
uyğun deyil» mülahizəsinin tamamilə  əksinin  şahidi oluruq. 
Qədim türk yazılı abidəsində ilkin ailə münasibətlərinin 
məhəbbət üzərində qurulub möhkəm sütunlar əmələ 
gətirdiyinin geniş təsviri verilir. Tanrının işinə qarışıb «ölüm 
mələyi» (sonrakı variantlarda Əzrayıl şəklinə düşmüşdür) ilə 
qarşı-qarşıya gələn Dəli Domrul günahının bağışlanması 
üçün öz canı  əvəzinə başqa can ödəmək məcburiyyətində 
qalır. Boyda ata-ananın övladına, eləcə  də  əksinə, övladın 
ata-anasına sevgisinin sönüklüyü göstərir ki, hadisələr türkün 
«atalar kultu»ndan daha əvvəlki dövrə aiddir. Çünki Dəli 
Domrulun valideynləri övladlarının ölümü ilə razılaşır, 
dünyanın ləzzətini alıb son mənzilin astanasına çatsalar da, 
quru canlarını onun yaşaması yolunda qıymırlar. 
 Öz  növbəsində  oğul da doğma ata-anasına laqeydlik 
nümayiş etdirir – öz şirin canına görə  hər ikisinin ölümünə 
razılaşır. Lakin ər-arvad münasibətinə  gələndə eyni motivli 
yunan miflərindən fərqlənən başqa mənzərəylə rastlaşırıq. 
Dəli Domrulun əli hər  şeydən üzüləndən sonra ömür-gün 
yoldaşıyla vidalaşmaq, halallaşmaq üçün tanrıdan möhlət 
istəyir.  Ərlə arvadın dialoqundan aydınlaşır ki, gənc ailə 
sevgi  əsasında formalaşmışdır və xüsusilə qadın tərəf üçün 
ərinin yoxluğundan sonra başqasıyla bir yasdığa baş qoymaq 
ölümə  bərabərdir. Belə ki, Dəli Domrulun: «Gözün kimi 
sevərsə, Sən ana varğıl!  İki oğlancığı öksüz qomağıl!» - 
təklifini qadın ürək yanğısı və ciddi etirazla qarşılayır, onunla 
birlikdə ölməyi digər kişi ilə öpüşməkdən, cinsi əlaqəyə 
girməkdən üstün tutaraq bildirir: 
 «...Bir yastıqda baş qoyub əmişdigim, 
Qarşu yatan qara tağları 
Səndən sonra mən neylərəm? 
Yaylar olsam, mənim görum olsun! 
Souq-souq sularun içər olsam
Mənim qanım olsun! 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə