Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

 
 
 
33
Azərbaycan xalqının müdrik bir atalar sözündə deyilir: 
«Hər  şeyin bir yaradıcısı var». Nizaminin və K.Yunqun 
qənaətlərində də dünyanın hamıya daimi görünən elementləri 
dərkedilməz enerjinin yardımı ilə meydana gəlib fəaliyyət 
göstərir. 
Dünyada kim elə bir ayna görmüşdür ki, 
Əvvəldən ona (cila) vurulmamış olsun?!
25
  
– sorğusunu açıqlayanda ağlın qəbul etmədiklərinin, daha 
doğrusu, müasirlərinin başa düşmədiklərinin  şərhinə çalışır. 
Şairin məsləhətinə əsasən düşünən kəs təhqiq məqsədilə nəyə 
baxırsa, birinci necə yarandığını aydınlaşdırmağa 
çalışmalıdır. Əslində ilkin şeylərin mənşəyini görmək gözün
anlamaq ağlın imkanı xaricindədir. Düşünülməlidir ki, axı, 
varlıqlar öz özünə necə yarana bilər? Yuxarıdakı atalar 
sözündə deyildiyi kimi, bütün yaranışlarda başqasının 
yardımı gərəkdir. Qarşıya gözəl naxış çıxanda ilk olaraq onu 
vuran şəxs ağla gətirilir.  
Nizami ilkin təsəvvürlərdən bəhs açanda fikirlərini 
mifoloqdan çox filosof tək təqdim edir: anlaşılması imkan 
xaricində olan şeylərin mövcudluğu o deməkdir ki, hər  şey 
Yaradıcının əlindədir. Ona aid meydanda at çapmağın isə heç 
bir mənası yoxdur. 
Bütün ağıllılar, vurğunlar aciz qalıblar ki,  
Bu dünya necə meydana gəlmişdir?! 
Əgər bir kəs dünyanın necə yarandığını bilsə, 
Mümkündür ki, o da elə bir işi görməyi bacarsın, 
Madam ki, dünyanı yaratmaq bizə mümkün deyil, 
Onun necəliyi də təsəvvürümüz xaricindədir.
26
 
Dünyada hər şey nəzm-intizamla düzəldilmişdir. Ən adi 
varlıqlarda da gizli xəzinə vardır. Şair o xəzinələrin açarının 
şüşədən deyil, poladdan qayrılmasını, yəni dərin bilik 
qazanılmaqla dərkini  əsas  şərt sayır. Çünki elmlərə 
yiyələnməyənlər xəzinəyə çatıb  şərbət istəyirlər, zəhər 
                                                 
25
 Yenə orada, s. 30. 
26
 Nizami. Leyli və Məcnun, s. 30. 


 
 
 
34
tapırlar. Mifik görüşləri saf-çürük edən Nizami xalq 
inanclarından götürdüyü «İlan həmişə  xəzinə üstə yatır» 
qənaətinə tamam başqa don geyindirir. Musanın və Harunun 
zəngin gövhər xəzinələrinin qiymətini onda görür ki, birincisi 
insanlara fayda, ikincisi ziyan verir, ölümə  səbəb olur. İlan 
zəhəri də eyni ilə  həyata son qoymaqla yanaşı, sağlamlığa, 
ömrün uzanmasına imkan yaradır. Maraqlıdır ki, gerçək 
anlamda da hər şey bir nöqtədən hərəkətə başlayıb o yerdə də 
ömrünü bitirib başqası ilə  əvəzlənir. Nizaminin gəldiyi 
nəticəyə görə, «Pərgar dairəni tamamladıqda ilk addımını 
atdığı nöqtəyə qayıdar». 
Nə vaxta qədər ehtiyacım olan hər tikəni 
Şaha, çobana həvalə edəcəksən?
27
 
Şərqdə formalaşan kitabların (əlyazmalar: divan 
ədəbiyyatı  və epik poemalar nəzərdə tutulur) özünəməxsus 
ənənəsi, quruluşu, rəsmi girişi, başlanğıcı, ardıcıllığı, sonu, 
ümumi prinsipləri və  fərqli xüsusiyyətləri vardır. Bəzi 
cəhətlər uzun yol boyu sınaqlardan keçən tarixi təcrübədən
bəziləri də  İslam  ədəbi prosesindən hazır  şəkildə alınmışdır. 
Bədii mətnin  Şərqə  məxsus spesifik strukturu müəyyən 
mərhələdə dünya ədəbiyyatında aparıcı rola malik olmuş, 
hətta Avropa mədəniyyətinin «İlahi komediya», 
«Dekameron», «Qeptameron», «Şərq-qərb divanı» kimi 
əsərlərin özülünü təşkil etmişdir.  
 
Ədəbiyyat 
1.
 
Nizami. Yeddi gözəl (filoloji tərcümə). - Bakı, 1983. 
2.
 
Nizami. Leyli və Məcnun (filoloji tərcümə). - Bakı, 
1981, s. 18 
3.
 
Nizami.  İsgəndərnamə (filoloji tərcümə). - Bakı, 
1983, s. 22 
4.
 
Nizami. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. 
R.Əliyevindir. –Bakı, 1981, s. 79-81. 
                                                 
27
 Nizami. Leyli və Məcnun, s. 20 


 
 
 
35
5.
 
Türk şiiri özel sayısı III (Halk şiiri). Türk dili. Aylık 
Dil Dergisi. C LVII, Sayı: 445-450, Ocaq-Haziran, 1989, s. 
260. 
6.
 
Lоtman Ö.M. Analiz pоgtiçеskоqо  tеksta. Izdatеlğ-
stva «Prоsvещеniе». Lеninqradskое оtdеlеniе. – L., 1972, s. 
104 
7.
 
Filоsоfiə löbvi, T. 1, s. 25 (Sm: Marks K., Gnqеlğs 
F. Sоç. T. 21, s. 79) 
8.
 
Kitabi-Dədə Qorqud. – Bakı, Yazıçı, 1988, s. 83 
9.
 
Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116 
10.
 
Kraçkоvskiy I.Ö. Rannaə istоriə  pоvеsti  о 
Mеdjnunе i Lеyli v arabskоy litеraturе. Izb. sоçinеniə., tоm 
II, M.-L., 1956, s. 591-596; Е.G.Bеrtеlğs. Istоçniki “Lеyli i 
Mеdjnun” Nizami. – V kn. Izbranniе trudi. Nizami i Fizuli. – 
M., 1962, s. 266-275 
11.
 
 Bеrtеlğs Е.G. Istоçniki “Lеyli i Mеdjnun” Nizami. 
– V kn. Izbranniе trudi. Nizami i Fizuli. – M., 1962, s. 268 
12.
 
Aliеv Q.Ö. Akadеmik A.Е.Krimskiy i еqо sоçinеniе 
«Nizami i еqо  sоvrеmеnniki». – Vvеdеniе v kn. 
A.Е.Krimskiy. Nizami i еqо sоvrеmеnniki, Baku, 1981, s. 11 
13.
 
 Aliеv R.M. Nizami i еqо  pоgma «Lеyli i Mеdj-
nun». – Prеdislоviе k kn.: Nizami Qəndjеvi. Lеyli i Mеdjnun. 
Pеrеvоd s farsi, prеdislоviе i kоmmеntariе Rustama Aliеva, 
Baku, 1981, s. 11 
14.
 
 Şirvani Ö.Z. Еще raz оb istоçnikaх pоgmi «Lеyli i 
Mеdjnun» Nizami /Оpit istоrikо-sravnitеlğnоqо izuçеniе 
litеraturniх vzaimоsvəzеy/. – jurnal «Uçеniе zapisi 
Azеrbaydjanskоqо Univеrsitеta»,sеriə: əzik i litеratura, 1966, 
№ 6 
15.
 
 Sasani H. Nizaminin «Leyli və Məcnun» poeması. 
Namizədlik dissertasiyası. – Bakı, 1970 (Azərbaycan EA-nın 
kitabxanasında sxlanır). 
16.
 
 Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qay-
naqları. – Bakı, 1991, s 108 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə